Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2258/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(112)-4957/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşı tamam olduğu, yəni 09 noyabr 2020ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Cəbrayıl şəhərində doğulmuşdur. 09.05.1979-cu il tarixdən 05.06.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 24.08.1981-ci il tarixdən 30.11.1982-ci il tarixədək “Aznefteximzavodremont” TTİ-də 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində, 09.12.1982ci il tarixdən 1985-ci il arixədək fermer təsərrüfatında 5-ci dərəcəli elektrik qaynaqçı peşəsində, 04.04.1985-ci il tarixdən 01.02.2000-ci il tarixədək “Azərtransstroy” Tİ-də (sonradan “Azərnəqlyoltikinti” Səhmdar Cəmiyyəti) 5-ci dərəcəli elektrik qaynaqçı peşəsində, 04.03.2003-01.12.2007-ci il tarixədək "xxxx" X2-063 layihəsində qaynaqçı peşəsində, 04.12.2007-ci il tarixdən 07.05.2009cu il tarixədək "xxxx" BM-nin Azf-073 layihəsində qaynaqçı peşəsində, 20.02.2010-cu il tarixdən 13.06.2013-cü il tarixədək "xxxx" BM-nin Azf-081 layihəsində qaynaqçı peşəsində və qaynaq ustası vəzifəsində, 21.06.2013-cü il tarixdən 05.03.2014-cü il tarixədək "xxxx" MMC-də polad boru qaynaqçısı peşəsində, 07.03.2014-cü il tarixdən 16.05.2016-cı il tarixədək "xxxx" BM-nin Azf-086 layihəsində qaynaq ustası və metalqızdırıcı usta vəzifəsində, 21.07.2016-cı il tarixdən 09.09.2016-cı il tarixədək "xxxx" MMC-də qaynaqçı peşəsində, 20.02.2020-ci il tarixdən hal-hazırki dövrə qədər "xxxx" BM-nin Azf-099 layihəsində qaynaq ustası vəzifəsində çalışmışdır. Müəyyən vaxtlarda işlədiyi qaynaqçı, qaynaq ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Hal-hazıradək təqribən 40 il ümumi və 12 il 8 aydan çox xüsusi stajı vardır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncunun 01.02.2021-ci il tarixli məktubu ilə müraciətindən imtina olunmuşdur. Hesab edir ki, imtina əsassızdır. Bakı İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(112)-4957/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(112)-4957/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində Ali Məhkəmənin oxşar işlər üzrə qərarına əsaslanmışdır. Əlavə olaraq qeyd etmişdir ki, “AZFEN" BM tərəfindən verilmiş AZF- 2021/08/K №li 22.02.2021-ci il tarixli “güzəştli arayış”da birbaşa göstərilmişdir ki, İddiaçı "xxxx" BM-nin Azf-086 layihəsində qaynaq ustası və metalqızdırıcı ustası vəzifəsində işləmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(112)- 4957/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kоllеgiyаsı iddiaçının izahatını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Cəbrayıl şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - NZ seriyalı 393756 saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 09 may 1979-cu ildən 05 iyun 1981-cı ilədək hərbi xidmətdə olmuşdur. - ИT-İ seriyalı ******* nömrəli 07.09.1981-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 24.08.1981-ci ildə “Azneftkimyazavodtəmir” trestinin 5 saylı TTİ-nin tikintiquraşdırma sahəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 30.11.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir; 09.12.1982-ci ildə şifer istehsalatına 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 14.03.1985-ci ildə işdən azad edilmişdir; 04.04.1985-ci ildə “Azərbaycan Nəqliyyattikinti” trestinin 445 saylı Tİ-də sement və keramika məmulatları kombinatından köçürmə yolu ilə 5-ci dərəcəli elektrik qaynaqçı işinə qəbul olunmuş, 10.01.2000-ci ildə işdən azad olunmuş; "xxxx" BM-də 04.03.2003-cü ildə qaynaqçı peşəsi ilə işə qəbul edilmiş, 01.12.2007-ci ildə əmək müqaviləsinə xitam verilmişdir; 04.12.2007-ci ildə qaynaqçı peşəsinə qəbul edilmiş, 07.05.2009-cu ildə əmək müqaviləsinə xitam verilmişdir; 20.02.2010-cu ildə qaynaqçı peşəsinə işə qəbul olunmuş, 21.09.2010-cu ildə qaynaqçı ustası vəzifəsinə keçirilmiş, 13.06.2013-cü ildə əmək müqaviləsinə xitam verilmişdir; 21.06.2013-cü ildə "xxxx" MMC-də cəmiyyətin Texniki işlər Departamentində inşaat sahəsinə polad boru qaynaqçısı peşəsinə qəbul olunmuş, 05.03.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir; 07.03.2014-cü ildə "xxxx" BM-də qaynaq ustası vəzifəsinə qəbul edilmiş, 10.02.2015-ci ildə metalqızdırıcı ustası vəzifəsinə keçirilmiş, 16.05.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verilmişdir; 21.07.2016-cı ildə "xxxx" MMC-də qaynaqçı vəzifəsinə qəbul edilmiş, 09.09.2016-cı ildə tutduğu vəzifədən azad edilmişdir; 28.09.2016-cı il tarixdə "xxxx" MMCdə qaynaqçı briqadir vəzifəsinə işə qəbul edilmiş, 30.08.2018-ci il tarixdə işdən azad olunmuşdur; 07.01.2019-cu ildə "xxxx" MMC-də Metal konstruksiya işləri üzrə departamentin qızdırıcı vəzifəsinə qəbul edilmiş, 23.07.2019-cu ildə briqadir vəzifəsinə keçirilmiş, 28.10.2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. 29.10.2019-cu ildə "xxxx" MMC-də qaynağ işləri üzrə briqadir vəzifəsinə qəbul edilmiş, 19.02.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. - "xxxx" BM tərəfindən verilmiş AZF-2021/08/K №li 22.02.2021-ci il tarixli “güzəştli arayış”da göstərilmişdir ki, İddiaçı "xxxx" BM-nin layihələrində qaynaqçı və qaynaq ustası vəzifələrində işləmişdir. Onun "xxxx" BM-də güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: 04.03.2002-01.12.2007 "xxxx" BM-nin Azf-063 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində 04 il, 08 ay, 28 gün; 04.12.2007-07.05.2009 "xxxx" BM-nin Azf-073 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində 01 il, 05 ay, 04 gün; 20.02.2010-13.06.2013 "xxxx" BM-nin Azf-081 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində və usta (qaynaq ustası) vəzifəsində 03 il, 03 ay 24 gün; 07.03.2014-16.05.2016 "xxxx" BM-nin Azf-086 layihəsində qaynaq ustası və metalqızdırıcı usta vəzifəsində 02 il, 02 ay, 10 gün; 20.02.2020-ci ildən hal-hazırda işləyir "xxxx" BM-nin Azf-099 layihəsində usta (qaynaq ustası) vəzifəsində 01 il, 03 gün, cəmi 12 il 08 ay 09 gün. - X3 Sistemindən çıxarışdan müəyyən olunur ki, iddiaçının pensiya kapitalı 98.122,45 manat təşkil edir. - İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 07 sentyabr 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" BM-nin ona dair 21 dekabr 2020-ci il tarixli AZF2020/37/K nömrəli arayışında qeyd olunan 04.03.2003-07.05.2009-cu il tarixləri arasındakı dövr ərzində qaynaqçı, 20.02.2010-13.06.2013-cü il tarixləri arasındakı dövr ərzində qaynaqçı və qaynaq ustası, 07.03.2014-16.05.2016-cı il tarixləri arasındakı dövr ərzində qaynaq ustası və metalqızdırıcı usta, 20.02.2020-ci il tarixindən bugünədək qaynaq işləri üzrə usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi müraciətçinin işlədiyi qaynaqçı və qaynaq ustası vəzifələri yuxarıda qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə uyğun deyil. Eyni zamanda onun işlədiyi sahə metal emalı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 60 yaşına çatması və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunduğu kimi "xxxx" BM-də 04.03.2003-07.05.2009-cu il tarixləri arasındakı dövr ərzində qaynaqçı, 20.02.2010-13.06.2013-cü il tarixləri arasındakı dövr ərzində qaynaqçı və qaynaq ustası, 07.03.2014-16.05.2016-cı il tarixləri arasındakı dövr ərzində qaynaq ustası və metalqızdırıcı usta, 20.02.2020-ci il tarixindən hazırki vaxtadək qaynaq işləri üzrə usta işlədiyi vəzifələr yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə uyğun deyil. Eyni zamanda onun işlədiyi sahə metal emalı sahəsinə aid deyil. Bu isə o, deməkdir ki, iddiaçıya 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, apellyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" B.M.-ə sorğu ünvanlanaraq aşağıdakılara dair ətraflı məlumatın növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunmuşdur:
1. Arayışa əsasən iddiaçı müəssisədə 6 il, 9 ay, 3 gün əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. Arayışa əsasən, eyni zamanda, o, qaz qaynaqçısı peşəsində də işləmişdir. İddiaçının müəssisədə qaz qaynaqçısı işlədiyi müddət nə qədərdir?
2. Arayışa əsasən iddiaçının müəssisədə işlədiyi usta peşəsi Siyahının 29-cu bölməsində təsbit olunmuş “tikinti və quraşdırma işləri üzrə usta” peşəsinə uyğundur. İddiaçı tikinti ustası peşəsində çalışmışdır, yoxsa qaynaqçı ustası?
3. Siyahıda qaynaq ustası anlayışı qeyd olunmamışdır. İddiaçı qaynaq ustası işlədiyi zaman qaynaq işləri ilə məşğul olmuşdur?
4. İddiaçının işlədiyi metal qızdırıcısı peşəsi Siyahının hansı bölməsində təsbit olunub? Sorğuya cavab olaraq müəəsisə aşağıdakıları qeyd etmişdir:
1. N. Ə. Səfərəliyev müəssisədə qaynaq ustası vəzifəsində çalışmışdır.
2. İddiaçı müəssisədə qaynaq ustası işlədiyi zaman onun əmək funksiyası tikinti və quraşdırma işləri üzrə ustanın əmək funksiyası ilə eyni olmaqla aşağıdakılardan ubarət olmuşdur: • Tabeliyində olan işçilərə istehsalat tapşırıqları vermək, həmin tapşırıqların vaxtında icra edilməsin və işin gedişini nəzarətdə saxlamaq. • Tabeliyində olan işçilər tərəfindən əmək və icra intizamına, vəzifə borclarının yerinə yetirilməsinə riayət edilməsinə nəzarət etmək, bütünlükdə əmək və icra intizamı səviyyəsini möhkəmləndirmək ücün müvafiq qaydada tədbirlər görmək. • İş sahəsində tabeliklərində olan fəhlələrin alətlərlərdən,ləvazimatlardan, fərdi mühafizə vasitələrindən, xüsusi geyimdən düzgün istifadə etmələrinə nəzarət etmək, onlar tərəfindən işlədilən alət və ləvazimatların eləcə də sahədə,iş yerlərində istifadə edilən mal, material, avadanlıq, inventarların yararsız hala salınmasına, korlanmasına, xarab edilməsinə yol verməmək, belə hallar olduqda təqsirkarlara qarşı müvafiq qaydada məsələ qaldırmaq. • Hər gün tabeliyində olan işçilərin işə davamiyyətini yoxlamaq, ertəsi gün bu barədə müvafiq blanklarda (iş vaxtı uçotunun gündəlik raportunda) qeydlər aparmaq və həmin sənədi müəyyən olunmuş vaxtda tələb olan yerə təqdim etmək. • İşin təşkilində, işçilərin peşə və say tərkibinin müəyyənləşdirilməsində istehsalat zərurətinin tələblərini, işin həcmini, texnoloji xüsusiyyətlərini nəzərə almaq, izafi məsrəflərə və işçilərin sağlamlığına zərər vura biləcək hallara yol verməmək. • Əməyin mühafizəsi və təhlükəzislik texnikası,yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı təlimatların tələblərinə və uyğun prosedurlara əməl etmək.
3. İddiaçı müssisədə metalqızdırıcı usta işlədiyi zaman onun əmək funksiyası tikinti və quraşdırma işləri üzrə ustanın əmək funksiyası ilə eyni olmaqla aşağıdakılardan ibarət olmuşdur: • Qızdırıcı elementlərin (spirallar) maqnit vasitəsilə, metalın qaynaq olunacaq hissəsinə yaxın səthinə yapışdırılmasını təmin etmək; • Müvafiq avadanlıq vasitəsilə zəruri olan temperatur alındıqdan sonra qaynaq əməliyyatının başlanmasının mümkün olduğu barədə qaynaqçılara məlumat verilməsini təmin etmək; • Qaynaq əməliyyatı bitənə qədər temperaturun sabit (75°-100°) qalmasına nəzarət etmək; • Qaynaq əməliyyatı zamanı temperatur 230°-dən yüksək olduğu halda qaynaq işinin dayandırılmasına nəzarət etmək; • Qaynaq əməliyyatı bitdikdən sonra verilmiş təlimata uyğun şəkildə istiliyin yavaşyavaş endirilərək, metalın öz temperaturuna uyğunlaşdırılmasını təmin etmək; • Qaynaq əməliyyatından sonra bəzi metal boruların texniki emal edilməsini təmin etmək; • Texniki emal əməliyyatından sonra xüsusi cihaz vasitəsilə qaynaq üzərindəki sərtliyin yoxlanılmasını təmin etmək; Eyni zamanda qeyd olunmuşdur ki, iddiaçının 04.03.2003-01.12.2007-ci illərdə X1 AZF-063 layihəsində, 04.12.2007-07.05.2009-cu illərdə X1 AZF-073 layihəsində, 20.02.2010-21.09.2010-cu illərdə X1 AZF-081 layihəsində işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 35-ci maddəsinin " Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndində, 21.09.2010-13.06.2013-cü illərdə X1 AZF-081 layihəsində, 07.03.2014- 10.02.2015-ci illərdə X1 AZF-086 layihəsində işlədiyi qaynaq ustası peşəsi Siyahının 29cu maddəsində “Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndində, 10.02.2015-16.05.2016-cı illərdə X1 AZF-086 layihəsində işlədiyi metalqızdırıcı ustası peşəsi Siyahının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndində, 20.02.2020-01.11.2021-ci illərdə X1 AZF-099 layihəsində, 01.11.2021-ci ildən arayışın verildiyi 24.11.2021-ci il tarixədək işlədiyi qaynaq ustası peşəsi Siyahının 29-cu maddəsində “Bina,qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndində təsbit olunmuşdur. 24.11.2021-ci il tarixə iddiaçının müəssisədə olan güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı 13 il 05 ay 11 gün təşkil edir. Eyni zamanda məhkəmə iclasında iddiaçı "xxxx" ASC tərəfindən tərtib olunmuş arayışı məhkəmə kollegiyasına təqdim etmişdir. Arayışa əsasən iddiaçı 09.12.1982-ci ildən 14.03.1985-ci ilədək (cəmi: 2 il, 3 ay, 5 gün) “Bakı Asbestsement və Keramika məmulatları” kombinatında əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İddiaçının Kombinatda işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının “Ümumi peşələr” adlanan 35-ci bölməsində təsbit olunmuşdur. İş materiallarına əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 98.122,45 manat olduğu müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan bu xüsusata dair hər hansı irad bildirməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 60 yaşının tamam olduğu 09.11.2020-ci il tarixə 25 ildən artıq sığorta stajının olması, bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışması, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi iş materiallarına əsasən təsdiq olunduğudan iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-3045/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(112)-4957/2021 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu 09.11.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.