Məhkəmə qərarları › İş №2-1(103)-2276/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2276/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2276/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Nigar Xeyrulla qızı Nəbizadədən və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə, Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1633/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1633/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməsi, İddiaçı 2016-cı il ərzində ödənilmiş sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr ərzində almadığı pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1633/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh məhkəməyə “Elektron kabinet” vasitəsilə yazılı vəsatət ünvanlayaraq mübahisə məhkəmədənkənar həllini tapdığından qərar ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı həmçinin, iddiaçı məhkəməyə “Elektron kabinet” vasitəsilə yazılı ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdeh tərəfindən pensiyanın yenidən hesablanması təmin edilmişdir. Məhkəmə qərarının icrası başlamışdır. Keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi hələ ki, aparılmır və bununla bağlı rəsmi məlumat verilməyib, buna baxmayaraq, hesab edir ki, məhkəmə qərarının icrası istiqamətində işlər görülməyə başlanılıb və bu o deməkdir ki, cavabdeh tərəfindən mübahisə davam etdirilmir. Bununla bağlı iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Hesab edir ki, keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi cavabdeh tərəfindən Əmək pensiyaları haqqında Qanunun tələblərinə uyğun qaydada təmin ediləcək. Məhkəmə Kollegiyasının iclasında cavabdehin və 3-cü şəxsin nümayəndələri vəsatətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə Kollegiyasının iclasında iddiaçı iştirak etməmişdir.Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası vəsatəti, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Vəsatət təmin olunsun. Hazırkı iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar