Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2265/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair plan-cizginin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1819/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi RİH Başçısının xx.xx.2000-ci il tarixli 2189 nömrəli sərəncamı ilə ona ayrılmış 600,0 kv.metr torpaq sahəsinə dair plan cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM.m.34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Binəqədi RİH Başçısının xx.xx.2000-ci il tarixli 2189 nömrəli Sərəncamı ilə ona Binəqədi rayonu ərazisində 600,0 kv. metr torpaq sahəsi ayrılmışdır. Bundan sonra o, torpağın öz adına rəsmiləşdirilməsi məqsədilə Binəqədi RİH və DƏDRX-nə müraciət etmişdir. DƏDRX-nin xx.xx.2021-ci il tarixli cavab məktubunda Torpaq sahəsinə dair iddiaçı tərəfindən təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Binəqədi RİH-nin xx.xx.2022-ci il tarixli məktubu ilə isə bildirilmişdir ki, təqdim edilmiş cizginin arxiv arayışı olmadığından məsələnin müsbət həlli mümkün deyil. Bundan sonra sözügedən torpaq sahəsinin cizgisinin ona təqdim olunması məqsədilə Binəqədi RİH-nə müraciət etmişdir. Cavabdeh Binəqədi RİH-nin xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətin təmin olunmasından imtina edilmişdir…» Cavabdeh iddia ərizəsinə dair mülahizəsində iddianı qəbul etməmi, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır. “...Sözügedən torpaq sahəsinin cizgisinin arxiv arayışı və Binəqədi RİH Başçısının müvafiq qəsəbə (koordinat sistemli) 2 nüsxə cizgi müraciətə əlavə edilmədiyindən müraciətin müsbət həll olunması mümkün olmamışdır. Bu barədə vətəndaşa ətraflı cavab verilmişdir. Rayon icra hakimiyyəti vətəndaşa imtina etməmiş, qanunvericiliklə təqdim olunması zəruri olan sənədlərin təqdim olunmasından sonra məsələyə baxılacağı bildirilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinin onun özünə aid edilməsini dəqiqləşdirmək mümkün olmadığı üçün torpaq sahəsinin cizgisinin arxiv arayışının təqdim olunmadan yerləşmə cizgisinin təkrar verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Eskizin arxiv arayışı olmadığı təqdirdə torpaq sahəsinin koordinatlarının müəyyən olunması qeyri mümkündür. Binəqədi RİH Başçısının xx.xx.2000-ci il tarixli 2189 saylı sərəncamına əsaslanaraq həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə sxeminin yer quruluşu orqanları tərəfindən yerdə (naturada sahənin hüdudları müəyyən edilməklə ) müvafiq sənədlər rəsmiləşdirib verilmişdir. Həmin sərəncamın 1-ci bəndində qeyd olunmuşdur ki, Binəqədi rayon qəsəbələri ərazisində vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün nümayəndəliklər tərəfindən əlavə olunmuş eskizlərdə, göstərilən ölçülərə və ünvanlara uyğun torpaq sahəsi ayrılsın. Nümayəndəlik tərəfindən eskiz əlavə olunmasa idi, torpaq sahəsinin ayrılması mümkün olmazdı. Binəqədi RİH xx.xx.2000-ci il tarixli 2189 saylı sərəncamı ilə 600 kv. metr olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmışdır.İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, tərəfindən göstərilən torpaq sahəsi ilə ona ayrılmış torpaq sahəsinin üst-üstə düşüb düşməməsini müəyyənləşdirmək mümkün olmadığından ərizənin icrasından imtina olunmuşdur. Tərəflərindən ona edilən müraciətdə də qeyd olunduğu kimi, sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən ona yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Həmin “Əsasnamə”yə əsasən rayon icra hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. İddiaçının Binəqədi RİH-yə qarşı iddia irəli sürməsi əsassızdır. İddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1819/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...Məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Torpaq Məcəlləsinin 65.5-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında" Əsasnamənin 2-ci bəndinə əsasən yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq . Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ’ aparılır. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərriifatdaxili yerquruluşu işlərindən ibarətdir. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: «-qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: -mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması;-mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; -məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; -torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; -istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; - torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; -torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması.» Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında göstərdi ki, sərəncam qüvvəsindədir. Həmin ərazidə iaşə obyekti, kafelər s obyektlər yerləşir. Çıxarış alanlar da var. Odur ki, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. İşə əlavə olunmuş arxiv çıxarışına əsasən müəyyən olnur ki, İddiaçı Binəqədi rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 2189 nömrəli sərəncamı ilə fərdi evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İşin hazırkı mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı həmin torpaq sahəsinə dair cavabdeh yerli icra hakimiyyəti tərəfindən vaxtıilə torpağın yerini müəyyənləşdirməyə imkan verən plan-cizgisi və ya ayrıc aktı sərəncamla birlikdə tərtib olunub verilmədiyindən, torpaq sahəsinə dair hüququnu daşınmaz əmlakın dövlət reyestrində reallaşdıra bilməmişdir. Halbuki, həmin vaxt (2001-ci ilə qədər) qüvvədə olmuş, 9 noyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsi nəzərdə tututudu ki, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək...; Həmin Məcəllənin 23-cü maddəsi isə nəzərdə tuturdu ki vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının, eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını...» Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 65.5-ci maddsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Mübahisəli torpaq sahəsi ayrılarkən qüvvədə olan torpaq qanunvericiliyinin qeyd olunan tələbləri göründüyü kimi, mübahisəli sərəncamla torpaq sahəsi ayrılarkən, toraqayırma, yerquruluşu qaydalarına müvafiq olaraq öncə həyata keçirməli olduğu halda, cavabdeh bu qaydaya riayət etməmiş, torpağın naturada planı hazırlamamış, sanki ayrılmış torpağı görmədən və yerini müəyyən etmədən, təkcə, sərəncamı qəbul etməklə kifayətlənilmiş, hal-hazırda da həmin nöqsanının aradan qaldırılması istiqamətində vərəsənin torpağın cizgisini verilməsi barədə müraciətinin təmin edilməsindən əsassızolaraq imtina edir. Plan-cizginin yoxluğu isə həmin sərəncamla onun mərhum atasına ayrılan torpaq sahəsinin yerini, konfiqursiyası və ölçülərini dəqiqliyi ilə müəyyən olunmasını imkansız edir. Belə olan halda da = sərəncamla ayrılan torpağın əraziyə uyğunluğunun müəyyən edilməsini mümkünsüz etməklə yanaşı, həm də qeydiyyat orqanı, eləcə də məhkəmə tərəfindən yerində baxış keçirilməsini səmərəsiz edir. Halbuki, sərəncam qəbul edilərkən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında» Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına aid edilirdi (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür). Bundan sonra da qəbul olunmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndi isə nəzərdə tuturdu ki, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndi də nəzərdə tutur ki, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, cavabdeh, qanunvericiliyin qeyd olunan tələbləri ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, o cümlədən, qəbul etdiyi sərəncamla iddiaçıya ayrılan torpaq sahəsinin plan cizgisini tərtib etməmiş və hal-hazırda da həmin cizginin ona verilməsindən imtina etməklə, həmin torpaq sahəsinə mövcud olan hüququnu məhdudlaşdırır və onun “legitim gözlənti” hüququnu pozur. Ən azından, cavabdeh orqan, istinad etdiyi torpaq kadastrının daşıyıcısı olan qeydiyyat qürumu torpaq ayıran orqan deyil, ona təqdim edilmiş qərar və cizgi əsasında artıq ayrılmış torpaq sahşəsinin koordinat nöqətlərini yerində müəyyənləşdirib kadastr parametrlərini reyestrə daxil edən bir dövlət orqanıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.2-ci maddəsinin imperativ şəkildə müəyyən etdiyi qaydadadan da məhz görünür ki, torpaq sahəsinə dair hüququn qeydə alınması üçün həm də torpaq sahəsinin planı (cizgisi) mütləq təqdim edilməlidir. Torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizginiin tərtib etmək vəzifəsi isə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, məhz cavabdeh orqanın birbaşa vəzifəsi olmuşdur. Beəliklə qeyd olunanlarla iddiaçının cavabdehə qarşı iddia tələbində haqlı olduğu, cavabdeh tərəfindən isə ona mübahisəli torpaq sahəsinə dair plan-cizgi tərtibolunubverilməsindən imtina olunmasının əsassızolduğu sübuta yetirilir. Lakin birinci stansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işin mübahisləndirilməyən hallarına toxunaraq, həmin istiqamətdə apardığı araşdırmaya dair aşağıdakıları qeyd etmişdir: «…İş materiallarından müəyyən olunur ki, elektron kadastr məlumatlarına Binəqədi RİH Başçısının 2189 №-li, xx.xx.2000-ci il tarixli sərəncam ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Binəqədii rayon qəsəbələri ərazisində nümayəndəliklər tərəfindən əlavə olunmuş eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun olaraq ayrılmış 600 kv. metr torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Torpaq sahəsinin bir hissəsi qaz xəttinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Göstərilən torpaq sahəsi Biləcəri-Binəqədi yolunun kənarında, yolun mühafizə zonasında yerləşir… “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2)…» Məhkəmə kollegiyası hesabedir ki, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi tamamilə əsassızdır. Birincisi, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən aydın görünür ki, mübahisəli sərəncamla iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayırarkən, ona həmin topaq sahəsinin yerini müəyyən etməyə imkan verən plan-cizgisini də tərtib edib verməyə borclu idi. İkincisi,hazırkı mərhələdə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 2 dekabr 2024-cü il tarixli 3-21-3-30/2-48387/2024 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş mühəndis-inventarlaşdırıcı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisəli toraaq sahəsi «Kontrakt sahəsinin hüdudları daxilində yerləşsə də vahid elektron kadastr baza məlumatlarına əsasən həmin sahə - « Yaşayış məntəqələrinin torpaqları « katqoriyasına aid olan dövlət mülkiyyətidir. Təqribən 4 metr məsəafdən 325 mm-lik qaz xətti keçir. Göründüyü kimi,cavabdeh yerli icra hakmiyyəti orqanı tərəfindən dövlət mülkiyyətində olan «Yaşayış məntəqələrinin torpaqları» kteqoriyasına aid dövlət torpağından iddiaçının istifadəsinə fərdi yaşayış evinin tikintisi üçün torpaq saşhəsi ayrılmışdır. Təbii ki, həmin torpaq sahəsinə istifadəçinin reyestrdə mülkiyyət hüququ qeydə alınmayınca, kadastr baza məlumatlarında , başqa məlumat ola bilməz, və dövlət mülkityyəti olaraq göstərilməsi labüddür. Həmin torpağın 4 metr məsəafdən 325 mm-lik qaz xətti keçməsinə gəldikdə, bu hal , sərəncamdan da qabaq ayrılmalı olan torpağa dair plan-cizginin verilməsi həmin sərəncamı qəbul edən cavabdeh yerli icra hakimiyyətinin qanunvericiliklə üzərinə düşən öhədliyi olduğu halda, hazırkı halda cizginin verilməsindən imtina üçün əsası təşkil edə bilməz. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1819/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməli və Binəqədi RİH Başçısının xx.xx.2000-ci il tarixli 2189 nömrəli sərəncamı ilə ona ayrılmış 600,0 kv.metr torpaq sahəsinə dair plan cizginin və rayon ərazisində yerləşdiyi yeri göstərməyə imkan verən xəritədən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1819/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. Binəqədi RİH başçısının xx.xx.2000-ci il tarixli 2189 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 600,0 kv.metr torpaq sahəsinə dair plan-cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyi cavabdeh Binəqədi Рayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2265/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2265/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver