Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2277/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X10 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi və şəxsi hesab vərəqindən maliyyə sanksiyasının azaldılması tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia vasitəsilə (İPM m.32.1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X17 Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********0398 nömrəli, xx.xx.2018-ci il tarixli, **********1040 nömrəli və **********1050 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi aşağıdakılarla əsaslanıdırmışdır: “... Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanında “Panda” marketi xx.xx.2018-ci il tarixdə fiziki şəxs X4 icarəyə götürmək üçün müqavilə bağlamış, bundan sonra sonuncunun işçilərlə köhnə əmək müqaviləsinə xitam verildikdən sonra yeni əmək müqaviləsi bağlayaraq fəaliyyətə başlamaq üçün obyekti olduğu yer üzrə qeydə aldırmaq, kassa aparatlarını qeydiyyata saldırmaq və malgöndərən şəxslərlə müqavilələr bağlamaq məqsədilə işlərə başlamışdır. xx.xx.2018-ci il tarixdə isə icarəyə götürdüyü həmin “Mağaza” adlı təsərrüfat subyekti vergi orqanında uçota aldırmış, o cümlədən, xx.xx.2018ci il tarixdə isə Merkuri-130F-01 kassa aparatı qeydiyyata götürülmüşdür. İddiaçı fəaliyyətə başlayandan az sonra, yəni, xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X17 Departamenti tərəfindən **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə vergi nəzarəti tədbiri keçirilmiş, xx.xx.2018-ci il tarixli VN- 17 seriyalı 010264 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. Həmin akta əsasən xx.xx.2018-ci il tarixdə saat 17:17-də müştəri tərəfindən alınmış 3,06 manat dəyərində mal üçün çek vurulub verilməmiş və bunun təsdiqi kimi həmin məbləğə həmin tarixdə qeydiyyata alınmamış Merkuri-130F-01 markalı NKA-dan bərpa çeki çıxarılmış, xx.xx.2018-ci il tarixdə, saat 14:30-da keçirilmiş operativ vergi nəzarəti zamanı 11 (on bir) nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək, nəticəsi xx.xx.2018-ci tarixli, VN-11 seriyalı, 012786 nömrəli “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüququ qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunmuşdur. İddiaçı mağazada cəmi 5 gün işləmiş, 6-cı gün mağazanı bağlamaq məcburiyyətində qalmışdır. İddiaçı əmək müqaviləsi bağlamaqla, işə götürdüyü işçilərin hamısını işdən azad etmişdir. Akta imza etməyi isə onu vergi işçiləri məcbur etmişlər və bildirmişlər ki, bu, sadəcə heç bir hüquqi nəticəsi olmayan aktdır. Bu zaman, konkret olaraq 2018-ci ilin noyabr ayının 05-də cavabdehin əməkdaşları obyektə bir növ hücum çəkərək müqavilə üzrə başqa hüquqi şəxsin bəzi işçilərini onun işçiləri kimi təqdim etməklə guya əmək müqavilələri olmamaları barədə xx.xx.2018-ci il tarixli, VN seriyalı 012786 nömrəli akt yazaraq nəticədə iddiaçıya “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında’' xx.xx.2018-ci il tarixli, **********1050 nömrəli qərarla 11000 manat cərimə tətbiq etmişlər. Halbuki, on bir nəfər şəxsdən X8, X12, X5 və X13 "xxxx" MMC-nin rəsmi əmək müqaviləsi üzrə işçiləri olmaqla, həmin MMC-nin 01 noyabr 2018-ci il tarixli, 018 k/m nömrəli məktubuna və 03 noyabr 2018-ci il tarixli, 007k nömrəli əmrinə əsasən müəssisənin satdığı və istehsal etdiyi məhsulları yerində tanıtmaq məqsədilə iddiaçının fəaliyyət göstərdiyi mağazada təcrübə keçmək məqsədilə 05 noyabr 2018-ci il tarixdən 25 gün müddətinə ezam edilmiş şəxslər olmuşlar. "xxxx" MMC ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixli (əslində xx.xx.2018-ci il tarixli) “Ticarət yerinin idarə edilməsi" müqavilə olmuşdur. Həmin müqavilə ilə də iddiaçının qeyd etdikləri bir daha təsdiq olunur. Lakin vergi orqanının əməkdaşları səhvən, bəlkə də bilərəkdən həmin şəxsləri iddiaçı tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürülmüş şəxs kimi adlarını yuxarıda qeyd olunan akta daxil edərək, nəticədə iddiaçı barəsində 162-1.1-ci maddəsinin tələblərini pozmasında şübhəli durum yaratmışlar. Bununla bağlı 10 dekabr 2018-ci il tarixdə “AZCAKE" MMC-nin rəhbərliyinə sorğu ilə müraciət edilmiş və qeyd edilmiş halları təsdiq edən müvafiq sənədlər alınmışdır. Bundan əlavə, vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdən başlayaraq, keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə dair tərtib etdiyi aktda göstərilən mallar həqiqətən də iddiaçının fəaliyyət göstərdiyi obyektdə olsa da bu mallar ona məxsus olmamış və bu, mümkün də deyildir. Belə ki, fiziki şəxs A.S.Əliyevaya məxsus və mağazada malgöndərmiş şəxslərə qaytarılmaq üçün saxlanılan təxminən 310.000,00 manatlıq malı iddiaçıya məxsus və sənədsiz mal kimi yazaraq, nəticədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2018-ci il tarixli, **********1040 nömrəli qərarla iddiaçıya əsassız olaraq 30.711,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama keçirilən təsərrüfat subyektində mövcud olan malların elektron vergi-hesab fakturası və digər sənədlər olmadan alındığı və mağazada alış qiyməti ilə 307113,40 manat dəyərində malların olduğu qənaətinə gəlinir. Beləliklə, cavabdeh tərəfindən əsassız olaraq xx.xx.2018-ci il tarixli **********0398 nömrəli, xx.xx.2018-ci il tarixli, **********1040 nömrəli və **********1050 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarlara əsasən müvafiq olaraq 400 manat, 11000 manat və 30711,4 manat, cəmi, 42111,4 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, operativ vergi nəzarəti tədbiri nəticələrinə dair qəbul olunmuş həmin qərarlar əsasında iddiaçı barəsində tətbiq olunmuş maliyyə sanksiyalarının vergi qanunvericiliyinə uyğun olduğunu vurğulayaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında “Bakı şəhəri X17 Departamentinin: - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1050 nömrəli qərarı qismən, yəni İddiaçı 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş; - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş; - İddia digər hissədə təmin edilməmiş; - İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 manat iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın iddianın təmin edilən hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2018- ci il tarixli 012786 nömrəli akt saat 14:30-da tərtib olunsa da, "xxxx" MMC tərəfindən həmin 4 nəfər fiziki şəxslə olan əmək müqaviləsi bildirişləri vergi orqanı əməkdaşları obyektə daxil olduqdan sonra ƏƏSMN-nin elektron informasiya sisteminə daxil edilmişdir. Məhkəmə qərarında istinad olunmuş ticarət yerinin idarə edilməsi müqaviləsi sözügedən faktın qiymətləndirilməsi baxımından mötəbər sübut hesab oluna bilməz. Əlavə olaraq bildirilir ki, işçi X8 xx.xx.2018-ci il tarixli etirafedici izahatında xx.xx.2018-ci il tarixindən İddiaçı məxsus obyektdə “usta” kimi fəaliyyət göstərdiyini, əmək haqqının 180 manat təşkil etdiyini, izahatı özünün yazdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir. X1 xx.xx.2018-ci il tarixli etirafedici izahatında xx.xx.2018-ci il tarixindən İddiaçı məxsus obyektdə “satıcı” kimi fəaliyyət göstərdiyini, əmək haqqının 140 manat təşkil etdiyini bildirmişdir. X3 xx.xx.2018-ci il tarixli etirafedici izahatında xx.xx.2018-ci il tarixindən İddiaçı məxsus obyektdə “usta" kimi fəaliyyət göstərdiyini, əmək haqqının 180 manat təşkil etdiyini, izahatı özünün yazdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir.X2 xx.xx.2018-ci il tarixli etirafedici izahatında xx.xx.2018-ci il tarixindən “Panda” marketdə şirniyyat şöbəsində “inzibatiçı” işlədiyini, əmək haqqının 185 manat təşkil etdiyini bildirmişdir. Həm fərdi sahibkarın öz izahatından, həm işçilərin izahatlarından, həm də "xxxx" MMC tərəfindən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi saatlarından da görünür ki, operativ vergi nəzarəti həyata keçirilən zaman 4 nəfər fiziki şəxs "xxxx" MMC tərəfindən yox, İddiaçı tərəfindən muzdlu işə cəlb edilmişdirlər. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. xx.xx.2021-ci il tarixli **********462800 nömrəli 9/1207 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyinə dair mülahizə tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Həmin mülahizədə də qeyd edilmişdir ki, ekspert öz rəyində ekspertizaya təqdim edilən iki sualdan heç birinə dolğun cavab verməmişdir.Belə ki, ekspert “X9 fəaliyyət göstərdiyi obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş siyahıdakı mallarla İddiaçı məxsus obyektdə xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilən mallar arasında eyniadlı, eynimarkalı, eyni çəkidə, eyni ölçüdə malların yazılması halları vardı rmı?” sualına “Eyniadlı, eynimarkalı, eyni çəkidə, eyni ölçüdə malların yazılması halları vardır" cavabını verməklə məhkəmənin birinci sualına aydınlıq gətirmişdir”. Həmin malların ümumi məbləği və tətbiq edilmiş maliyyə sanksiyasının məbləği ilə əlaqədar suala isə heç bir tədqiqat aparmadan “Malların ümumi məbləği 299875,98 (iki yüz doxsan doqquz min səkkiz yüz yetmiş beş manat doxsan səkkiz qəpik) manat və həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyasının məbləği 29987,60 (iyirmi doqquz min doqquz yüz səksən yeddi manat altmış qəpik) manat müəyyən edilir” cavabı verilmişdir. Göründüyü kimi, ekspert öz rəyində hansı tədqiqat metodlarından istifadə edilməsi barədə məlumat verməmiş, sadəcə vergi orqanı tərəfindən tərtib edilmiş siyahıları müqayisə etmiş və bununla da tədqiqatını yekunlaşdırmaqla öz rəyini məhkəməyə təqdim etmişdir. Ekspert rəyindən açıq görünür ki, ekspert ikinci sualı cavablandırarkən yekunda 299875,98 manat məbləğində eyniadlı, eyni markalı, eyniölçülü və eyniçəkili məhsulların olduğunu bildirsə də, həmin məbləğə daxil olan məhsulların dəqiq siyahısı, çəkisi və məbləğini qeyd etməmişdir. Rəydə qeyd olunmuş müqayisələrin yanlış olduğunu bir neçə nümunə ilə məhkəmənin nəzərinə çatdırlır: Əliyeva Aynurun fəaliyyəti ilə bağlı aktın 2845ci sətrindəki mal “Mayonez sloboda 375 qr, 4 ədəd”, 2914-cü sətrindəki mal “Mayonez sloboda 400 ml, 5 ədəd”, 3011-ci sətrindəki “Mayonez slobada 200 ml, 67%, 8 ədəd", "Mayonez slobada 800 ml 67%, 7 ədəd” ilə İddiaçı fəaliyyəti ilə bağlı aktın 14213-cü sətrindəki “Mayonez slobada 900 ml 42 ədəd" müqayisə edilmişdir. Əliyeva Aynurun fəaliyyəti ilə bağlı aktın 47774- 4785 sətirləri (enerji içkiləri) ilə İddiaçı fəaliyyəti ilə bağlı aktın 2141-ci sətri (elidor sampun doganin enerjisi 350ML), 2244-cü sətri (nivea rol enerji fresh 50 ml ), 2312-ci sətri (pecenie ovsyanka shokol 600 qr), 2315-ci sətri (hellios dia cem moruqlu 280 qr) müqayisə edilmişdir.Yuxarıda qeyd olunan sadəcə bir neçə müqayisədən də göründüyü kimi, mallar eynilik təşkil etmir və ekspert rəyi tamamilə əsassızdır. İddiaçı fəaliyyəti ilə bağlı aktda malların qiyməti 307 113,4 manat, Əliyeva Aynurun fəaliyyəti ilə bağlı aktda qeyd olunan malların qiyməti isə 815 234,40 manat təşkil etmişdir.Məhkəmə isə iddiaçının və Əliyeva Aynurun fəaliyyəti ilə bağlı aktda qeyd olunmuş malların qiymətləri arasındakı fərqi belə araşdırmadan qərar qəbul etmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir…” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmamış, apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, iddia, cavabdehin birinci qərarına münasibətdə tam rədd olunmuş, ikinci və üçüncü qərarına müqasibətdə isə maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində, qismən (1-ci qərar 4000 manat, 2-ci qərar 29.987,60 manat məbləğində hissələrində) ləğv edilməklə, təmin edilmişdir. Məhkəmənin həmin qərardan iddiaçı apellyasiya şikayəti verməmiş, cavabdeh isə apellyasiya şikayətində həmin iki qərarı iddianın təmin edilən hissələrində ləğv edilərək iddianın rədd olunmusunı məhkəmədən xahiş etmişdir. Qeyd olunanlar baxımından, İPM-in 82-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin şikayəti həddində, yəni, birinci instansiya məhkəməsinin əsaslılığı, cavabdehin xx.xx.2018-ci tarixli - **********1050 və **********1040 nömrəli qərarların qismən ləğv edilməsi hisssələrində, yoxlanılmalıdır. İş materialları araşdırıldıqda isə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə işin hallarına və maddi hüquq normalarına uyğundur. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. “50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi...” 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi ...” Həmin Məcəllənin 58.10-cu maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, hər bir belə şəxs üzrə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İşdən görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixli **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2018-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda yerləşən “Panda market” adlı mağazada operativ vergi nəzarəti həyata keçirilərək aşağıdakı aktlar tərtib olunmuşdur : - nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, xx.xx.2018-ci il tarixli VN-17 seriyalı 010264 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt; -11 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar edilərək, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2018-ci il tarixli VN-11 seriyalı 012786 nömrəli akt; - 307113,39 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan alınması faktı aşkar edilərək, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin keçirilməsi haqqında” VN-16 seriyalı 009193 nömrəli akt. Daha sonra həmin aktlar əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ilə, iddiaçı barəsində aşağıdakı maliyyə sanksiyaları tətbiq olunmuşdur: - birinci akt əsasında xx.xx.2018-ci tarixli **********0398 nömrəli qərarı ilə 400,0 manat”, -ikinci akt əsasında xx.xx.2018-ci tarixli **********1050 nömrəli qərarı ilə 11000,0 manat, -üçüncü akt əsasında xx.xx.2018-ci tarixli **********1040 nömrəli qərarı ilə isə 30.711,40 manat məbləğində malliyyə sanksiyası tətbiq olunmuşdur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İş materiallarına əsasən isə cavabdehin sözügedən ikinci və üçüncü qərarlarının əsaslılığı qismən sübuta yetirilir. Belə ki, cavabdehin xx.xx.2018-ci tarixli **********1050 nömrəli qərarı ilə iddiaçının, 11 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə görə (bir nəfərinə görə 1000 manatdan olmaqla) ümumilikdə, ona 11000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsə də, həmin şəxslərin dördünə münasibətdə maliyyə sanksiyasının tətbiq orunması tamamilə əsassızdır. Çünki, işə əlavə olunmuş əmək müqaviləsi bildirişlərindən görünür ki, zəmin şəxslərdən X8, X12, X7 və X13 iddiaçı R.Naıyevin deyil, "xxxx" MMC-nin işçiləridir. İşdən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Ticarət yerinin idarə edilməsi haqqında” müqavilədən görünür ki, İddiaçı özünə məxsus ticarət obyektlərində "xxxx" MMC-yə, şirniyyat məhsullarının satışı üçün xüsusi yer ayırır, "xxxx" MMC isə bunun müqabilində həmin yerdə ticarəti həyata keçirir, "xxxx" MMC malların satışlarının həyata keçirilməsi və bununla bağlı bütün digər lazım olan hərəkətlərin (malların yerləşdirilməsi, alıcılara təqdim edilməsi və s.) edilməsini öz hesabına edir və bunun üçün öz işçisini və ya işçilərini ona marketlərdə ayrılmış yerlərə təyin edir. Belə olan halda, yəni iddiaçıya məxsus obyektdə "xxxx" MMC-yə ayrılan xüsusi yerdə soununcunun sözügedən əməkdaşının aşkar edilməsi, heç də iddiaçının işçiləri olması anlamını verə bilməzdi. Cavabdeh isə sözügedən işçilərin "xxxx" MMC-nin işçiləri olması ilə bağlı heç bir araşdırma aparmamışdır. Onların izahatlarına istinad olunan dəlillərinə gəldikdə, cavabdeh həmin şəxsləri məhkəməyə şahid qismndə təqdim etdikdə yalnız, məhkəmə tərəfindən onların vergi orqanının nümayəndələrinin diktəsi altında alınmış izahatlarının həqiqliyi müəyyən edilə bilər. Bununla bağlı, sübut etmə yükü, İPM-in 14.1-ci maddəsinin tələbi baxımından da, məhz,cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan istənilən əlverişsiz inzibati aktının qəbulunu zəruri edən faktiki şərtlərin mövcüdluğunun sübuta yetirilməsi, məhkəmənin vəzifəsi yox, vergi orqanının özünün Məcəllənin qeyd olunan 14.1-ci maddəsi ilə üzərinə düşən xidməti vəzifəsidir. Çünki, məhz, həmin inzibati akt nəticəsində vergi ödəyicisini vergi məsuliyyətinə cəlb edilir. Bundan əlavə, mübahisəli operativ vergi nəzarəti keçirilərkən, iddiaçı tərəfindən 307.113,39 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan alınması faktı üzrə tərtib olumuş xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 009193 nömrəli akt əsasında da cavabdeh tərəfindən xx.xx.2018-ci tarixli **********1040 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə həmin dəyərin tam həcminin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilməsi də əsassız hesab edilməlidir. Çünki, iş materiallarından görünür ki, sözügedən mallar iddiaçının fəaliyyət göstərdiyi obyektdə olsa da, həmin malların əksər hissəsi, başqa fiziki şəxs X11 məxsus olmuşdur. İşdən görünür ki, bununla bağlı iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinə ekspertiza təyin edilmiş və Mərkəzin 16 iyun 2021-ci il tarixli 9/1207 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, həmin mallar A.S.Əliyevaya məxsus olan və mağazada mal göndərmiş şəxslərə qaytarılmaq üçün saxlanılan mallardır. Belə ki, ekspert tədiqatı ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən fiziki şəxs A.S. Əliyevanın fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş malların siyahısında təsbit olunan mallarla, İddiaçı obyektində aparılan operativ nəzarətin nəticələrinə dair xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilən 307.113,39 manat dəyərində malların malların 299.875,98 manat dəyrində hissəsi eyniadlı, enyi markalı, eyniçəkidə, eyniölçüdə mallar təşkil edir. Belə olan halda, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci tarixli **********1040 nömrəli qərarı ilə həmin hissədə iddiaçıya 10 faiz maliyyə sanksiyası tətbiq oluna bilməzdi. Ən azından, bununla bağlı vergi qanunvericiliyinin tələblərinə (o cümlədən, VM-nin 44-cü maddəsinə və s.) uyğun əməli hərəkətləri yerinə yetirmək və məsələyə aydınlıq gətirmək cavabdeh vergi orqanının xidməti vəzifəsi olmuşdur. Çünki, Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinin tələbinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, cavabdeh vergi orqanının qeyd olunan qərarıları tədqiq olunan hissələri ilə iddiaçının vergi məsuliyyətinə cəlb edilməsini zəruri edən faktiki şərtlər mövcud olmamışdır. Başqa sözlə, iddiaçının vergi qanunvericiliyinin tələblərini pozan təqsirli hərəkətləri mötəbər sübutlarla təsdiq olunmur. Vergi Məcəlləsinin 53.3-cü maddəsi isə nəzərdə tutur ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə «Vinterverp Niderlanda qarşı» (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, «Hüquqi müəəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni «qanun» anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mübahisələndirilən hər iki qərarının tədqiq olunan hissələrində ləğv edilməsi qanuni və əsaslıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, operativ vergi nəzarətinin hər hansı pozuntu olmadan, vergi qanunvericiliyinin tələblərinə uyğun formada keçirildyini vurğulamaqla, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2277/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2277/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver