Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2259/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, X6 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(N2)- 436/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 28 noyabr 20N-ci il tarixli, № 847 reyestr nömrəli qərarı əsasında İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli RHK tərəfindən 1992ci ildə hərbi xidmətə çağırılmışdır. 1992-ci ilin mart ayından 1994-cü ilin may ayına qədər 702/839 saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N-cı il tarixli, 847 saylı qərarına əsasən Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ilə kimi N saylı hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri diaqnoz: “hər iki əlin və üzün l-İİ dərəcəli termiki yanığı” kimi qeyd edilmişdir. xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi 3 nömrəli şəhər kliniki xəstəxanasında müyinə müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Metal qəlpənin olması ilə sağ sağrı nahiyyəsinin odlu silahla yaralanması” Füzuli RHK-nın xx.xx.20N-ci il tarixli 4/1091 nömrəli göndərişi, xx.xx.20N-cı il tarixli 4/718 nömrəli arayışı, SQ-nin Baş Klinik Hospitalından verilmiş xx.xx.20N-ci il tarixli 6828 nömrəli arayışı, MN MHP-dən verilmiş xx.xx.1993-cü il tarixli 1871 saylı və xx.xx.1993-cü il tarixli 1269 saylı arayışlar, N say N hərbi hissənin tibb bölüyündən verilmiş xx.xx.1992-ci il tarixli 355 saylı arayış, 3 nömrəli şəhər kliniki xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizinin (MN MHHK-nın həkimmütəxəssisicərrahın və hüquq məsləhətçisinin rəyi ilə təsdiq edilir) “hərbi travmadır, Azərbaycan Respublikasının X9mışdır.” kimi qeyd edilmişdir. Bu qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.20N-cu il tarixli 847 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin a bəndində öz əksini tapmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı haqqında “Hər iki əlin və üzün İ-İİ dərəcəli termiki yanığı” və “Metal qəlpənin olması ilə sağ sağrı nahiyyəsinin odlu silahla yaralanması” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Qeyd olunanlara əsasən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik təyin olunmalı idi. Lakin iddiaçının cavabdehə müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının hazırkı obyektiv vəziyyətininin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkar olunmadığı, nəticədə iddiaçıya “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik səbəbindən təyinat aparmaq mümkün olmaması, müayinə zamanı aşkar olunan digər xəstəliklərin əlamətləri müəyyən edildiyi səbəbindən ikinci dərəcə əlillik təyinatına uyğun müvafiq qərar qəbul edərək imtina etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, sonuncu dəfə xx.xx.2016-cı ildə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik təyin edilmişdir. Daha sonra tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0082003AAEUL nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə məhkəmə qərardadı ilə həmin göndəriş əsasında iddiaçının əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.20Nci il tarixli 847 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki əlin və üzün İ-İİ dərəcəli termiki yanığı. Metal qəlpənin olması ilə sağ sağrı nahiyəsinin odlu silahla yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının X9mışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yanıq xəsarəti aldığını bildirmiş, başağrıları, əsəbilik, ətraflarında olan hərəki məhdudluqdan şikayətlənmiş, təxminən 13-14 ildir yaranmış şəkərli diabet, astma və bir sıra digər xəstəliklərdən əziyyət çəkdiyini bildirmişdir. Anamnezində gecələr yata bilmədiyini, qışqırdığını, öz-özünə danışdığını qeyd etmişdir. Diabet müalicəsində qəbul etdiyi bir neçə dəfə dəyişdirilmiş dərmanlarının adlarını yadında saxlamadığını söyləmişdir. Müayinə zamanı çəkisi 66 kq, boyu 169 sm olmuşdur. 2016-cı ildə kardioloji diaqnozla əsassız olaraq minik avtomobili təyinatı aparılmış, digər diaqnozları tamamilə fərqli olmuşdur. Hazırda heç bir kardioloji şikayəti olmamış, müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Baxış zamanı sağ baldırda cüzi hipotrofiya izlənilmiş, yerişi pozulmamış, diz refleksləri, yuxarı ətraf refleksləri canlı alınmış, atrofiya, hipotrofiya, parez müşahidə edilməmişdir. Sağ sağrıda çapıq izlənilmiş, hərəkətləri sərbəst, periferik arteriyalarda pulsasiya normal olmuşdur. Əllərində, üzündə çapıq izlənilməmişdir. Nevroloji və travmatoloji cəhətdən əlillik təyinatına əsas verəcək ağırlaşma əlamətləri qeyd edilməmişdir. Loğman Klinikasının xx.xx.2022-ci il tarixli Kranioserebral MRİ müayinəsinin nəticəsi “Serebral korteksin və beyinciyin atrofik dəyişiklikləri. Tək-tək rast gəlinən qliotik ocaqlar” kimi qeyd olunmuş, klinik olaraq əhəmiyyət kəsb etməmişdir. Müharibə Veteranları Respublika Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12309139 nömrəli Çıxarışında diaqnoz “Xroniki posttravmatik baş ağrısı. Postkontuzion sindrom. Miqrenoz status. Xoşxassəli kəllədaxili hipertenziya” kimi qeyd olunmuş, əyani müayinə zamanı əlillik təyinatına əsas verən dəyişikliklər müşahidə edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1232 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilyasiya pozğunluğu qeyd olunmur. FVC 95%, FEV1 95%” kimi qeydedilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-436/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli (hakim H.Ağalarov) qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N-ci il tarixili, Nə 847 reyestr nömrəli qərarına əsasən Azərbaycan Respublikasinin müdafiəsi zamanı aldığı “hərbi travma” bu qərarın əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 782 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin a) bəndində öz əksini tapmasına hüquqi qiymət verməmişdir. Bu da iddiaçıda hazırda əlil kimi hüquqlarının pozulmasına və sağlamlığınınn pozulması ilə nəticələnən hazırki əlilliyə gətirib çıxarması olmuşdur. Bu səbəbdən iddiaçı hesab etmişdir ki, məhkəmə əsassız olaraq belə bir qərar qəbul etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə hərbi xidmətə yararsızlıq haqqında yekun tibbi müayinəyə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddət ötürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli N nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətlərin dəlillərinə münasibət: İnzibati işin hallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.20N-ci il tarixli 847 nömrəli qərarda “Hər iki əlin və üzün l-ll dərəcəli termiki yanığı. Metal qəlpənin olması ilə saq sağrı nahiyəsinin odlu silahla yaralanması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının X9mışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçıya ilk dəfə xx.xx.2015-ci il tarixdə Postkontuzion sindrom. Keçirilmiş qapalı kəllə beyin travmasıdan sonrakı vəziyyət.Postkontuzion sindrom.Xoşxassəli kəllədaxili hipertenziya. diaqnozu ilə 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Daha sonra xx.xx.2016-cı ildə eyni diaqnozla 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik təyin edilmişdir. 5 illik müddət bitdikdən sonra tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0082003AAEUL nömrəli göndərişi əsasında inzibati orqan tərəfindən qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Hazırki tələbində iddiaçı ona orqanizminin sağlamlığının pozuntusunun müəyyən edilərək ona əlillik təyin olunmasını xahiş edir. Məhkəmə kollegiyası iş üzrə aparılmış araşdırmanın nəticəsi olaraq cavabdehin imtinasını əsaslı hesab edərək aşağıdakıları qeyd edir . İş materiallarına əsasən : Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 0082003AAEUL nömrəli göndərişdən görünür ki, iddiaçıda: -Əsas diaqnoz: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Metal qəlpənin olması ilə sağ sarğı nahiyyəsinin odlu silahla yaralanması (Y36.4) -Yanaşı xəstəliklər : Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ dərəcə (İ10) -Yanaşı xəstəliklər : Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya (G93.2) -Yanaşı xəstəliklər : Xroniki faringit, İİ dərəcə (J31.2) -Yanaşı xəstəliklər : Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə) , - OU (H36.0*) -Yanaşı xəstəliklər : Astma, Bronxial astma, Xroniki bronxit (J45) -Yanaşı xəstəliklər : Dəqiqləşdirilməmiş ensefalopatiya, Travmatik ensefalopatiya, hipertenzion və episindromla (G93.4) -Yanaşı xəstəliklər : İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip (EN) -Yanaşı xəstəliklər : Kəllədaxili travma, Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri (S06) -Yanaşı xəstəliklər : Postkontuzion sindrom, Postkontuzion sindrom( F07.2) -Yanaşı xəstəliklər : Digər cərrahi əməliyyatlar, xx.xx.2017- Laparoskopik Xolesistektomiya. QBSD. (Y83.8) -Yanaşı xəstəliklər : Digər neqativ pozğunluqlar, Kəskin ifadə olunan asteno-nevrotik sindrom ( F48) -Yanaşı xəstəliklər : Ürək çatmamazlığı, QDÇ İİ dərəcə (AF= 46%) (İ50) - Ağırlaşma : Aşağı ətraf travmalarının nəticələri, Sağ aşağı ətrafın odlu silahla yaralanmasından sonrakı vəziyyət (T93) - Ağırlaşma : Hərəkətin və yerişin pozulmaları, Sağ aşağı ətrafın funksiyasının pozulması (R26) -Status localis- Xəstə Azərbaycan Respublikasının ərazi bütöv-nün müdafiəsi ilə əlaqədar səbəbi ilə İİ dərəcəli əlildir .Anamnezində xx.xx.1992 tarixdə döyüş zonasında hərbi xidmət keçərkən travma alıb. xx.xx.1992-ci ilə kimi N saylı h/h-nin tibb bölüyündə "Hər iki əlin və üzün İ-İİ dərəcəli termiki yanığı" diaqnozu ilə stasionar müalicə alıb. xx.xx.1993-xx.xx.1993 tarixdə 3 saylı ŞKX-da " Metal qəlpənin olması ilə sağ sarğı nahiyyəsinin odlu silahla yaralanması" diaqnozları ilə stasionar müalicə alıb. xx.xx.20N tarixində MHHK-nın 847 №-li qərarına əsasən aldığı travma Hərbi Travmadır, Azərb.Respnın X9-dır. Aldığı davamlı ambulator və stasionar müalicələrə baxmayaraq xəstə kəskin baş ağrılarından, başgicəllənmədən, yaddaşın və görmənin zəifləməsindən, sağ aşağı ətrafın hərəkət məhdudluğundan, yerişin çətinləşməsindən, yuxusuzluqdan əziyyət çəkir. xx.xx.2021- xx.xx.2021 tarixdə MVRX-da " Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postkontuzion sindrom, Kəllədaxili hipertenziya, Kəskin ifadə olunan astenonevrotik sindrom, Şəkərli diabet İİ tip, sağ aşağı ətrafın hərəkətin pozulması" diaqnozları ilə stasionar müalicə alıb. Əlillik dərəcəsinin müd-nin bitməsi ilə əlaqədar sənədləri DTSERA-nə göndərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-4N8/2024 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.20Nci il tarixli 847 nömrəli qərar verilmişdir. Həmin qərarda “Hər iki əlin və üzün l-ll dərəcəli termiki yanığı. Metal qəlpənin olması ilə saq sağrı nahiyəsinin odlu silahla yaralanması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının X9mışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yanıq xəsarəti aldığını bildirmiş, başağrıları, əsəbilik, ətraflarında olan hərəki məhdudluqdan şikayətlənmiş, təxminən 13-14 ildir yaranmış şəkərli diabet, astma və bir sıra digər xəstəliklərdən əziyyət çəkdiyini bildirmişdir. Anamnezində gecələr yata bilmədiyini, qışqırdığını, öz-özünə danışdığını qeyd etmişdir. Diabet müalicəsində qəbul etdiyi bir neçə dəfə dəyişdirilmiş dərmanlarının adlarını yadında saxlamadığını söyləmişdir. Müayinə zamanı çəkisi 66 kq, boyu 169 sm olmuşdur. 2016-cı ildə kardioloji diaqnozia əsassız olaraq minik avtomobili təyinatı aparılmış, digər diaqnozları tamamilə fərqli olmuşdur. Hazırda heç bir kardioloji şikayəti olmamış, müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Baxış zamanı sağ baldırda cüzi hipotrofiya izlənilmiş, yerişi pozulmamış, diz refleksləri, yuxarı ətraf refleksləri canlı alınmış, atrofiya, hipotrofiya, parez müşahidə edilməmişdir. Sağ sağrıda çapıq izlənilmiş, hərəkətləri sərbəst, periferik arteriyalarda pulsasiya normal olmuşdur. Əllərində, üzündə çapıq izlənilməmişdir. Nevroloji və travmatoloji cəhətdən əlillik təyinatına əsas verəcək ağırlaşma əlamətləri qeyd edilməmişdir. Loğman Klinikasının xx.xx.2022-ci il tarixli Kranioserebral MRİ müayinəsinin nəticəsi “Serebral korteksin və beyinciyirı atrofik dəyişiklikləri. Tək-tək rast gəlinən gliotik ocaqlar” kimi qeyd olunmuş, klinik olaraq əhəmiyyət kəsb etməmişdir. Müharibə Veteranları Respublika Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12309139 nömrəli çıxarışında diaqnoz “Xroniki posttravmatik bas ağrısı. Postkontuzion sindrom. Miqrenoz status. Xoşxassəli kəllədaxili hipertenziya” kimi qeyd olunmuş, əyani müayinə zamanı əlillik təyinatına əsas verən dəyişikliklər müşahidə edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1232 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilvasiva pozğunluğu qeyd olunmur. FVC 95%, FEV1 95%” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Həmçinin iş materiallarından görünür ki birinci instansiya məhkəməsində araşdırma zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıbtapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T 820/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0082003AAEUL saylı Forma 088 göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Metal qəlpənin olması ilə sağ sağrı nahiyəsinin odlu silahla yaralanması. Aşağı ətraf travmaların nəticələri. Sağ aşağı ətrafın odlu silahla yaralanmasından sonrakı vəziyyət; Hərəkətin və yerişin pozulmaları. Sağ aşağı ətrafın funksiyasının pozulması” əsas diaqnozu və ağırlaşmaları ona stasionarda müəyyən edilsə də, xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı yanıq xəsarəti aldığını bildirmiş, başağrılarından əsəbilikdən, ətraflarında olan hərəkət məhdudluğundan şikayətlənmiş və baxış zamanı sağ baldırda cüzi hipotrofıya izlənmiş, yerişi pozulmamış, diz refleksləri canlı olmuş, atrofıya, hipotrofıya, parez, müşahidə edilməmiş, hərəkəti sərbəst olmuş, periferik arteriyalarda pulsasiya normal olmuş, nevroloji və travmotoloji cəhətdən əlillik təyinatına əsas verəcək ağırlaşma əlamətləri qeyd edilməmişdir. Müharibə Veteranları Respublika Xəstəxanasının 12309139 nömrəli çıxarışında olan diaqnoz və DTSERA-da 1232 nömrəli spirometriya müayinəsində “Xarici ventilyasiya pozğunluğu qeyd olunmamışdır. Qərardadın 2-ci bəndində qeyd edilən suallar əlilliyin qiymətləndirilməsinə aid olduqlarından onların həlli tibbi sosial ekspertlərin səlahiyyətlərinə aiddir. Apellyasiya icraatı zaman işin hallarının aydınlaşdırılması məqsədilə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. T546/2025 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1966-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən "XBT 10 kodu ilə Əsas diaqnoz: Əsas diaqnoz: Y46.4-Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Metal qəlpənin olması ilə sağ sağrı nahiyəsinin odlu silahla yaralanması. Ağırlaşmalar: T93- Aşağı ətraf travmalarının nəticələri. Sağ aşağı ətrafın odlu silahla yaralanmasından sonrakı vəziyyət; R26-Hərəkətin və yerişin pozulmaları. Sağ aşağı ətrafın funksiyasının pozulması; Yanaşı xəstəliklər: N0- Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ dər.; G93.2- Xoşxassəli kəllədaxili hipertenziya. Kəllədaxili hipertenziya; J45-Astma. Bronxial astma. Xroniki bronxit; EN-İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip; S06-Kəllədaxili travma. Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri; F07.2- Postkontuzion sindrom; 150-Ürək çatmamazlığı. QDC İİ dər. (AF=46%)" diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. -Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə X8 müraciət etmiş və ona "K76- Qaraciyərin digər xəstəlikləri, M13.0- -Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə X2 artroz, G56.9-Karpal tunel, G44.3-Xroniki posttravmatik başağrısı" diaqnozu qoyulmuşdur.
3. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
4. Həmin xəstəliklər tam reabilitasiya olunmurlar, kəskinləşdikləri halda əlavə müalicəyə cəlb oluna bilərlər.
5. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı sağ aşağı ətrafın funksiyasının, hərəkətin və yerişin pozulmaları aşkar edilmədi. 6,7. Qərardadın müvafiq bəndlərində sual və patomorfoloji əlamətlərin təyini DTSERA-nın tibbi sosial ekspertlərinin (nevroloji xəstəliklər üzrə) səlahiyyətlərinə aid olduğundan onlar tərəfindən həll edilməlidir. Məhkəmə kollegiyası iddiaçı barəsində əvvəlki tarixlərdə iki dəfə əlilliyin təyin edilməsinə münasibətdə qeyd edir ki, inzibati icraat materiallarından aydın göründüyü kimi həmin əlillik təyinatlarının aparılmasına əsas olan diaqnoz Postkontuzion sindrom. Keçirilmiş qapalı kəllə beyin travmasıdan sonrakı vəziyyət.Postkontuzion sindrom.Xoşxassəli kəllədaxili hipertenziya diaqnozu olmuşdur. Hazırki mübahisə zamanı isə iddiaçı barəsində təqdim edilmiş Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0082003AAEUL saylı Forma 088 göndərişində əsas diaqnoz kimi- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Metal qəlpənin olması ilə sağ sarğı nahiyyəsinin odlu silahla yaralanması (Y36.4) diaqnozu göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. Ekspert rəylərindən göründüyü kimi xx.xx.2021-ci il tarixli, 0082003AAEUL nömrəli göndərişdə nəzərdə tutulmuş Hərəkətin və yerişin pozulmaları, Sağ aşağı ətrafın funksiyasının pozulması kimi ağırlaşmalar aşkar edilməmişdir. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəliklərin əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri iddiaçıda müəyyən edilməmişdir. Belə ki, sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr (R25-R29), artrozlar (M19), aşağı ətrafın əzilməsinin və travmatik amputasiyanın nəticələri (T93.6) yuxarıda istinad edilən Əsasnamənin 6.1.10.1.-6.1.10.3 və 13.4.1-13.4.45-ci bəndlərində göstərilən ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri müəyyən olunduğu halda şəxs barəsində əlillik təyinatı aparıla bilər. Məhkəmə kollegiyası eyni zamanda göndərişin verildiyi zaman qüvvədə olan əlilliyin müəyyən olunması meyarlarına münasibətdə qeyd edir ki, diaqnozda göstərilən xəstəliklər Əsasnamədə öz əksini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda olan xəstəliklər (əsas diaqnoz) əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə həmin xəstəliklər nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona əlillik təyinatının aparılmasından imtina edilməsinin əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və N0-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-436/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə X10 Günel Abbasova