Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2282/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2096/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı mübahisəlndirmə haqqında iddia qaldıraraq, “xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilmiş 2720 manatın tutulması barədə xx.xx.2022-ci il tarixli 6054 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir (Dəqiqləşdirilmiş iddia). İddianın əsaslarına görə iddiaçıya 2017-ci ildə Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək xidmətə yararsız təyin olunub ordu sıralarından ehtiyata buraxılmış və həmin ildən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Azərbaycan Respublikasının müdafiəsi və Konstitusiyanın qorunması ilə əlaqədar olaraq ona 2ci qrup əlillik təyin olunub. Azərbaycan Respublikasının Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün” təsis edilməsi haqqında 15 aprel 2019-cu il 641 nömrəli fərmanına əsasən müharibə veteranlarına Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün və müharibə ilə əlaqədar olaraq əlilliyi olan şəxslərə, Azərbaycan Respublikasının təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikasının Prezidentinin qeyd olunan təqaüdlərdən yalnız biri - ən yüksəyi verilir. İddiaçıya veteranlığına görə Prezidentin təqaüdü 2016-cı ildə və müharibə əlilliyinə görə Prezidentin təqaüdü 2017-ci ildə təyin olunub. O, 15 aprel 2019-cu il fərmanından nə məlumatlı olmuş, nə də onu bu barədə heç bir qurum məlumatlandırmıyıb. Bu səbəbdən veteranlıq təqaüdünün ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmış və cavabdeh tərəfindən ondan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilən 2720 manat məbləğində pulun tutulması barədə xx.xx.2022-ci il tarixli 6054 nömrəli qərar qəbul olunmuşdur. İddiaçı hesab edir ki, həmin qərar qanunsuzdur. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik müəyyən edildiyindən Azərbaycan Respublikasının ərazi bütövlüyününü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə əlillərinə verilən Prezident təqaüdü təyin edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2019-cu il Fərmanı ilə müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. İnzibati orqan tərəfindən aparılmış yoxlama zamanı məlum olmuşdur ki, iddiaçıya müharibə əlillərinə verilən Prezident təqaüdü ödənildiyi halda xx.xx.2019-cu il tarixindən müharibə veteranlarına verilən Prezident təqaüdü təyin edilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezdentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il 641 nömrəli Fərmanına əsasən prezinet təqaüdünü almaq hüququ olan şəxslərə təqüdlərdən yalınz biri - ən yüksəyi verilir. Lakin aparılmış yoxlama zamanı xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixədək 2720 (iki min yeddi yüz iyirmi) manat müharibə veteranı kimi ödənilmiş Prezident təqaüdünün artıq ödənildiyi müəyyən edilmiş, ödəniş dayandırılmış, artıq ödənilmiş vəsaitin tutulması barədə qərar qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2096/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2019- cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilmiş 2720 manatın tutulması barədə xx.xx.2022-ci il tarixli 6054 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik müəyyən edildiyindən Azərbaycan Respublikasının ərazi bütövlüyününü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə əlillərinə verilən Prezident təqaüdü təyin edilmiş, lakin yoxlama zamanı aşkar olunmuşdur ki, ona xx.xx.2019-cu il tarixindən müharibə veteranlarına verilən ikinci bir prezident təqaüdü təyin edilərək ona xx.xx.2022-ci il tarixinədək 2720 manat təqaüdü artıq ödənilmişdir. Halbuki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il 641 nömrəl müvafiq olaraq, ona bir təqaüd (ən yüksəyi) ödənilə bilərdi. Ona görə də həmin dövr üçün ödənilmiş 2720 manatın tutulması barədə xx.xx.2022-ci il tarixli qərarı əsasılıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Əlizadə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdeh tərəfi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, xx.xx.2017-ci il tarixdən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyi nəzərə alınmaqla, cavabdeh tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyününü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə əlillərinə verilən Prezident təqaüdü təyin edilmiş,lakin sonradan, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2019-cu il Fərmanı ilə müharibə veteranlarına təsis edilən ikinci bir «Prezident təqaüdü” dəxx.xx.2019-cu il tarixdən etibarən, həmin fərmanın tələblərinə zidd olaraq ona əlavə olaraq təyin edilərək xx.xx.2022-ci il tarixədək ödənilmişdir. Bu hal yoxlama zamanı aşkar olunmuş və cavabdeh ikinci təyinatı dayandıraraq, 01.09.2-19xx.xx.2022 dövrü üzrə iddiaçıya artıq ödənilmiş 2720 manat məbləğin tutulması barədə xx.xx.2022-ci il tarixli 6054 nömrəli qərar qəbul etmişdir ki, konkret halda da iddiaçı həmin qərarın ləğv olunmasını məhkəmə qaydasında tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Birincisi iş materiallarından görünür ki, inzibati qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmamış cavabdeh orqan tərəfindən mübahisələndirilən qərar qəbul olunarkən Qanunun qeyd olunan tələblərinə riayət olunmamışdır. Digər tərəfdən, istər «Sosial müavinətlər haqqında Qanunun 12.2-ci maddəsinin, istərsə də «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinin tələblərində artıq ödənilmiş müavinətin və ya pensiyanın tutulma qaydasının qanunverci belə tənzimləyir ki, şəxs artıq ödənilmiş vəsaiti könüllü qaytarmırsa, həmin vəsait ondan məhkəmə qaydasında tutular. Cavabdeh tərəfindən isə qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmamış, iddiaçıdan artıq ödənilmiş pul vəsaiti adı altında onun iştirakı olmadan və onun razılığını almadan, özbaşına şəkildə 2720 manat vəsaitin tutulması barədə qərar qəbul etmişdir. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 67.5-ci maddəsi isə nəzərədə tutur ki, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıdan “xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilmiş 2720 manatın tutulması barədə xx.xx.2022-ci il tarixli 6054 nömrəli mübahisələndirilən qərarın qəbul edilməsinin əsassız olduğu sübuta yetirilir (Cavabdeh tərəfindən apellyasiya şikayətində «İnzibati icraat haqqıda» Qanunun 67.6-cı maddəsinin tələbində sadalanan hallara yol verilməsinə dair heç bir dəlili də mövcud deyil və belə hallara yol verildiyi mübahisələndirilmir). Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi və cavabdehin mübahisələndirilən qərarının ləğv edilməsi işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2096/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2096/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2282/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2282/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver