Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2275/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və XN ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı iş üzrə 23 oktyabr 20N8-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı xx.xx.20N7-ci il tarixdə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı veteran vəsiqəsinin verilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi və Müdafiə Nazirliyinin üzərinə İddiaçı veteran vəsiqəsinin verilməsi barədə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşmüşdür.Belə ki, xx.xx.N992-ci ildə Suraxanı rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmiş və xx.xx.N992- ci ildən xx.xx.N992-ci ilə qədər Tərtər rayonunda gedən döyüşlərdə iştirak etmişdir.Daha sonra AR Müdafiə Nazirlyinin əmri ilə ordudan tərxis olunmuş və bu barədə hərbi komissarlıq tərəfindən arayış verilmişdir.O, həmin döyüşlərdə iştirak etdiyinə görə AR Müdafiə Nazirliyinə müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən göndərilən xx.xx.20N7-ci il tarixli məktubda qeyd olunur ki, "Müharibə veteranı" adının və Vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya"-nın xx.xx.20N7-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Eyni zamanda Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən göndərilən xx.xx.20N7-ci il tarixli məktubda qeyd olunur ki, 703(730) nömrəli hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında onun xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi Müdafiə Nazirliyi onun döyüşlərdə iştirakını təsdiqləyən sənədlər olmasına baxmayaraq ona veteranlıq vəsiqəsinin verilməsindən əsassız olaraq imtina etmişdir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 20N7-ci il tarixli, 2-N(8N)- 5320/20N7 saylı qərardadı ilə (hakim A.Abdullayeva) inzibati iş aiddiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 aprel 20N8-ci il tarixli, 2-N(85)- 742/20N8 saylı qərardadı ilə (hakim V.Əzizova) hazırkı inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev) iddia tələbi təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh xx.xx.20N8-ci il tarixdə apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarının ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə iddia ərizəsinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, iddiaçının ümumiyyətlə xidməti barədə nə arxivdə, nə də hərbi biletində müvafiq məlumat mövcud deyil. İddiaçının xidmətinin əvvəli nə vaxt başlaması və sonu nə vaxt qurtardığı məlum deyil və bu fakta məhkəmə tərəfindən qiymət verilməmişdir.İddiaçının barəsində cinayət təqibinin başlanması və ya bundan imtina edilməsi təhqiqat və prokurorluq orqanının vəzifəsidir. Lakin bu vəzifənin yerinə yetirilməməsi iddiaçıya imtiyaz yaratmır, onun barəsində cinayət təqibinin başlanmaması ona müharibə veteranı adı almaq hüququ vermir. Nazirlər Kabineti 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə "veteran adlarının verilməsi ilə bağlı" Müdafiə Nazirliyinə səlahiyyət vermişdir və müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə veteran adı vərmə öhdəliyi yaranmışdır ki, həmin şəxslər AR-ın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslər olsunlar. İddiaçı isə hərbi xidmətdə ehtiyata və istefaya buraxılmamış, hərbi hissə komandirinin onun şəxsi heyətinin siyahısına salınması və çıxarılması barədə əmr olmamışdır. Nizami hissə üzrə əmrlərə əsasən hərbi qulluqçunun hərbi biletində xidmət keçmə haqqında müvafiq qeydlər aparılır.Çünki həmin dövrdə hərbi xidmətdə olan şəxslərin hərbi xidmətdən buraxılması ilə əlaqədar xüsusi sərəncam olmamışdır.Yalnız Azərbaycan Respublikası Prezidentinin" Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehiyata buraxılması haqqında" N996-cı il 23 yanvar tarixli, 433 nömrəli Fərmanında göstərilir ki, AR Müdafiə nazirinin təqdimatını nəzərə alaraq,N996-cı il martın N-dək 25 yaşı tamam olmuş və daha çox yaşı olan, keçmiş Sovet Ordusunun və AR Silahlı Qüvvələrinin sıralarında cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular AR Silahlı Qüvvələrinin sıralarından ehiyata buraxılsınlar. Eyni zamanda AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.20N7-ci il tarixli 2- N(N02)- NN6N/20N7 nömrəli qərarında qeyd edilib ki, şəxsin vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmr iddiaçının AR ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən AR MPM-in N68-ci maddəsinə əsasən iddianın mahiyyəti üzrə Müdafiə Nazirliyində ətraflı araşdırmanın aparılması və münasibət bildirilməsi üçün Müdafiə Nazirliyi tərəfindən zəruri məlumatların əldə edilməsi üçün məhkəməyə təqdim edilən iddia ərizəsinə əlavə olunan sənədlər məhkəmə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi göndərilməmişdir və onlar işə münasibət bildirmək hüququndan məhrum edilmişlər. Apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları: Bakı Apellyasiya Məhkəməsinin 2-N(N03)-N9/20N9 nömrəli, 05 mart 20N9-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)- 26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “veteran vəsiqəsi və adının verilməsi" tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N02)- 232/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 20N9-cu il tarixli, 2- N(N03)-NN9/20N9 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Tərəflərin məhkəmə icraatında iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili (hüquqi məsələlərə dair izahat verərək) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.NN-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.20N2-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 4N6, habelə 407.N.4, 407.2 və 408.N.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 4N9.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişi aşağıdakı kimidir: - iddiaçının hərbi hissə tabeliyində olan hərbi qulluqçu kimi xidmət etməsi məsələsi hərtərəfli araşdırılmalı və qiymətləndirilməli, daha sonra iddianın düzgün cavabdehə qarşı qaldırılıb-qaldırılmaması nəticəsinə gəlinməlidir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə almaqla araşdırma aparmışdır. Məhkəmə kollegiyası iş üzrə araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, İddiaçı iddiası üzrə -“veteran vəsiqəsi və adının verilməsi" tələbinə ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlik daşıyan orqan olmadığına görə həmin orqana münasibətdə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.20N5-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutları diqqətə çəkir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Baş Heyət İdarəsi tərəfindən verilmiş xx.xx.20N7-ci il tarixli, N/S-5585 saylı məktuba əsasən AR Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”-nın xx.xx.20N7-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mart-İyul N992-ci il tarixdə iddiaçının xidməti barədə məlumat olmadığından İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N7-ci il tarixli, 9/2-8797 saylı məktuba əsasən 703(730) nömrəli hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Suraxanı Batalyonun komandiri, polis kapitanı F.C.Quliyevin imzasını təsdiq edən Tərtər rayon komendantı polis podpolkovniki Ə.Əliyev tərəfindən imzalanmış 38N93 nömrəli arayışa əsasən, İddiaçı xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə qədər “Suraxanı” könüllülər batalyonun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə fəal iştirak etmiş və göstərilən ezamiyyət müddətində rayonun əhalisinə hərtərəfli köməklik göstərmişdir. - Birinci instansiya məhkəməsinin AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə ünvanladığı N7 avqust 20N8-ci il tarixli soruğusuna xx.xx.20N8-ci il tarixli, N247 saylı məktub ilə (məktub Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarə rəisinin müavini-Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin rəisi polkovnik-leytenant Vüsal Həsənov tərəfindən imzalanmışdır) cavab olaraq bildirilmişdir ki, N967-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.N994-cü il tarixdə SHXÇDX-nin Suraxanı rayon idarəsi tərəfindən səfərbərliknən hərbi xidmətə çağırılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.20N9-cu il tarixli, 50 nömrəli cavab məktubuna əlavə edilmiş uçot kartasının və N9 iyul 2004-cü il tarixli, 26/2-2096 nömrəli arxiv arayışından (arayış Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi Kapitan M.Qurbanov tərəfindən imzalanmışdır) müəyyən olunur ki, N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında və komandirin nizami hissə üzrə əmrlərində İddiaçı mart N992- iyul N992 –ci il tarixdə xidmətdə olması barədə heç bir məlumat yoxdur. Eyni zamanda işin təkrar apellyasiya icraatında olduğu zaman məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə 08 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu ünvanlayaraq yaranmış zərurətlə əlaqədar olaraq xx.xx.N967-ci il təvəllüdlü İddiaçı hərbi hissə tabeliyində olan hərbi qulluqçu kimi xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək xidmət edib-etməməsi barədə, həmçinin “Suraxanı” könüllülər batalyonunun sonradan hərbi hissəyə çevrilməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq ünvanlanmış N4 iyul 2022-ci il tarixli, 4/2-4536 saylı cavab məktubunda qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin mart-iyul N992ci il, N №-li hərbi hissə komandirinin aprel-iyul N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin mart N992-ci il tarixli nizami hissə üzrə əmrləri və "Suraxanı konüllülər" batalyon komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin mart-dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində "Suraxanı könüllülər" batalyonunun sonradan hərbi hissə kimi fəaliyyət göstərməsi barədə məlumat aşkar edilməmişdir. - Həmçinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli, N43N saylı sorğuya cavab məktubuna əsasən, Müdafıə Nazirliyinin Mərkəzi Arxivindən xx.xx.2004-cü il tarixdə daxil olmuş xx.xx.2004-cü il tarixli sorğuya əsasən, İddiaçı mart N992-ci il tarixdən iyul N992-ci il tarixədək xidmətdə olması barədə heç bir məlumat olmadığı bildirilir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin 8ci yarımbəndinə əsasən, veteran vəsiqəsi və adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Lakin, həmin Əsasnamənin N-ci hissəsində o da qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Yuxarıda qeyd olunan normaların məzmunundan anlaşıldığı kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran vəsiqəsi və adı AR Müdafiə Nazirliyinin yaratdığı komissiya tərəfindən deyil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Göründüyü kimi, iddiaçı tələbinin əsasında “Suraxanı” könüllülər batalyonunun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə fəal iştirak etməsinə əsaslanaraq ona veteran adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-N(N02)-N3N5/2020 saylı Qərarından göründüyü kimi, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı eyni tələb üzrə iddiası olmuş, inzibati işə mahiyyəti üzrə 3 (üç) instansiya məhkəməsində baxılmış və yekun məhkəmə qərarı qəbul edilmişdir. Aydın olur ki, həmin iddia üzrə iddiaçının iddiasının mümkünlüyü məsələsinə qiymət verilərkən, iddianın mümkün iddia olması nəticəsinə gəlinərək, mahiyyəti üzrə işə baxılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının həmin Qərarından da göründüyü kimi, iddiaçının iddia tələbi üzrə cavabdehlik daşıyan orqan məhz Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. Yuxarıda qeyd edilən hallar isə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozularaq qanunsuz və əsassız qərar çıxarılmışdır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının hazırkı tələbi üzrə cavabdehlik daşıyan inzibati orqan qismində çıxış edə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarı ləğv edilərək, iddiaçının iddia tələbi düzgün cavabdehə qarşı qaldırılmaması əsası ilə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə qərardad qəbul edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən N0 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Fuad Talışinski
Məhkəmə qərarları › İş №2-1(103)-2275/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2275/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver