Məhkəmə qərarları › İş №2-1(103)-2258/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2258/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2258/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (X6, X8 və X9 üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «pasport qeydiyyatdan çıxarılma») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6265/2025 saylı, 11 mart 2025-ci il tarixli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1989-cu il tarixdə doğulmuş iddiaçı Nəsibli X3 rayonu, X11 prospekti, ev 34, mənzil 3 ünvanında pasport qeydiyyatındadır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, məhəllə 3000, ev 53, mənzil 133 (yeni qaydalarla: ünvan 1 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

3. 20.11.2024-cü il tarixdə “Asan 1” tərəfindən xx.xx.1989-cu il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1993- cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X7 Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, məhəllə 3000, ev 53, mənzil 133 (yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-969/2022 saylı iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, qeyd olunan qətnamə ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı ("xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pay hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)-6046/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)- 6046/2021 saylı qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilmiş, iddiaçı X2 cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin, 133 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) istifadə hüququ bir il müddətinə müvəqqəti saxlanılmaqla, himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 ilə birlikdə qeyd olunan müddətə həmin mənzilə köçürülmələri qət edilmişdir.

5. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Nəsimi RPİ-nin xx.xx.2024-cü il tarixli 3-13-51/2-N-43867/24 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin (şəxslərin) ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (bundan Nəsimi RPİ) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X4 Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, məhəllə 3000, ev 53, mənzil 133 (yeni qaydalarla: ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, məhəllə 3000, ev 53, mənzil 133 (Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 129, M 11, M 6 saylı mənzil) xx.xx.2019-cu il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqına Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli Çıxarışa əsasən daşınmaz əmlakı xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Onun mülkiyyətində olan mənzildə qeydiyyatda olan 3-cü şəxslər X6, X8 və X9 formal olaraq qeydiyyatda olmuşdur. Belə ki, cavabdeh X6, X8 və X9 onun sabiq əridir və övladlarıdır. Həmin mülkiyyətində olan mənzil paylı mülkiyyətdir. 3-cü şəxslər X2, X5 və X4 qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. 3cü şəxslər X2, X5 və X4 mənzildən qeydiyyatdan çıxarılması üçün Nəsimi RPİ-yə müraciət etmişdi.

8. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra xx.xx.1993-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

9. Cavabdeh Nəsimi RPİ-nin və üçüncü şəxslərin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6265/2025 saylı, 11 mart 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, üçüncü şəxs mübahisəli ünvanda qeydiyyatda olsa da o, faktiki olaraq həmin ünvanda yaşamır və iddiaçı onların əvəzinə əlavə kommunal xərcləri ödəyir. Üçüncü şəxslərin göstərilən ünvanda qeydiyyatda olması iddiaçının öz mülkiyyətindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İddiaçının mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan üçüncü şəxs X6 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6265/2025 saylı, 11 mart 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmənin qərarı tam qanunsuzdur, belə ki, iddiaçı 3-cü şəxs qismində cəlb olunan azyaşlılar X5 və X4 valideyni olmaqla onların atasıdır və uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeri kimi müəyyən olunur. Bundan başqa məhkəmənin də iş materiallarına əlavə edilmiş qanun qüvvəsini almış qətnaməsinə əsasən, Nəsibli Natəvanı uşaqları ilə bu mənzildən qeydiyyyatdan çıxarmaq səlahiyyəti olmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-969/2022 saylı iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, qeyd olunan qətnamə ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı ("xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pay hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)-6046/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)- 6046/2021 saylı qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbuledilmiş, iddiaçı X2 cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin, 133 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) istifadə hüququ bir il müddətinə müvəqqəti saxlanılmaqla, himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 ilə birlikdə qeyd olunan müddətə həmin mənzilə köçürülmələri qət edilmişdir. Lakin məhkəmə qətnaməsi icra olunmamış və Nəsibli Natəvan uşaqları ilə bu mənzilə köçürülməmiş və məhkəmə qərarı ilə onlara verilmiş bu hüquqdan istifadə etməmişlər. Lakin buna baxmayaraq məhkəmə onun uşaqları ilə həmin mənzildən qeydiyyatdan çıxarılması qənaətinə gəlmişdir. Onu da qeyd etmişdir ki, onun uşaqları ilə qeydiyyata düşməyə başqa bir yaşayış yeri yoxdur və məhkəmənin bu qərarı Uşaq hüquqları haqqında Qanuna və Konvensiyanın müddəalarına ziddir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəmənin dəftərxanası vasitəsilə məktub təqdim edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

18. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

20. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun:1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

21. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 28.1-ci maddəsinə əsasənm fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

27. Həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.

29. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxslər faktiki yaşamadığı və istifadə hüququ olmadığı ünvan üzrə qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir.

30. Üçüncü şəxs X6 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı 3-cü şəxs qismində cəlb olunan azyaşlılar X5 və X4 valideyni olmaqla onların atasıdır və uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeri kimi müəyyən olunur. Bundan başqa məhkəmənin də iş materiallarına əlavə edilmiş qanun qüvvəsini almış qətnaməsinə əsasən, Nəsibli Natəvanı uşaqları ilə bu mənzildən qeydiyyyatdan çıxarmaq səlahiyyəti olmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-969/2022 saylı iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, qeyd olunan qətnamə ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı ("xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pay hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)-6046/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)- 6046/2021 saylı qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbuledilmiş, iddiaçı X2 cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin, 133 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) istifadə hüququ bir il müddətinə müvəqqəti saxlanılmaqla, himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 ilə birlikdə qeyd olunan müddətə həmin mənzilə köçürülmələri qət edilmişdir. Lakin məhkəmə qətnaməsi icra olunmamış və Nəsibli Natəvan uşaqları ilə bu mənzilə köçürülməmiş və məhkəmə qərarı ilə onlara verilmiş bu hüquqdan istifadə etməmişlər. Lakin buna baxmayaraq məhkəmə onun uşaqları ilə həmin mənzildən qeydiyyatdan çıxarılması qənaətinə gəlmişdir.

31. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxs mübahisəli ünvanda qeydiyyatda olsa da o, faktiki olaraq həmin ünvanda yaşamır və iddiaçı onların əvəzinə əlavə kommunal xərcləri ödəyir. Üçüncü şəxslərin göstərilən ünvanda qeydiyyatda olması iddiaçının öz mülkiyyətindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İddiaçının mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

32. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yerləri üzrə və qeydiyyata alına bilərlər.

33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası onu da qeyd edir ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-969/2022 saylı iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin, 133 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) istifadə hüququ bir il müddətinə müvəqqəti saxlanılmaqla, himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 ilə birlikdə qeyd olunan müddətə həmin mənzilə köçürülmələri qət edilmiş, məhkəmə qətnaməsi üzrə xx.xx.2022-ci il tarixli icra vərəqəsi verilmiş və xx.xx.2022-ci il tarixdə Nəsimi rayon İcra şöbəsi tərəfindən icraata başlama haqqında qərar qəbul olunmuşdur.

34. İş materiallarından o da görünür ki, tələbkar (hazırkı iş üzrə üçüncü şəxs X6) öz hərəkətsizliyi, yəni tələb olunan vaxtlarda icra yerinə getmədiyi üçün xx.xx.2024-cü il tarixdə Nəsimi rayon İcra şöbəsi tərəfindən icra sənədinin geri qaytarılması haqqında qərar qəbul olunmuşdur.

35. Məhkəmə Kollegiyası nəzərə alır ki, qətnamənin icra olunması ilə bağlı uzun müddət keçməsinə baxmayaraq tələbkar (hazırkı iş üzrə üçüncü şəxs X6) Nəsimi rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024cü il tarixli qərarı mübahisələndirməmişdir.

36. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, üçüncü şəxs X2 apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır.

37. Belə ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin, 133 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) istifadə hüququ bir il müddətinə müvəqqəti saxlanılmaqla, himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 ilə birlikdə qeyd olunan müddətə həmin mənzilə köçürülmələrində X2 maraqlı olması müəyyən olunmur.

38. Belə halda yuxarıda qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-969/2022 saylı iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qətnaməsinə istinad olunmaqla qeyri-müəyyən müddətə İddiaçı mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağa nail olmaq da əsaslı sayıla bilməz.

39. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6265/2025 saylı, 11 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6265/2025 saylı, 11 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar