Məhkəmə qərarları › İş №2-1(103)-228/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-228/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-228/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti) “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1349/2021 saylı, 27 may 2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə (müəyyən hərəkətləri etməkdən çəkinmə) üçün tam mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda 130.90 kvadrat metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin və Bakı şəhəri Səbail rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin vəzifəli şəxsləri tərəfindən sökülərək məhv edilməsinin qanunsuz hesab edilməsi və onların ona məxsus həmin fərdi yaşayış evinə müdaxiləsinin qadağan edilməsi; inzibatı orqanların Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin və Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz söküntü nəticəsində Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda onun istifadəsindən çıxarılmış 130.90 kvadrat metr torpaq sahəsinin onun istifadəsinə qaytarılması, tikinti üzrə ona dəymiş zərərin dəyəri olan cəmi 10565,0 (on min beş yüz altmış beş) manat, X3 tikinti-texniki ekspertizanın keçirilməsi üçün ödənilmiş 500 manat pullar cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi və Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən onun xeyrinə tutulması; şəxsin hüquq və azadlıqları ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda 130.90 kvadrat metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququnu təsdiq edən onun adına ********** qeydiyyat nömrəli, 04.05.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarışın dəyişdirilərək həmin ünvandakı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kiçildirilərək 80.50 kvadrat metr olmaqla adına yeni ********** qeydiyyat nömrəli, 15.07.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarışının verilməsinin qanunsuz hesab edilməsi və onun adına olan ********** qeydiyyat nömrəli, 15.07.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarışın ləğv edilməsi, 130.90 kvadrat metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli, 04.05.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarışın bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin və Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərini aşaraq tam mülkiyyət huququ əsasında ona məxsus olan ünvan 3ərdi yaşayış evini qəsdən uçurdaraq məhv etmələri ilə bağlı aşkar olunan cinayət əlamətlərinə dair xüsusi qərardad çıxarılaraq müvafiq prokurora məlumat verilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı evin sahibidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********87-10301 nömrəli çıxarışına əsasən 04.05.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda 130.90 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 503 nömrəli reyestr kitabının 47308 nömrəli vərəqində ********** nömrədə qeydiyyata alınmışdır. 05.02.2003-cü il tarixli 174024 saylı müqaviləyə əsasən X7 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 50.5 kv.m sahədən ibarət 3 otaqlı mənzili İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ******* saylı MA seriyalı ********** qeydiyyat nömrəli, **********3-05101- 093011 reyestr nömrəli, 10.02.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 71.1 kv.m mənzili İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyətinin 11.01.2013-cü il tarixli 08 saylı sərəncamına əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı evin 1 saylı mənzilinin 3 otaqlı yaşayış sahəsinin 50.4 kv.m köməkçi sahəsinin 98.34 kv.m ümumi sahəsi 148.74 kv.m olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********03-05101- 093011 saylı 05.10.2013-cü il tarixli texniki pasport tərtib edilərək təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ******* saylı RX seriyalı ********** qeydiyyat nömrəli, **********3-05101-093011 reyestr nömrəli, 11.10.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reseytrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 151.1 kv.m mənzil İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Sonradan iddiaçı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin uzun müddətdir onun istifadəsində olduğundan onun adına qeydiyyata alınmaqla texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsinə dair ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də, cavab verilməmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5425/2014 nömrəli iş üzrə 24 dekabr 2014-cü il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda yerləşən 0.0239 ha torpaq sahəsinin planı və ölçüsü 05.02.2015-ci il tarixdə daşınmaz əmlakın rəqəmli kadastr xəritəsində **********7 nömrədə, 07.02.2015-ci il tarixdə həmin torpaq sahəsi fərdi yaşayış evi üçün tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 551 nömrəli reyestr kitabının 52186 nömrəli vərəqində ********** nömrədə qeydiyyata alınaraq çıxarışlar verilmişdir. İddiaçı 30.04.2019cu il tarixdə onun mülkiyyətində olan torpaq sahəsindəki fərdi yaşayış evinə əlavə olaraq yardımçı otağın tikintisinə icazə verilməsinə dair Səbail Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 13.05.2019-cu il tarixli, 3/10-K-20-151 saylı məktubla Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.m-dək olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmamasına dair məlumat verilmiş, həmin ünvanda iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılacaq əlavə tikinti işlərinin memarlıq-planlaşdırma həllinə 13.05.2019-cu il tarixli, K- 20-151 saylı “Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır” məzmununda ştamp vurulmuşdur. 2020-ci ilin mart ayında tikintisi başa çatmış Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 130.9 kv.m-dən ibarət 6 saylı evin (30.9 kv.m əvvəlcədən mövcud olan ev + 100 kv.m sonradan tikilmiş yardımçı tikili) üzərində tam mülkiyət hüququ əldə etmək üçün iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə və ona əlavə edilmiş sənədlərlə müraciət etmişdir, ərizəsi Reyestr Xidmətində **********4 nömrədə qeydiyyata alınaraq 07.04.2020-ci ildə son icra tarixi müəyyən edilmişdir. Həmin fərdi tikinti sahəsində görkəmli alim və ictimai xadim, akademik Zərifə xanım Əliyevanın banisi olduğu gözün güzehli qışası-əlvan təbəqəsi üzrə orqanizmdə baş verən patoloji dəyişikliklərlə bağlı elm sahəsi olan “İridolgiya” elmi redaksiyasının maddi texniki bazasına aid əmlakın bir hissəsi saxlanılırdı. 22.04.2020-ci il tarixdə saat 12 radələrində Reyestr Xidmətinin 07.04.2020-ci il tarixli qəbzi və tikintiyə aid müvafiq rəsmi sənədlər olmasına baxmayaraq, “COVİD-19” pandemiyası ilə əlaqədar xüsusi karantin zamanı iddiaçının Bakı şəhəri, Teymur Elçin küçəsindəki 6 saylı evinin yerləşdiyi ərazi üzrə Səbail rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin vəzifəli şəxslərinin göstərişi ilə Memarlıq və Şəhərsalma İdarəsinin Hafiz adlı əməkdaşı, Səbail MKTB-nin 58 saylı Mənzilkommunal istismar sahəsinin rəisi Qabil Vəliyev, mühəndisi Nəsimi Məsməliyev, fəhlə Xanlar Məmmədov və 8, 46 saylı Mənzil-kommunal istismar sahəsinin digər işçiləri məhkəmə qərarı olmadan qanunsuz olaraq qəsdən Səbail MKTB-yə məxsus “Bobkot” tipli kran və digər texniki vasitələrdən istifadə edərək 6 saat ərzində iddiaçının həmin evini və oradakı akademik Zərifə xanım Əliyevanın banisi olduğu “İridolgiya” elmi redaksiyasının maddi texniki bazasına aid əmlakın bır hissəsinin yerləşdiyi sahəni söküb uçuraraq tam yararsız vəziyyətə salmışlar. İddiaçının evinin qanunsuz olaraq sökülüb uçurularaq yararsız hala gətirilməsinin şahidi Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektindəki 80/1 saylı evin 4-cu mənzilində yaşayan X6 olmuşdur. Bundan sonra qanunsuz olaraq soküntüyə məruz qalmış həmin yaşayış məntəqələri üçün nəzərdə tutulan 130.90 kvadrat metr ölçüdə torpaq sahəsində yerləşən iddiaçının fərdi yaşayış evinə tam mülkiyyət hüququ 04.05.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində 503 nömrəli reyestr kitabının 47308 nömrəli vərəqində ********** nömrədə qeydiyyata alınmışdır. Sorğu əsasında X2 22.06.2020-ci il tarixli, 256 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus qeyd olunan uçurulmuş və sahəsi 50,4 kvadrat metr olan həmin fərdi yaşayış evində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmış təmir bərpa işlərinin dəyərini müəyyən etmək məqsədilə bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib edilmiş, söküntü işlərinin aparılması 1530 manat, qutu profildən çərçivənin quraşdırılması (qaynaq olunması) 308 manat, qutu profil 88 manat, elektrod 35 manat, 40 sm qalınlığında boşluqlu kərpicdən divarların hörülməsi 320 manat, boşluqlu kərpic 1280 manat, sement (40 kq) 102 manat, qum 80 manat, divarların daxildən və xaricdən suvanması 384 manat, sement (40 kq) 126 manat, qum 88 manat, qapı və pəncərələrin üstünün dəmir-betondan quraşdırılması 120 manat, armatur 150 manat, beton 80 manat, qəlib üçün taxta 48 manat, plastik materialdan pəncərələrin quraşdırılması (materialla birlikdə) 2280 manat, plastik materialdan qapının quraşdırılması (materialla birlikdə) 250 manat, aqlay daşından məhəccər sütunlarının (sürahi) quraşdırılması (materialla birlikdə) 100 manat, “kabançik” tipli üzlük və aqlay daşlarının bərpası (materialla birlikdə) 180 manat, döşəməyə metlaxın vurulması 63 manat, metlax 765 manat, metlax üçün yapışqan (mata) 102 manat, damın bir enişli şəkildə taxta konstruksiyadan quraşdırılması və “kirəmit” tipli metal şiferlə vurulması 260 manat, taxta 384 manat, metal şifer 330 manat, mismar 12 manat, əlavə və nəqliyyat xərcləri (zibilin atılması, materialların daşınması və s.) 500 manat olmaqla cəmi 10565,0 (on min beş üyz altmış beş) manat müəyyən edilmişdir. Səbail rayon MənzilKommunal Təsərrüfat Birliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus 130.90 kvadratmetr torpaq sahəsi istifadəsindən çıxarılmış, 10565,0 (on min beş üyz altmış beş) manat maddı ziyan dəymişdir. Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi iddiaçının əmlakına vurduqları ziyanın əvəzini tam həcmdə ödəməyə borcludurlar. Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən hüquq mühafizə orqanlarına və digər instansiyalara iddiaçının israrlı olaraq etdiyi şikayətlərdən sonra Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının 3-586 saylı, 10.07.2020-ci il tarixli məktubu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən əsassız və qanunsuz olaraq iddiaçının məlumatı və razılığı olmadan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda 130.90 kvadratmetr torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququnu təsdiq edən iddiaçının adına ********** qeydiyyat nömrəli, 04.05.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarış dəyişdirilib həmin ünvandakı fərdi yaşayış evinin qanunsuz olaraq uçurulub sökülmüş hissəsinin yerləşdiyi torpaq sahəsi kiçildirilərək 80.50 kvadrat metr olmaqla iddiaçının adına yeni ********** qeydiyyat nömrəli, 15.07.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı cavabdeh Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi əsl cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1349/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti cavabdehlər sırasından çıxarılmış, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 80.5 kv.m olan fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 15.07.2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın (çıxarış) ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 130.9 kv.m olan fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 04.05.2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın (çıxarışın) bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair verdiyi yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 3-586 saylı, 10.07.2020-ci il tarixli məktubuna əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş aparılmış, qeyd olunan fərdi yaşayış evinin ümumi sahəsi 80.5 kv.m göstərilmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda və reyestrdən çıxarışda göstərilən əlavə 50,4 kv.m sahə “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a uyğun olmadığı üçün Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş və hal-hazırda mövcud deyildir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq düzəlişlə bağlı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə və vətəndaşa **********82 qeydiyyat nömrəli 17.07.2020-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 3ərdi yaşayış evinə 29.03.2020-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman həmin fərdi yaşayış evinin ümumi sahəsi 130.9 kv.m müəyyən olunmuşdur. Eyni zamanda yeni layihəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisi ilə bağlı İddiaçı tərəfindən Səbail rayon İcra Hakimiyyəti 04.03.2020-ci il tarixdə məlumatlandırılmışdır. Müvafiq fərdi yaşayış evinin ümumi sahəsinə düzəliş edilərək 130.9 kv.m olması ilə əlaqədar İddiaçı adına 04.05.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Lakin İdarəyə ünvanlanmış ünvan 4 məlum olmuşdur ki, 20.04.2020-ci il tarixdə tikinti ilə bağlı cəhdlərin qarşısı alınaraq söküntü işlərinin aparılması təmin edilmişdir. Göründüyü kimi İdarənin mütəxəssisləri qeyd olunan fərdi yaşayış evinə 29.03.2020-ci il tarixdə texniki baxış keçirən zaman ümumi sahə 130.9 kv.m müəyyən olunmuş, X10 Rayon İcra Hakimiyyətinin sözügedən məktubu 10.07.2020-ci il tarixdə daxil olduğu üçün 04.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli İddiaçı adına verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ümumi sahə (çıxarış verilən tarixdə mövcud olmayan 50,4 kv.m sahə də əlavə olunaraq) 130.9 kv.m göstərilmişdir. Bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş aparılmış və İddiaçı adına ********** qeydiyyat nömrəli 15.07.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda üçüncü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddia tələbinə dair verdiyi yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 5 ünvanda ona məxsus 0.0239 kv.m ölçüdə olan torpaq sahəsində məhkəməyə təqdim edilən Texniki Pasportda tikintialtı sahə 210.9 kv.m göstərilmişdir. Həmin parametrlər üzrə tikinti işlərinin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.02.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ının müddəalarına ziddir. Belə ki, sonuncu qərarın 4.13-cü bəndindəki cədvəl üzrə həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinə dair ərazinin tikinti əmsalı 0,4, ərazinin tikinti sıxlığı əmsalı 0,6 təşkil edir ki, iddiaçının təqdim etdiyi göstəricilər hazırki qanunvericiliyə ziddir və hər hansı tikinti işini qeyri-mümkün edir. Eyni zamanda, əsas tikiliyə münasibətdə yardımçı tikililərin sahəsinin yetərincə böyük olması həmin tikinti işinin hüquqi əsasını və layihəsinin TLSS-ə (AZS QOST 21.101 -10) uyğun olması da ciddi şübbə doğurur və yalnız aidiyyəti dövlət orqanlarını yanıltmaq üçün zəmin yaradır. Məhkəmə prosesində iddiaçının nümayəndəsi «tikintisinin qarşısı alınan obyekt»in fərdi yaşayış evinin hissəsi olmasını bildirmişdir. Lakin iddiaçı ərizəsində qeyd etdiyi kimi (vərəq 2) sözügedən ünvanda yardımçı sahənin tikintisi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq “məlumatlandırma icraatı” üzrə müraciət etmişdir. İcra Hakimiyyəti isə cavab məktubunda bildirmişdir ki, qanunvericiliyə əsasən yardımçı tikililərin tikintisinə icazə tələb olunmur - yəni “məlumatlandırma icraatı” yox, qeyd olunan Məcəllənin 79-cu maddəsinin təsirinə düşdüyünü göstərmişdir. Lakin bu hal, qeyd olunan “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələblərini pozmağa əsas vermir və tikinti işlərinin aparılmasına, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə zəmin yaratmır. Göründüyü kimi, iddiaçı qanunsuz tikinti işlərinin aparılmasına cəhd edib və məhkəmə prosesində üç dövlət orqanının (qurumunun) israrla tikinti işlərinin aparılmasının qeyri-mümkünlüyü barədə çıxışlarına baxmayaraq “olmayan və olmamış” əmlakına hüquqlarının bərpası məsələsini irəli sürür ki, gələcəkdə bununla tikinti işlərinin aparılmasına zəmin yaratmaq istəyir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1349/2021 saylı, 27 may 2021-ci il qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 80.5 kv.m olan fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 15.07.2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat (çıxarış) ləğv edilsin və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 130.9 kv.m olan fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 04.05.2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın (çıxarışın) bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən edilmiş müraciət araşdırılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 3-586 saylı, 10.07.2020-ci il tarixli məktubuna əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş aparılmış, qeyd olunan fərdi yaşayış evinin ümumi sahəsi 80.5 kv.m. göstərilmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda və reyestrdən çıxarışda göstərilən əlavə 50,4 kv.m sahə “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a uyğun olmadığı üçün Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş və hal-hazırda mövcud deyildir. Bu səbəbdən də, İdarə tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq düzəlişlə bağlı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə və iddiaçıya **********82 qeydiyyat nömrəli 17.07.2020-ci il tarixli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə 29.03.2020-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvana texniki baxış keçirilən zaman həmin fərdi yaşayış evinin ümumi sahəsi 130.9 kv.m müəyyən olunmuşdur. Eyni zamanda, təqdim edilmiş yeni layihəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisi ilə bağlı İddiaçı tərəfindən Səbail rayon İcra Hakimiyyətinə 04.03.2020-ci il tarixdə məlumatlandırma icraatı qaydasında məlumat verilmişdir (ərizəsinə əlavə olunan poçt qəbzindən məlum olmuşdur). Bundan sonra, müvafiq fərdi yaşayış evinin ümumi sahəsinə düzəliş edilərək 130.9 kv.m olması ilə əlaqədar İddiaçı adına 04.05.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Lakin İdarəyə ünvanlanmış ünvan 8 məlum olmuşdur ki, 20.04.2020-ci il tarixdə tikinti ilə bağlı cəhdlərin qarşısı alınaraq söküntü işlərinin aparılması təmin edilmişdir. Bundan sonra, İdarənin mütəxəssisləri qeyd olunan fərdi yaşayış evinə 29.03.2020-ci il tarixdə texniki baxış keçirən zaman ümumi sahə 130.9 kv.m müəyyən olunmuş, X10 Rayon İcra Hakimiyyətinin sözügedən məktubu 10.07.2020-ci il tarixdə daxil olduğu üçün 04.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli İddiaçı adına verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ümumi sahə (çıxarış verilən tarixdə mövcud olmayan 50,4 kv.m sahə də əlavə olunaraq) 130.9 kv.m göstərilmişdir. Bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş aparılmış və İddiaçı adına ********** qeydiyyat nömrəli 15.07.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Qeyd olunanlardan göründüyü kimi, müvafiq daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması zamanı İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamış və İdarənin bununla bağlı hər hansı qanunsuz hərəkət və hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, iddia tələbinin mümkünlüyü məhkəmə tərəfindən araşdırılmamış və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Üçüncü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfinən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 5 ünvanda ona məxsus 0,0239 kv.m. ölçüdə olan torpaq sahəsində məhkəməyə təqdim edilən Texniki Pasportda tikinti altı sahə 210,9 kv.m təşkil edir. Bildiririk ki, 04.05.2020-ci il tarixli ********** nömrəli çıxarışda daşınmaz əmlakın sahəsi 130,9 kv.m. qeydə alınmışdır. Həmin parametrlər üzrə tikinti işlərinin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,02.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ının müddəalarına ziddir. Belə ki, sonuncu qərarın 4.13-cü bəndindəki cədvəl üzrə həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinə dair ərazinin tikinti əmsalı 0,4 olduğu halda iddiaçıya aid ərazinin tikinti sıxlığı əmsalı 0,6 təşkil edir. Həmin qaydanın tələbinə əsasən iddiaçı ona məxsus 239,0 kv.m. torpaq sahəsində məhkəmə qərarında əks olunan 130,9 kv.m deyil, cəmi 96,0 kv.m ölçüdən artıq olmayan fərdi yaşayış evi tikə bilər. Bununla da iddiaçı tərəfindən tikinti işləri aparılarkan qanunvericiliyin tələbləri pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli 2-1 (112) - 1349/2021 nömrəli qərarında “tikintisinin qarşısı alınan obyekf’in fərdi yaşayış evinin hissəsi olmasını qeyd edilmişdir. Lakin iddiaçı iddia ərizəsində və məhkəmənin qərarında qeyd edildiyi kimi sözügedən ünvanda yardımçı sahənin tikintisi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq “məlumatlandırma icraatı” üzrə müraciət etmişdir. İcra Hakimiyyəti isə cavab məktubunda bildirmişdir ki, qanunvericiliyə əsasən yardımçı tikililərin tikintisinə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinə aid deyildir. Qeyd olunan tikinti Məcəllənin 79cu maddəsinin təsiri altına düşərək tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aid edilmişdir. Lakin yuxarıda qeyd olunanlar “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələblərini pozmağa əsas vermir və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə zəmin yaratmır. Həmçinin bildirilmişdir ki, həmin yardımçı sahənin tikintisi başa çatmadığı halda qanunsuz olaraq dövlət reyestrində qeydə alınaraq çıxarış verilmişdir. Bununla əlaqədar 04.05.2020-ci il tarixində verilən çıxarış həmin tikintinin başa çatmadığından ləğv edilmiş və mövcud 80,5 kv.m daşınmaz əmlakın sahəsinə 15.07.2020-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu səbəbdən həmin 15.07.2020-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət -reyestrindən çıxarışın ləğvi üçün məhkəmənin qərarında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə istinad etməsi tamamilə əsassızdır. Eyni zamanda qərar çıxarılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının tələblərinə riayət edilməmişdir. Belə ki, həmin qərarın 6.2-ci bəndində göstərilir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət yetirilməlidir. Qətnamənin həmin hissəsində məhkəmə tərəfindən müəyyən olunmuş hallar, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi mübahisələndirilən qərarın əsaslandırıcı hissəsində sadəcə işin faktiki halları və maddi hüquq normaları sadalanmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətini müdafə etdiyini bildirdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi şikayətini müdafə etdiyini bildirdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin edərkən aşagıdakı sənədlərə istinad etmişdir: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5425/2014 saylı 24.12.2014-cü il tarixli qərardadının surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2014-cü il tarixli 2-1(81)-5425/2014 saylı qərarında yol verilmiş texniki səhvin düzəldilməsi, qərarın qərara aldı hissəsində texniki səhvlə yazılmış «Bakı şəhəri T.Elçin küçəsi ev 6 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 9 ünvanında yerləşən 240 kv.m torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin» sözü ilə əvəz edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 6 ünvanında yerləşən 0.0239 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 07.02.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır (reyestr nömrəsi **********87). Torpaq sahəsinin mülkiyyət növü “Xüsusi”, torpaq sahəsi üzərində hüququn növü “Mülkiyyət”, torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları”, məqsədli istifadə növü “Fərdi yaşayış” - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 05.02.2015-ci il tarixli AA seriyalı 072079 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında 0.0239 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir (torpaq sahəsinin təyinatı - yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü - fərdi yaşayış, mülkiyyət növü – xüsusi, sənəd üzrə sahəsi 0.0239 ha, faktiki sahə 0.0239 ha). -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 80.5 kv.m olan fərdi yaşayış evinə və 0.0239 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 25.12.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********87-10301). - İddiaçı tərəfindən Səbail rayon İcra Hakimiyyətinə ünvanlanmış 02.12.2019-cu il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən sahəsi 91 kv.m, hündürlüyü 3.90 m, mərtəbəliliyi 1 olan fərdi yaşayış evini inşa etməsi barədə məlumat verilmişdir. - Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 6 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan torpaq sahəsində aparılacaq əlavə tikinti işlərinin Memarlıqplanlaşdırma həllinin təsdiq edilmiş surətindən görünür ki, həmin Memarlıq-planlaşdırma həlli 13.05.2019-cu ildə (K-20-151) Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. -DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə ünvanlanmış 26.10.2020-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 130.9 kv.m olan fərdi yaşayış evinə və 0.0239 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 04.05.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********87-10301). -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 80.5 kv.m olan fərdi yaşayış evinə və 0.0239 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 15.07.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********87-10301). -Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Vüqar Şıxəmmədov tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidova ünvanlanmış 10.07.2020-ci il tarixli 3-586 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus olan yaşayış evinə dair 25.12.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (qeydiyyat nömrəsi **********8) əmlakın ümumi sahəsi 80,5 m2 göstərilmişdir. Həmin əmlaka dair 04.05.2020ci il tarixdə verilmiş çıxarışda (qeydiyyat nömrəsi **********) isə ümumi sahə 130,9 m2 qeyd edilmişdir. Bu fərq 04.05.2020-ci il tarixdə tərtib edilmiş (inventar nömrə 04/2362, 04/0520) texniki pasportunda göstərilən 50,4 m2 sahəli əlavə otağın hesabına yaranmışdır. Sözügedən sahənin inşasının mövcud “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalari”a uyğun olmadığı dəfələrlə tərəfimizdən İddiaçı bildirilmiş və 20.04.2020-ci il tarixində tikinti ilə bağlı cəhdlərin qarşısı alınaraq söküntü işlərinin aparılması təmin edilmişdir. Sözügedən sahə hal-hazırda da mövcud deyildir. Göründüyü kimi, 04.05.2020-ci il tarixdə texniki səhvə yol verilmiş, mövcud olmayan sahəyə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınaraq əlavə edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən 3 (üç) gün müddətində aradan qaldırır və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verməlidir. Bununla əlaqədar olaraq, qaldırılan məsələnin araşdırılması, daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlərin aparılması barədə aidiyyəti göstəriş verməyinizi xahiş edirik. - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 13.05.2019-cu il tarixli 3/10-K-20-151 saylı məktubda qeyd edilir: Mülkiyyətinizdə olan torpaq sahəsində yardımçı otağın tikintisinə icazə verilməsi barədə Səbail Rayon İcra Hakimiyyətinə ünvanladığınız K-20-151 saylı, 30.04.2019-cu il tarixli müraciətinizə baxılmışdır. Qaldırılan məsələ ilə əlaqədar Siz Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişsiniz və Komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 17.04.2019- cu il tarixli, 01-Bi-1/70 saylı məktubu ilə yerli İcra Hakimiyyətinə müraciət etməyiniz Sizə tövsiyə olunmuşdur. Təqdim etdiyiniz Memarlıq-planlaşdırma həlli layihəsindən (LİSENZİYA № 089730, "xxxx" MMC) və sənədlərdən görünür ki, DƏDRX-nın Seriya RX ******* saylı, 07.02.2015-ci il tarixli Çıxarışı əsasında, ünvan 14 ünvanda 0.0239 ha torpaq sahəsi xüsusi mülkiyyətinizdədir və mülkiyyətinizdə olan həmin torpaq sahəsində 46.8 kv.m texniki otağın tikintisi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq nəzərinizə çatdırırıq ki, hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.m-dək olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. Əlavə olaraq bildiririk ki, sahədən istifadə edərkən yanğın təhlüksəzliyi, sanitar-gigiyena, ekoloji və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə riayət edilməlidir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17.07.2020-ci il tarixli **********82 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 6 saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin aparılması ilə bağlı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının 3-586 saylı, 10.07.2020-ci il tarixli məktubu 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər aparılmış və adınıza ********** qeydiyyat nömrəli, 15.07.2020-ci il tarixli dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinin bir hissəsi Səbail rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verilmədən və məhkəmə qərarı olmadan sökülmüşdür. Cavabdeh tərəfindən isə daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlərin aparılması barədə Səbail rayon İcra Hakimiyyəti tərəfindən məktub daxil olduqdan sonra məktubla əlaqədar iddiaçı dəvət olunaraq izahatı alınmamış, yerində müayinə həyata keçirilməmiş, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın səhv və ya düz olmasının əsasları müəyyən edilməmiş, ümumiyyətlə heç bir araşdırma aparılmamış, qeyd olunan hallar cavabdeh tərəfindən araşdırılmadan daşınmaz əmlakın dövlət reyestrində qeyd olunan düzəliş edilmişdir. İşin bütün hallarının araşdırılması cavabdeh inzibati orqanın xidməti vəzifəsindən irəli gəlsə də, cavabdeh tərəfindən hərtərəfli və tam araşdırılma aparılmamış, təqdim olunmuş sənədlər və işin bütün halları hərtərəfli tədqiq edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Belə ki, hazırkı inzibati mübahisəyə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən AR İPM-in 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən də apelyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2014-cü il tarixli 2-1(81)-5425/2014 №-li qərarı ilə İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin olunaraq ünvan 16 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, həmin məhkəmənin eyni tarixli qərardadı ilə qərarda yol verilmiş texniki səhv düzəldilmiş: qərarın nəticə hissəsində texniki səhvlə yazılmış “Bakı şəhəri T.Elçin küçəsi ev 6 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 17 ünvanında yerləşən 240 kv.m torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin” sözü ilə əvəz olunmuşdur (i.v. 70-74). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2014-cü il tarixli 2-1(81)- 5425/2014 №-li qərarı icra olunaraq AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 07.02.2015-ci ildə İddiaçı onun Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 6 ünvanında yerləşən 0.0239 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində (kateqoriyası: yaşayış məntəqələrinin torpaqları; məqsədli istifadə növü: fərdi yaşayış: reyestr № **********87) qeydə alınmişdir (i.v. 65, 75). Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 6 ünvanında yerləşən 0.0239 ha torpaq sahəsində inşa edilmiş, sahəsi 80.5 kv.m olan fərdi yaşayış evi 25.12.2019-cu ildə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində (reyestr № **********87-10301) qeydə alınmışdir (i.v. 63). İddiaçı 04.03.2020-ci il tarixli ərizə ilə AR ŞTM-ə uyğun olaraq məlumatlandırma icraatı qaydasında Səbail rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 6 ünvanında sahəsi 130 kv.m olan 1 mərtəbəli yaşayış evi inşa etdiyini bildirmiş (i.v. 62) və AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi qeyd olunan ünvanında yerləşən 0.0239 ha torpaq sahəsində inşa edilmiş, sahəsi 130.9 kv.m olan fərdi yaşayış evi 04.05.2020-ci ildə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində (reyestr № **********87-10301) qeydə almışdir (i.v. 59). Fərdi yaşayış evinin 04.05.2020-ci ildə tərtib olunmuş Texniki Pasportundan görünür ki, 25.12.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış evin A literli tikilisinin mövcud 1, 2, 3, 4, 5, 6 və 7 №-li otaqlarına (müvafiq olaraq 13.3 kv.m holl, 1.7 kv.m sanitar qovşaq, 1.4 kv.m sanitar qovşaq, 11.0 kv.m yaşayış otağı, 11.2 kv.m yaşayış otağı, 11.2 kv.m yaşayış otağı və 30.7 kv.m zal, yaşayış otağı olmaqla, cəmi 80.5 kv.m) sahəsi 50.4 kv.m olan köməkçi otaq (texniki pasport üzrə A literli tikilinin 8 №-li otağı) əlavə olunaraq (80.5 + 50.4), evin ümumi sahəsi 130.9 kv.m təşkil etmişdir (i.v. 5-10). ünvan 19 ünvanladığı 10.07.2020-ci il tarixli 3-586 №-li məktubundan görünür ki, fərdi yaşayış evinin sahəsi 50.4 kv.m olan köməkçi otağının inşası “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a uyğun olmadığı üçün həmin sahə 20 aprel 2020-ci ildə sökülmüşdür. Səbail Rayon İcra Hakimiyyəti həmin məktubunda 04.05.2020-ci il tarixdə texniki səhvə yol verilərək mövcud olmayan sahəyə dair hüququn dövlət reyestrində qeydə alındığını göstərərək, məsələnin araşdırılmasını və reyestrdə müvafiq düzəlişlərin aparılmasını xahiş etmişdir (i.v. 61). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 16.1-ci maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən 3 gün müddətində aradan qaldırır və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı bildiriş verir. İş materiallarından görünür ki, DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi 15.07.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində ********** №-li qeydiyyat apararaq, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsini 80.5 kv.m göstərmiş və bu barədə iddiaçıya 17.07.2020-ci il tarixli **********82 №-li məktubla məlumat vermişdir (i.v.30, 31). Cavabdeh iddiaya qarşı etirazında idarənin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinə 29.03.2020-ci ildə baxış keçirilərkən evin ümumi sahəsinin 130.9 kv.m müəyyən edildiyini, evin bir hissəsinin 20.04.2020-ci ildə söküldüyünün Səbail RİH-nin 10.07.2020-ci il tarixli 3-586 №-li məktubundan məlum olduğunu və ona görə də 04.05.2020-ci ildə iddiaçıya 130.9 kv.m evə mülkiyyət hüququna dair elektron çıxarış verildiyini göstərmişdir (i.v.55-57). Göründüyü kimi, 04.05.2020-ci ildə iddiaçıya 130.9 kv.m evə mülkiyyət hüququna dair elektron çıxarış verilərkən onun 50.4 kv.m hissəsinin faktiki olaraq mövcud olmadığı işdə olan sübutlarla tam təsdiq olunmuşdur. Bu hal birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunsa da, lakin düzgün qiymətləndirilməmiş, iddiaçının yalnız layihədə göstərilən, faktiki olaraq isə mövcud olmayan tikiliyə mülkiyyət hüququna dair çıxarışın verilməsi tələbi barədə iddiası qanuni əsaslar olmadan təmin olunmuşdur. AR Nazirlər Kabinetinin 21.02.2014-cü il tarixli 51 №-li qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13cü bəndinə görə həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri üçün ərazinin tikinti əmsalı 0.4, tikinti sıxlığı əmsalı isə 0.6 müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: -1) Mübahisə predmeti olan ünvan 20 ünvanında yerləşən damı uçurulmuş hissəsi ilə birlikdə fərdi yaşayış evinin faktiki ölçüləri neçə kv.m təşkil edir?; - 2) AR Nazirlər Kabinetinin 21 fevral 2014-cu il tarixli 51 saylı qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müffəsəl Qaydalara” əsasən ünvan 21 ünvanında damı uçurulmuş hissəsi ilə birlikdə fərdi yaşayış evinin yerləşdiyi ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı nə qədər təşkil edir?; - 3) Azərbaycan Respublkası Nazirlər Kabinetinin 11.03.2014-cu il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalara əsasən ünvan 21 ünvanında damı uçurulmuş hissəsi ilə birlikdə fərdi yaşayış evinin xarici divarının səthindən tikinti ərazisinin sərhədinə qədər olan ara məsafəsinə nə qədər təşkil edir?; -4) İddiaçı mülkiyyətində olan ünvan 21 ünvanında yerləşən torpaq sahəsində aparılmış tikili damı uçurulmuş hissəsi ilə birlikdə Azərbaycan Respublikası Şəhəsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa olunmuşdurmu? Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 apel 2022-ci il tarixli ekspertiza rəyi ilə cavab verilmişdir ki: 1-ci sual üzrə- ünvan 22 ünvanında yerləşən fərdi yaşayış evinin damı uçurulmuş hissəsi ilə birlikdə ümumi sahəsi barədə 130,9 kv m təşkil edir; 2-ci sual üzrə - Tədqiq olunan yaşayış evinin yerləşdiyi ərazinin ümumi sahəsi barədə məlumat olmadıqından həmin ünvanda damı uçurulmuş hissəsi ilə birlikdə fərdi yaşayış evinin mülki iş materiallarında yerləşdiyi ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalının nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdr. 3-cü sual üzrə - Tədqiq olunan yaşayış evinin yerləşiyi torpaq sahəsinin sərhədlətrinin sağ tərədə evin divarından 1,8-1,1 metr məsafədə, qarşı hissədə 7,5-7,8 metr məsafədə yerləşdiyi, sol tərəfdə isə yaşayış evinin divarının torpaq sahəsinin sərhədinə bitişik olduğu müəyyən edilmişdir. 4-cü sual üzrə - Tədqiq olunan torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olduğu və həmin sahədə tikintisi nəzərdə tulan əlavə tikilinin damı uçurulmuş hissə ilə birlikdə 100,0 kv. m oluğunun nəzərə alaraq mübahisəli tikilinin Azərbaycan Respublikası Şəhəralma və Tikinti Məəlləsinin 79-80-ci maddələrinin tələblərinə uyğun inşa olunduğu müəyyən edimişdir. Göründüyü kimi iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının yekunu kimi verilmiş 14.04.2022-ci il tarixli 10/6941 №-li ekspert rəyində “yaşayış evinin yerləşdiyi ərazinin ümumi sahəsi barədə mülki iş materiallarında məlumat olmadığından” evin damı uçurulmuş hissəsi ilə birlikdə yerləşdiyi ərazinin tikinti əmsalının və tikinti sıxlığı əmsalının müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Məhkəmə kollegiyası ekspert rəyinə tənqidi yanaşaraq belə hesab edir ki, rəydə göstərilənlərin əksinə olaraq iş materiallarında yaşayış evinin yerləşdiyi ərazinin ümumi sahəsi barədə məlumat var. Belə ki, həmin evin texniki pasportunun 2-ci səhifəsində “Torpaq sahəsi haqqında məlumat”dan görünür ki, sənəd üzə və faktiki torpaq sahəsi 0.0239 ha, tikinti altı sahə isə 0.02109 ha təşkil edir. “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13-cü bəndinin “Qeydlər” hissəsinin 1.1 bəndinə görə ərazinin tikinti əmsalı bina və qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti olduğu nəzərə alınmaqla, 0.0239 ha sahəsində inşa edilən bina və qurğular altında olan sahə 0.00956 ha-dan artıq olmamalıdır (0.0239 ha x 0.4 əmsal). Yaşayış evinin tikinti altı sahəsi isə 0.02109 ha, yəni normadan 0.01153 ha artıqdır. Odur ki, məhkəmə “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın iddiaçı tərəfindən pozulduğu qənaətinə gəlir. İşin qeyd olunan bu faktiki halı hazırkı iş üzrə üçüncü şəxs Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaya qarşı etirazının dəlillərindən biri kimi göstərilsə də, lakin birinci intsansiya məhkəməsi buna lazımi hüquqi qiymət verməmişdir. Bundan başqa, ekspertin rəyinə görə evin yerləşdiyi torpaq sahəsinin sərhədləri sağ tərəfdə evin divarından 1.8 – 1.1 metr, qarşı hissədə 7.8 – 7.8 metr məsafədə, sol tərəfdə isə evin divarı torpaq sahəsinin sərhədlərinə bitişik yerləşir. Bu isə AR NK-nin 11.03.2014cü il tarixli 72 №-li qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə ziddir. Belə ki, həmin Qaydaların 9-cu bəndinə görə ara məsafəsi olaraq AR ŞTM-in 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi qəbul olunur. Lakin birinci instansiya məhkəməsi bunu da nəzərə almamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, keçirilmiş yekun ekspertiza rəyində verilmiş cavablarla bağlı başqa ziddiyyətlər də mövcuddur. Belə ki, ekspert tətqiqatın nəticəsi olaraq Səbail rayonu T.Elçin küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evinin damı uçurulmuş hissəsi ilə birlikdə ümumi sahəsinin 130,9 kv.m təşkil etdiyini bildirsə də, dördüncü sual üzrə tətqiq olunan torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olduğunu və həmin sahədə tikintisi nəzərdə tutulan əlavə tikilinin sahəsinin damı uçurulmuş hissə ilə birlikdə 100,0 kv.m olduğunu qeyd etməklə, mübahisəli tikilinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 79-80-ci maddələrinin tələblərinə uyğun inşa olunduğu haqqında ziddiyyətli, qeyri-dəqiq və ehtimal xarakterli cavablar verilmişdir. Halbuki, qanunvericinin tələbinə görə ekspert rəyində aparılmış tətqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan vəhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişin aparılaraq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsinin 130.9 kv.mdən 80.5 kv.m-ə dəyişdirilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 16.1-ci maddəsinə uyğundur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İdarənin mütəxəssisləri qeyd olunan fərdi yaşayış evinə 29.03.2020-ci il tarixdə texniki baxış keçirən zaman ümumi sahə 130.9 kv.m müəyyən olunmuşdur. X10 Rayon İcra Hakimiyyətinin məktubu 10.07.2020-ci il tarixdə daxil olduğu üçün 04.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli İddiaçı adına verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ümumi sahə (çıxarış verilən tarixdə mövcud olmayan 50,4 kv.m sahə də əlavə olunaraq) 130.9 kv.m göstərilmişdir. Bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş aparılmış və İddiaçı adına ********** qeydiyyat nömrəli 15.07.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Qeyd olunanlardan göründüyü kimi, müvafiq daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması zamanı İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamış və İdarənin bununla bağlı hər hansı qanunsuz hərəkət və hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə cavabdeh inzibati orqanın üzərinə icrası real yox, formal olan qanunsuz öhdəlik, yəni mövcud olmayan tikiliyə mülkiyyət hüququnun qeydə alınması vəzifəsini qoymuşdur. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Odur ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. AR İPM-in 87.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli 2-1(112)- 1349/2021 №-li qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti) çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar