Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2265/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə Müşviq oğlunun və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-473/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə iddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli peşə texniki məktəbində “teplovoz maşinistinin köməkçisi" ixtisası üzrə təhsil almışdır. Bu barədə ona 1982-ci il tarixli, 602732 saylı diplom təqdim olunmuşdur. xx.xx.1982-ci il tarixində 364 saylı əmrlə Lokotiv deposunda teplovoz maşinistinin köməkçisi dublyoru vəzifəsi üzrə işə qəbul olunmuşdur. xx.xx.1982ci il tarixində 388 saylı əmrlə teplovoz maşinistinin köməkçisi üzrə mütsəqil işə buraxılmış, xx.xx.1983-cü il tarixində 175 saylı əmrlə sovet ordusu sıralarına çağırıldığı üçün işdən azad edilmişdir. Onu da qeyd etmişdir ki, xx.xx.1985-ci il tarixinədək ordu sıralarında əsgər qismində xidmət etmişdir. xx.xx.1985-ci il tarixində 262 saylı əmrlə Lokomotiv deposunda teplovoz maşinistinin köməkçisi dublyoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci il tarixində 292 saylı əmrlə həmin vəzifə üzrə müstəqil işə buraxılmış, xx.xx.1986-cı il tarixində 167 saylı əmrlə yaşayış yerinin dəyişməsi ilə əlaqədar işdən öz istəyi ilə azad edilmişdir. Daha sonra xx.xx.1986-cı il tarixində 86 saylı əmrlə Zığ zeytun sovxozunda tikinti üzrə fəhlə kimi işə başlamış, xx.xx.1987-ci il il tarixində 86 saylı əmrlə traktorçu vəzifəsinə keçirilmiş, 12.01,1989-cu il il tarixində 03 saylı əmrlə öz istəyinə əsasən işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixində 8 saylı əmrlə “Alov" Korporativində 1-ci dərəcəli şüşə kəsici kimi işə qəbul edilmiş, xx.xx.1989-cu il tarixində 101 saylı əmrlə 2-ci dərəcəli lakçı kimi işə davam etmiş, xx.xx.1990-cı il tarixində 60 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixində 26 saylı əmrlə “Palıd” Kooperativi 2-ci dərəcəli şüşə kəsicisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixində 19 saylı əmrlə işdən azad edilmişdir xx.xx.1991-ci il tarixində 4 paraqraf 2 saylı əmrlə “Mehriban" ÖM yanında “Arzu” X1 müəssisəsi ayaqqabıçı kimi işə qəbul olmuş, xx.xx.1992-ci il tarixində 25 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1992-ci il tarixində 28 saylı əmrlə ayaqqabıçı kimi işə bərpa edilmiş, xx.xx.1992-ci il tarixində 50 saylı əmrlə işdən azad edilmişdir. Bundan sonra, xx.xx.1992-ci il tarixində 224/şh saylı əmrlə “Azərneftyağ” BNZ-də 1 nömrəli sexin 102 nömrəli qurğusuna 3-c(i dərəcəli texn. qurğu əməliyyatçı kimi işə qəbul olmuş, xx.xx.1993-cü il tarixində 208/k saylı əmrlə 3-cü dərəcəli sexə tex. nasoslar maşinisti vəzifəsinə, xx.xx.1994-cü il tarixində 295 saylı əmrlə yanacaq istehsalı 1 nömrəli sahə ELOU-AVT-2-2 3-cli dərəcəli texn.nasoslar maşinisti, xx.xx.1995-ci il tarixində 113/şh saylı əmrlə 4-cü dərəcəli, xx.xx.1996-cı il tarixində 14/şh saylı Əmrlə 5-ci dərəcəli texn.nasoslar maşinisti vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda da həmin müəssisədə əmək faəliyyətini davam etdirir. İş stajı və yaşı qanunla müəyyən olunmuş şərtlərə cavab verdiyindən o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, guya xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Halbuki, xx.xx.1982-ci il tarixindən əmək fəaliyyəti ilə məşğul olur. Həmin dövrlər əmək kitabçasında da öz əksini tapmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək faəliyyəyi ilə məşğul olduğu dövrlər nədənsə nəzərə alınmamış və ya hesablanarkən yanlışlığa yol verilmişdir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, imtina qanunidir. Belə ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmilş Azərbaycan SSR X6l Komitəsi tərəfindən verilmiş 602732 nömrəli diploma əsasən İddiaçı 01 sentyabr 1979-cu il tarixdə peşə məktəbinə daxil olmuş və 15 iyul 1982-ci il tarixdə həmin məktəbi bitirmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Dəmir Yolu və Metropoliten üzrə Bakı X6l Mərkəzinin xx.xx.2021-ci il tarixli 147 nömrəli arayışına əsasən iddiaçı Ş.X5 X7 və Metropoliten üzrə Bakı X6l Mərkəzinin (keçmiş 2 nömrəli Bakı Peşə Məktəbini) əyani “Teplovoz maşinisti köməkçisi” ixtisası üzrə 1982-ci il tarixdə bitirmişdir. Ona 602732 nömrəli diplom verilmişdir. İddiaçı məxsus ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş 14T-İ N° ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989- cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991- ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən hal-hazırki tarixədək işləyir. İş üzrə icraat materiallarına əlavə edilmiş “SOCAR”-ın 02 iyul 2021-ci il tarixli zərərli iş haqqında arayışında İddiaçı 1 N-li sex, 102a N-li qurğu, texnolo/i qurğu əməlliyatçısı, 3 N-li sex, ELOU-AVT-2 qurğu, texnoloji nasoslar maşinisti, yanacaq istehsalı, 1 N-li sahə, ELOU-AVT- 2-2 qurğusu, texnoloji nasoslar maşinisti, 3-li sex, ELOU-AVT-2-2 qurğusu, texnoloji nasoslar maşinisti və digər vəzifələrdə işlədiyi qeyd olunmuşdur. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı ümumi iş stajı qanunvericiliklə tələb olunan müddətdən azdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-473/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı ümumi iş stajı qanunvericiliklə tələb olunan müddətdən azdır. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, ümumi iş stajı qanunvericilklə tələb olunan müddətdən az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının xüsusi stajının deyil, ümumi stajının mübahisələndirildiyini bildirmiş və iddiaçının 2006-cı ilə qədər 25 ildən az ümumi staja malik olduğunu qeyd edərək apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin nümayəndəsi ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən həqiqi əhrbi xidmət müddəti, habelə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər xüsusilə zərərli və ağır iş şəraitində qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olan 12 il 7 ay xüsusi staja malik olduğu və xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə 57 yaşından pensiya yaş həddinə çatdığı mübahisələndirilmir. Hər bir halda, ən azından, işə əlavə olunmuş H.Əliyev adına Neft emalı zavodunun 29 oktyabr 2021-ci il tarixli arayışından iddiaçının xx.xx.1992-xx.xx.2006-cı ilə qədər (və bundan sonra da) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısı olan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın «2130301a- 16081», «2130301a-17531» kodları üzürə müvafiq olaraq nəzərdə tutulan texnoloji qurğu əməliyyatçısı və texnoloji nasoslar maşinisti kimi peşələrdə 12 il 6 aydan çox çalışdığı öz təsdiqini tapır. Cavabdeh tərəfindən mübahisələnldirilən hal ondan ibarədir ki, iddiaçıya güzəştli pensiya təyin edilməsi üçün qanunda nəzərədə tutulan 25 il stajı yoxdur. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, iddiaçının işə əlavə olunmuş 20 oktyabr 1982-ci il tarixdə doldurulmasına başlanılmış 14T-İ N° ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı aşağıdakı staja malikdir: xx.xx.1982-xx.xx.1983-teplovoz maşinsti koməkçsinin dublyoru və maşinist köməkçisi -6 ay 11 gün; xx.xx.1983- xx.xx.1985 - ordu sıralarında hərbi xidmət - 2 il 1 a 1 gün; xx.xx.1985- xx.xx.1986 - teplovoz maşinisti köməkçisi – 11ay 17 gün; xx.xx.1986-xx.xx.1989 - sovxozda tikinti fəhləsi – 2 il 5 ay 18gün, xx.xx.1989- xx.xx.1990 - «Alov» kooperativində şüşə kəsicisi – 1 il 5 ay 26 gün; xx.xx.1990- xx.xx.1991 - «Palıd» kooperativində şüşə kəsicisici – 11 ay; xx.xx.1991-xx.xx.1992 - Arzu istehsalat kommersiya müəssisəsində istehsalatda ayaqqabıçı- 10 ay 16 gün; xx.xx.1992-xx.xx.1992 - həmin istehsalatda ayaqqabıçı- 3 ay 29 gün; xx.xx.1992-xx.xx.2006 - Azneftyağ» BNZ-də texnoloji qurğu əməliyyatçısı və texnoloji nasoslar maşinisti – 13 il 2 ay 3 gün; Bundan əlavə, işə əlavə edilmilş Azərbaycan SSR X6 Komitəsi tərəfindən verilmiş 602732 nömrəli diploma əsasən xx.xx.1979 - 15.07. 1982 - peşə təhsili dövrü - 2 il 10 ay 14gün; Qeyd olunan iş stajı ümumiləşdirildikdə, iddiaçının 2006-cı ilə qədər 25 il 5 ay 28 gün iş stajı toplanır. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 21 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1991- xx.xx.1992-ci il tarixədək; xx.xx.1992-xx.xx.1992-ci il tarixədək həqiqətən ayaqqabının fərdi tikişi və təmir üzrə "xxxx" İB-nin nəzdində olan “Arzu” İM-də çəkməçi işləmişdir. Sonradan "xxxx" İB-nin adında aşağıdakı dəyişikliklər edilmişdir: 1) xx.xx.1996-ci il Azərbaycan Respublikası DƏK-nin 192 saylı 02 may tarixli sərəncamına əsasən "xxxx"İB bazasında "xxxx" ATSC yaradılır. 2) xx.xx.2003-cü il tarixli 0103-P34-38825 saylı “Şəhadətnaməsinə” əsasən 3) xx.xx.2015-ci il tarixli **********097900 saylı Dövlət Reyestrindən çıxarışına əsasən "xxxx" ASC-nin çevrilməsi nəticəsində "xxxx" MMC-i yaradılıb və onun hüququi varisidir. Eyni zamanda birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim edilmiş Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC 2015-2021-ci illər üzrə mənfəət vergisi bəyannaməsi üzrə ümumi dövriyyə məbləği 101770.0 manat təşkil etmişdir. Qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Qeyd olunanlar onun deməyə əsas verir ki, iddiaçının 1979-cu ildən 2006-cı ilə qədər 25 ildən də çox ümumi stajı topladığını şübhə altına almaq üçün hər hansı bir əsasın mövcudluğu müəyyən olunmur. Belə olan halda, iddiaçıya 57 yaşdan güşəştli şərtlərlə pensiya təyin olunması üçün bütün şərtlər, o gümlədən azı 25 il ümumi, 12 il 6 ay xüsusi sığorta stajı möcud olduğu halda, cavabdeh tərəfindən ona 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etməsinin qanunsuz və əsassız olduğu sübuta yetirir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-473/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-473/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2265/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2265/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver