Məhkəmə qərarları › İş №2-1(103)-227/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-227/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-227/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMM-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (AR ƏƏSMN Dövlət Sosial Müdafiəsi Fondu PHŞ-nin nun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı) “əsassız hesablanmış sosial sığorta borcunun şəxsi vərəqədən silinməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-202/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləriinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMM öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı İddiaçı MMM-nə əsassız hesablanmış 178.557,35 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı borcunun müəssisənin şəxsi vərəqəsindən silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı: Baş İdarəsinə) həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-145/2020 saylı, 11 avqust 2020-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Bakı şəhər İdarəsi (hazırki: “Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı”) iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi aşağıdakılarla əsaslandırmışdır: “... Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi tərəfindən 178,557.35 manat məbləğində borc hesablamış və həmin borcla əlaqədar banklarda olan hesablaşma hesablarına 178.557.35 manat məbləğində sərəncam qoyulmuşdur. Göstərilənlərə bağlı 07 may 2019-cu il tarixdə həmin İdarəyə müraciət olunmuş, lakin sonuncu 16 may 2019cu il tarixli məktubu ilə cavab olaraq“Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” .Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına istinadən bildirilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlə sosial sığrta haqlarının qaytarılması Azərbaycan Respubloikası Vergilər Nazirliyinə həvalə olunduğu üçün Vergilər Nazirliyinə müraciət olunması tövsiyyə olunur. İddiaçı 23 may 2019-cu il tarixdə Vergilər Nazirliyinə müraciət edərək İddiaçı МММ-nə əsassız hesablanmış 178.557.35 manat sosial sığorta borcunun hansı əsasla yaranması və ya hansı dövrü əhatə etməsi, o cümlədən əsassız olaraq hesablanmış borcun müəssisənin şəxsi vərəqəsindən silinməsi barədə müraciətə 31 may 2019-cu il tarixli, **********3 saylı məktubla elekton qaydada cavab verilərək göstərilmişdir ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesabları və ödənişlərin nüsxələrinin (və ya ödənişlər, hesabatlar təsdiqini tapan üzləşmə aktı) Departamentə təqdim olunması bildirilmişdir. İddiaçı göstərilən əsaslarla razılaşmayaraq hesab edir ki, inzibati orqan borcu özü sübut etməli olduğu halda sübutetmə yükünü iddiaçının üzərinə qoyur. Bu isə qanunverciliyin tələblərinə tamamilə ziddir. Cavabdeh iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilməsindən əvvəl yarandığından borcun tərkibi barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat alınmışdır. Həmin məlumatlara istinadən iddiaçının xx.xx.2018-ci il tarixənədək cəmi 199364,66 manat sosial sığorta üzrə borcu mövcud olmuşdur. Məcburi sosial sığorta haqları iddiaçı tərəfindən müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən yaranmış borc məbləğinə penya tətbiq edilmiş və şəxsi hesab vərəqəsində mövcud olan borc məbləğinin alınmasının təmin edilməsi məqsədilə vergi orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş hərəkətlər edilmişdir. Məcburi sosial sığorta haqqı üzrə borcların silinməsi üçün əsaslar mövcud olmadığından iddia tələb edilməməlidir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-202/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə aşağıdakılar qərara alınmışdır: “ İddiaçı "xxxx" MMM-nin iddiası qismən təmin edilsin. xx.xx.2019-cu il tarixədək iddiaçıya hesablanmış 134.516,52 ( bir yüz otuz dörd min beş yüz on altı manat 52 qəpik) manat məcburi sosial sığorta borcu silinsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza xərcinin 72,50 (yetmiş iki manat 50 qəpik) manatı iddiaçı "xxxx" MMM dən, 72,50 (yetmiş iki manat 50 qəpik) manatı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə ödənilsin...” Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətiləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarını təmin edilən hissədə ləğv edilərək, həmin hissədə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «…06 mart 2018-ci il tarixli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi ilə əlaqədar iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə 3000 (10 faiz) manat ödənildiindən xx.xx.2015-ci il tarixindk yaranmış və xx.xx.2018-ci il tarixinədək ödənilməmiş, ümumilikdə, 33.980,89 manat (26952,13+7674,64) məcburi dövlət sosial sığorta məbləği üzrə borc silinmişdir. Beləliklə, qalıq borc məbləğinə penya tətbiq edilmiş və şəxsi hesab vərəqəsində mövcud olan borc məbləğinin alınmasının təmin edilməsi üçün qanunvericiliklə müəyən hərəkətlər olunmuşdur. Məhkəmənin qərarını iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə trtib edilmiş ekspert rəyi təşkil etmişdir. Ekspertin rəydə hər hansı bir əsaslandırma aparmadığı, iddiaçı tərəfindən ödənilməli olan və ödənilmiş sığorta haqları üzrə ödənişlərin məbləğini müəyən edərkən hansı sənədələrə istinad etdiyini qeyd etməmişdir. Məhkəmə tərəfindən sənədlərin mötəbərliyi araşdırılmadığı halda ekspert rəyinə əsaslanaraq qərar qəbul etməkdə haqlı olmamışdır...” Üçüncü şəxs isə apellyasiya şikayətində və ona əlavədə hesab etmişdir ki, “birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, iddiaçı 4 may 2013-cü il tarixli 30 nömrəli məktubu ilə DSMF-nin Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinə müraciət edərək müəssiəsnin borclarının olub-olmaması barədə arayış verilməsini xahiş etmiş. Deartament tərəfindən 7 iyun 2013-cü il tarixli məktubla cavab göndərilmişdir ki, müssisə tərəfindən departamentə təqdim edilmiş B1 hesabatlarına əsasən xx.xx.2013-cü il tarixə sığortaledənin Fonda 16.273,98 manat məblğində borcu yaranmış, həmin borc 31may 2013-cü il tarixində Fondun hesabına tam ödənilmişdir. Ekspert rəyində isə 1 yanvar 2007-ci il tarixindən 1 yanvar 2019-cu il tarixinədək olan dövr üzrə müəssisənin ödənilməmiş 1 aprel 2013-cü il tarixinə sosial sığorta haqları üzrə 44.040,83 manat məbləğində müəyyən edildiyi göstəorilmişdir. Bununla da rəy və müssisə tərəfindən Fonda təqdim edilmiş hesabatlar arasında uyğunsuzluq yaranmışdır. Bundan əlavə 2007-2019-cü illər üzrə hesablanmış sığorta haqları ilə müəssisənin Fonda təqdim etdiyi hesabatlar arasında fərq yaranmışdır...” Məhkəmə kollegiyasının icasında iştirak edən cavabdeh və üçüncü şəxslərin nümayəndələri apellyasiya şikayətlərinə müdafiə edərək, ilkin və hazırkı mərəhələdə təyin edilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri ilə razılaşmamış, iddianın tam rədd olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikaytlərinin əsasız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiçının iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdeh tərəfindən ona hesablanmış 178.557,35 manat sosial sığorta borcunun (iş materiallarının 1-ci cild 5-ci vərəqdən görünür ki, xx.xx.2019-cu ildə iddiaçının bank hesabına 178.557,35 manat alınma sərəncmı qoyulmuşdur) müəssisənin şəxsi vərəqəsindən silinməsini tələb edir “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. “Həmin Qanunun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Qanunun 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. İş materiallarında görünür ki, iddiaçının xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək olan fəaliyyət dövrü üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlarının və ödənişlərinin araşdırılması kifayət qədər mürəkkəb və iri həcmli sənədlərdən ibarət olması, həm də tərəflərin mübahisələndirilən borcla bağlı bir-biri ilə uzlaşmayan münasibətləri bütün bunlar həmin sənədlərin müvafiq zəruri biliyə malik olan ekspert tərəfindən tədqiq olunması zərurətini yaradır. Birinci instansiya məhkəməsinin qərarından da məhz görünür ki, məhkəmə tərəfindən 07 sentyabr 2020-ci il tarixli 2-1(112)-145/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 9/4325 nömrəli, 12 mart 2021-ci il tarixli ekspert rəyinin nəticələrinə əsasən məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMM-nin xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə: - dövlət büdcəsinə ödənilməli olan məcburi dövlət sığorta haqqı 550.657,94 manat məbləğində; - dövrdə dövlət büdcəsinə ödənilən məcburi dövlət sığorta haqqı 506.617,11 manat məbləğində; - dövlət büdcəsinə ödənilməmiş məcburi dövlət sosial sığorta borcu 44.040,83 manat məbləğində - müəyyən edilir. Məhkəmə, İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 88-ci və 103-cü maddələrinə müvafiq olaraq, həmin rəyə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etmişdir: - “Məhkəmənin qənaətinə görə hazırki iş üzrə ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edilmişdir. Bu zaman tərəflərin hərəkətlərinin qanunauyğun olub-olmaması qiymətləndirilməmiş, sadəcə olaraq vergi ödəyicisi barəsində hesablanmış borcun əsaslı olub-olmamasına qiymət verilmişdir. Cavabdeh tərəfindən ekspert rəyini təkzib edən hər hansı bir dəlil təqdim olunmadığından, həmçinin inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş, mübahisələndirilən borc barədə vergi orqanına məlumat ötürmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən borcun hesablanması barədə inzibati icraat materialları təqdim edilmədiyindən Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyi mötəbər sayılır. Bu səbəbdən Məhkəmə hesab edir ki, İddiaçı MMM-nin xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə ümumilikdə məcburi sosial sığorta haqqları üzrə ödənilməmiş 44.040,83 manat vergi borcu qalmışdır. İddiaçı ekspert rəyində göstərilmiş 44.040,83 manat vergi borcuna münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi həmin hissədə əsassızdır...” İşin apellyasiya mərhələsində cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərlərində məhkəmənin ekspert rəyinə istinad olunan mövqeyi ilə razılaşmadıqları , habelə, üçüncü şəxs tərəfindən hazırkı mərhələdə təqdim olunmuş əlavə materiallar nəzərə alınmaqla, tərəflər arasındakı mübahisəli məqamların aradan qaldırılması və işin obyektiv həllinə nail olmaq üçün Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2338/2021 saylı xx.xx.2011-ci il tarixli qərardadı ilə iş üzrə AR ƏN məhkəmə Ekspertizası Mərkəzinə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert qarşsında həll edilməsi üçün: - xx.xx.2007 - xx.xx.2019-cu illərdə müəssisənin ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olub-olaması; - həmin dövr üzrə təqdim edilmiş hesabatlara münasibətdə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə xx.xx.2018-ci il tarixindən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmaqla, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə aparılmış silinmələrin ümumi məbləğinin müəyyən edilməsi; - hazırkı apellyasiya mərhələsində üçüncü şəxs tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı MMM-nin DSMF-yə təqdim etdiyi hesabatlarla, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi və ilkin məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat obyekti olmuş hesabatlar (onların göstəriciləri) arasında fərq mövcud olub-omaması, əgər varsa, təqdim edilən və birinci instansiya məhkəməsində ekspert tədqiqatının obyekti olmuş hesabatlar arasındakı fərq məbləğinin ayrı-ayrılaqda göstərilməklə müəyyən olunması barədə - suallar qoyulmuşdur: Həmin qərardadın icrası olaraq Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş 06 may 2022-ci il tarixli 2-1(103)-2338/2021 saylı ekspert (Elgün Səfərov) rəyinə əsasən: - xx.xx.2013-cü il tarixinədək iddiaçının sığortaedən 16.273,98 manat borcu yarandığı və 31 may 2013-cü il tarixdə həmin borcun iddiaçı tərəfindən Fondun hesabına tam ödənildiyi; - xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixdək olan dövrdə dövlət büdcəsinə ödənilməli olan məcburi dövlət sığorta haqqı borcunun 55.511,72 manat (o cümlədən manatla: 2014 – 5270,26; 2015 023.580,45, 2016-35.753,85, 2017 -8,057,89(artıq ödəniş), 2018-1.034,95(artıq ödəniş) təşkil etdiyi; -“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tətbiqi ilə əlaqədar iddiaçı tərəfindən 3000 manat ödənildiyindən (10%) xx.xx.2015-ci il tarixinədək yaranmış və xx.xx.2018-ci il tarixinədək ödənilməmiş, ümumilikdə 33.980,89 manat məbləğində məcburi dövlət sosial sığorta məbləği üzrə borc silinmişdir. Həmin silinmə nəzərə alındıqda, İddiaçı MMM tərəfindən xx.xx.2019-cu il tarixinədək dövrdə dövlət büdcəsinə ödənilməli olan məcburi dövlət sığorta haqqı 21.530,83 manat məbləğində olduğu - müəyyən edilmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 3-cü maddəsi isə aşağıdakıları nəzərdə tutur: 3.0. Bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Göründüyü kimi, apellyasiya mərhələsində təyin edilmiş əlavə məhkəmə mühasibatlıq ekspertiza tədqiqatı zamanı, üçüncü şəxsin də apellyasiya şikayətində qeyd etmiş olduğu, ilkin ekspertiza tədqiqatı zamanı, B1 hesabatlarına əsasən xx.xx.2013-cü il tarixə sığortaledənin Fonda 16.273,98 manat məblğində borcu yarandığını və həmin borcun 31may 2013-cü il tarixində Fondun hesabına tam ödənilməsini mübahisələndirdiyi səhv aradan qaldırılaraq, müəyyən olunmuşdur ki, həmin tarixə iddiaçının borcu mövcud olmamışdır. Lakin hər bir halda ekspert iddiaçının 2014-2018-ci illər üzrə yaranmış 55.511,72 manat MDSS haqqı üzrə borcuna münasibətdə müəyyən etmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tətbiq edilməsi əlaqədar həmin 55.511,72 manat borcun 33.980,89 manat məbləğində olan hissəsi silinməli olduğundan, onun xx.xx.2019cu il tarixinə olan qalıq borcu 21.530,83 manat təşkil edir. Tədqiq olunan ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, hazırkı apellyasiya mərhələsində üçüncü şəxs tərəfindən məhkəməyə təqdim olunan İddiaçı MMM-nin DSMFyə təqdim etdiyi hesabatlarla, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi və ilkin məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat obyekti olmuş hesabatlar (onların göstəriciləri) arasında fərq mövcud deyildir. Məhkəmə kollegiyası ekspertin gəldiyi həmin nəticələri ilə razılaşır. Belə ki, rəy kifaəyət qədər dolğun əsaslandırılmış, sığortaçının və sığortaedənin təqdim etdiyi hesabatlar qarşılıqlı surətdə təhlil olunmuş və qanunvericiliyin tələbləri nəzərə alınmaqla iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ödəməli olduğu borcunun cəmi 21.530,83 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin nəticələri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasların mövcudluğu müəyyən olunmur. Beləliklə də, işin tədqiq olunan sübutlarla müəyyən edilən həqiqi halları ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin iddiaçının 178.557,35 manat borcun tərkibini belə profesionall səviyyədə aydınlaşdıra və borcun mövcudluğunu konkret və lokonik şəkildə sübuta yetirə bilmədiyi halda, yalınız ekspert rəyi üzərində dayanan, ümumi söz yığınından ibarət olan dəlillərinin əsassız olduğu öz təsdiqini tapır. Başqa sözlə, cavabdehin və onun tərəfindən üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasların mövcudluğu müəyyən olunmur. İddiaçı tərəfindən isə həmin qərardan apellyasiya şikayəti verilməmişdir. İPM-in 82-ci maddəsi isə nəzərədə tutur ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Beləliklə də cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqində göstərilən məcburi dövlət sosial sığorta haqqı borcunun düzgün qeyd olunmadığı, bununla da iddiaçının hüquqlarını pozduğu öz təsdiqini tapır. Başqa sözlə, iddiaçının hazırkı öhdəliyin icrası haqqında iddia tələbində qismən haqlı olduğu sübuta yetirilir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-202/2021 saylı xx.xx.2021-ci il tarixli qərarın təmin edilən hissəsində, üçüncü şəxsin isə apellyasiya şikayətindən həmin qərarın tam olaraq ləğvini tələb etməklə əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası İPM-in 108-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı mərhələdə məhkəmənin təşəbbüsü ilə təyin edilən ekspertizaya görə məhkəməyə təqdim olunan150 manat ekspertiza xərcinin 75 manatı cavabdehə, 75 manatı isə iddiaçıya aid edillərək onlardan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-202/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya mərhələsində təyin edilmiş məhkəmə ekspertizası üzrə 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərcinin - 75 manatı İddiaçı MMM-dən, 75 manatı isə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar