Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2283/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X46 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X23 və X44 ibarət tərkibdə, X36-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X38, X47, X60, X52, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayonu Səbail Bələdiyyəsi) “torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-540/2024 saylı 26 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizə ilə Səbail rayon Bələdiyyəsinə müraciət edərək 20-ci sahə Salyan şossesi İİİ döngədə yolun sağ tərəfindən qəbiristanlığın yanında, qabaqcadan abadlaşdırıb istifada etdiyi 1800 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmişdr. Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin 27 dekabr 2003ci il tarixli 488 saylı qərarı ilə Səbail rayonu Salyan şossesi İİİ döngədə yolun sağ tərəfindən Bələdiyyəyə məxsus 1800 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında adına sənədləşdirilmiş və həmin tarixdə torpağın alqı-satqısına dair akt tərtib edilmişdir. Sonradan məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 11 aprel 1997-ci il tarixli müvafiq sərəncamlarına əsasən xx.xx.2016-cı il tarixdə X39 adına Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsi ərazisində 0,06 ha torpaq sahəsi ilkin qeydiyyatdan keçmiş və alqısatqı müqaviləsinə əsasən X19 adına özgəninkiləşdirilmiş və X32 adına olan həmin ərazidə 0,12 ha torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən X26 adına özgəninkiləşdirilmişdir. Torpağa baxış keçirərkən X60 və X32 adına ilkin qeydiyyatdan keçmiş torpaq sahələrinin bir hissəsi Səbail rayon Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Bu fakt isə onun torpaq üzərində istifadə, sahiblik və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. X48 və X40 ayrılmış torpaq sahələri ilkin hüquqmüəyyənedici sənədlərə əsasən ona ayrılmış torpaq sahələrindən kənarda olmuş, sonradan X60 və X52 həmin torpaq sahələrini sataraq ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Səbail Rayon İcra Hakimiyyətinin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamına əsasən X48 və X40 fərdi ev tikintisi üçün Bibiheybət qəsəbəsi Səlyan şossesi 11 ünvanında yerləşən "köhnə bağ" sahələrinin ərazisindən torpaq sahəsi ayrılmışdı. Təqdim edilmiş arxiv məlumatlarında olan "köhnə bağ" sahəsinin təsdiq edilmiş cizgisində yaxınlıqda 32 nömrəli yataqxana da olması göstərilir. Həmin ərazidə qəbiristanlıgın olması isə göstərilmir. Lakin Bələdiyyə tərəfindən ona verilmiş sənədlərdə və torpaq sahəsinin planında qəbiristanlığın olması qeyd olunur. İlkin torpaq sənədlərində, yəni Səbail başçısının 11 aprel 1997-ci il tarixli sərəncamında torpağın harada yerləşməsi əks olunmuşdur. Bu da onu deməyə əsas verir ki, X39 və X32 mülkiyyət sənədində qeyd edilən torpaq sahələri tamam başqa sahələrdir, başqa ərazidə yerləşir və qeydiyyat orqanı qeydiyyatı düzgün aparmamışdır. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, 0.06 ha. torpaq sahəsinə dair və 0.12 ha. torpaq sahəsinə dair aparılmış qeydiyyatın və tərtib edilmiş texniki pasportun tamamilə ləğv edilməsini xahiş etmişdir. İnzibati orqan xx.xx.2022-ci il tarixli **********57 saylı cavab məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqinda” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. X38, X47, X60 və X52, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Səbail Rayonu Səbail Bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-540/2024 saylı 26 fevral 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, qərardadda qeyd edilir ki, "... iddia tələbinin əsası kimi təqdim edilmiş Səbail bələdiyyəsinin 488 saylı, xx.xx.2005-ci il tarixli qərarı və ona əlavə edilmiş sənədlər kserosurət olduğundan onların mötəbərliyinə əsaslı şübhələr yaranmış və məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək subyektiv hüququnu təsdiq edən hüquqmüəyyǝnedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəfindən qeyd olunan qərarın əsli, yaxud lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iddiaçı hazırkı tələbi irəli sürməyə ixtiyar verən mötəbər hüquqmüəyyənedici sənəd, qanunvericiliklə müəyyən edilmiş əsas təqdim edə, beləliklə də mübahisəli torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxara bilməmişdir ki, bu da hazırkı iddia ilə bağlı onun subyektiv hüququnu istisna edir". Məhkəmənin gəldiyi bu nəticə əsassızdır, məhkəmə işi tam araşdırmamışdır. Belə ki, iddiaçı tərəfdən Səbayel bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 487 saylı qərarının və ona əlavə edilmiş sənədlərin, alqı-satqı müqaviləsinin və ödəniş qəbzlərinin əsilləri vardır və həmin sənədlər bələdiyyə tərəfindən imzalanaraq möhürlənmişdir. Həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəmə zalında hakimə təqdim edilmiş sənədlər aşağıdakılardır. 1. Səbail Bələdiyyəsinin 22 dekabr 2021-ci il tarixli məktubu (X83 tərəfindən imzalanıb və qeyd olunur ki, "bələdiyyənin arxiv sənədləri Azərbaycan Resp.Baş Prokurorluğu tərəfindən götürülmüşdür və bu səbəbdən vəkil sorğusuna cavab vermək mümkün olmur). 2. Səbail Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli məktubu (xx.xx.2005-ci il tarixli 487 saylı sərəncamla torpaq sahəsinin ayrılması barədə). Həmin məktubla təsdiq edilir ki, müvafiq müqavilə və sərəncam mövcuddur. Məhkəmə bu iki hala heç bir hüquqi qiymət verməmişdir. Qərardadda daha sonra qeyd edilir ki, "Məhkəmə araşdırması nəticəsində müəyən edilmişdir ki, iddiaçının reyestrdə qeydiyyatının ləğvini iddia etdiyi torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində deyil. İddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi, kserosurət şəklində olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 488 saylı xx.xx.2005-ci il tarixli qərarı Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialında mövcud deyil. X24 qeydiyyata alınmamışdır, sahə dövlət mülkiyyəti torpağıdır, sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir, bələdiyyə torpaqlarının alqı-satqısına dair müqavilələrin qeydiyyatı kitabı Səbail bələdiyyəsinin arxiv məlumat bazasında aşkar olunmamışdır". Qeyd edirik ki, təqdim edilmiş sənədlər mötəbərdir və Səbayel bələdiyyəsi tərəfindən verilmişdir. Dövlət Arxivinin Bakı Filialının arxivinə və X25 arxivinə Səbail Bələdiyyəsi tərəfindən sənədlərin verilməməsi ilə bağlı fikrə münasibətimiz odur ki, arxivə sənədin verilməməsi vətəndaşın hüquqlarını məhdudlaşdıra bilməz və sənədin mövcud olub olmamasını şərtləndirə bilməz, buna görə inzibati orqan məsuliyyət daşıyır. Bundan əlavə iddiaçının istifadəsində olan torpaq sahəsindən faktiki istifadə etməməsi ona əsas vermir ki, həmin torpaq sahəsi ona məxsus deyil. Faktiki olaraq üçüncü şəxsdə həmin torpaq sahəsindən istifadə etmir. Eyni zamanda Səbail Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubuna münasibət bildirərək qeyd edirik ki, məhkəmə bələdiyyənin "həmin dövrə aid müqavilə və qərarlarının qeydiyyat kitablarının "əslinin məhkəmə zalına gətirilməsini tələb etməli idi. Tələb etmənin səbəbi də odur ki, əvvəl Bələdiyyə tərəfindən ziddiyətli cavabların verilməsi buna tam əsas verirdi, lakin, məhkəmə bu faktı da araşdırmamışdır. Müvafiq sənədlərin arxivə təhvil verilməməsi və arxivdə aşkar edilməməsi ona əsas vermir ki, ümumiyyətlə belə sənədlər olmayıb. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmaqla, Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 487 saylı qərarı və ona əlavə edilmiş sənədlər mötəbər hesab olunmalı və qəbul edilməlidir. İnzibati orqanın səhvi vətəndaşın hüquqlarını pozmamalı və bunun məsuliyyəti vətəndaşın üzərinə yazılmamalıdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək sonrakı prossesual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X33 apellyasiya şikayətinə etiraz edərək, onun şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İnzibatı məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxslərin iştirakları olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxslər X19, X26, X39, X32, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri Səbail Rayonu Səbail Bələdiyyəsinin nümayəndələrinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 12 iyun 2024-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Daşınmaz Əmlakın Dövlət Reyestrində Azərbaycan Respublikasının vətəndaşı X39 adına Bakı şəhəri Sabail rayonu Bibi Heybət qəsəbəsi ərazisində ilkin qeydiyyatdan keçmiş 0.06 ha torpaq sahəsinə dair aparılmış seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli və Azərbaycan Respublikasının vətəndaşı X32 adına Bakı şəhəri Sabail rayonu Bibi Heybət qəsəbəsi ərazisində ilkin qeydiyyatdan keçmiş 0.12 ha torpaq sahəsinə dair aparılmış seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli qeydiyyatın, ilkin hüquqmüəyyənedici sənədlərə - Səbail rayon İcra Hakimiyyətinin Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamına, Bibiheybət qəsəbə nümayəndəsinin tərtib etdiyi cizgiyə və yerləşmə planına uyğun olmadığına görə ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qərardadında bildirmişdir ki, iddia tələbinin əsası kimi təqdim edilmiş Səbail bələdiyyəsinin 488 saylı, xx.xx.2005-ci il tarixli qərarı və ona əlavə edilmiş sənədlər kserosurət olduğundan onların mötəbərliyinə əsaslı şübhələr yaranmış və məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək subyektiv hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəfindən qeyd olunan qərarın əsli, yaxud lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iddiaçı hazırkı tələbi irəli sürməyə ixtiyar verən mötəbər hüquqmüəyyənedici sənəd, qanunvericiliklə müəyyən edilmiş əsas təqdim edə, beləliklə də mübahisəli torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxara bilməmişdir ki, bu da hazırkı iddia ilə bağlı onun subyektiv hüququnu istisna edir. Ona görə də iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququnun (hüquqi marağı) müəyyən edilmədiyinə istinad edərək hazırki iddia tələbini mümkün saymamışdır. Məhkəmə kollegiyası işə birinci instansiya qaydasında baxmış məhkəmənin iddianın mümkün sayılmaması ilə bağlı mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, bu növ iddianın mümkün sayılması üçün onun həm ümumi, həm də xüsusi mümkünlük şərtləri yoxlanılmalıdır. Ümumi mümkünlük şərtləri ilə bağlı tələblərə iddia cavab verir. Xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın (və ya vəzifəli şəxsin) cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar (və ya onun vəzifəli şəxsləri) tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İş materiallarında olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 488 saylı xx.xx.2005-ci il tarixli qərarının surətindən görünür ki, Səbail rayonu, Salyan şossesi İİİ döngədə yolun sağ tərəfində Bələdiyyə ərazisinə məxsus 1800 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilmişdir. Bakı şəhərində 12-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında İddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2004-cü il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Səbail rayonu, Salyan şossesi İİİ döngədə yolun sağ tərəfində Bələdiyyə ərazisində məxsus 1800 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqısatqı qaydasında İddiaçı adına sənədləşdirilmişdir. İddiaçı tərəfindən kserosurət formasında Səbail rayonu, Salyan şossesi İİİ dönqədə yolun sağ tərəfində Bələdiyyə ərazisində məxsus 1800 kv.m. torpaq sahəsinin planı, və Bİİ seriyalı 027867 saylı xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzi təqdim edilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin 506 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə istinad edilərək Bibiheybət qəsəbəsi ünvan 3 ünvanda yerləşən köhnə bağ sahələri X3, X8, X9, X5, X15, X10, X11, X20, X16, X27, X4, X17, X41, X6, X21, X42, X12, Qədimov Başağa Əlişan oğlunun, X18, X28, X34, X29, X30, X39, X32, X43, X13, X14, X22 və Bibiheybət qəsəbəsi N.Quliyev 45 saylı ünvanda yerləşən köhnə bağ sahəsi X7 adına sənədləşdirilmiş və orada fərdi evin tikintisinə icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il) RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Səbail rayonu BibiHeybət qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X39 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il) RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Səbail rayonu BibiHeybət qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi X32 xüsusi mülkiyyətindədir. X52 və X47 arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu Bibi-Heybət qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi X2. X60 və X38 arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu Bibi-Heybət qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 3-21-3- 30/2- 5739/2023 **********39 saylı xx.xx.2023-cü il tarixli məktub ilə RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışların və onların tərtib edilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri Səbail rayonu Bibi-Heybət qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin kadastr göstəricilərindən görünür ki, əsas döngə nöqtələrinin koordinatları: 1. X= 399613,6 Y= 4463648,72 2. X= 399639,93 Y= 4463654,67
3. X= 399645,9 Y= 4463610,19 4. X= 399619,38 Y= 4463604,66. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri Səbail rayonu Bibi-Heybət qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin kadastr göstəricilərindən görünür ki, əsas döngə nöqtələrinin koordinatları: 1. X= 399646,16 Y= 4463589,85 2. X= 399616,85 Y= 4463583,45 3. X= 399612,92 Y= 4463603,3 4. X= 399642,33 Y= 4463609,45. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 3-21-3- 30/2- 13012/2023 **********12 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Bakı şəhəri Səbail rayonu Salyan şossesində yerləşən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surəti təqdim edilmişdir. Bakı şəhəri Səbail rayonu Salyan şossesində yerləşən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 1800,0 kv.m-dir. Faktiki göstərilən torpaq sahəsi Salyan şossesi yolu kənarında relyefi mürəkkəb olan dağ ətəyi (mailli) ərazidə yerləşir. Cizgidə perimetrik ölçülər və istinad məsafələri qeyd olunmayıb. Üst-üstə düşmə halı və digər suallarla bağlı faktiki torpaq sahəsinin koordinatları baxılması üçün akta əlavə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2016-cı il) əsasən Bakı şəhəri Səbail rayonu Bibi-Heybət qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi X26 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2016-cı il) əsasən Bakı şəhəri Səbail rayonu Bibi-Heybət qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X19 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 3-48-2F/2-08017/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Səbail rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş ksero surətləri təqdim edilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 3-48-2F/2-00622/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamın və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Səbail Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2005-ci il tarixli 488 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 3-16/2-09/3-27-3958/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 488 saylı qərarı X24 qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 3-21-3-30/2-3620/2024 **********20 saylı xx.xx.2024-cü il tarixli məktub ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən şərti sərhədlərlə göstərilən torpaq sahəsi faktiki olaraq 1800,0 kv.m təşkil edir. Torpaq sahəsi dörd tərəfdən sərhədləri şərti olaraq göstərilib. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki göstərilən torpaq sahəsi Salyan şossesinin kənarında, relyefi mürəkkəb olan dağ ətəyi (maili) olan ərazidə yerləşir. Müraciətdə qeyd olunan torpaq sahələrinin koordinatlarını və yerləşməsini əks etdirən izahlı sxem əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən 1800,0 kv.m sahənin 158,0 kv.m hissəsi X32 adına **********92 reyestr nömrəsi ilə və 548,0 kv.m hissəsi X39 adına **********93 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Sahə uqodiyası qəbiristanlıqlar qeyd edilməklə dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Səbail Bələdiyyəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 05-85-xx-xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, bələdiyyə torpaqlarının alqı-satqısına dair müqavilələrin qeydiyyatı kitabı Səbail bələdiyyəsinin arxiv məlumat bazasında aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Hazırki işə birinci instansiya qaydasında baxılarkən iddiaçı tərəfindən müvafiq hüquqmüəyyənedici sənədlərin əslləri və ya notariat qaydada təsdiqlənmiş surətləri məhkəməyə təqdim olunmasa da, həmin sənədlər apellyasiya baxışı zamanı təqdim olunmuşdur. Bununla da müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçının sənədlərin əslini və ya notariat qaydada təsdiqlənmiş surətinin məhkəməyə təqdim edilməməsinə görə subyektiv hüququnun da mövcud olmadığı halı sübuta yetirilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının “Yasin Hacı oğlunun adına Bakı şəhəri Sabail rayonu Bibi Heybət qəsəbəsi ərazisində ilkin qeydiyyatdan keçmiş 0.06 ha torpaq sahəsinə dair aparılmış seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli və Azərbaycan Respublikasının vətəndaşı X32 adına Bakı şəhəri Sabail rayonu Bibi Heybət qəsəbəsi ərazisində ilkin qeydiyyatdan keçmiş 0.12 ha torpaq sahəsinə dair aparılmış seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli qeydiyyatın, ilkin hüquq müəyyənedici sənədlərə - Səbail rayon İcra Hakimiyyətinin Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamına, Bibiheybət qəsəbə nümayəndəsinin tərtib etdiyi cizgiyə və yerləşmə planına uyğun olmadığına görə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi” barədə tələbinə birinci instansiya məhkəməsi tərəfindən baxılmadığını, iddianın mümkün sayılmama əsasının mövcud olmadığını və nəticə etibarı ilə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun mövcudluğunu (hüquqmüəyənedici sənədlərinin əslini və notariat qaydada təsdiqlənmiş surətlərini məhkəməyə təqdim etdiyi üçün) nəzərə alaraq hesab edir ki, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 2-1(112)-540/2024 saylı 26 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-540/2024 saylı 26 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin.
Sədrlik edən Xəyalə Cəmilova X66 Elvin Əliyev