Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2257/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızıının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2915/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. DVX-nin “Müvəqqəti əvəzetmə haqqında”:- xx.xx.2021-ci il tarixli, **********360700 №li əmrin surətindən müəyyən olunur ki, 14 aprel 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək; - xx.xx.2021-ci il tarixli, **********703400 №-li əmrin surətindən müəyyən olunur ki, 14 iyul 2021-ci il tariхdən 14 oktyabr 2021-ci il tariхəԁək; - xx.xx.2021-ci il tarixli, **********044700 №-li əmrin surətindən müəyyən olunur ki, 14 oktyabr 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək; - xx.xx.2022-ci il tarixli, **********216700 №-li əmrin surətindən müəyyən olunur ki, 17 yanvar 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixədək; - xx.xx.2022-ci il tarixli, **********478700 №-li əmrin surətindən müəyyən olunur ki, 17 aprel 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək; - xx.xx.2022-ci il tarixli, **********896500 №-li əmrin surətindən müəyyən olunur ki, 18 iyul 2022-ci il tarixdən 18 oktyabr 2022-ci il tarixədək; - xx.xx.2022-ci il tarixli, **********344800 №-li əmrin surətindən müəyyən olunur ki, 18 oktyabr 2022-ci il tarixdən 18 yanvar 2023-cü il tarixədək; - xx.xx.2023-ci il tarixli, **********146100 №-li əmrin surətindən müəyyən olunur ki, 18 yanvar 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək; - xx.xx.2023-cü il tarixli, **********558000 №-li əmrin surətindən müəyyən olunur ki, 18 aprel 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Laçın Rayon Vergilər Şöbəsinin iqtisadi təhlil və kameral vergi yoxlamaları üzrə baş dövlət vergi müfəttişi, vergi xidməti müşaviri İddiaçı həvalə edilmişdir.
2. DVX-nin xx.xx.2024-cü il tarixli, 3-21-1-1/2-V-xx-xx/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “... Şöbə rəisi vəzifəsini müvəqqəti icra etdiyi bütün aylar üzrə əməkdaşa şöbə rəisi vəzifəsinin vəzifə maaşının verilib-verilməməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətlərinə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********593700, xx.xx.2024- cü il tarixli **********331200 nömrəli) aidiyyəti üzrə DVXdə baxılmışdır. DVX-nin “İşdən azad edilmə haqqında” xx.xx.2024-cü il tarixli **********736400 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir və son haqq-hesab hesablanmışdır. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarinda xidmət haqqinda” Əsasnamənin 61-ci maddəsinə əsasən vergi oroanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən olunmuş qaydada əsas vəzifələri ilə yanaşı digər vəzifələri müvəqqəti icra etməyə görə əlavə əmək haqqının ödənilməsi hüququna malikdirlər. Boş vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsinə görə əmək haqqının ödənilməsinə münasibətdə bildirirlər ki, Əmək Məcəllənin 61-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirirlər ki, işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir və boş vəzifə üzrə əmək funksiyasının icrasına görə Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində göstərilən qaydada əmək haqqının ödənilməsi 3 aylıq müddətlə məhdudlaşdırılmışdır.”
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DVXnin üzərinə DVX-nin rəisinin müvafiq əmrləri ilə üç ay, üç ay artırılmaqla ona həvalə olmuş, şöbə rəisi vəzifəsinin onun tərəfindən icra olunmasına, işlər görülməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 22 ay əsassız olaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddəalar pozularaq ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqının yenidən 20872,50 manat hesablanması və ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04.2021-ci il tarixdə Laçın rayon Vergilər şöbənin rəisi vəfat etmiş, şöbənin rəisi vəzifəsinin müvəqqəti icra olunması xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə DVX-nin rəisinin müvafiq əmrləri ilə üç ay, üç ay artırılmaqla İqtisadi təhlil və kameral vergi yoxlamaları üzrə baş dövlət vergi müfəttişi olan ona həvalə olunmuş, 27 ay şöbə rəisi vəzifəsi onun tərəfindən müvəqqəti icra olunmasına, işlər görülməsinə baxmayaraq, cavabdeh DVX tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 22 ay əsassız olaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddəalar pozularaq ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə (825,0/2+825,0/2*30%+825,0/2)*22ay) 20872,50 manat əlavə əmək haqq (əlavələrlə birlikdə) ödənilməmişdir. Belə ki, onun vergi orqanında 28 il 4 ay 17 gün əmək fəaliyyəti olmuşdur. Həmin tarixdən şöbədə altı ştatdan dördü vakant idi, şöbənin bütün işlərini iki nəfər əməkdaş tərəfindən, İqtisadi təhlil və kameral vergi yoxlamaları üzrə iki ştat olsa da həmin vəzifələrə aid olan bütün işlər, Hüquq və vergi öhdəliklərinin icrasına nəzarət üzrə bir ştat vəzifəsinə aid olan işlər və şöbə rəisi bir ştat vəzifəsinə aid olan işlər onun tərəfindən, Vergi ödəyicilərinə xidmət və uçotun təşkili üzrə bir ştat vəzifəsinə aid olan işlər və mühasibatlıq bir ştat vəzifəsinə aid olan işlər digər əməkdaş tərəfindən icra olunurdu. Şöbə üzrə plan praqnoz tapşırıqlar vaxtında yerinə yetirilmiş, vakant vəzifələrə görə əmək haqqı xərclərinə qənaət olunmuşdur. Lakin, cavabdeh tərəfindən Şöbənin rəisi vəzifəsi onun tərəfindən icra olunmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövür üzrə şöbə rəisi vəzifəsinə uyğun ona əmək haqqı 5 (beş) ay ödənilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 22 (iyirmi iki) ay ərzində Maliyyə baş idarəsi tərəfindən “Rəis vəzifəsinin müvəqqəti icra olunması üçün üç aydan artıq əmək haqqı ödənilə bilməz...” bildirilməklə, əmək funksiyalarının icra olunmasına görə əsasız olaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş tələblər pozularaq ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə (825,0/2+825,0/2*30%+825,0/2)*22ay) 20872,50 manat əlavə əmək haqqı ödənilməmişdir. Qeyd olunmuş əsaslarla bağlı o, xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan dövr üzrə 22 ay əsassız olaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddəalar pozularaq ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqının ödənilməsini tələb etsə də, müraciəti təmin edilməmişdir.
5. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirir ki, iddia müddəti ötürüldüyündən İddiaçı iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şam edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddət sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərini (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin həmin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə- bilə qəsdən pozulduğu gündür. İddiaçı sonuncu iş yeri olaraq Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin “Sənədlərlə iş və icra intizamına nəzarət şöbəsi”nin rəisi vəzifəsində çalışmışdır. İddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etdiyini, lakin həmin vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ona vəzifə maaşı ödənilməli olduğu halda hər hansı ödənişin edilmədiyini və hesablanmadığını bildirmişdir. İddiaçı Əmək Məcəlləsinin 61-ci maddəsinə istinad edərək bildirmişdir ki, həmin maddənin ikinci hissəsinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Bununla bağlı DVX-nin xx.xx.2023-cü il tarixli **********858600 nömrəli əmri ilə İddiaçı Laçın Rayon Vergilər Şöbəsinin İqtisadi təhlil və kameral vergi yoxlamaları üzrə baş dövlət vergi müfəttişi vəzifəsindən həmin şöbənin rəisi vəzifəsinə keçirilmişdir. Başqa sözlə, iddiaçının Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etməsi onun xx.xx.2023-cü il tarixdə həmin vəzifəyə təyin olunması ilə yekunlaşmışdır. Eyni zamanda həmin tarixdə müvafiq ödənişlərin hesablanaraq ödənilməsi və bununla bağlı qanunla müəyyən edilmiş müddət də tamamlanmışdır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İddiaçının hazırkı tələbi pul tələbi ilə bağlıdır və həmin tələblə bağlı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2024-cü tarixdə müraciət etmişdir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, aylıq əmək haqqı aid olduğu ay üzrə hesablanaraq işçiyə ödənilir. İddiaçı ona ödənilən əmək haqqının məbləğindən narazı olduğu halda hər ay üzrə əmək haqqının ödənildiyi gündən yalnız bir il müddətində məhkəməyə müraciət edə bilərdi. İddiaçı Laçın rayon vergilər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etdiyi sonuncu ay 2023-cü ilin iyul ayı olmuşdur, iyul ayına görə əmək haqqı isə bir qayda olaraq avqust ayının ilk həftəsində ödənilir. Buradan aydın olur ki, iddiaçı tərəfindən rəis vəzifəsini müvəqqəti icra etdiyi sonuncu aydan belə bir ildən daha artıq müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Bu isə iddia tələbinin mümkün hesab edilməməsinə əsas verir. İddiaçının tələb hüququnun axımı ona əvəz etdiyi vəzifə üzrə ən son ödənişin edildi, gündən (yəni xx.xx.2024-cü il tarixdən) başlandığından o qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Nəticədə, bütün yuxarıda qeyd olunanlar iddia tələbi əsassız olduğundan və prosessuai müddətlər ötürüldüyündən iddianın mümkünsüz hesab edilməli olduğunu göstərir. Qeyd olunanlara əsasən iddia tələinin mümkün sayılmaması xahiş olunmuşdur.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2915/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 22 ay boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə, ona əlavə əmək haqqının yenidən, 20872,50 manat məbləğində hesablanması və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ b) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı ona ödənilmiş əmək haqqı məbləğindən narazı olduğu halda elə ilk aydan, yəni 2021-ci ilin oktyabr ayından etibarən məhkəmənin qeyd etdiyi kimi cavabdeh orqana və ya məhkəməyə müraciət edə bilərdi və bununla bağlı heç bir maneə mövcud olmamışdır. Lakin bu məsələ ilə bağlı iddiaçı iddia müddətini ötürərək bu barədə 2024-cü ilin iyul ayında cavabdeh inzibati orqana, sentyabr ayında isə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə iddiaçının iddia müddətini ötürməsinə görə məsuliyyəti ədalətsiz şəkildə cavabdeh inzibati orqanın üzərinə ötürmüşdür.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Laçın rayon Vergilər Şöbənin rəisi X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, həmin tarixdə Şöbəsində altı ştatdan dördü vakant olmuş, Şöbənin bütün işlərini iki nəfər əməkdaşı tərəfindən, Dövlət Vergi Xidmətinin rəisi, cənab Orxan Nəzirlinin müvafiq əmrləri ilə Şöbənin rəisi vəzifəsinin müvəqqəti icra olunması da xx.xx.2021-ci il tarixdən üç ay üç ay artırılmaqla ona, İqtisadi təhlil və kameral vergi yoxlamaları üzrə baş dövlət vergi müfəttişi İddiaçı həvalə edilmiş, xx.xx.2023-cü il tarixədək ay Şöbəsinin rəisi vəzifəsinin əmək funksiyaları iddiaçı tərəfindən icra olunmuşdur. Lakin, Şöbə rəisi vəzifəsi iddiaçı tərəfnmdən icra olunmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan dövr üzrə şöbə rəisi vəzifəsinə uyğun ona əmək haqqı ödənilmiş, noyabr 2021-ci il tarixdə Maliyyə baş idarəsinin əməkdaşları tərəfindən şəxsi mülahizələrinə əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının ”Əmək hüququ” adlanan 35-ci maddəsində və Əmək Məcəlləsində nəzərdə tutulmuş müddəalara məhəl qoymayaraq süni şəkildə xəclərə qənaət etmək məqsədilə pul açılmadı, pul açılmamasının səbəbini isə xx.xx.2024-cü il tarixli 3-21-2-1/2-V-xx-xx/2024 nömrəli imtina məktubunda olduğu kimi qanunvericiliyi əsas gətirilərək öz istəklərinə uyğun “Boş vəzifəsinin müvəqqəti icra olunması üçün üç aydan artıq əmək haqqı ödənilə bilməz” izah edilməsi oldu. Sonradan iddiaçıya əvəz etdiyi boş şöbə rəisi vəzifəsi üzrə əmək funksiyasını yerinə yetirdiyinə görə, onda boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Bu hal iddiaçıya məlum olduğu, tarixdən Azərbaycan Respublikası Konstitusiyasının ”Əmək hüququ” adlanan 35-ci maddəsində nəzərdə tutulmuş hüquqların bərpa olunması üçün Dövlət Vergi Xidmətinin rəisi, cənab Orxan Nəzrlinin müvafiq əmrləri əsasında üç ay, üç ay artırılmaqla Laçın rayon Vergilər Şöbəsinin rəisi vəzifəsi həvalə olması və icra olunmasına, işlər görülməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 22 ay əsasız olaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddəalar pozularaq boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqnımn yenidən hesablanıb ödənilməsi barədə xx.xx.2024-cü il **********331200 nönrəli məktubla DVX-nə müraciət etmiş, DVX tərəfindən xx.xx.2024-cü il tarixdə 3-21-2-1/2-V-56- 43/2024 nömrəli məktubla cavablandırıldı və müvafiq əmirlərlə boş vəzifəyə aid işlərin icra olunmasına, yerinə yetirilməsinə görə boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqının yenidən hesablanıb ödənilməsindən imtina edildi. İmtina olunduğu üçün yuxarıda qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə xx.xx.2024- cü il tarixli sorğu xarakterli məktuba müraciət etmiş, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının ”Əmək hüququ” adlanan 35-ci maddəsində nəzərdə tutulmuş hüquqların bərpa olunması üçün xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
b) Proses iştirakçılarının izahatları
10. Bakı Apellyasiya Məhkəməsində iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh təşkilat tərəfindən ona müəyyən dövr ərzində ödəniş edildiyini nəzərə alaraq, Laçın rayon vergilər şöbəsinin rəisi vəzifəsinin icra etdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə (21 ay üzrə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq boş vəzifə üçün nəzərdə tutulmuş vəzifə maaşının yarısından az olmamaq şərti ilə əmək haqqının və əmək haqqına əlavə ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanından irəli gələn tələblərə uyğun olaraq yenidən hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmədə iştirak edən iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat verərək apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 61.1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Maddə 61.2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Maddə 61.3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Maddə 61.4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. Maddə 162. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi 1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. 2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Maddə 296. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 -ci maddələrinə əsasən)
18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
19. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 21 ay əsassız olaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddəalar pozularaq ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqının və həmin əlavə əmək haqqı üçün Azərbaycan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli 1616 saylı Fərmanı ilə nəzərdə tutulmuş vəzifə maaşına 1 misli həcmində əlavənin hesablanması və ödənilməsini tələb edir.
20. Cavabdeh orqan isə iddiaçının qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırdığını bildirərək, iddianı təmin etməkdən imtina etmişdir.
21. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehin qeyd olunan dəliləri ilə razılaşmır.
22. Belə ki, Qanunvericiliyin müddəalarından göründüyü kimi Əmək Məcəlləsi boş vəzifə üzrə əmək funksiyalarının icrasını 3 (üç) aydan çox olmayan müddətlə məhdudlaşdırır. Bu müddət bitdikdən sonra isə işəgötürən tərəfindən aşağıdakı 3 qərardan biri verilməlidir: 1) əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir; 2) iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır: 3) boş vəzifəyə yeni işçi götürülür.
23. Qeyd olunan 3 aylıq müddət ərzində işçiyə əvəz elədiyi vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının yarısından az olmayan əlavə əmək haqqı ödənilməlidir.
24. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı ilk öncə hazırki tələblə xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina olundğuna görə iddiaçı xx.xx.2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə (əlavə əmək haqqı tələbi ilə) məhkəməyə müraciət etmişdir.
25. Cavabdeh təşkilatın iddianın təmin edilməməsi ilə bağlı arqumenti pul tələbi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş 1 illik iddia müddətinin ötürülməsindən ibarət olmuşdur.
26. İddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində pul və ya digər əmlak tələbi ilə bağlı 1 illik iddia müddətinin onun hüququnun pozulduğunun aşkar edildiyi gündən hesablanması qeyd edilmiş, maddənin 3-cü hissəsi ilə hüququn pozulduğunun aşkar edildiyi günə açıqlama verilmişdir. Belə ki, qeyd olunan normanın tələbləri baxımından hüququnun pozulmasının aşkar edildiyi gün—deyilərkən işçiyə müvafiq əmrin,(sərəncamın,qərarın), əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın,qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
27. İddia müddətinin açıqlaması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsində öz əksini tapdığına görə məhkəmə kolleqiyası, həmin Məcəllənin bir neçə maddəsinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmiş iddia müddəti ilə qarşılıqlı müqayisə etmişdir.
28. Qeyd olunan maddi hüquq normalarını təhlil edilərkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3 və 4-cü bəndlərində nəzərdə tutulmuş “hüququnun pozulmasının aşkar edildiyi gün” xüsusi norma kimi göstərilmiş və “aşkar edilldiyi gün” anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsində göstərilmiş iddia müddətinin başlanması üçün “hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün” anlayışından fərqlidir. Başqa sözlə desək əmək münasibətlərinin tənzimlənməsi üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndində göstərilmiş müddətin axımının başlanması Mülki Məcəllənin 377.1-ci maddəsində qeyd olunmuş müddətin axımının başlanması anlayışından fərqlidir.
29. Bundan başqa o da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 551.2.3-cü maddəsində işçilərin əmək münasibətləri ilə bağlı 5 illik iddia müddəti nəzərdə tutulub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli Plenum qərarında Mülki Məcəllənin 551-ci maddəsində göstərilmiş müddət kəsici deyil, iddia müddəti kimi göstərilmişdir. Göründüyü kimi Mülki Məcəllənin 551.2.3-cü maddəsində göstərilmiş işçilərin əmək münasibətləri üzrə tələbləri üçün 5 illik iddia müddəti göstərilməsinə baxmayaraq, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində göstərilmiş pul və ya digər əmlak tələbləri ilə bağlı işəgötürənə qarşı 1 illik iddia müddəti göstərilmişdir. Bu isə bir daha ona dəlalət edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində göstərilmiş müddətin axımın başlanması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsində göstərilmiş hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün anlayışından fərqlidir.
30. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, qeyri-maddi nemət hesab edilən əmək haqqı tələbinə iddia müddətinin tətbiq edilməsi Mülki Məcəllənin 384.0.1-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 384.0.1-ci maddəsinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi nemətlər hesab edilir.
31. Əmək haqqı tələbinə iddia müddətinin tətbiq edilməməsi ilə bağlı Əfəndiyevanın Azərbaycana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 11 dekabr 2008-ci il tarixli qərarını nümunə olaraq qeyd etmək olar. Belə ki, Əfəndiyevaya 1994-cü ilin yanvarından 2007-ci ilin iyununadək əmək haqqının ödənilməməsini Məhkəmə qanun pozuntusu hesab etmiş və Dövlətin üzərinə iddiaçıya mənəvi zərərə görə 3.100 Avro ödənilməsi öhdəliyi qoymuşdur. Qeyd olunan qərar Əfəndiyevaya özündən asılı olmayan səbəblərdən iş yerinə buraxılmaması ilə bağlı yığılan və verilməli olan əmək haqqı ilə bağlı olmasına baxmayaraq, Avropa Məhkəməsi hesablanmış əmək haqqının verilməsi üçün iddia müddətinə istinad etməmişdir. Bu isə bir daha ona dəlalət edir ki, ödənilməmiş əmək haqqı qeyri-maddi nemət olmaqla yanaşı işçinin yerinə yetirdiyi işə görə almalı olduğu vəsaitdir. Yəni işçi üzərinə düşən vəzifəni yerinə yetirməklə əmək haqqına mülkiyyət hüququnu əldə etmiş olur və əmlakın əldə edilməsi üçün iddia müddətinin tətbiq edilməsi yolverilməzdir.
32. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsindəki pul və ya əmlak tələbi anlayışına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023cü il tarixli qərarında açıqlama vermişdir. Belə ki, həmin qərarda “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində verilməli olan ödənc”in açıqlaması əmək haqqına əlavə olaraq hesablanan pul vəsaiti kimi göstərilmiş və həmin pul vəsaitinin (ödəncin) verilməsi üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərədə tutulmuş hüququnun pozulduğunun aşkar edildiyi gündən 1 il müddətində məhkəmə qaydasında mübahisələndirilməsini nəzərdə tutmuşdur.
33. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunan maddi hüquq normalarından bəlli olur ki, əmək haqqının yalnız pul formasında deyil həmçinin natura formasında da ödənilməsi nəzərdə tutulub. Belə olduğu tədqirdə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü hissəsində nəzərdə tutulmuş 1 illik iddia müddətin əmək haqqının pul şəklində ödənilərkən tətbiq edilməsi, əmək haqqı natura formasında ödənildiyi tədqirdə isə 1 illik müddətin tətbiq edilməsinin mümkün olmaması bir daha ona dəlalət edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmiş pul tələbi anlayışı həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş əmək haqqı anlayışından fərqlidir.
34. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, əmək haqqı ilə bağlı tələblərə iddia müddəti tətbiq edilməsi düzgün deyil.
35. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, hazırki, iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğundan və öhdəliyin icrası üçün mümkünlük şərtlərinə cavab verdiyindən onun inzibati icraat çərçivəsi qaydasında baxılmasına hər hansı bir məhdudiyyət yoxdur.
36. Belə ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən vergi orqanlarında xidmət dövlət qulluğunun xüsusi növüdür. İnzibati Prosessual Məcəllə inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə əlaqədar həmin orqana qarşı qaldırılmış iddialarla bağlı hüquqi tənzinlənməni həyata keçirir. Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. 37.“Normativ hüquqi aktlar haqqında” Qanunun tələbinə əsasən ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.
38. Məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş qanunvericilik aktlarını ümumiləşdirərək bildirir ki, hazırkı tələb üzrə İnzibati Prosessual Məcəllə xüsusi norma hesab edildiyindən ümumi norma qismində Əmək Məcəlləsinin müddəalarına istinad edilməsi düzgün deyildir. Odur ki, hazırkı iş üzrə normativ baza qismində İnzibati Prosessual Məcəllənin müddəaları tətbiq edilməlidir. 39.İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növlərimüəyyənləşdirilmişdir. Qanunverici inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiaları öhdəliyin icrasına aid iddialar hesab edir.
40. Mübahisə premdeti ilə bağlı tələb iddiaçının işdən azad edilməsi, yaxud sərəncama götürülməsi ilə əlaqədar əmrlər deyil, sərəncamda saxlanıldığı müddət üzrə əməkhaqqının ödənilməsi ilə bağlı olduğundan öhdəliyin icrası barədə iddia növünə aiddir. Başqa sözlə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə hər hansı inzibati akt qəbul etmədiyindən iddia tələbi öhdəliyin icrası haqqında iddia növü hesab edilir.
41. Hazırki, qərarın 34-38-ci bəndlərində göstərilənlər Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)-539/2025 saylı qərarında öz əksini tapmışdır.
42. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əmək haqqı yenidən hesablanaraq ödənilməlidir.
43. İddia tələbinin alacağı boş vəzifə maaşı üçün nəzərdə tutulmuş əmək haqqı üçün Azərbaycan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli 1616 saylı Fərmanı ilə müəyyən edilmiş vəzifə maaşına 1 misli həcmində əlavənin hesablanaraq ödənilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
44. Belə ki, Azərbayacan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü bəndinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin qeyd olunan maddəsinin 4-cü bəndinə əsasən tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsi, 5-ci bəndinə əsasən əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
45. Cavabdeh təşkilat tərəfindən xx.xx.2021-xx.xx.2023-cü illər üçün Şərgi Zəngəzur Ərazi Vergilər İdarəsinin ödəmələr barədə məlumat vərəqəsindən görünür ki, 2022-ci ilin fevral ayına kimi İddiaçı vəzifə maaşından başqa Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş qulluq stajına görə əlavə və ixtisas dərəcəsinə görə əlavələr ödənilib, 2022-ci ilin fevral ayından sonra isə həmçinin Azərbaycan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli 1616 saylı Fərmanı ilə müəyyən edilmiş vəzifə maaşına 1 misli həcmində əlavə ödənilib. Göründüyü kimi Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş əmək haqqına əlavə əmək şəraiti ilə əvəzi ödəmək və ya həvəsləndirmək məqsədi daşıyır. O səbəbdən həmin əlavə vəzifə maaşından aşağı olmaqla işçiyə ödənilir. Lakin Azərbayvan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli 1616 saylı Fərmanı vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə vəzifə maaşının bir misli miqdarında əlavə olaraq verilir. Başqa sözlə desək qeyd olunan Fərmanda nəzərdə tutulmuş əlavə anlayışı Əmək Məcəlləsinin 157-ci maddəsinin 4-cü hissəsindəki əmək haqqına əlavə anlayışından həm məqsəd həm də həcm (məbləğ) baxımından fərqlidir. Yəni vəzifə maaşına verilən staj və ixtisas dərəcəsi üçün nəzərdə tutulmuş vəsait vəzifə maaşı ilə eyni məbləğdə ola bilməz. Bundan başqa o da nəzərə alınmalıdır ki, qeyd olunan Fərmanda əmək haqqına əlavə deyil vəzifə maaşına əlavə nəzərdə tutulub. Qeyd olunan Fərmanda göstərilmiş 1 misli həcmində əlavə anlayışı vəzifə maaşının tərkib hissəsi olduğundan həmin məbləğlərin cəmi əmək haqqının əsas hissəsi kimi qəbul edilməlidir.
46. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əmək haqqı yenidən hesablanaraq ödənilməsindən başqa həmçinin Azərbayvan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli 1616 saylı Fərmanı ilə ödənilməli olan (boş vəzifə üçün nəzərdə tutlmuş) vəzifə maaşının 1 misli həcmində əlavə vəsait də hesablanaraq iddiaçıya ödənilməlidir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi mahiyyətcə iddia tələbi üzrə düzgün nəticəyə gəlmiş, lakin iddia tələbinə edilmiş dəqiqləşdirmə ərizəsi verilməsi səbəbindən birinci instansiya məhkəməsinın qərarı dəyişdirilməlidir. 48.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2915/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilməli, iddiaçıya Laçın rayon vergilər şöbəsinin rəisi vəzifəsinin icra etdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə (21 ay üzrə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq boş vəzifə üçün nəzərdə tutulmuş vəzifə maaşının yarısından az olmamaq şərti ilə əmək haqqının və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanından irəli gələn tələblərə uyğun olaraq vəzifə maaşına 1 misli həcmində əlavənin yenidən hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmalıdır. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2915/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı Laçın rayon vergilər şöbəsinin rəisi vəzifəsinin icra etdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə (21 ay üzrə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq boş vəzifə üçün nəzərdə tutulmuş vəzifə maaşının yarısından az olmamaq şərti ilə əmək haqqının və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanından irəli gələn tələblərə uyğun olaraq vəzifə maaşına 1 misli həcmində əlavənin yenidən hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmalıdır Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.