Məhkəmə qərarları › İş №2-1(103)-2276/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2276/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2276/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: “ hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Şərafət Asif qızı Məmmədovadan (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı barəsində verilən xx.xx.2019-cu il tarixli 0530003AAE0N saylı göndərişdə - Əsas diaqno və ağırlaşması “K26 Onikibarmaq bağırsağın xorası. Teztez kəskinləşən qanaxma ilə. K92.2 Dəqiqləşdirilməmiş mədəbağırsağın qanaxması. Onikibarmaq bağırsaqda qanaxma. D50.9 Dəqiqləşdirilməmiş dəmir defisitli anemiya” qeyd olunmuşdur.

2. Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 65 nömrəli xəstəlik haqqında şəhadətnamədə “Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində: onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı xora-çapıq deformasiyası. Öd kisəsinin polipozu. Vegetativ damar distoniyası.” Diaqnozunun səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4i tərəfindən verilmiş T 547/2023 saylı ekspert rəyinə əsasən, vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı şəhər xəstəxanasının poliklinika şöbəsində müayinəsi zamanı onda “K25; K26.7- Mədə 12 barmaq bağırsaq xoraları tez-tez residivləşən gedişli; K26-12 barmaq bağırsaq soğanağının çapıq-deformasiyası; Yanaşı xəstəliklər: K83.8-öd kisəsinin polipi, E03.0-diffuz zob; D50-dəmir defisitli anemiya; G96.8-vegetativ damar distoniyası” diaqnozu müəyyən olunmuşdur. Qeyd edilən diaqnozda “Yanaşı xəstəliklər: K83.8-öd kisəsinin polipi, E03.0-diffiız zob; D50dəmir defısitli anemiya; G96.8- vegetativ damar distoniyası” istisna olmaqla, digər xəstəliklər İddiaçı adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi 0530003AAEN saylı Forma 088 göndərişində olan əsas xəstəlik və ağırlaşmaları ilə “Onikibarmaq bağırsağın xorası, tez-tez kəskinləşən qanaxma ilə, dəqiqləşdirilməmiş mədəbağırsağın qanaxması, onikibarmaq bağırsaqda qanaxma, dəqiqləşdirilməmiş dəmir defisitli anemiya” eynilik təşkil edir. Vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli, 65 saylı qərarda göstərilmiş “Xora xəstəliyi tez-tez residiv gedişli, natamam remissiya mərhələsində, onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı xora-çapıq deformasiyası, öd kisəsinin polipozu, vegetativ damar distoniyası” diaqnozu da onun xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı şəhər xəstəxanasının poliklinika şöbəsində müayinəsi zamanı müəyyən olunmuş “K25; K26.7-mədə, 12 barmaq bağırsaq xoraları tez-tez residivləşən gedişli; K26-12 barmaq bağırsaq soğanağının çapıqdeformasiyası; Yanaşı xəstəliklər: K83.8-öd kisəsinin polipi, E03.0diffuz zob; D50-dəmir defısitli anemiya; G96.8-vegetativ damar distoniyası” diaqnoz ilə eynilik təşkil edir və hərbi xidmət dövründə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

4. İddiаçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikasının Müdafiə Naziriyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi xidmət ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “hərbi xidmət ilə əlaqəli əlilliyin təyin edilməsi öhdəliyinin Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır.

6. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2579/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(112)-813/2022 saylı qərardadı ilə iddia yenidən mümkün sayılmamışdır.

9. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-853/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2- 1(112)-813/2022 saylı qərardadnın ləğv edilməsi və müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia Azərbaycan Respublikasının Müdafiə Naziriyinə münasibətdə mümkün sayılmamışdır.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsi tərəfindən hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət çavuşu hərbi rütbəsində xidmət etmişdir. Xidmət keçən zaman sağlamlığında ciddi problemlər yaranmışdır ki, o bu səbəbdən həkimə müraciət etmiş və həkim müayinəsindən sonra xəstəliyinin, ağrılarının intensivləşməsinə görə 2016-cı ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmişdir. Xəstəliyini hərbi xidmət dövründə aldığına görə Hərbi Həkim Komissiyasının qərarına əsasən o sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Bundan sonra o səhiyyə müəssisəsinə müraciət etmiş, oradan Hərbi Həkim Komissiyasının qərarı və səhiyyə müəssisəsinin göndərişi ilə birlikdə sənədlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Burada ona əlillik təyin edilməsindən imtina edilmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin komissiyaları tərəfindən göndəriş əsasında aparılır. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmamazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması, əlillik müddətinin bitməsindən sonra göstərilən pozuntuların, çatışmamazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlililliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişiliklə bağlı komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistemi tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyin qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətlənirilməsi məqsədi ilə dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərində və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir. Bununla əlaqədar, iddiaçının tibb müəssisələrindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq sənədləri aldıqdan sonra əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. İddiaçı barədə əlillik vəziyyətinin müəyyən edilməsi barədə Sumqayıt 2 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2019-cu il tarixli göndəriş cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir, göndərişin natamam doldurulması – “Xəstənin boy-çəki əmsalının göstərilməməsi, laborator müayinələr əsas diaqnozun ağırlaşmalarını əks etdirmədiyinə görə” imtina cavabı verilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2019-cu il tarixli 0530003AAE0N saylı tibbi göndəriş əsasında hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən əyani müayinə zamanı müəyyən olunmadığı qeyd olunsa da, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2019-cu il tarixli 0530003AAE0N saylı saylı tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları (“K26 Onikibarmaq bağırsağın xorası. Teztez kəskinləşən qanaxma ilə. K92.2 Dəqiqləşdirilməmiş mədə-bağırsağın qanaxması. Onikibarmaq bağırsaqda qanaxma. D50.9 Dəqiqləşdirilməmiş dəmir defisitli anemiya”) iş üzrə keçirilmiş ekspertiza ilə aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Eyni zamanda ekspertiza ilə həmin diaqnozun Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 65 nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilən diaqnozla eynilik təşkil etməsi müəyyən edilmişdir. Ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-74/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4i tərəfindən verilmiş T 547/2023 saylı ekspert rəyinə əsasən, vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı şəhər xəstəxanasının poliklinika şöbəsində müayinəsi zamanı onda “K25; K26.7- Mədə 12 barmaq bağırsaq xoraları tez- tez residivləşən gedişli; K26-12 barmaq bağırsaq soğanağının çapıq-deformasiyası; Yanaşı xəstəliklər: K83.8-öd kisəsinin polipi, E03.0 diffuz zob; D50-dəmir defisitli anemiya; G96.8-vegetativ damar distoniyası" diaqnozu müəyyən olunmuşdur. Qeyd edilən diaqnozda “Yanaşı xəstəliklər: K83.8-öd kisəsinin polipi, ЕОЗ.О-diffiız zob; D50dəmir defisitli anemiya; G96.8- vegetativ damar distoniyası” istisna olmaqla, digər xəstəliklər İddiaçı adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi 0530003AAEN saylı Forma 088 göndərişində olan əsas xəstəlik və ağırlaşmaları ilə "Onikibarmaq bağırsağın xorası, tez-tez kəskinləşən qanaxma ilə, dəqiqləşdirilməmiş mədəbağırsağın qanaxması, onikibarmaq bağırsaqda qanaxma, dəqiqləşdirilməmiş dəmir defisitli anemiya” eynilik təşkil edir. Vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli, 65 saylı qərarda göstərilmiş “Xora xəstəliyi tez-tez residiv gedişli, natamam remissiya mərhələsində, onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı xora-çapıq deformasiyası, öd kisəsinin polipozu, vegetativ damar distoniyası” diaqnozu da onun xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı şəhər xəstəxanasının poliklinika şöbəsində müayinəsi zamanı müəyyən olunmuş “K25; K26.7-mədə, 12 barmaq bağırsaq xoraları tez-tez residivləşən gedişli; K26-12 barmaq bağırsaq soğanağının çapıq deformasiyası; Yanaşı xəstəliklər: K83.8-öd kisəsinin polipi, ЕОЗ.О-diffuz zob; D50-dəmir defısitli anemiya; G96.8-vegetativ damar distoniyası” diaqnoz ilə eynilik təşkil edir və hərbi xidmət dövründə alınmışdır. Cavab olaraq bildirmək istəyirlər ki, məhkəmənin ekspert rəyinə əsasən iddiaçıda sözügedən xəstəliyin olması səbəbindən ona əlillik təyin edilməli olduğu qənaətinə gəlməsi əsassızdır. Belə ki, diaqnozun olması heç də şəxsə əlillik təyin edilməli olduğu qənaətinə gəlinməsinə əsas vermir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Bildirmək istəyirlər ki, diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Cavab olaraq bildirmək istəyirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır

d) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

20. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: .... 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9);

22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya):

1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır.

3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

23. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir: “28. Əlilliyin müəyyən edilməsindən diaqnozun əlilliyə əsas verməməsi səbəbi ilə imtina edildiyi zaman məhkəməyə müraciət edən şəxslərin iddialarına baxılarkən, məhkəmələr tərəfindən bir sıra hallarda İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati orqana şəxsin əyani müayinəyə cəlb edilməklə müvafiq inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edilir.

29. Təcrübədə rast gəlinən əsas problemlərdən biri məhz həmin əyani müayinələrlə bağlıdır. İşlərdən görünən odur ki, bir sıra hallarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılır. Nəticə etibarilə, bəzən məhkəmələr inzibati orqanın şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnozlarına əsaslanmayan mövqeyinə uyğun qərar verməklə işi yekunlaşdırırlar.” ....

37. Şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıbtapmadığı, diaqnozun xəstəliklərin beynəlxalq təsnifatına uyğunluğu və sairə) suallar qoyula bilər. .....

45. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmamalıdır.

29. Belə ki, işin hallarından görünür ki, iddiaçı barəsində verilən xx.xx.2019-cu il tarixli 0530003AAE0N saylı göndərişdə - Əsas diaqnoz və ağırlaşması “K26 Onikibarmaq bağırsağın xorası. Tez-tez kəskinləşən qanaxma ilə. K92.2 Dəqiqləşdirilməmiş mədəbağırsağın qanaxması. Onikibarmaq bağırsaqda qanaxma. D50.9 Dəqiqləşdirilməmiş dəmir defisitli anemiya” qeyd olunmuşdur.

30. Həmçinin, Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 65 nömrəli xəstəlik haqqında şəhadətnamədə “Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində: onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı xora-çapıq deformasiyası. Öd kisəsinin polipozu. Vegetativ damar distoniyası.” Diaqnozunun səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir.

31. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4i tərəfindən verilmiş T 547/2023 saylı ekspert rəyinə əsasən, vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı şəhər xəstəxanasının poliklinika şöbəsində müayinəsi zamanı onda “K25; K26.7- Mədə 12 barmaq bağırsaq xoraları tez-tez residivləşən gedişli; K26-12 barmaq bağırsaq soğanağının çapıqdeformasiyası; Yanaşı xəstəliklər: K83.8-öd kisəsinin polipi, E03.0-diffuz zob; D50-dəmir defisitli anemiya; G96.8-vegetativ damar distoniyası” diaqnozu müəyyən olunmuşdur. Qeyd edilən diaqnozda “Yanaşı xəstəliklər: K83.8-öd kisəsinin polipi, E03.0-diffiız zob; D50-dəmir defısitli anemiya; G96.8- vegetativ damar distoniyası” istisna olmaqla, digər xəstəliklər İddiaçı adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi 0530003AAEN saylı Forma 088 göndərişində olan əsas xəstəlik və ağırlaşmaları ilə “Onikibarmaq bağırsağın xorası, tez-tez kəskinləşən qanaxma ilə, dəqiqləşdirilməmiş mədə-bağırsağın qanaxması, onikibarmaq bağırsaqda qanaxma, dəqiqləşdirilməmiş dəmir defisitli anemiya” eynilik təşkil edir. Vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli, 65 saylı qərarda göstərilmiş “Xora xəstəliyi tez-tez residiv gedişli, natamam remissiya mərhələsində, onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı xora-çapıq deformasiyası, öd kisəsinin polipozu, vegetativ damar distoniyası” diaqnozu da onun xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı şəhər xəstəxanasının poliklinika şöbəsində müayinəsi zamanı müəyyən olunmuş “K25; K26.7-mədə, 12 barmaq bağırsaq xoraları tez-tez residivləşən gedişli; K26-12 barmaq bağırsaq soğanağının çapıqdeformasiyası; Yanaşı xəstəliklər: K83.8-öd kisəsinin polipi, E03.0-diffuz zob; D50dəmir defısitli anemiya; G96.8-vegetativ damar distoniyası” diaqnoz ilə eynilik təşkil edir və hərbi xidmət dövründə alınmışdır.

32. Məhkəmə kollegiyası həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilənləri nəzərə alaraq xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə-tibbi ekspertiza keçirilməsini məqsədəuyğun hesab etmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X3 ekspertlərinə həvalə edilmişdir.

33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X3 xx.xx.2024-cü il tarixli, T548/2024 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur: 1-3. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün istər Hərbi Həkim Komissiyasının tərtib etdiyi 65 №-li xəstəlik haqqında şəhadətnmədə, istərsə də adına müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş diaqnozlar ona stasionarlarda müalicələri zamanı anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulsa da, şəxsin əyani müayinələri zamanı çəki, boy defısitinin olmaması, tibbi sənədlərdə qanaxma qeyd olunsa da heç bir epikrizdə qan analizlərinin qeyd edilməməsi, anemiya əlamətlərinin olmaması və əlillik təyinatına əsas verə biləcək digər patoloji pozuntuların aşkar edilməməsi əlilliyin təyini zamanı, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin hər hansı bir bəndini aid etməyə əsas vermədi.

34. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPMin 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmır.

35. Belə ki, müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X3 keçirdiyi ekspertizada və xx.xx.2024-cü il tarixli, T548/2024 saylı ekspert rəyinin tərtib olunmasında cavabdehin tibbi-sosial eksperti iştirak etmişdir.Lakin nə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 tərəfindən ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarla bağlı məhkəməyə vəsatət verilməmiş, nə də TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı ekspertiza təyin etmiş məhkəmə ilə razılaşdırılmamışdır.

36. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir ki, sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.(Bənd 45).

37. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, diaqnozun olması heç də şəxsə əlillik təyin edilməli olduğu qənaətinə gəlinməsinə əsas vermir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Bildirmək istəyirlər ki, diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır.

38. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı saymayaraq diqqətə çəkir ki, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2019-cu il tarixli 0530003AAE0N saylı saylı tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları (“K26 Onikibarmaq bağırsağın xorası. Tez-tez kəskinləşən qanaxma ilə. K92.2 Dəqiqləşdirilməmiş mədə-bağırsağın qanaxması. Onikibarmaq bağırsaqda qanaxma. D50.9 Dəqiqləşdirilməmiş dəmir defisitli anemiya”) iş üzrə keçirilmiş ekspertiza ilə aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur.

39. Eyni zamanda ekspertiza ilə həmin diaqnozun Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 65 nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilən diaqnozla eynilik təşkil etməsi müəyyən edilmişdir.

40. Qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda göstərilən bəndinə əsasən ona əlillik təyinatına əsas verir.

41. Həmçinin, iddiaçınn əlilliyinə əsas olmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydasının 1.5.1.5-ci maddəsində qeyd olunmuş hərbi xidmət dövrü ilə əlaqədar səbəbli əlaqəsi təsdiqini tapmışdır.

42. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

43. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

44. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

45. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar