Məhkəmə qərarları › İş №2-1(103)-2279/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2279/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2279/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Nəbizadə Nigar Xeyrulla qızı və X1 ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “icarə hüququnun alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(112)-2218/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə qarşı (bundan sonra cavabdeh) iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 857 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarış verilmiş Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququ əsasında alqı-satqı müqaviləsi bağlanmasına razılıq verməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4563/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 857 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarış verilmiş Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair icarə hüququnun alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(112)-2218/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra məhkəmə iclası 01 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. 13 oktyabr 2025-cü il tarixində iddiaçının nümayəndəsi-vəkili Vəkil elektron qaydada ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Göstərilənləri nəzərə alaraq Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddianın geri götürülməsinə dair ərizə təmin edilməli və hazırkı iddia üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia üzrə icraata xitam verilsin. Sədrlik edən: Günel Abbasova Hakimlər: Nigar Nəbizadə Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar