Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2259/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X8 və X4 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X7 və iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X14, X6, X9) qarşı “çıxarışın verilməsi və s. tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-93/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bilgəh bağları massivində yerləşən 59 saylı BTK nəzdində olan 1550d bağ sahəsinin Bakı şəhər İcrayyə Komitəsinin 24 iyul 1991-ci il tarixli 10/517 saylı Qərarı ilə ona ayrılan bağ sahəsinə yeni ünvan verilərək dövlət reyestrində qeydiyyatın aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: "... Mübahisəli bağ sahəsinin onun adına rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu tərəfindən həmin torpaq sahəsinin digər şəxsin adına rəsmiləşdirildiyi əsası ilə imtina cavabı verilmişdir. Bilgəh bağları massivində yerləşən 59 saylı BTK nəzdində olan 1550d bağ sahəsinin Bakı şəhər İcrayyə Komitəsinin 24 iyul 1991-ci il tarixli 10/517 saylı Qərarı ilə həm ona, həm də digər şəxs X11 torpaq sahəsi ayrılmış, həmin şəxs öz bağ sahəsində bağ evi inşa etdirmiş, lakin ona məxsus bağ sahəsi öz istifadəsindədir və orda bağ evi inşa olunmayıb. Eyni nömrəli bağ sahəsi hər ikisinə verilsə də, faktiki olaraq fərqli-fərqli ərazilərdə yerləşən bağ sahələridir. Bu səbəbdən cavabdehə təkrar müraciətində istifadəsində olan bağ sahəsinə yeni ünvan verilərək reyestrdə qeydiyyata alınmasını tələb etmiş, lakin bu dəfə də sonuncu tərəfindən həmin torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşdiyi və adını çəkmədən digər şəxsin adına özəlləşdirildiyi bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...59 nömrəli BTK nəzdində 1550 d saylı bağ sahəsi 24 iyul 1991-ci il tarixli qərarla iddiaçının adına ayrılmışdır. Eyni qərar ilə 59 nömrəli BTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına 1550 d saylı bağ sahəsi də ayrılmış və qeydiyyatdan keçmişdir. İddiaçı tərəfindən göstərilən sahə Nardaran qəsəbəsində yerləşir və digər fiziki şəxs X5 adına qeydiyyata alınmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-93/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləri baxımından apellyasiya icraatını mümkün hesab etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bilgəh bağlar sahəsində 59 saylı BTK –nın nəznində 012 ha torpaq üzərində olan və ona məxsus olan 1550 d № li bağ sahəsinin başqa bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə əsas olmuş sənədləri və mülkiyyəti təsdiq edən sənədin surətini ona təqdim olunması verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət olunmuş və məhkəmə iclasında cavabdeh tərəfindən tələb olunan sənədlər məhkəməyə təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinə təqdim olunan sənədlərdən görünür ki, Bakı şəhər İcrayyə Komitəsinin 24 iyul 1991 – ci il tarixli 10\517 saylı Qərarı ilə X11 da bağ sahəsi ayrılmış, həmçinin həmin bağ sahəsində bağ evi inşa olunmuşdur. Lakin ona məxsus bağ sahəsi 1991 – ci ildən öz istifadəsindədir və orda bağ evi inşa olunmayıb. Bu səbəbdən də cavabdehə Bilgəh bağları massivində yerləşən 59 saylı BTK – nəzdnində olan 1550d saylı bağ sahəsinə yeni ünvanın verilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair müraciətinə cavab olaraq bildirilmişdir ki, ona aid olan bağ sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşir və digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır. Məhkəmə cavabdehin özü olan mütəxəssis rəyinə və həmin rəyi köçürən ekspert rəyinə istinad edərək, hesab etmişdir ki, iddia olunan və naturada göstərilən bağ sahəsi digər fiziki şəxs X5 adına qeydiyyata alınmışdır. Bütün sənədlərlə təsdiq olunur ki , İddiaçı məxsus bağ sahəsi Bilgəh qəsəbəsində yerləşir, X3 məxsus torpaq sahəsi isə Nardaran qəsəbəsində yerləşir. Ekspert ümumiyyətlə bağ sahəsinə baxış keçirmədən, heç bir araşdırma aparmadan yalnız qərəzli rəy vermiş mütəxəssisin yazdıqlarını köçürmüşdür. Məhkəməyə təqdim olunmuş sənədlər əsasında İddiaçı ayrılmış bağ sahəsinin ilk olaraq X1 adına dövlət reyestrində qeydiyyata alındığı, daha sonra isə X5 adına özgəninkiləşdirildiyi məlum olmuşdur. Məhkəmənin sorğularına müvafiq cavab məktublarında həmin torpaq sahəsinin Sabunçu rayon Bilgəh qəsəbəsi ərazisinə aid olduğu bildirilmişdir. Hesab edir ki, İddiaçı ayrılmış torpağın təyinatının bağ sahəsi olması və Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşməsi və X3 isə ayrılan torpaq sahəsinin isə təyinatının fərdi yaşayış evi üçün ayrıldığı və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşməsi məhkəməyə təqdim olunmuş sənədlər əsasında sübut olunmuşdur. İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən bağ sahəsi yalnış olaraq X1 adına dövlət reyestrində qeydiyyatı aparılmışdır bu iki fərqli təyinatlı və fərqli kordinatlı torpaq sahələrinin üst-üstə düşməsi mümkün deyil. ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi T.Yeganlı isə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. İddiaçının cavabdehə qarşı iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, ona ayrılmış bağ sahələsinə yeni ünvan verilərək mülkiyyyət hüququ dövlət qeydiyyatına alınıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi cavabdehə həvalə olunsun. Konkret halda isə həmin iddia tələbinin mümkünlük şərti ödənilmir. Belə ki, işin materiallarına əsasən müəyyən olunur ki, Bilgəh bağları massivində yerləşən 59 saylı BTK nəzdində olan 1550d bağ sahəsi - Bakı şəhər İcrayyə Komitəsinin 24 iyul 1991-ci il tarixli 10/517 saylı Qərarı ilə İddiaçı ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmiş və cavabdeh buna əsas olaraq göstərmişdir ki, bağ sahəsi Nardaran qəsəbəsində yerləşir və digər fiziki şəxs X5 adına qeydiyyata alınmışdır, yəni onun adına deyil başqa səxsə məxsusdur. İş materiallarından, həqiətən də, aydın olur ki, 24 iyul 1991-ci il tarixli qərarı ilə 59 nömrəli BTK nəzdində eyni (“1550 d”) nömrəli bağ sahəsinə (ünvanı Nardaran qəsəbəsi göstərilməklə) X11 da ayrılmış, həmin bağ sahəsi xx.xx.2010-cu il tarixdə onun adına mülkiyyət hüququ ilə qeydə alınmış, sonradan 18 mart 2011-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi əsasında isə X9 adında şəxsə satmış və xx.xx.2011-ci il tarixdə sonuncunun mülkiyyət hüququ reystrdə qediyyata alınıb bu barədə ona çıxarış verilmihşir. Əslində, işin 68-71-ci vərəqlərində olan X10 adına özəlləşdirilməsinə dair razılıq ərizələrinə və 23-cü vərəqində olan X2 və İstismarı Birliyinin 59 nöirəli BTK-ya ünvanlanış 2 avqust 1991-ci il tarixli məktubuna, 74-cü vərəqində olan orderə, habelə, 79-cu vərəqində olan texniki sənədə əsasən də asasən müəyyən olunur ki, Bakı şəhər Soveti İKnin 24 iyul 1991-ci il tarixli 10/517 No-li qərarı ilə X11 Bilgəh qəsəbəsində 59 No-li kooperativin tərkibində bağ sahəsi ayrılmışdır. İş üzrə təyin olunmuş məhkəmə mühəndis-texniki ekspertizasını üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının işə əlavə olunmuş 10/4477 nömrəli 22 avqust 2023-cü il tarixli rəyindən də görünür ki, ekspert tədqiqatı zamanı İddiaçı iddia etdiyi və naturada göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən bağ sahəsi digər fziki şəxs Əliyev Teymur oğlunun adına qeydiyyata alınmış **********22 reystr nömrəli (yəni, əvvəllər Q.Orucovun adına olmuş) bağ sahəsi ilə üst-üstə düşür. Belə olan təqdirdə, yəni, həmin torpaq sahəsinə üçüncü şəxsin adına olan hüquqmuəyyənedici sənədlər qüvvədə olduğu halda, təkrarən iddiaçının adına eyni torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasının mümkünlüyü istisna olunur. Başqa sözlə, iddiaçı ilə üçüncü şəxs arasında sözügedən bağ sahəsinə hüququn kimə məxsus olmasına dair mülki münasibətlərdən irəli gələn başqa bir mübahisənin predmetini təşkil edə biləcək hal yaranmış olur. Odur ki, qeyd olunanlar baxımından konkret halda, iddiaçının hazırkı iddia tələbi İPM-in 35.1-ci maddəsinin nəzərədə tutduğu əsasaslandırıdmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsindən isə görünür ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması nəticə etibarı ilə işdə olan sübutlarla müəyyən edilən hallara və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin məhkəmənin qərardadının əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-93/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-93/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2259/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2259/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver