Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2268/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Üçüncü şəxs - "xxxx" MMC-nin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-2133/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı MMC 13.10.2020-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs kimi göstərilməklə “Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin 24.12.2014cü il tarixli, 618 saylı sərəncamının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, 08.05.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı 15.10.2020-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin 24.12.2014cü il tarixli, 618 saylı sərəncamının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, 08.05.2017-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-2133/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-2133/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən iddiaçıya məktub ünvanlanaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçının nümayəndəsi, Vəkil1 tərəfindən 31.05.2021-ci il tarixdə alınmış, apellyasiya şikayəti isə 13.07.2021-ci il tarixdə sürətli poçt xidmətinə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya təklif olunmuşdur ki, apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 19.08.2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim etsin. Məhkəmə iclasında iştirak edən Üçüncü şəxs - "xxxx" MMC-nin nümayəndəsi, Vəkil2 apellyasiya şikayətinin mümkün sayılmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti mümkün hesab edilməli və apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. İş materiallarına əsasən müəyyən olunur ki, məhkəmənin qərarı iddiaçının nümayəndəsi, Vəkil1 tərəfindən 31.05.2021-ci il tarixdə qəbul edilmişdir. Apellyasiya şikayəti isə 13.07.2021-ci il tarixdə, yəni, məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə sürətli poçt xidmətinə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 19.08.2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Apellyasiya şikayətində iddiaçının nümayəndəsinin etibarnaməsi iddiaçı tərəfindən ləğv olunduğu bildirilsə də, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azər Hüseynov Hakimlər Səadət Bəktaşi Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2268/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2268/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver