Məhkəmə qərarları › İş №2-1(103)-2266/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2266/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2266/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) «torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və plan ölçünün tərtib olunaraq verilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 738/2023 saylı, 07 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı səhəri, Ləhic qəsəbəsi, 4564 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum X4 adına çıxarışın və naturada yerləşmə mövqeyinə əsasən plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6023/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6023/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “Bakı səhəri, Ləhic qəsəbəsi, 4564 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X6 məxsus olması haqqında arayışın, bağ sahəsinin naturada yerləşmə mövqeyinə əsasən plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-738/2023 saylı, 07 fevral 2023-cü il tarixli qərardadı (hakim E.Əliyev) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilərək işin mahiyyəti üzrə araşdırılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və cavabdeh inzibati orqan öz cavab məktubunda bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ qəsəbəsində yerləşən, 0,25 ha torpaq sahəsi olan 4564 saylı bağlı sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X8 arasında bağlanılmış xx.xx.1987-ci il tarixli 15563 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Bu səbəbdən iddia mümkün sayılmalıdır, yuxarıda qeyd olunduğu kimi mübahisəli torpaq sahəsi mərhum X6 Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 1987-ci il 20 may tarixli icarə müqaviləsi ilə verilmişdir, buna görə də iddiaçının sözügedən bağ sahəsi üzərində subyektiv hüquqları mövcuddur və bu məhkəmə tərəfindən nəzərə alınmayaraq iddia mümkün sayılmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və işin mahiyyəti üzrə araşdırılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 bildirdi ki, ona məxsus bağ sahəsi ilə İddiaçı iddiasında göstərilən bağ sahələri tam fərqli bağ sahələridir və bir-birinə qonşuluqda yerləşirlər. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-738/2023 saylı, 07 fevral 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk öncə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması qənaətinə gələrkən hesab etmişdir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan torpaq sahəsinə dair digər şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində qeydiyyata alındığından və həmin qeydiyyata hazırda qüvvədə olduğundan və eyni daşınmaz əmlak üzərində hüquqlar haqqında qeydiyyat qüvvədə olduğu halda yenidən digər şəxslərin hüquqlarının qeydiyyatının aparılması yolverilməz olduğundan iddia ərizəsi mümkün sayıla bilməz. Belə ki, iş materiallarında olan -**********16 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 “X2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 0,17 ha torpaq sahəsinin satılmasına dair X5 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanılmışdır. -**********16 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X1 görünür ki, ünvan 3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sənədlərə istinad etməklə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının əsası ilə razılaşmır. Belə ki, işdə olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 4564 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X8 arasında bağlanılmış xx.xx.1987-ci il tarixli, 15563 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Həmin müqaviləyə 1432/4564 nömrə adı ilə cizgi əlavə edilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs X5 izahatında qeyd etmişdir ki, ona məxsus olmuş bağ sahəsi ilə iddiaçının iddia ərizəsində göstərilən bağ sahəsi tam fərqli bağ sahələridir, bir-birinə qonşuluqda yerləşir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə görə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmənin qənaətinə görə, iddiaçının mərhum atası X6 20 may 1987-ci il tarixli 15563 saylı müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında (qəsəbəsində) ayrılmış 0.25 ha sahəsi olan 4564 saylı bağ sahəsi ilə X2 xüsusi mülkiyyətində olmuş, daha sonra X5 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmış və **********16 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ünvan 3nin faktiki olaraq eyni bağ sahəsi olub-olmaması, üst-üstə düşüb-düşməməsi halının araşdırılması mübahisənin ədalətli həlli baxımından əhəmiyyətli olduğundan iddianın mümkün sayılmaması barədə məhkəmənin qərardadı ləğv edilməklə, iş göstərilən halın araşdırılmaqla iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilmişdir ki, “...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi halda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. NƏTİCƏVİ HİSSƏ: İnzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, məhkəmə qərardadının əsaslandırıcı hissəsindəki hüquqi mövqelər nəzərə alınmaqla iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-738/2023 saylı, 07 fevral 2023-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar