Məhkəmə qərarları › İş №2-1(103)-2282/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2282/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2282/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil Eyyub qızının iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4768/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28 ünvanında yerləşən 10 saylı mənzillərə baxış keçirilərək həmin mənzillərin yerləşmə yerinə uyğun olaraq mənzillərə düzgün nömrənin verilməsi, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28, mənzil 10 (Yeni qaydalarla :AZ 1030, ünvan 1 ünvanına dair çıxarışda düzəlişlərin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28, mənzil 10 ünvanında (Yeni qaydalarla: AZ 1030, ünvan 1 yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilən ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Belə ki, sözügedən əmlak onun tərəfindən qanuni əsaslarla alınmış, həmin vaxt təqdim edilmiş hüquqmüəyyənedici sənədə (qeydiyyat vəsiqəsinə) əsasən mülkiyyətinə verilmişdir. Mənzilə dair ünvan dəyişikliyi olduğundan xx.xx.2024-cü il tarixdə yeni çıxarış alınmışdır. Bir sıra şəxslər onun xüsusi mülkiyyətində olan sözügedən mənzildə pasport qeydiyyatında olmasına dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” müvafiq Arayış (Forma-2) təqdim edildikdən sonra ona məlum olmuşdur ki, sözügedən mənzilin köhnə ünvanı bir neçə şəxslərin mənzil ünvanı ilə (nömrələnməsi) eynilik təşkil edir. Məhz bu səbəbdən də, o, mülkiyyətində olan mənzilə dair yaşayış yeri haqqında arayış almaq istəyən zaman kənar şəxslərin pasport qeydiyyatında olmasına dair sənəd təqdim edilir. Belə ki, dəhlizdə 4 mənzil vardır. Hər birinin ünvanı cavabdeh orqan tərəfindən qeydə alınan zaman yanlışlıqla Bakı şəhəri, ünvan 2 ünvan ona heç bir maneə yaratmır, lakin köhnə ünvanın rekvizitinin arxiv və baza məlumatlarında təkrarlanması mülkiyyətçi kimi hüquqlarına toxunur, mənzilə dair hər hansı bir sənəd tələb edən zaman əvvəlki ünvan üzrə sənəd təqdim edilir. Bununla bağlı cavabdeh orqana müraciət edərək, yol verilmiş texniki yanlışlığın aradan qaldırılmasını, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28, mənzil 10 (Yeni qaydalarla: AZ 1030, ünvan 1 mənzilə yenidən baxış keçirməklə faktiki vəziyyətinə və mənzillərin yerləşməsinə uyğun olaraq mənzillərin 1995-ci il tarixdə verlmiş qeydiyyat vəsiqəsinə uyğun olaraq köhnə qaydalarla nömrələrinə düzəlişlərin edilməsini və buna uyğun yeni çıxarışın verilməsini tələb etsə də, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28, mənzil 10 ünvanının arxiv və baza məlumatlarında təkrarlandığı, əvvəlki ünvana dair qeydlərdə düzəlişin edilməsinin mümkün olmadığı bildirilmiş, xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-S-0530-/2024 **********46 saylı məktubla müraciətinin müsbət həll edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən onun müraciətindən əsassız imtina edilməsi qanunla qorunan hüquqlarını və qanuni mənafelərinin pozulmasına səbəb olur. Belə ki, o, öz mülkiyyət hüquqlarını müstəqil surətdə həyat keçirə bilmir, cari hal xüsusi mülkiyyətində olan sözügedən əmlaka dair sənədləşmə işləri aparmasına əhəmiyyətli dərəcədə mane olur. Halbuki, əgər cavabdeh orqan müraciətinin təmin olunması üçün müvafiq addımlar atsa və öz üzərinə düşən öhdəlikləri icra etsə idi, onun pozulmuş hüquqları bərpa olunardı. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, göstərilən mənzil sahəsinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28, mənzil 10 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28, mənzil 10 ünvanına Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 3 ünvan rekviziti təyin edilmişdir. Mənzil sahəsinə yeni qaydalarla ünvan təyin edildiyindən əvvəlki ünvan qeydlərində düzəlişin edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4768/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatının digər iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4768/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28, mənzil 10 –Yeni qaydalarla: AZ1030, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, giriş 282, M2, m 3 İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28, mənzil 10 ünvanında İddiaçı ilə yanaşı X1, X5, X7, X6 və X3 qeydiyyyatdadır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28, mənzil 10 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. İddiaçı hazırda Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28 ünvanında yerləşən 10 saylı mənzillərə baxış keçirilərək həmin mənzillərin yerləşmə yerinə uyğun olaraq mənzillərə düzgün nömrənin verilməsi və yeni nömrəyə uyğun olaraq çıxarışda düzəliş edilməsini xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na əsasən: - 1.2. Ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. - 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. - bənd 3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; - 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak obyekti məhv olduqda. İstinad olunan normalardan görünür ki, daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmazdır və əgər texniki səhv olarsa, ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilir. Məhkəmə qeyd edir ki, işin halları ilə iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka verilmiş ünvanın, yəni ünvan 5rlanması öz təsdiqini tapır. Lakin işdən o da görünür ki, cavabdeh həmin mənzilə yeni ünvan vermişdir və verilmiş yeni ünvanın təkrarlanması halı yoxdur. Belə olan halda aydındır ki, iddiaçının hazırkı məzmunda iddia ilə məhkəməyə müraciət etməsi üçün hüquqi marağı da mövcud deyil. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, bu səbəbdən mümkün sayılmamalıdır. Apellyasiya şikayəti iddia ərizəsi ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin əsaslara yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4768/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4768/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar