Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2262/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2262/2023 (Açar sözlər: “diplomun verilməsi”) Bakı şəhəri 18 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-475/2023saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 may 2016-cı il tarixli, 5(001)- 200/2016 saylı “Məlumatların götürülməsi haqqında” qərarından görünür ki, 1991-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmasına baxmayaraq, Rusiya Federasiyasının vətəndaşlıq pasportu və orta təhsili həmin ölkədə alması barədə attestatdan istifadə etməklə əcnəbi vətəndaş kimi Cavabdeh2nə müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur.
2. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 13 yanvar 2022-ci il tarixli, 02/1- 43çıx-22 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı diplom (təhsil sənədləri) işi ilə əlaqədar Baş İdarədə cinayət işinin istintaqı aparılmamış, bununla əlaqədar icraatda hər hansı bir cinayət xarakterli material mövcud deyildir.
3. Cavabdeh2 0254/10 nömrəli xx.xx.2010-cu il tarixli tələbə biletindən görünür ki, İddiaçı 2010-cu ildən 2016-cı ilədək Cavabdeh2 müalicə-profilaktika fakültəsinin tələbəsi olub.
4. Qəbzlərdən görünür ki, iddiaçı 2010-2015-ci illərdə Cavabdeh2 X2 hər il 17001, 70 manat təhsil ödənişləri edib.
5. Cavabdeh2 01-06/302 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı İddiaçı Cavabdeh2 rektorunun 315/T nömrəli xx.xx.2010-cu il tarixli əmri ilə müalicə-profilaktika fakültəsinin İ kursuna ödənişli əsaslarla qəbul olunmuş və 2016-cı ildə həmin fakültəni bitirmişdir. İddiaçı diplomunun alınması məqsədilə onun sənədləri Təhsil Nazirliyinin Təhsilin X1 (TİMS) qeydiyyata alınmalıdır. Bu sənədlərdən biri də əcnəbi vətəndaşlara Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqədir. Həmin vəsiqənin gətirilməsi üçün İddiaçı şifahi və yazılı (01- 03/2648 nömrəli xx.xx.2018-ci il tarixli məktub) müraciət olunmasına baxmayaraq bu günə kimi gətirmədiyinə görə TİMS-də onun qeydiyyatını aparmaq mümkün olmamışdır.
6. Apellyasiya baxışı zamanı Azərbaycan Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunaraq iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli Hökmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 1(101)- 898/2021 saylı hökmü ilə X7 və qeyriləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.2, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinmişlər ona görə ki, “.....pul vəsitini Amin İmanovun vasitəsi ilə Qurban Şahbazovdan aldıqdan sonra həmin vaxtdan 2010-cu ilin sentyabr ayına kimi olan müddət ərzində istintaqla dəqiq müəyyən edilməyən şəraitdə Rusiya Federasiyasının orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə tərtib edib məzmununa diyircəkli qələmlə rus dilində İddiaçı Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümumtəhsil məktəbini 2009-cu ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib, istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanan və içərisində rus dilində «Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümumtəhsil məktəbi» yazıları olan möhürlə təsdiq edərək hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2009-cu il tarixli ** AA ***2834 №-li attestatı qanunsuz olaraq təkrarən hazırlamış, eyni niyyətlə 2010-cu ilin avqust- sentyabr aylarında qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə Rusiya Federasiyası vətəndaşının pasportunu qanunsuz olaraq tərtib edərək məzmununa rus dilində İddiaçı Rusiya Federasiyasının vətəndaşı olması, eləcə də pasportun X8 Xidmətinin Moskva vilayətinin Krasnoselsk rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilərək 4510 442060 №-li olmasına dair bilə-bilə yalan məlumatlar daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırladıqdan sonra, həmin pasport və attestatın saxta olmasını bilə-bilə ondan qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq təkrarən istifadə edərək 2010-cu ilin sentyabr ayının istintaqla dəqiq müəyyən edilməyən günündə qeyd olunan saxta sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini Amin İmanovun vasitəsi ilə Qurban Şahbazova vermiş,......” (hökmün-6/28- 7/28 vərəqləri).
7. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli Hökmündən görünür ki, “....Birinci instansiya məhkəməsində dindirilmiş şahid İddiaçı ifadəsində göstərmişdir ki, 2008-ci ildə məktəbi bitirdikdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali təhsil müəssisələrinə qəbul ilə bağlı test imtahanlarında iştirak etmiş, keçid balı toplaya bilmədiyi üçün universitetə qəbul oluna bilməmiş, 2009-cu ildə də test imtahanlarında iştirak etsə də, yenə keçid balı toplaya bilmədiyindən universitetə qəbul olunmamışdır.Bundan sonra atası Qurban Şahbazov Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunması ilə maraqlanmağa başlamış və bir nəfər dostu onun xaricdə təhsil almağını məsləhət görmüşdür. 2010-cu ilin yay aylarında atası həmin dostu vasitəsi ilə Rusiya Federasiyasının vətəndaşlığına keçməyi barədə pasport və orta təhsili həmin ölkədə almağı barədə attestatı əldə etməklə ona vermişdir. Həmin pasport və attestatı alanda Rusiya vətəndaşı olduğuna inanmışdır. Diplom və attestatının saxta olmasını X5 Baş idarəsində izahat verən zaman bilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 eyni məzmunlu ifadə verərək, öz ifadəsində məhkəmədə dindirilmiş şahid İddiaçı ifadəsində göstərilən xüsusatları bir daha olduğu kimi təsdiq etmişdir.” (hökmün-18/28 vərəqi).
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı məhkəməyə müraciət edərək ona 2010-2016-cı il tarixdə Cavabdeh2ndə təhsil almağını və bu təhsili başa çatdırmağını təsdiq edən diplomun verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 sentyabr 2010-cu il tarixdə Cavabdeh2 rektorunun 315/t nömrəli əmri ilə həmin universitetin müalicə-profilaktika fakültəsinin İ kursuna ödənişli əsaslarla qəbul olunmuşdur. 2010-2016-cı illərdə iddiaçı Cavabdeh2ndə təhsil almış, hər tədris ili üçün nəzərdə tutulmuş təhsil ödənişlərini etmiş, imtahan və məqbulları vermiş, təhsilini başa çatdırmışdır. Buna baxmayaraq iddiaçıya təhsilini başa çatdırmağını təsdiq edən diplom verilməmişdir. Bu səbəbdən də Cavabdeh2ndə təhsil aldıqdan sonra ona diplomun verilməməsinin səbəbinin aydınlaşdırılması üçün iddiaçı həmin quruma müraciət etmiş, 16 fevral 2021-ci il tarixli məktubla iddiaçının Cavabdeh2nə Rusiya Federasiyası vətəndaşı kimi qəbul olunduğu üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin X1 qeydiyyata alınmalı olduğu və bu qeydiyyat zamanı əcnəbi vətəndaşa Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqəni təqdim etməli olduğu bildirilmişdir. İddiaçı qısa bir müddət həm Rusiya Federasiyası, həm də Azərbaycan Respublikası vətəndaşı olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə əcnəbi vətəndaşa müvəqqəti yaşama haqqında vəsiqənin verilməsi ilə əlaqədar müraciət etməmişdir. Hazırda iddiaçı yalnız Azərbaycan Respublikası vətəndaşıdır. Buna görə də cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Cavabdeh2 tərəfindən bu universitetdə təhsil almağını təsdiq edən diplomun ona verilməsindən imtina edilməsi qanuni hesab edilə bilməz. Bu səbəbdən də, iddiaçı hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbinin hüquqi əsası olmadığından və iddiaçı əcnəbi hesab edilmədiyindən ərizə təmin edilə bilməz. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-475/2023saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının Cavabdeh2nə müqavilə əsasında daxil olması üçün yeganə şərt onun xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs olmasıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının vəkili Nümayəndə izahatında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qısa müddət həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyasının vətəndaşı olduğunu qeyd etsə də, əslində iddiaçı heç bir zaman Rusiya Federasiyasının vətəndaşı olmamışdır.
13. İddiaçının diplomunun verilməsi üçün onun sənədləri Təhsil Nazirliyinin Təhsilin X1 (TİMS) qeydiyyata alınmalıdır. Sənədlərdən biri də əcnəbi vətəndaşlara Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqədir. İddiaçıda həmin vəsiqənin olmadığından Cavabdeh2 tərəfindən diplomun verilməsi mümkün olmamışdır.
14. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğu təqdirdə xarici vətəndaş kimi Cavabdeh2nə müqavilə əsasında daxil olub təhsil almışdır. Təhsilin bitirdikdə isə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqəsi olmadığından diplom ala bilməmişdir.
15. Odur ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı “ona 2010- 2016-cı il tarixdə Cavabdeh2ndə təhsil almağını və bu təhsili başa çatdırmağını təsdiq edən diplomun verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.
16. Birinci instansiya məhkəməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 22.3-cü, 44.1-ci maddəsinə, Miqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1.-ci, 3.0.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında” Qaydalarının 3.1.-ci, 3.1.1.-ci, 3.1.2.-ci, 3.1.2-1.-ci, 3.1.3.-cü, 3.1.4.-cü, 3.1.5.-ci, 3.1-1ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-12- 1(112)-475/2023saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra - "İddiaçı") Təhsil Nazirliyinə (bundan sonra - "1-ci Cavabdeh") və Cavabdeh2nə (bundan sonra - "2-ci Cavabdeh") qarşı iddia qaldıraraq 2010-2016-cı illərdə 2-ci Cavabdehdə təhsil aldığına görə təhsilini başa çatdırmasmı təsdiq edən diplomun verilməsi vəzifəsinin Cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2-ci Cavabdehdə təhsil almış, təhsil ödənişlərini tam etmiş, imtahan və məqbulları vermişdir. Bakı İnzibati Məhkəməsi (hakim - Ləman Musayeva) xx.xx.2023-cü il tarixli 2-l(112)-475/2023 nömrəli qərarı (bundan sonra - "Qərar") ilə iddia tələbini rədd etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının 2-ci Cavabdehdə təhsil alması o halda qanuni sayıla bilər ki, o, əcnəbi olsun, Azərbaycan Respublikasının isə vətəndaş olmasın. Fiziki şəxsin isə əcnəbi olması təsdiq edən sənəd Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqəsidir. İddiaçı isə həm Rusiya Federasiyası vətəndaşı, həm də Azərbaycan Respublikasının vətəndaşı olduğundan və onun müvəqqəti yaşama haqqında vəsiqəsi olmadığından ona 2-ci Cavabdeh tərəfindən diplom verilməsi mümkünsüzdür. Hesab edilir ki, qərar qanunsuz olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
c) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
21. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən abituriyent – ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxsdir. - 22.3-cü maddəsinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
23. “Miqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1. maddəsinə əsasən əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs; 3.0.2. maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında” Qaydalarının 3.1. maddəsinə əsasən Əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir: 3.1.1. maddəsinə əsasən təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında; 3.1.2. maddəsinə əsasən təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında; 3.1.2-1. maddəsinə əsasən dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında; 3.1.3. maddəsinə əsasən təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında; 3.1.4. maddəsinə əsasən təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; 3.1.5. maddəsinə əsasən təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; 3.1-1. Əcnəbilərin hazırlıq sinif və kurslarına qəbulu bu Qaydaların 3.1.1-3.1.5-ci yarımbəndlərində göstərilmiş əsaslarla həyata keçirilir.
25. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
30. İşin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
31. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 sentyabr 2010-cu il tarixdə Cavabdeh2 rektorunun 315/t nömrəli əmri ilə həmin universitetin müalicə-profilaktika fakültəsinin İ kursuna ödənişli əsaslarla qəbul olunmuşdur.2010-2016-cı illərdə iddiaçı Cavabdeh2ndə təhsil almış, hər tədris ili üçün nəzərdə tutulmuş təhsil ödənişlərini etmiş, imtahan və məqbulları vermiş, təhsilini başa çatdırmışdır. Buna baxmayaraq iddiaçıya təhsilini başa çatdırmağını təsdiq edən diplom verilməmişdir.
32. Cavabdehlər iddiaçının Cavabdeh2nə Rusiya Federasiyası vətəndaşı kimi qəbul olunduğu üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin X1 qeydiyyata alınmalı olduğu və bu qeydiyyat zamanı əcnəbi vətəndaşa Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqəni təqdim etməli olduğunu bildirərək tələbini təmin etməkdən imtina etmişlər.
33. Həmçinin, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbinin hüquqi əsası olmadığından və iddiaçı əcnəbi hesab edilmədiyindən ərizə təmin edilə bilməz. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
34. Məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarına tətbiq edilən hüquq normalarından göründüyü kimi, iddiaçının Cavabdeh2nə müqavilə əsasında daxil olması üçün yeganə şərt onun xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs olmasıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının vəkili Nümayəndə izahatında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qısa müddət həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyasının vətəndaşı olduğunu qeyd etsə də, əslində iddiaçı heç bir zaman Rusiya Federasiyasının vətəndaşı olmamışdır.
35. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının diplomunun verilməsi üçün onun sənədləri Təhsil Nazirliyinin Təhsilin X1 (TİMS) qeydiyyata alınmalıdır. Sənədlərdən biri də əcnəbi vətəndaşlara Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqədir. İddiaçıda həmin vəsiqənin olmadığından Cavabdeh2 tərəfindən diplomun verilməsi mümkün olmamışdır.
36. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğu təqdirdə xarici vətəndaş kimi Cavabdeh2nə müqavilə əsasında daxil olub təhsil almışdır.Təhsilin bitirdikdə isə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqəsi olmadığından diplom ala bilməmişdir.
37. Müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğu təqdirdə xarici vətəndaş kimi Cavabdeh2nə müqavilə əsasında daxil olub təhsil almışdır.Belə ki, 1991-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşı olmasına baxmayaraq, saxta yolla əldə olunmuş Rusiya Federasiyasının vətəndaşlıq pasportu və orta təhsili həmin ölkədə alması barədə attestat təqdim edilməklə əcnəbi vətəndaş kimi Cavabdeh2nə müalicə-profilaktika fakultəsinə qəbul olunmuşdur.
38. Yuxarıda qeyd edilənlər apellyasiya baxışı zamanı Azərbaycan Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunaraq iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-286/2023 saylı, xx.xx.2023cü il tarixli Hökmündən müəyyən olunmuşdur.Həmin Hökmdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 1(101)-898/2021 saylı hökmü ilə X7 və qeyriləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.2, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinmişlər ona görə ki, “.....pul vəsitini Amin İmanovun vasitəsi ilə Qurban Şahbazovdan aldıqdan sonra həmin vaxtdan 2010-cu ilin sentyabr ayına kimi olan müddət ərzində istintaqla dəqiq müəyyən edilməyən şəraitdə Rusiya Federasiyasının orta təhsil haqqında attestatını qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə tərtib edib məzmununa diyircəkli qələmlə rus dilində İddiaçı Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümumtəhsil məktəbini 2009-cu ildə bitirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib, istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanan və içərisində rus dilində «Moskva şəhər Təhsil Departamentinin Cənub dairəsinin dövlət ümumtəhsil müəssisəsinin 629 saylı orta ümumtəhsil məktəbi» yazıları olan möhürlə təsdiq edərək hüquq verən rəsmi sənəd olan həmin xx.xx.2009-cu il tarixli ** AA ***2834 №-li attestatı qanunsuz olaraq təkrarən hazırlamış, eyni niyyətlə 2010-cu ilin avqustsentyabr aylarında qabaqcadan əlbir olduğu istintaqla dəqiq müəyyən edilməyən şəxslərlə birlikdə Gəncə və Bakı şəhərlərində istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə qanunsuz olaraq istifadə etmək məqsədilə Rusiya Federasiyası vətəndaşının pasportunu qanunsuz olaraq tərtib edərək məzmununa rus dilində İddiaçı Rusiya Federasiyasının vətəndaşı olması, eləcə də pasportun X8 Xidmətinin Moskva vilayətinin Krasnoselsk rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilərək 4510 442060 №-li olmasına dair bilə-bilə yalan məlumatlar daxil edib hüquq verən rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən hazırladıqdan sonra, həmin pasport və attestatın saxta olmasını bilə-bilə ondan qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq təkrarən istifadə edərək 2010-cu ilin sentyabr ayının istintaqla dəqiq müəyyən edilməyən günündə qeyd olunan saxta sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini Amin İmanovun vasitəsi ilə Qurban Şahbazova vermiş,......” (hökmün-6/28-7/28 vərəqləri).
39. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli Hökmündən görünür ki, “....Birinci instansiya məhkəməsində dindirilmiş şahid İddiaçı ifadəsində göstərmişdir ki, 2008-ci ildə məktəbi bitirdikdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali təhsil müəssisələrinə qəbul ilə bağlı test imtahanlarında iştirak etmiş, keçid balı toplaya bilmədiyi üçün universitetə qəbul oluna bilməmiş, 2009-cu ildə də test imtahanlarında iştirak etsə də, yenə keçid balı toplaya bilmədiyindən universitetə qəbul olunmamışdır.Bundan sonra atası Qurban Şahbazov Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunması ilə maraqlanmağa başlamış və bir nəfər dostu onun xaricdə təhsil almağını məsləhət görmüşdür. 2010-cu ilin yay aylarında atası həmin dostu vasitəsi ilə Rusiya Federasiyasının vətəndaşlığına keçməyi barədə pasport və orta təhsili həmin ölkədə almağı barədə attestatı əldə etməklə ona vermişdir. Həmin pasport və attestatı alanda Rusiya vətəndaşı olduğuna inanmışdır. Diplom və attestatının saxta olmasını X5 Baş idarəsində izahat verən zaman bilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 eyni məzmunlu ifadə verərək, öz ifadəsində məhkəmədə dindirilmiş şahid İddiaçı ifadəsində göstərilən xüsusatları bir daha olduğu kimi təsdiq etmişdir.” (hökmün-18/28 vərəqi).
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4.-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
42. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğu təqdirdə xarici vətəndaş kimi Cavabdeh2nə müqavilə əsasında daxil olub təhsil almışdır.Belə ki, 1991-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşı olmasına baxmayaraq, saxta yolla əldə olunmuş Rusiya Federasiyasının vətəndaşlıq pasportu və orta təhsili həmin ölkədə alması barədə attestat təqdim edilməklə əcnəbi vətəndaş kimi Cavabdeh2nə müalicə-profilaktika fakultəsinə qəbul olunmuşdur.Beləliklə, iddiaçı Cavabdeh2nə müalicə-profilaktika fakultəsinə qəbul olunarkən və təhsil alarkən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 22.3-cü, 44.1-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında” Qaydalarının tələbləri pozulmuşdur.
43. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı “ona 2010- 2016-cı il tarixdə Cavabdeh2ndə təhsil almasını və bu təhsili başa çatdırmasını təsdiq edən diplomun verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.
44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati 2-1(112)-475/2023saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-475/2023saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.