Məhkəmə qərarları › İş №2-1(103)-2277/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2277/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2277/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X7, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 04 may 2013-cü il tarixdən, 50 yaşdan “X10” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq 01 yanvar 2006-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və 03 mart 2020-ci il tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında pensiya hüququnun yarandığı 04 may 2013-cü il tarixdən 01 yanvar 2006-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 50 yaşının tamam olduğu 04 may 2013-cü il tarixə kimi 20 ildən çox ümumi, bu müddətin 15 ilindən çoxunu hava gəmilərində xidmət işlərində çalışdığı üçün 01 yanvar 2006-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər — 55 yaşına çatdıqda və azı 25 il – ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa; qadınlar — 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa; müddəalarına görə, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığı üçün pensiya təyin edilməsi və son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmən müraciət etmişdir. Lakin cavabdeh 31 mart 2023 -cü il tarixli, 3-17-1/2-67323/2023 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, ümumi iş stajı 25 ildən üz (16 il 2 ay 1 gün), güzəştli iş stajı 10 ildən az sığorta hissəsində qeydə alınmış pensiva kapitalı əmək pensiyasının olmayan pensiya təyinatına imkan vermədiyi üçün qanunvericiliyin tələblərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilməmişdir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubunu 12 aprel 2023-cü il tarixdə poçt vasitəsi ilə SS808568443AZ izləmə kodu olan zərfdə almışdır. “X10” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı xx xxx 1963-cü il tarixdə Rusiya Federasiyasının Prokopyevsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşıdır və hal-hazırda ünvan 1 ünvanında yaşayır. Orta təhsilini başa vurduqdan sonra Belovsk Enerji Tikintisi Texnikumunun əyani bölməsinə qəbul edilmiş və 05 mart 1983-cü il tarixdə həmin texnikumu bitirmişdir. 06 aprel 1983-cü ildə X18 Stansiya Tikinti İdarəsində qazanxanada növbə ustası vəzifəsinə işə qəbul edilmişdir. 01 noyabr 1983-cü ildə qazanxanada aparatçı keçirilmişdir. 26 dekabr 1984- cü ildə iqtisadçı keçirilmişdir. 01 sentyabr 1987-ci ildə işdən çıxmışdır. 29 sentyabr 1987- ci ildə Krasnobrodnensk Eneıjitikinti İdarəsində suvaqçı şagirdi işinə qəbul edilmişdir. 29 mart 1988-ci ildə suvaqçı - rəngsaz keçirilmişdir. 22 sentyabr 1988-ci ildə işdən çıxmışdır. 07 fevral 1989-cu ildə Bakı Zərif Mahud Kombinatında anbardar vəzifəsinə qəbul edilmişdir. 29 dekabr 1989-cu ildə işdən çıxmışdır. 19 fevral 1990-cı ildə Mülki Aviasiyanın Bakı X6 Xidmətinə təyyarə bələdçisi işinə qəbul edilmiş və 10 yanvar 2000-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə aydın olur ki, cavabdeh onun əmək kitabçasındakı qeydlər əsasında ümumi iş stajının az olması qənaətinə gəlmişdir ki, bu da kökündən yanlış yanaşma hesab edilməlidir. Belə ki, bu cür yanaşma Azərbaycan Respublikasının mövcud qanunvericilik aktlarına ziddir və mülki aviasiyada xidmət etmiş şəxslərə münasibətdə kütləvi şəkildə hüquqların tapdalanması hallarına gətirib çıxarma ehtimalı olduğu üçün ictimai təhlükəli hərəkət hesab edilə bilər. Məsələ burasındadır ki, cavabdeh iddiaçının təyyarə bələdçisi vəzifəsində çalışdığı dövrü təqvim günləri ilə sayaraq, ümumi iş stajının 25 ildən az olmasını (halbuki bu hazırda qüvvədə olan tələbdir, hüququnun yarandığı vaxt ümumi iş stajı tələbi 20 il idi) bildirmişdir, halbuki həmin iş dövrünün hesablanması qaydası fərqlidir, təqvim günləri ilə deyil, uçuş saatlarının il, ay və günlərlə ifadəsi üçün xüsusi qayda ilə konvertasiyası aparılır. Həmin konvertasiya qaydası isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X10” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.7-ci maddəsində qeyd edilir ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir. “Mülki aviasiya uçuş və uçuş-smaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın (sonradan – Uçuş Qaydaları) 3.1-ci maddəsində öz əksini tapmışdır və orada deyilir: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Həmin əsaslarla (həmçinin, sovet dövründə qüvvədə olmuş qaydalar əsasında) Azərbaycan Hava Yollan QSC-nin iddiaçıya təqdim etdiyi 904 nömrəli, 02 dekabr 2008-ci il tarixli arayışda xx.xx.1990-xx.xx.2000 tarixləri arasında topladığı 3127 saat uçuş saatı əvvəlcə 18-ə bölünmüş, alınan nəticə (3127:18=173,72) sonradan 11 aya bölünərək 173,72:12 -14 il 5 ay stajının olduğu öz əksini tapmışdır. Beləliklə, aydın olur ki, 01 yanvar 2006-cı il tarixinə kimi iddiaçının topladığı ümumi sığorta stajı: 1. 2 il 6 ay 4 gün - əyani təhsil dövrü 2. 4 il 4 ay 26 gün – ildə X18 Stansiya Tikinti İdarəsində qazanxanada növbə ustası 3. 0 il 11 ay 24 gün – Krasnobrodnensk Eneıjitikinti İdarəsində suvaqçı şagirdi 4. 10 ay 22 gün - Bakı Zərif Mahud Kombinatında anbardar 5. 14 il 5 ay - təyyarə bələdçisi olmaqla cəmi 23 il 2 ay 12 gün ümumi iş stajının və bununla da cavabdehin iddiaçının güzəştli pensiya təyinatı üçün tələb edilən ümumi iş stajının (20 il) olmaması barədə mülahizəsinin əsassız olması sübuta yetirilir. Əsassız olmasının sübuta yetirilməsi tələb olunan ikinci məsələ cavabdehin iddiaçıya pensiya təyinatı aparılması üçün pensiya kapitalının lazım olan 43200 manatdan az olması mülahizəsidir. “X10” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə - bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir müddəasına görə, iddiaçıya pensiya təyinatı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən aparılmalıdır və bu səbəblə də, iddiaçıdan pensiya kapitalı tələb edilə bilməz, çünki pensiya kapitalı anlayışı 01 yanvar 2006-cı il tarixində qüvvəyə minmiş “X10” Azərbaycan Respublikası Qanununun tələbləri siyahısındadır, geriyə hüquqi qüvvəsi ona görə mümkün deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Belə bir müddəa öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(102)-1949/2022 nömrəli “iddiaçı X4 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı” iş üzrə çıxardığı qərarda da öz əksini tapmışdır. Həmin iddiada iddiaçı olan şəxslə eyni vəzifədə, eyni dövrdə və eyni müəssisədə işləmişlər. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, “X10” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş sərtlər daxilində yas həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yasa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) vasa görə əmək pensiyası hüququ vardır. İşin mübahisələndirilən halları: 1. ümumi sosial sığorta stajı; 2. güzəştli sosial sığorta stajı; 3. fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 21.1-ci maddəsinə görə, şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “X10” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “X10" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçı ümumi iş stajı 25 ildən az (16 il 02 ay 01 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.2000-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “X10” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “X10” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.20-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İddiaçı L.Yervominanın güzəştli iş stajı 12 il 06 aydan az (09 il 10 ay 21 gün (xx.xx.1990xx.xx.2000-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40320.00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14974,13 manat təşkil edir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı qanunla tələb edilən 25 il ümumi və 12 il 06 ay güzəştli sosial sığorta stajı olmadığından, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, əgər uçuş saatlarının iş stajının hesablanmasına rolu yoxdursa, o zaman hansı səbəblə təyyarə bələdçilərinin illik uçuş saatlarının uçotu aparılır? Digər sual odur ki, necə olur ki, zərərli əmək şəraiti təyyarədə uçan heyətin bir qrupu üçün zərərli sayılır, digər üçün isə yox? Axı təyyarədə olan bütün növ heyət və sərnişinlər eyni təhlükəyə məruz qalırlar?! Necə olur ki, AZAL Qapalı Səhmdar Cəmiyyəti iddiaçıya qədər və bu iddia qaldırıldıqdan sonra təyyarə bələdçilərinə onların güzəştli iş stajı barədə onların uçuş saatlarına uyğun hesablamaqla arayış təqdim edir, lakin o iddiaçıya yox? Necə olur ki, AZAL Qapalı Səhmdar Cəmiyyəti 02 dekabr 2008-ci il tarixli, 904 nömrəli güzəştli iş stajı (uçuş saatları) barədə arayış təqdim edir, lakin ilk instansiya məhkəməsi həmin arayış ortada ola-ola təkrarən AZAL Qapalı Səhmdar Cəmiyyətinə güzəştli iş stajı barədə sorğu göndərir? Necə olur ki, ilk instansiya məhkəməsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 18 dekabr 2006-cı il tarixli, xx/xx-4078 nömrəli «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»nın təsdiq edilməsi haqqında məktubunun 3-cü bəndində göstərildiyi kimi - «X10» Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1 təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı -sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alman nəticə isə 12 aya bölünür-müddəasında qeyd edilən və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin" əhatə dairəsinə təyyarə bələdçilərinin düşüb-düşməməsinə münasibət bildirməmişdir? Həmin Məktubda bu qeyd edilən müddəa cavabdeh tərəfindən lap əvvəldən niyə gözardı edilib? O iddiaçı ilə vaxtilə eyni vəzifədə işləmiş həmkarlarına AZAL Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş arayışlarda onların güzəştli əmək stajı uçuş saatları əsasında hesablansa da, o iddiaçı tərəfindən məhkəmə prosesində ölkə üzrə bu sahədə qanunvericilik aktlarında heç bir dəyişiklik baş vermədiyi halda, hansı səbəblə AZAL Qapalı Səhmdar Cəmiyyətinin belə bir arayış verməməsinin səbəblərini araşdırmaq xahişi ilə məhkəmə iclasında hakimə müraciət etsə də, belə bir araşdırma məhkəmə tərəfindən aparılmayıb! Axı qeyd edilən Məktubun 1-ci bəndində deyilir: İcra və rəhbərlik üçün qəbul edilsin ki, «X10» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli, 377 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli, 231 nömrəli qərarı ilə «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»təsdiq edilmişdir. Elə isə məlum olur ki, bu Məktub həmin «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»nın icrası ilə bağlı olmuşdur və bu məktubda birmənalı olaraq və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin (uçuş və uçuş-sınaq heyətinə əlavə olaraq) də əmək stajının uçuş saatlarına əsasən hesablanmalı olduğu bildirilmişdir. Məktubda qeyd edilən „ekipaj” termini mülki hava gəmisinin heyətini nəzərdə tutur ki, Azərbaycan Respublikası Hava Məcəlləsinin 24-cü maddəsində deyilir:- Azərbaycan Respublikası mülki hava gəmisinin heyəti kapitandan, uçuşu və xidməti təmin edən işçilərdən ibarətdir. Təyyarə bələdçiləri isə məhz sərnişinlərə xidməti həyata keçirən işçilərdir. Bakı İnzibati Məhkəməsinin sorğusuna Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı Azərbaycan Hava Yolları QSC-nin 13-2/2- 12/6302/2023 saylı xx.xx.2023-cii il tarixli məktubda məhkəməyə o iddiaçının əmək stajı təqvim illəri, ayları və günləri ilə göstərilməkdən başqa, həm də uçuş saatlarının miqdarı göstərilmişdir ki, həmin məhkəmə uçuş saatlarının işçinin əmək stajında rolunu aydınlaşdırmağı Azərbaycan Hava Yollari QSC-dən öyrənməyi o iddiaçının iclasda istəməyinə baxmayaraq, həyata keçirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli, 231 nömrəli qərarı ilə «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları» təsdiq edilənə qədər milli qanunvericilikdə bu sahədə tənzimləmə aparan qanunvericlik aktı olmamışdır və 2006-cı il 26 oktyabr tarixinə qədər keçmiş SSRİ qanunvericiliyinə əsaslanmaq mümkündür ki, bu da məsələyə, əgər hüquqi vəziyyətini pisləşdirməzsə, digər hüquqi müstəvidən baxmağa imkan verə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq Məhkəmə kollegiyası qeyd edir ki, qərar maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi İPM-nin 12-ci maddəsinin (işin halarının araşdırılması prinsipi) tələblərinə uyğun araşdırma aparmamışdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “X10” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydaları. Bənd 2.1 Hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) “X10” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Bənd 3.1 “X10” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №- li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından göründüyü kimi iddiaçı 2006-cı ilin yanvar ayınadək təyyarədə işlədiyi bort bələdçisi peşəsinə uyğun olaraq ona 50 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, sonuncunun cavab məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını əsaslı hesab edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3-cü bəndində "X10" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajının hesablanması qaydaları nəzərdə tutulur, lakin iddiaçının tutduğu “təyyarə bələdçisi” vəzifəsi uçuş heyətinin deyil, kabinə heyəti üzvüdür, belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qurum iddiaçının sığorta stajını uçuş saatları ilə deyil, təqvim (illər, aylar, günlər) əsasında hesablamaqda və iddiçının 25 il ümumi və 12 il 06 ay güzəştli sosial sığorta stajı olmadığını qeyd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, Qanunun 9.8-ci maddəsinin tətbiqinə əsasən hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması (xx.xx.2006-cı il tarixədək); Göründüyü kimi, iddiaçının tələbinin təmin edilməsi və ona 50 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini hava gəmilərində bələdçi kimi çalışmış olmalıdır. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla 50 yaşı xx.xx.2013-cü ildə tamamlanmışdır. İşin mübahisəli halları iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən, xüsusi iş stajının 10 ildən az olması ilə bağlıdır. İş materiallarında olan Yeryomina (nikahdan əvvəlki soyadı Mixteyeva) Lyubov İosifovnaya dair ET-İ seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Belov Enerji Tikinti Texnikumunda təhsil almışdır. İrtışqesstroy Tİ mənzil-kommunal kontorunda xx.xx.1983-cü il tarixdə 46/k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən KE 2514 qazanxananın növbəli ustası təyin edilmişdir. xx.xx.1983-cü il tarixdə 140/k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən KE qazanxananın 3-cü dərəcəli aparatçısı keçirilmişdir. xx.xx.1983-cü il tarixdə 157/k saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən iqtisadçı keçirilmişdir. xx.xx.1987-ci il tarixdə 108k saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən Qazaxıstan ƏQM-nin 32-ci maddəsinə əsasən öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.1987-ci il tarixdə 53k saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən suvaqçı şagirdi işinə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdə 19k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən tikinti sahəsinə 2-ci dərəcəli suvaqçırəngsaz keçirilmişdir. xx.xx.1988-ci il tarixdə 52-k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən RSFSR ƏQM-nin 31-ci maddəsinə əsasən öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.1989cu il tarixdə 19/5k saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən Bakı Zərif Mahud Kombinatına OQM-ə baş anbardar işinə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdə 132/OK saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə 18/л saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən Bakı Mülki Aviasiya Hava Limanında təyyarə bələdçiləri xidmətinə təyyarə bələdçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1991-ci il tarixdə 6/л saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən Bakı Hava Limanının yenidən təşkili ilə əlaqədar olaraq AZALTRANS Bakı Nəqliyyat Aviaşirkətinə eyni vəzifəyə keçirilmişdir. xx.xx.1992-ci il tarixdə Azal konserninin xx.xx.1992-ci il tarixli 51 saylı əmrinə əsasən BNA-nın yenidən təşkili ilə əlaqədar olaraq “Azaltrans”ın adı "xxxx" Bakı Nəqliyyat Aviaşirkətinə dəyişdirilmişdir. xx.xx.1997-ci il tarixdə 12/л saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən “Azaltrans”ın yenidən təşkili ilə əlaqədar olaraq “AZAL” BAK təyyarə bələdçisi vəzifəsində hesab edilmişdir. xx.xx.2000-ci il tarixdə 3/ш saylı xx.xx.2000-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi 3-cü bəndinə əsasən işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilmişdir. ЖГ seriyalı 321741 saylı xx.xx.1983-cü il tarixli diplomdan görünür ki, Mixteyeva (nikahdan əvvəlki soyadı) Lyubov İosifovna 1980-ci il tarixdə Belovsk Enerji Tikintisi Texnikumunun əyani bölməsinə daxil olmuş və 1983-cü il tarixdə bitirmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş BA-02661-2022 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən həqiqətən Dövlət Arxivinin Bakı Filialında saxlanılan Bakı Zərif Mahud Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı xx.xx.1989-cu il tarixli 19/ok saylı əmrlə xx.xx.1989-cu il tarixdən baş anbardar vəzifəsinə işə qəbul olunması, xx.xx.1989-cu il tarixli 133/KŞ saylı əmrlə xx.xx.1989-cu il tarixdən öz xahişi ilə işdən azad olunması, 1989-cu ilə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim edilmişdir: 1989-cu il üçünyanvar ----, fevral 87-08, mart 137-50, aprel 132, may 132, iyun 132, iyul 132, avqust 116-12, sentyabr 132, oktyabr 132, noyabr 91-61, dekabr 101-52. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-269221/23 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “X10” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “d” bəndinə uyğun olaraq, hava gəmilərində bələdçi işləyən qadınlar 50 yaşına çatdıqda ən azı 20 il ümumi stajı olduqda, bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa, onların güzəştli şərtlərlə hüququ var. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 20 ildən az (16 il 2 ay 1 gün (xx.xx.1983- xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990- xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 10 ildən az (9 il 10 ay 21 gün (xx.xx.1990- xx.xx.2000-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də X8 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “d” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-27-102/2- 5240/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın (Çikaqo, 07 dekabr 1944-cü il) 6 saylı Əlavəsinə əsasən ekipaj heyətinin üzvü uçuş vaxtı hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin istismarçısı tərəfindən təyin olunan şəxsdir. Ekipaj üzvü uçuş heyəti və kabinə heyəti üzvlərindən ibarətdir. Müvafiq Əlavəyə əsasən uçuş heyəti üzvü uçuş xidməti müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı üzərinə vəzifələr qoyulmuş sertifikatı olan şəxsdir. Kabinə heyəti üzvü xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin sahibinin və ya istismarçının təyin etdiyi şəxsdir və təyyarə bələdçisi kabinə heyəti üzvlərindən biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X5 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Hava gəmisinin təyyarə bələdçisinin əmək funksiyasının həcmi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 24 fevral tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2 müəyyən edilmişdir. Belə ki, təyyarə bələdçisi gəmi heyəti ilə birlikdə uçuşdan qabaq təlimat aparmağı, fövqəladə halların, o cümlədən hava gəmisinə (HG) hücum hallarının məşq edilməsini (şərti işarələrin verilməsi) yerinə yetirir; qəza-xilasetmə vasitələrindən düzgün istifadə qaydalarını və bu qaydaları sərnişinlərə nümayiş etdirir və onları məlumatlandırır. HG-də sərnişin salonunun, mətbəxin sanitar vəziyyətini yoxlayır və uçuş zamanı nəzarət edir. HG-nə yüklənən qida məhsullarının kəmiyyətinə nəzarət edir, sərnişinlərin qida ilə təmin edilməsinin sanitar qaydalarının pozulması hallarında onların qəbul edilməsindən imtina edir, geyim formasından istifadə qaydalarına əməl edir, habelə hava gəmisində sərnişinlərin məlumatlandırılmasına və onların davranış qaydalarına nəzarət edir. Sərnişinlər HG-nin salonunu tərk etdikdən sonra unudulmuş əşyaların olubolmadığını yoxlayır, təsdiq edilmiş plana əsasən qəza-xilasetmə vasitələri, qəza cədvəli, sərnişinlərin, yükün, poçtun daşınması və sərnişinlərə xidmət göstərilməsini yerinə yetirir. Özü və ətrafdakılar üçün təhlükə mənbəyi olan xəstə və sərxoş vəziyyətdə olan sərnişinlərin hava gəmisinə qəbul edilməsindən imtina edir. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13-2/2- 12/4996/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü, Azərbaycan Respublikasının Mülki Aviasiya sistemində xx.xx.1990-ci ildən xx.xx.2000-ci ilə kimi təyyarə bələdçisi vəzifəsində çalışmışdır və onun həmin vəzifədə iş stajı 9 il 10 ay 21 gün təşkil edir. İşlədiyi müddətdə İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə kimi (02 il 06 ay 24 gün) sosial məzuniyyətdə olmuşdur. İddiaçı işləmiş olduğu təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bəndinin (Mülki aviasiya) 8-ci sətrində qeyd edilib. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13-2/2- 12/6302/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı, Azərbaycan Respublikasının Mülki Aviasiya sistemində xx.xx.1990-cı ildən xx.xx.2000-ci ilə kimi təyyarə bələdçisi vəzifəsində çalışmışdır və onun həmin vəzifədə iş stajı 9 il 10 ay 21 gün təşkil edir. İşlədiyi müddətdə İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə kimi (02 il 06 ay 24 gün) sosial məzuniyyətdə olmuşdur. Təyyarə bələdçiləri, böyük təyyarə bələdçiləri, təlimatçı-təyyarə bələdçiləri, hava gəmilərinin bort operatorları, böyük bort operatorları, təlimatçı-bort operatorları “X10” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsaslanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. İddiaçı uçuş saatlarına dair (cəmi 3138 saat) arayış əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının stajı hesablanarkən “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydaları nəzərə alınmamışdır. Belə ki, iddiaçı xx.xx.1990xx.xx.2000-ci il tarixləri arasındakı dövrdə təyyarə bələdçisi işləmiş və 3138 (üç min bir yüz otuz səkkiz) uçuş saatı toplamışdır. “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarına əsasən uçuş saatlarının sayı ilk öncə 18-ə bölünür (3138:18=174,3), daha sonra alınan rəqəm 12-yə bölünür- 174,3:12 = 14 il 5 ay. İddiaçı ümumilikdə tələb olunandan da artıq güzəştli iş stajını tamamlamışdır. Bundan başqa, iddiaçının 2 il 6 ay 4 gün əyani təhsil dövrü, 4 il 4 ay 26 gün “X18 Stansiya Tikinti” İdarəsində qazanxanada növbə ustası, 11 ay 24 gün Krasnobrodnensk Enerjitikinti İdarəsində suvaqçı şagirdi, 10 ay 22 gün Bakı Zərif Mahud Kombinatında anbardar işlədiyi müddət də toplandıqda ümumi stajı tələb olunan 20 ilin qarşılığında 23 il 2 ay 12 gün təşkil edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-1949/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-1(102)-1523/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarlar). Məhkəmə kollegiyası həmçinin iddiaçının əvvəlki dövr üzrə ödənilməyən pul məbləğinin ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə də əsaslı hesab edilməlidir. Belə ki, “X10” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ““X10” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «X10» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir və qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmaqla ona xx.xx.2020-cu il tarixdən ödənilməmiş pensiya məbləği ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı arxiv arayışları ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla da, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər, güzəştli arayışları və təhsil aldığı dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı, həmçinin 10 ildən çox xüsusi iş stajının mövcud olması (spesifik hesablama metodu ilə) iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qərarın ləğvinə əsas verir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 50 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən (sonuncu xx.xx.2023-cü il müraciət tarixindən geriyə 3 il nəzərə alınmaqla) hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar