Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2272/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X20, X18, X12, X16, Səbail Rayon İcra Hakimiyyəti və Səbail Bələdiyyəsi cəlb olunmaqla) qarşı “reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-541/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestrində Azərbaycan Respublikasının vətəndaşı X13 adına Bakı şəhəri Sabail rayonu Bibi Heybət qəsəbəsi ərazisində ilkin qeydiyyatdan keçmiş 0.06 hektar torpaq sahəsinə dair aparılmış seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli və X9 adına Bakı şəhəri Sabail rayonu Bibiheybət qəsəbəsi ərazisində ilkin qeydiyyatdan keçmiş 0.12 hektar torpaq sahəsinə dair aparılmış seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli qeydiyyatın, ilkin hüquqmüəyyənedici sənədlərə - Səbail Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamına Bibiheybət qəsəbə nümayəndəsi C.Bağırovun tərtib etdiyi cizgiyə və yerləşmə planına uyğun olmadığına görə ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə Səbail rayon bələdiyyəsinə müraciət edərək 20-ci sahə, Salyan şossesi İİİ döngədə yolun sağ tərəfində qəbirstanlığın yanında, qabaqcadan abadlaşdırıb istifadə etdiyi 1800 kv.metr torpaq sahəsini iddiaçının adına sənədləşdiriİməsini xahiş elmişdir. Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli, 488 saylı qərarı ilə Səbail rayonu, Salyan şossesi, İİİ döngədə yolun sağ tərəfində Bələdiyyə ərazisinə məxsus 1800 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında adına sənədləşdirilmiş və həmin tarixdə torpağın alqı-satqısına dair akt tərtib edilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli müvafiq sərəncamlarına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X13 adına Bakı şəhəri Sabail rayonu Bibi Heybət qəsəbəsi ərazisində 0.06 hektar torpaq sahəsi ilkin qeydiyyatdan keçmiş və alqısatqı müqaviləsinə əsasən X3 adına, X9 adına Bakı şəhəri Səbail rayonu Bibi Heybət qəsəbəsi ərazisində 0.12 hektar torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində ilkin qeydiyyatdan keçmiş və alqı-salqı müqaviləsinə asasən X6 adına özgəninkiləşdirilmişdir. İddiaçı torpağa baxış keçirərkən X13 və X9 adına ilkin qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Bu fakt isə onun torpaq üzərində istifadə, sahiblik və sərəncam vermak hüquqlarını pozur. İddiaçı qeyd edir ki, X17 va X14 ayrılmış torpaq sahələri ilkin hüquqmüəyyənedici sənədlərə əsasən ona ayrılmış torpaq sahəsindən kanarda olmuş, sonradan X20 və X19 həmin torpaq sahələrini sataraq ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Sabail rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı 11 sarancamına əsasən X17 və X14 fərdi ev tikintisi üçıin «Bibiheybət» qəsəbəsi, ünvan 3 ünvanda yerləşən "köhnə bağ" sahələrinin ərazisindən torpaq sahasi ayrılmışdır. Təqdim edilmiş arxiv məlumatlarında olan "köhnə bağ" sahəsinin təsdiq edilmiş cizgisində yaxınlıqda 32 №-li yataqxana da olması göstərilir. Lakin Bələdiyyə tərəfindən iddiaçıya verilmiş sənədlərdə və torpaq sahəsinin planında «qəbirstanlığın olması qeyd olunur», ilkin torpaqayırma sənədlərində torpağın harada yerləşməsi əks olunmuşdur. Bu onu deməyə asas verir ki, X13 və X10 mülkiyyət sənədində qeyd edilan torpaq sahələri tamam başqa sahələrdir, başqa ərazilərdə yerləşir və qeydiyyat orqanı qeydiyyatı düzgün aparmamışdır. İddiaçı bununla alaqadar cavabdehə müraciət edərək qeyd olunan şəxslərin adına verilmiş qeydiyyatın və texniki pasportun ləğv edilmasini xahiş etmiş, lakin cavabdeh dövlət qeydiyyatı ilə bağlı mübahidsələrin məhkəmə qaydasında həll edildiyini bildirərək iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X20, X18, X12 və X16, xx.xx.2023cü il tarixli qərardadı ilə Səbail rayon İcra Hakimiyyəti, xx.xx.2023-cü il tarixli qərardadı ilə Səbail Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı X13 adına Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi ərazisində ilkin qeydiyyatdan keçmiş 0.06 ha torpaq sahəsinə dair aparılmış seriya RX, ******* saylı, xx.xx.2016-cı il tarixli və X9 adına Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət qəsəbəsi ərazisində ilkin qeydiyyatdan keçmiş 0.12 ha torpaq sahəsinə dair aparılmış seriya RX, ******* saylı, xx.xx.2016-cı il tarixli qeydiyyatın, ilkin hüquqmüəyyənedici sənədlərə Səbail RİH-nin xx.xx.1997-ci il tarixli sərəncamına, Bibiheybət qəsəbə nümayəndəsi C.Bağırovun tərtib etdiyi cizgiyə və yerləşmə planına uyğun olmadığına görə ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********58 nömrəli məktub ünvanlanmışdır. Üçüncü şəxslər X12 və X16 iddiaya dair məhkəməyə təqdim etdikləri yazılı münasibətdə iddianı əsassız hesab edərək bildirmişlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Qanunvericiliyə əsasən iddiada qeyd olunan torpaq sahəsi üzərində satan şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdırsa, həmin torpaq sahəsi başqa şəxsin adına özgəninkiləşdirilə bilər. Bunun üçün satan şəxs ilk növbədə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (Forma 1) almalıdır. Yüklülük haqqında arayışın (Forma 1) alınması üçün mülkiyyətçi (satan şəxs) Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət etməlidir. Arayış alındıqdan sonra notariat orqanına təqdim edilir və tərəflər arasında notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılır. Bununla yanaşı, həmin torpaq sahəsinin bölünməsinə dair bölgü sxemi də tərtib olunur. Bölgü sxemi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinin mütəxəssisləri tərəfindən hazırlanır. Bundan sonra alıcı alqı-satqı müqaviləsi, bölgü sxemi, şəxsiyyəti təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi barədə sənədlə Xidmətin ərazi idarəsinə müraciət edir. Təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda və hüquqların qeydiyyatından imtina üçün əsaslar olmadıqda alıcının mülkiyyət hüququ qeydiyyata alınır və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən müddəalar əsas götürülərək vicdanlı alıcı kimi qununvericiliyin tələblərinə əməl edilərək X12 və X16 həmin torpaq sahələri üzərində mülkiyyət hüququnu əldə etmişlər. İddiaçı Səbail Bələdiyyəsi tərəfindən verilmiş sözügedən torpaq sahələrinə dair sənədlərini tam qanunsuz hesab edir, məlumat üçün qeyd edirlər ki, həmin dövrlərdə torpaqlar üzərində sərəncam vermək hüququ olan Səbail Bələdiyyəsinin şəxsləri qanunsuz olaraq bu kimi sənədlər verdiyindən barələrində cinayət işi açılmış və istintaqla qanunsuz əməlləri sübüta yetirildiyindən məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilmişlər. Belə ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanuna əsasən bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququna malikdir...Beləliklə qanunvericiliyə əsasən bələdiyyələr yalnız mülkiyyətlərində olan torpaqlar üzərində sərəncam vermək hüququna malikdir. X6 Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinə ünvanladığı Səbail rayonu ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə sorğuya, 10-A-78-013 saylı, xx.xx.2022- il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, bələdiyyələr haqqında qanunvericiliyə əsasən torpaq sahəsi bələdiyyələrin mülkiyyətinə verildikdən sonra bələdiyyələr tərəfindən həmin sahələrin alqısatqısı həyata keçirilir. Məktubda Səbail rayonunda xidmət göstərən Bələdiyyələrin mülkiyyətinə torpaq sahələri verilmədiyindən müraciətlə bağlı aidiyyatı sənədlərin təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-541/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərardadı (hakim T.Məlikov) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır, məhkəmə işi tam araşdırmamışdır. Belə ki, iddiaçı tərəfdə Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 487 saylı qərarının və ona əlavə edilmiş sənədlərin, alqı-satqı müqaviləsinin və ödəniş qəbzlərinin əsilləri vardır və həmin sənədlər bələdiyyə tərəfindən imzalanaraq möhürlənmişdir. Məhkəmə sorğu vermək əvəzinə eyni zamanda iddiaçıdan sənədlərin əslini istəməli idi. Lakin, məhkəmə sənədlərin əslini tələb etməmişdir. Sənədlərin əsli bizdə mövcuddur. Məhkəmə tərəfindən bu hal araşdırılmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi X21 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-541/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbinin mümkün sayılması üçün ilk növbədə iddiaçının hüquqlarının həqiqətən pozulub-pozulmadığı müəyyən edilməlidir. İş materiallarındakı sənədlərdən görünür ki, Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli, 488 saylı qərarı ilə Səbail rayonu, Salyan şossesi, İİİ döngədə yolun sağ tərəfində Bələdiyyə ərazisinə məxsus 1800 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilmiş və həmin tarixdə torpağın alqı-satqısına dair akt tərtib edilmişdir. Həmçinin, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə istinad edilərək Bibiheybət qəsəbəsi, ünvan 3 ünvanda yerləşən “köhnə bağ” sahələri X18 və X18 da daxil olmaqla ayrı-ayrı şəxslərin adına sənədləşdirilmiş və fərdi evin tikintisi üçün icazə verilmişdir. Bakı şəhəri, Səbail rayonu Bibi-Heybət qəsəbəsində 0.06 hektar torpaq sahəsi X13 adına dövlət reyestrində qeydiyyata alınmışdır. X20 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, BibiHeybət qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,06 hektor olan torpaq sahəsini X1. Daha sonra Bakı şəhəri, Səbail rayonu Bibi-Heybət qəsəbəsində 0.06 hektar torpaq sahəsi X3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. AN-İ№0561639 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X18 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, BibiHeybət qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,12 hektar olan torpaq sahəsini X2. Bakı şəhəri, Səbail rayonu Bibi-Heybət qəsəbəsində 0.06 hektar torpaq sahəsi X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırki tələbində iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X20 və X9 adına ayrılmış Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisindən müvafiq olaraq 0,06 ha və 0,12 ha torpaq sahələri barəsində dövlət reyestrində aparılmış qeydiyyatın həmin torpaq sahələrinin yerləşmə cizgisinə uyğun olmaması, iddiaçının hüquqmüəyyənedici sənədlərinə əlavə edilmiş yerləşmə cizgisinə uyğun olması səbəbindən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirmək üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi bələdiyyənin qərarı və digər əlaqəli sənədlər nə Səbail bələdiyyəsində, nə də dövlət arxivində aşkar edilməmişdir. İddiaçıda olan yeganə sənəd bələdiyyə qərarının, alqı-satqı aktının və ödəniş qəbzinin surətidir. Hansı ki, məhkəmə hesab edir ki, həmin sənədlər iddiaçıya hazırda digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın nəinki ləğv etməyə, heç mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə fikir yürütməyə əsas vermir. Başqa sözlə, iddiaçı hazırkı tələbi irəli sürməyə ixtiyar verən mötəbər hüquqmüəyyənedici sənəd, qanunvericiliklə müəyyən edilmiş əsas təqdim edə, beləliklə də mübahisəli torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxara bilməmişdir ki, bu da hazırkı iddia ilə bağlı onun subyektiv hüququnu istisna edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin gəldiyi nəticəni əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş hərtərəfli araşdırılmamışdır. Belə ki, Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 487 saylı qərarının və ona əlavə edilmiş sənədlərin, alqı-satqı müqaviləsinin və ödəniş qəbzlərinin əsilləri mövcuddur və həmin sənədlər bələdiyyə tərəfindən imzalanaraq möhürlənmişdir. Məhkəmə sorğu verməklə yanaşı iddiaçıdan sənədlərin əslini tələb edə və həmin sənədlərə baxış keçirə bilərdi. Lakin məhkəmə tərəfindən dövlət arxivində olmamasına istinad edilən sənədlərin əsilləri tələb edilməmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən Səbail rayonu Səbail Bələdiyyəsi tərəfindən verilmiş kassa mədaxil orderinin, Səbail Bələdiyyəsinin 487 nömrəli, 27 dekabr 2005-ci il tarixli Səbail rayonu ərazisində olan 1800 kv.m torpaq sahəsinin vətəndaş O.Y.Qədimovun adına sənədləşdirilməsi barədə qərarın, torpağın alqısatqısına dair aktın, eləcə də X11 adına sənədləşdirilməsi nəzərdə tutulmuş 1800 kv.m torpaq sahəsinin planının əsilləri məhkəməyə təqdim edilmiş, həmin sənədlərə baxış keçirilərək iş materiallarına əlavə edilmişdir. Qeyd olunan sənədlərin Səbail Bələdiyyəsi tərəfindən Dövlət Arxivinin Bakı Filialının arxivinə və X5 arxivinə təhvil verilməməsi ilə bağlı kollegiya qeyd edir ki, sənədlərinin arxivə verilməməsi vətəndaşın hüquqlarını məhdudlaşdıra bilməz və sənədin mövcud olub-olmamasını şərtləndirə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək). Müvafiq sənədlərin arxivə təhvil verilməməsi və arxivdə aşkar edilməməsi ümumiyyətlə həmin sənədlərin mövcud olmamasına əsas verən hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin .sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 487 saylı qərarı və ona əlavə edilmiş sənədlərin mötəbərliyinə həmin sənədlərin əsillərinə baxış keçirilməklə, ehtiyac olduqda ekspertiza təyin edilməklə qiymət verilməli, iddianın mümkünlük şərtləri ödənildiyi halda işə mahiyyəti üzrə baxaraq əsaslı və qanuni qərar qəbul etməlidir. Bu zaman məhkəmə İPM-in 13-cü maddəsinin tələblərindən çıxış edərək, iddia tələbində dəqiqləşdirilmə aparılması ilə bağlı iddiaçıya hüquqi yardım da göstərə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qərardadda əks olunan hüquqi mövqelər nəzərə alınaraq iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-541/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2272/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2272/2024
31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver