Məhkəmə qərarları › İş №2-1(103)-2281/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2281/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2281/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadə (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1032/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.1983 - xx.xx.2003-cü illərdə "Bakı Alüminyum-Yayma"xxxx"Şüvəlan ASC" - də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 52 yaşının tamam olduğu 15 aprel 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1032/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025 il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün şifahi məhkəmə iclasına təyin edilmişdir. İşə apellyasiya məhkəməsində baxılarkən iddiaçı tərəfindən dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə daxil olmuş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2281/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2281/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından kassasiya şikayəti məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-in 16.3-cü maddəsinə əsasən bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati iş hazırki apellyasiya baxışından çıxarılmalı və 03 sentyabr 2025-ci il tarixli qərardaddan İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən isə, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM 1.2, MPM 384.0.6 ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2281/2025 saylı, 03 sentyabr 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə inzibati iş hazırki apellyasiya baxışından çıxarılsın və iş İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə müvafiq prosessual hərəkətlərin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar