Məhkəmə qərarları › İş №2-1(103)-228/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-228/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-228/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N066/2022 saylı N2 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus Hz seriyalı ******* saylı hərbi biletin kserosurətindən görünür ki, İddiaçı həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxiv tərəfindən verilən 27 aprel 202N-ci il tarixli Arxiv Arayışından görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-N4, sıra-N0N qeyd: məlumatda atasının adı Tayxan yazılmışdır) İddiaçı Tayxan oğlunun komandirin xx.xx.N92-ci il tarixli 85 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və hərbi hissəni özbaşına tərk etdiyi üçün komandirin xx.xx.N94-cü il tarixli 65 №li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 85 №-li əmrilə (əsas: §-7, səh-7N) İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək “sıravi" hərbi rütbəsi verilərək snayperçi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli N24 №-li əmrilə (əsas: §-5, səh-NN2) hesab nömrəsi Əliyev X6 rayonu döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli N7N №-li əmrilə (əsas: §-6, səh-N47, sıra-36) sıravi İddiaçı snayper vəzifəsinə təyin edilmişdir. Hərbi xidmətini davam etdirmək üçün İddiaçı Teyxan oğlunun N nömrəli hərbi hissə komandirinin N aprel N93-ci il tarixli 39 №-li əmrində (əsas: sıra-48, səh-N2; qeyd: əmrdə atasının adı Teyxan yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissədən gəlmiş sıravi İddiaçı Tayxan oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 87 №-li əmrilə (əsas: §-2, sıra-N, səh-295; qeyd: əmrdə atasının adı Tayxan yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Döyüş əməliyyatları bölgəsində yaralandığı üçün atıcı İddiaçı Teyxan oğlunun N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N03 №-li əmrində (əsas: §-2, səh- 29N; qeyd: əmrdə atasının adı tam yazılmamışdır) hərbi hospitala müalicəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 65 №-li əmrində (əsas: §- 4, səh-N23, sıra-3N; qeyd: əmrdə adı Tahir, atasının adı Tayxan) sıravi X4 hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin fevral N96-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bildirilir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə əlavə araşdırma apara bilinmir. Qeyd edilir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.20N-cu il tarixli 9\2- N2N42 №-li məktubla İddiaçı xidməti barədə Azərbaycan Respublikası, Şəhid ailələri, Əlillər və XN İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinə cavab göndərilmişdir. İddiaçının ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin iddiaçı barəsində müraciət etmiş Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və XN İctimai Birliyinə ünvanladığı 27 aprel 202N-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı döyüş əməliyyatları bölgəsində yaralandığı üçün hərbi hospitala müalicəyə göndərilmiş, sonradan hərbi hissəsi özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, onun xidməti barədə əlavə araşdırma aparıla bilmədiyindən tələbin təmin olunmasından imtina edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Yardımlı Hərbi Komissarlığı tərəfindən xidmətə çağırılmış və N92-ci il N iyun tarixindən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır. N aprel N93-cü il tarixdə N saylı hərbi hissədə xidmətə göndərilmiş, N93-cü ilin payızında ağır yaralanaraq hospitala göndərilmişdir. Müxtəlif vaxtlarda N və N56-cı hərbi hissələrdə xidmət etmişdir. N96-nın fevralında təkrar N saylı hərbi hissəyə göndərilmişdir. Arxiv arayışında N saylı hərbi hissə komandirinin N5 mart N94-cü il əmri ilə hərbi hissəni özbaşına tərk etdiyi üçün hər növ təminatdan çıxarılmağı iddia olunur. Halbuki belə bir hadisə olmamışdır. (№65 əmrdə xx.xx.N94 XN2 o. yazılıb). Bundan əvvəl müalicədə olmuş və qayıdanda N56 saylı hərbi hissəyə göndərilmişdir. O zaman komandir yeni hərbi hissəyə təyinat olana qədər onu yenidən hər cür təminatlarla təmin olunmağı barədə göstəriş verməmişdir. Bu isə fərarilik demək deyildir. N96-cı ilin yayında qanuni əsaslarla ehtiyata buraxılmışdır. İddiaçı əlavə olaraq bildirir ki, onun hərbi biletində, MN X9 və SHXÇDX Yardımlı İdarəsinin məktubunda müvafiq qeydlər vardır. N56 saylı hərbi hissənin bazasında N00 saylı hərbi hissə yaradılmışdır. Müvafiq sorğulara onlar da cavab verə bilər. İddiaçı Döyüşən Ordunun 750, 777,və N56 saylı hərbi hissələrin tərkibində xx.xx.N92-ci ildən N96-cı ilə qədər Azərbaycan torpaqlarının azadlığı, suverenliyi və Konstitusiya quruluşununun müdafiəsində iştirak etdiyini bildirir. Müdafiə Nazirliyinin «Veteran vəsiqəsi və müvafiq statusun verilməsi Komissiyası» sənədlərini nəzərdən keçirmiş, qanuni əsaslarla ehtiyata buraxılmamağını bəhanə edərək ona veteran vəsiqəsini verməkdən imtina edir. Xüsusilə N saylı hərbi hissənin N5 mart N94-cü il tarixli əmri əsas götürülür. Hərbi bilet və Arxiv arayışı təsdiq edir ki, o, özbaşına hərbi hissəni tərk edə bilməzdi. Belə olsaydı cinayət işinin başlanması və məsuliyyətsizliyin cəzası barədə sənəd təqdim edilərdi. Faktik olaraq o, müddətli xidmətdə olduğunu bildirir. Sonuna qədər xidmət etmiş və heç vaxt xidmətdən yayınmamışdır. Komandir və rəislərin əmrlərini icra etmişdir. Sənədlərdəki hər hansı yayğınlığa cavabdeh deyildir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Hərbi biletin surətinin 4-cü səhifəsində onun sahibinin 777, 750, N56 nömrəli hərbi hissələrdə xidməti barədə məlumat vardır. Ancaq həmin məlumatlar hərbi hissələrin möhürü ilə təsdiqlənməmişdir. Yalnız N nömrəli hərbi hissəyə aid qeydə möhür vurulmuşdur. N96-cı ili fevralında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması halı olmamışdır. N92-ci ilin mayından sonra müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması müəyyən xidmət dövrü əsas götürülməklə yalnız N96-cı ilin iyulavqust aylarında olmuşdur. Hərbi biletin surətinin 4-cü səhifəsində onun sahibinin xx.xx.N95-ci ildə NN №-li əmrlə N56 nömrəli hərbi hissənin siyahısına daxil edilməsi xx.xx.N96-cı ildə 69 №-li əmrlə siyahıdan çıxarılması barədə qeyd vardır. İddiaçı iddia ərizəsində həmin hərbi hissədə xidməti barədə hər hansı bir məlumat göstərmir. Yuxarıda qeyd edilənlər iddiaçının iddia ərizəsində göstərdiyi və hərbi biletində olan qeydlərin mötəbərliyinə dəlalət etmir. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli 9/2-N2N42 №-li məkubunun surətində isə N nömrəli hərbi hissə komandirinin N5 mart N94-cü il tarixli 65 №-li əmrində sıravi İddiaçı Tayxan oğlunun hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumatın olduğu göstərilir. Adda və ata adında müəyyən təhriflər olsa da həmin məlumatın iddiaçıya aid olduğu şübhə doğurmur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N066/2022 saylı N2 may 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Yazılı izahatın dəlilləri: Yazılı izahat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların və yazılı izahatın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.202N-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.202N-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi, “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun “hərbi hissəni özbaşına tərk etməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırma zamanı iddiaçının hərbi hissəni özbaşına tərk etməsi əsası ilə hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixdən 65 nömrəli Əmrə əsasən N nömrəli şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmasının müəyyən edilməsinə, qeyd olunan dövrlər ərzində onun döyüş əməliyyatlarında iştirakının əsaslı sübutlarla təsdiq edilməməsinə istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “qeyd” hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin NN-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 20N8-ci il tarixə olan dəyişikliyə əsasən) N-ci bəndinin tələbinə görə “N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd N.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.N.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqan iddiaçının döyüş əməliyyatlarında iştirakını bildirsə də, hərbi hissəni özbaşına tərk etməsi əsası ilə hərbi hissə komandirinin müvafiq əmrilə şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarıldığına istinad edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən 07 iyul 202N-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilən N7 fevral 2022-ci il tarixli sorğuya cavab məktubuna N nömrəli hərbi hissənin xx.xx.N92-xx.xx.N94-cü il tarixlərdə, N nömrəli hərbi hissənin xx.xx.N92-xx.xx.N94- cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etdiyi və N56 nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi bildirilmiş, həmçinin N5 mart N94-cü il tarixli Əmrdən Çıxarışdan görünür ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, İddiaçı adının N3N saylı xx.xx.N94-cü il tarixli əmrlə bütün növ təminatlardan çıxarılması onun hərbi hissəni özbaşına tərk etməsi səbəbindən baş vermişdir ki, bu da onun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması kimi qəbul edilə bilməz. Odur ki, hazırki işdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri- şəxsin qanuni əsaslarla tərxis olunması halı iş materialları ilə təsdiq olunmur, iddiaçı isə həmin halın əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin N2.N-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- N066/2022 saylı N2 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N066/2022 saylı N2 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar