Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-227/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının prosessual hüquq varisi (qardaşı) X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şxs "xxxx" ASC)“yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-219/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək olan iş dövrü nəzərə alınmaqla, yaşa görə pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1954-cı ildə doğulmuş, 1970-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif işlərdə çalışmışdır. Pensiya yaşına çatdığında, yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə ərizə ilə müraciət etmiş, lakın sonuncu xx.xx.2020-cı il tarixli **********4 saylı cavab məktubu ilə imtina cavabı vermişdir. İmtinada bildirmişdir ki, " Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verildikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan verilmədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. İddiaçının şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1994-xx.xx.2001-ci illərə aid sığorta stajı öz təsdiqini tapmadığına görə əmək pensiyası hüququ yaranmır. İddiaçı hesab edir ki, imtina əsassızdır. Çünki əmək kitabçasında iş yerləri barədə müvafiq qeydlər vardır. Belə ki, əmək kitabçasının 38, 39, 40, 41, 42, 43 qeydlərdə xx.xx.1994-cü ildən başlayaraq işə girmiş və müxtəlif peşələrdə çalışmaqla xx.xx.2001-ci ildək işləmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, aparılan yoxlama nəticəsində iddiaçının müəssisədə saxlanılan bir sıra sənədlərinin 1997, 1998, 1999, 2000-ci illərə aid əmək haqqı hesablarının, işə daxil olma və işdən çıxma əmrlərinin möhürsüz olduğu aşkar edilmişdir. Bu fakt pensiya təyin edən orqanın və müəssisəsinin əməkdaşı tərəfindən tərtib edilmiş aktda da öz əksini tapmışdır. Belə ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncam, qərarı) onun tərəfindən imzalanmalı və müəssisəsinin möhürü ilə təsdiqlənməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-219/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı, xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək olan iş dövrü nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir , “Əmək pensiyaları haqqında" Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Sumqayıt İnzibati Məhkəməsinin icraatında 2-1(118)-325/2022 nömrəli iş vardır. Müvafiq işlə əlaqədar inzibati icraat materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, istehsalat zərurəti ilə əlaqədar 1994-cü il tarixdən müəssisə ("xxxx" SC-nin 2 saylı müəssisəsi) fəaliyyətini dayandırmışdır (əlavə edilir). Müvafiq müəssisənin 1994-cü il tarixdən fəaliyyəti dayandırıldığı halda F. Ə. Bayramovun xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək həmin müəssisədə işləməsi faktı əsassızdır. Müvafiq akt birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Məhkəmə bu halları araşdırmamışdır. İşə təkrar apellyasiya qaydasında baxılarkən, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş və müəyyən edilmişdir ki, mərhum iddiaçı subay olmuş, vərəsələri olaraq qardaşı X4 və bacısı X5 25 may 2023-cü il tarixdə şəxsiyyət vəsiqələrini, doğum haqqında şəhadətnamələrini və iddiaçının ölüm haqqında şəhadədnaməsini məhkəməyə təqdim edərək, onların iddiaçının prosessual hüquq varisi qismində işə cəlb olunmalarını xahiş etmiş və həmin məhkəmə iclasında onlar İPM-in 1.2 və MPM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddiaçının prosessual hüquq varisləri qismində işə cəlb olunmuşlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədli apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçının prosessual hüquq varisi qismində işə cəlb olunmuş V.Bayramov isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia (İPM.m.33.1) vasitəsilə xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək olan iş dövrü nəzərə alınmaqla, yaşa görə pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qərarı ilə razılaşır. Belə ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının iş materiallarına əlavə olunmuş, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, (№********) əsasən xx.xx.1954-cü il tarixdə doğulmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən müəyən olunur ki, onun Qanunun qeyd olunan normasına uyğun pensiya yaş həddinə çatdığı, habelə, 1994-cü il tarixinədək əmək fəaliyyəti üzrə iş stajı mübahisələndirilmir. Mübahisələndirilməyən yaş dövrünə düşən iş stajı isə hərbi biletirinin və əmək kitabçasının surətinə əsasən aşağıdakı kimi müəyyən olunur. xx.xx.1970- xx.xx.1972 : 2 il 1 ay 24 gün; xx.xx.1972-xx.xx.1973: 8 ay 15 gün; xx.xx.1973--xx.xx.1975(hərbi xidmət dövrü): 2 il 11 gün; xx.xx.1975-xx.xx.1976: 8ay 13 gün; xx.xx.1976-xx.xx.1977: 1 il 4ay 2 gün; xx.xx.1977-xx.xx.1978: 9 ay 19gün xx.xx.1978-xx.xx.1979: 1 il 9 gün; xx.xx.1979-xx.xx.1980: 1 il 14 gün; xx.xx.1981-xx.xx.1981: 11 ay 26 gün; xx.xx.1982-xx.xx.1985: 2 il 11 ay 22 gün; xx.xx.1985-xx.xx.1985: 5 ay 18 gün; xx.xx.1985-xx.xx.1989: 3 il 9 ay 9 gün; xx.xx.1989-xx.xx.1989: 4 ay 24 gün; xx.xx.1990-xx.xx.1992: 2 il 2 ay 1 gün; xx.xx.1993-xx.xx.1993: 7 ay 21 gün İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun mübahisələndirilməyən 21 il 2 ay 18 gün toplanır. İşin mübahisələndirilən hallarından halları ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1994-xx.xx.2001-ci illərdə "xxxx" ASC-də il tarixədək işlədiyi dövrün, müəssisənin həmin dövrdə fəaliyyətinin olmaması əsası ilə onun sığorta stajına daxil edilməsi mümkünsüz hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsasla iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması əsassızdır. Birincisi, iddiaçının həmin qürumda işlədiyi dövrdə (xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə qədər) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İddiaçının iş materiallarına əlavə olunmuş əmək kitabçasının qeydlərində xx.xx.1994xx.xx.2001-ci illərdə (6 il 8 ay 24 gün) onun xx.xx.1999-cu il tarixinə qədər 2 nömrəli trestin 20 nömrəli TQİ-də, həmin tarixdən isə xx.xx.2001-ci il tarixinədək yeni adlındırılmış "xxxx" ASC-də çalışdığı təsbit olunmuşdur.Qeydlərdə onun işə qəbulu və işdən azad olunmasının tarixi, bununla bağlı əmrin nömərisi və tarixi - səlist yazılarla, qarlamasız qeyd olunmuş və kadrlar müfəttişinin imzası və müəssisənin dairəvi möhürü ilə təsdiq olunmuşdur. Kitabçanın həmin vərəqinin tamlığı pozulmamışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bundan əlavə, həmin müəssisədə çalışdığı vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 70-ci maddəsi nəzərədə tuturdu ki, məzuniyyət hüququ verən iş stajına aşağıdakılar daxil edilir: 1) İşə əslində sərf olunan vaxt; 2) İşçinin əslində işləmədiyi, lakin iş yeriin (vəzifəsini) və əmək haqqınının tamamilə və ya qismən onun üçün saxlandığı vaxt (o cümlədən, işdən düzgün çıxarılmadıqda, yaxud başqa işə keçirilmədikdə və sonra işə bərpa edildikdə, haqqı ödənilmiş, çarəsizlikdən işə çıxmamamq vaxtı); 3) İşçinin əslində işləmədiyi, lakin iş yerini (vəzifəsini) saxladığı v dövlət ictimai sığortası üzrə müavinət aldığı vaxt:uşaq bir yaşına çatanadək ona qulluq etmək üçün verilən qismən ödənilən məzuniyyət istisna olmaqla; 4) Qanunvericilikdə nəzərədə tutulmuş başqa vaxtlar. Həmin Məcələnin 74-cü maddəsi nəzərədə tuturdu ki, ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə işçiyə onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın, rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqı saxlanılmadan qısamüddətli məzuniyət verilə bilər. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində işçi istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. Əmək qanunvericilyinin qeyd olunan müddəalarının mahiyyətindən göründüyü kimi, işçinin müəssisə, idarə və təşkilatda işə sərf etdiyi, istirah et etdiyi, o cümlədən məzuniyyət (istər ödənişli, istərsə qismən ödənişli, istərsə də ödənişsiz) məzuniyyət müddətləri onun bütölükdə onun əmək fəaliyytinə aiddir. İddiaçının 1994-2001-ci illərdə qeyd olunan müəssisədə çalışarkən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə də mübahisələndirilən dövrün iddiaçının sığorta stajına daxil edilməsindən imtina olunmasının qanunvericiliyin tələblərinə zidd olduğu sübuta yetirilir. Belə olan halda iddiaçının həmin dövr üzrə 6 il 8 ay 24 gün iş stajı onun mübahisələndirilməyən 21 il 2 ay 18 gün iş stajı ilə toplandıqda 27 il 11 ay 12 gün sığorta stajı yaranır. Deməli, onun Qanunun 7-ci maddəsində nəzərədə tutulan 25 ildən də çox sığorta stajı movcud olduğu təqdirdə, cavabdeh tərəfindən iddiaçıya yaşa görə pensiya təyin olunmasından imtina olunması onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhşkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyini, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-219/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı və qərar, cavabdehin hüquq varisləri vərəsəlik şəhadətnaməsi təqdim edildiyi təqdirdə, iddiaçının yaşa görə pensiya hüququ yarandığı gündən onun öldüyü günə qədər hesablanmış pensiya məbləği hüquq varislərinə ödənilməklə, icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-219/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar, cavabdehin hüquq varisləri tərəfindən vərəsəlik şəhadətnaməsi təqdim edildikdə, iddiaçının yaşa görə pensiya hüququ yarandığı gündən onun öldüyü günə qədər hesablanmış pensiya məbləği hüquq varislərinə ödənilməklə, icra olunsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-227/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-227/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver