Məhkəmə qərarları › İş №2-1(103)-226/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-226/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-226/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X13 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı və iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması, reyestrdən çıxarışın və plan-ölçüsünün tərtib olunub verilməsi tələbinə dair» inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-294/2019 nömrəli 04 iyun 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 iyul 2002-ci il tarixli icarə müqaviləsinə əsasən ona (iddiaçıya) ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 79a saylı bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi və bağın yerləşdiyi torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması öhdəliyinin cavabdehə həvalə olunmuşdur (İPM m. 34.1). İddia ərizəsi aşağıdakılarla əsaslandırmışdır: «…Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 79a saylı bağ sahəsi X4 və İstismarı Birliyi ilə bağlanmış 31 iyul 2002-ci il tarixli müqaviləyə əsasən iddiaçının icarəsinə verilmişdir. Sözügedəın bağ sahəsi həmin tarixdən onun istifadəsindədir. İddiaçı həmin bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyesyrundə qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi ilə bağlı hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə vermişdir. Lakin cavabdehin 29 avqust 2018-ci il tarixli məktubu ilə məsələnin həllindəmn imtina olunmuş və imtinanın səbəbi kimi göstərilmişdir ki, iki bağ sahəsi bir hasar daxilindədir və mərzçəkmə işləri aparılmamışdır. Bundan əlavə, sözügedən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, təqdim olunmuş müqavilə Yeni Türkan qəsəbəsinə aid olduğundan, göstərilən ərazinin müqavilədə qeyd olunan bağ sahəsinə aidiyyatı yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Mərzçəkmə işlərinin görülməsi, arxiv cizgisinə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. İddiaçı hesab edir ki, cavabdehin istinad etdiyi hallar tam əsassızdır. Belə ki, qeyd olunan torpaq sahəsinin mərzi və hasarı vardır. O, verilən həmin bağ sahəsindən 16 ildir ki, istifadə edir və bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluğu cavabdehin problemidir.Bağ sahəsi ona X8 və İstismarı Birliyi tərəfindən ayrılmış və yerində mərzləri çəkilərək təhvil verilmişdir. Həmin müqaviləyə əsasən o, göstərdiyi bağ sahəsini icarəyə götürmüş, bağ sahəsindən fasiləsiz istifadə etmiş və icarə haqqı ödəmişdir.Hətta uyğunsuzluq olsa da, Birlik tərəfindən həmin sahə ona faktiki olaraq icarəyə verildiyinə görə onun sözügedən sahəsi özəlləşdirmək hüququ yaranmışdır. Çünki, bu illər ərzində həmin bağ sahəsi ilə bağlı hər hansı mübahisə olmamış, iddiaçı bağ sahəsindən heç bir pretenziya olmadan istifadə etmişdir. Sənədlərdə yazıların düzgün göstərilməməsi iddiaçının təqsiri deyil və bu uyğunsuzluq cavabdehin özü tərəfindən aradan qaldırılmalıdır. Ona verilmiş müqavilədə bağ sahəsinin sxematik xəritədə yerinin düzgün göstərilməməsi aradan qaldırılması mümkün olmayan məsələ deyil və həqiqətən də belə hal mövcuddursa, cavabdeh özü buna düzəliş etməlidir. Cavabdeh isə öz səlahiyyətlərinə aid olan hərəkətləri belə etməkdən imtina edir. Bu səbəbdən onun (iddiaçının) uzun illər istifadəsində olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmır…» 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-294/2019 nömrəli iş üzrə 04 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 79a saylı bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmalkın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iki bağ sahəsi bir hasar daxilindədir, mərzçəkmə və hasarlanma işləri aparılmamışdır. Bundan əlavə, sözügedən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, təqdim olunmuş müqavilə yeni Türkan qəsəbəsinə aid olduğundan, göstərilən ərazinin müqavilədə qeyd olunan bağ sahəsinə aidiyyəti yoxdur. Müvafiq bağ sahəsinin qonşu bağ sahəsinin mülkiyyətçisi ilə razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilməmişdir.Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunmüvafiq imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsi tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, yuxarıda qeyd olunan hallar əsassız olaraq nəzərə alınmamış, ekspertiza keçirilməmiş və ekspert və ya mütəxəssis rəyi olmadan qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə ədalətsiz qərar qəbul edilmişdir…» Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2217/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 fevral 2020-ci il tarixli 2-1(102)-430/2020 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli 2-1(103)-2217/2019 nömrəli, qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2- 1(103)-42/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2-1(82)-294/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-939/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2- 1(103)-42/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı bağ sahəsini 2000-ci illərdə aldığını, onun və anasının (X5) adına iki ayrı müqavilə bağlandığını, həmçinin, həmin bağ sahələrinin müvafiq olaraq 79 və 79a kimi qeyd olunduğunu, o cümlədən bu sahələr arasında sərhəd olduğunu bildirmişdir. Eyni zamanda, üçüncü şəxs X.Rzayevi heç tanımadığını, hətta qonşuluqda belə bir şəxsin olmadığını vurğulayaraq, ona məxsus bağın bu işə aidiyyəti olmadığını da qeyd etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək iddiaçının bağ sahəsinin ümumiyyətlə, boş sahə olduğunu, eyni zamanda, həmin bağ sahəsinə yerli baxış keçirildiyi zaman da iddiaçının bağ sahəsinin koordinatları üçüncü şəxs X.Rzayevin bağ sahəsinin koordinatlarından fərqli olmaqla başqa ərazidə yerləşdyini müəyyən olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Ali Məhkəmə qərarında hesab etmişdir ki, iddiaçının 79a nömrəli bağ sahəsinə dövlət qeydiyyatı üçün əsas sayılan hüquqmüəyyənedici sənədləri var və xəritədə 79 nömrəli bağ sahəsi də qeyd olunub və işdən görünür ki, iddiaçının hüquqmüəyyənedici sənədləri həmin bağ sahəsinə aiddir. Lakin, apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış, həmin istiqamətdə müvafiq araşdırma aparmamış və iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmadan qərar qəbul etmişdir…» İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla,işə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə sorğuları əsasında əldə olunmuş sənədlərə və məhkəmə araşdırması zamanı tərələrin ixahatlarına əsasən aşağıdakılar müəyyən olunmuşdur. Cavabdehin orqanını, məhkəmənin Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 79 saylı bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın olub-olmadığına və əgər varsa, kimin adına həmin qeydiyyatın aparıldığına dair sorğusuna cavab olaraq bildirilmişdir ki: “Həmin bağ sahəsi xx.xx.2010-cu il tarixdə X1 adına ilkin qeydiyata alınmış, daha sonra 4Ə-1-02 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2011-ci il tarixdə X12 adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə isə Türkan qəsəbəsi, 0,25 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 612,81 kv. olan 79 saylı bağ evi vahid əmlak kimi sonuncunun adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir (Adıçəkilən sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur). Bununla yanaşı həmin cavab məktubunda məlumat üçün bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 79 saylı bağ sahəsinin üzərində olan tikili ilə birlikdə icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı Biriliyi ilə X6 adına bağlanılmış xx.xx.2002-ci il tarixli 12186 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. “ Beləliklə də qeyd olunan sorğuya cavab məktubu ilə əldə olunan məlumatlara əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində 79 saylı iki bağ sahəsi mövcuddur: 1) 0,25 ha sahəyə malik bağ sahəsi bağ sahəsi - hansı ki, xx.xx.2010-cu il tarixdə X1 adına , daha sonra alqı-satqı müqaviləsi əsasında xx.xx.2011-ci il tarixdə X12 adına reyestrdə qeydiyyatdan keçmiş, xx.xx.2013-cü il tarixdə isə həmin bağ sahəsi üzərndə onun adına bağ evi ilə birlikdə vahid əmlak kimi qeydiyyata alınmış və hal-hazırda X.Rzayevin mülkiyyətindədir. 2) 0,12 hektar sahəyə malik digər bir 79 nömrəli bağ sahəsi - hansına dair ki, üzərindəki tikili ilə birlikdə icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı Biriliyi ilə X11 arasında bağlanılmış xx.xx.2002-ci il tarixli 12186 nömrəli müqavilə vardır. Qeyd olunmalıdır ki, tədqiq olunan sübutlarla müəyyən olunan halllar onu deməyə əsas verir ki, adıçəkilən həmin bağlar nömrələri eyni olsa da bir-birilə toqquşmur, bağ sahibləri arasında mübahisə yoxdur. Cavabdeh tərəfindən də həmin bağ sahələrinin birbirinə dəlaləti olmayan, birinin 0,25 ha sahədən, digərinin isə 0,12 ha-sahədən ibarət olan, ayrı-ayrı bağ sahələri olduğu da mübahisələndirilmir. Hazırkı mərhələdə tərəflərin izahatlarına və iş materiallarına əsasənməhkəməyə aydın olmuşdur ki, işdə iştirak edən iddiaçı Faiq Ağayevin də ona məxsus 0,12 ha sahəsi olan 79a nömrəli bağı sahəsinin, anası Raisa Aleksandrovnaya məxsus həmin ölçüdə 79 nömrəli bağ sahəsinin bir hasar daxilində yerləşsə də sərhədləri bəllidir və bağ sahələri ayrıldığı tarixdən onların istifadəsində olduğunu, bağlar aralarında sərhəddin onlara bəlli olduğu, bir-birinə qarşı heç bir mübahisələri mövcud deyildir. İddiaçının adına olan “79a” saylı bağ sahəsinin mənşəyi ilə əlaqədar isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. X9 icarə müqaviləsi əsasında məxsus olan sahəsi 0.12 ha olan 79 nömrəli bağ sahəsinin keçmiş vəziyyəti araşıdırldıqda iş materiallarına və hazırkı mərhələdə məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 2023-cü il tarixli cavab məktubu ilə təqdəim edilmiş, həmin bağın arxiv qovluğundakı sənədlərin surətlərinə əsasən xronoloji ardıcıllıqla aşağıdakılar müəyyən olunmuşdur: -ilk öncə, Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış 27 aprel 1982-ci il tarixli 12186 nömrəli icarə müqaviləsinə əsasən Türkan qəsəbəsində yerləşən sahəsi 0,25 ha olan 79 nömrəli bağ sahəsi Xanlar Məcid oğlunun icarəsinə verilmiş, onun ölmündən sonra isə həyat yoldaşı X3 ərizəsinə əsasən həmin bağ sahəsi 6 avqust 1987-ci il tarixli 12186 saylı icarə müqaviləsinə əsasən onun icarəsinə verilmiş; -daha sonra, X3 Bağlar Təsərrüfatı İdarəsinə ünvanladığı 4/Vıı-88-ci il tarixli müvafiq ərizəsinə əsasən həmin bağ sahəsi X2 adına rəsmiləşdirilməsinə etiraz etməmiş; - 9 avqust 1998-ci il tarixdə X4 və İstismarı Biriliyi ilə V.K.Derbenyova arasında bağlanmış 12186 nömrəli icarə müqaviləsinə əsasən Türkan qəsəbəsində yerləşən sahəsi 0,25 ha olan 79 nömrəli bağ sahəsi V.Debenyovanın icarəsinə verilmiş; - 23/İİİ-2002-ci il tarixdə Vera Derbenyova ərizə ilə X7 və İstismarı Birliyinin direktoru T.T,Allahverdiyeva ərizə ilə müraciət edərək istifadəsində olan 79 nömrəli bağ sahəsinin - 12 ha hissəsinin tikili ilə birlikdə X6, qalan 0,12 ha tikilisiz hissəsinin isə hazırkı iş üzrə iddiaçı X15 adına rəsmiləşdirilməsinə etirazı olmadığını bildirmişdir (Qovluq materialı üzrə xx.xx.2002-ci il tarixli arayışdan görünür ki, O.Q.Derbenyova qeydiyyatdan çıxıb yaşamaq üçün Həştərxan şəhərinə getmişdir) . -bundan sonra, X7 və İstismarı Birliyi ilə X11 arasında 31 iyul 2002-ci il tarixdə bağlanmış 12186 nömrəli icarə müqaviləsi əsasında Vera Derbenyovanın istifadəsində olmuş 0,25 ha bağ sahəsinin 0,12 ha hissəsinə dair 79 nömrəli bağ sahəsi kimi R.Ağayevanın adına, digər 0,12 hissəsinə isə həmin (31 iyul 2002-ci il) tarixdəcə, həmin Birliklə hazırkı iddiaçı X17 arasında bağlanmış digər bir icarə 12186 nömrəli icarə müqaviləsi bağlanaraq “79a” nömrəli bağ sahəsi kimi iddiaçının adana rəsmiləşdirilmişdir ( İ cild;i.v.28-30). Göründüyü kimi, tədqiq olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının icarəsinə verilmiş, sahəsi 0,12 ha olan, Türkan qəsəbəsində yerləşən “79a” nömərli bağ sahəsi, əvvəllər sahəsi 0,25 ha olan 79 nömrəli bağ sahəsinin bir hissəsidir. (İş materiallarının 107-108-ci vərəqlərindən ()görünür ki, həmin bağ sahəsinin dəqiq planölçüsü və koordinat göstəriciləri və yerləşdiyi yer elə cavabdehin mütəxəssisləri tərəftindən müəyyyən olunmuşdur). Beləliklə də Türkan qəsəbəsində yerləşən mübahisəli bağ sahəsi 1982-ci ildən bəri ilkin vəziyyətində 025 ha torpaq sahəsinin iddiaçıya keçən 0,12 ha hissəsi olmaqla iddiaçının istifadəsinə tam qanuni əsaslarla keçdiyi sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya həmin bağ sahəsinin iki bağ sahəsinin bir hasar daxilində yerləşdiyini, bağın hasar daxilin olduğunu qeyd etdiyi halda isə mərzçəkmə işərinin aparılmadığını, yerləşməsi sxematik xəritəyə uyğun olmadığını və müqavilədə qeyd olunan bağ sahəsinə aidiyyatı olmadığını mübahisələndirən dəlilləri əsassız və formal xarakterli dəlillər kimi qimətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. “İnzibati icraat haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.3-cü maddəsinin tələbinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdeh qeydiyyat orqanı tərəfindən isə qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmamış, bütün arxiv materiallarına malik olmasına baxmayaraq, hərərəfli inzibati araşdırma aparmamış müxtəlif bəhanələrlə prosessual hüquqlarından istifadə edərək 6 ildən də çox iddiaçını üçpilləli məhkəmə instansiyalarına daşımış, bağ sahəsinə dair onun mülkiyyət hüququnun qeydiyatanı əngəlləmək üçün əlindən gələni etmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Halbuki, “Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsi nəzərdə tutur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.7-ci maddəsinin tələbinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ sahələrinə hüququn qeydiyyata alınması üçün əsasdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı məzmun baxıimından, İPM-in 69.4-cü maddəsinin tələblərinə tam cavab verməsə belə, məhkəmə iddianı təmin etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 73.1-ci maddəsininin tələbindən də görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin - birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-294/2019 nömrəli 04 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-294/2019 nömrəli 04 iyun 2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar