Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2285/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Sumqayıt Regional Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1995-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-1(112)-5108/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 18.03.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı cavabdeh tərəfindən onun işdən çıxarılması ilə bağlı 19.10.2020-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerinə - Azərbaycan Respublikası Cavabdeh Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 nömrəli X2 yanğınsöndürən vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə iddiaçıya əmək haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22.09.2020-ci ildə iddiaçını və digər işçiləri Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən FHN-ə məxsus hospitala aparıblar. Orada iddiaçıdan və digər işçilərdən analiz götürülüb. Həmin vaxt iddiaçıya bildirilib ki, iddiaçıda AMP (Metamfetamin) aşkar olunub. İddiaçı buna etiraz edib və buna görə də onu Bakı şəhərində yerləşən X3 aparıblar. Orada iddiaçı sidik və qan analizi verib. Daha sonra isə işə qayıdıb. Bakı İnzibati Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-1(112)-5108/2021 nömrəli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. İddiaçı 03.08.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-1(112)-5108/2021 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o ilk olaraq 25.12.2020-ci il tarixdə iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş və ona izah olunmuşdur ki, iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etsin. Ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəmədən geri götürüb Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Onun işdən çıxarılmağı ilə bağlı ona heç bir rəsmi qaydada məlumat verilməmişdir. Bu barədə heç bir rəsmi sənəd yoxdur. Həmçinin onun işdən çıxarıldığı vaxt ölkədə sərt karantin idi və məhkəmələr işləmirdi.Ona görə də hesab edir ki, müddət ötürülməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətini müdafiə etdiklərini və onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinə etiraz etdiyini və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “mübahisə predmeti olan əmr barədə iddiaçıya ən geci 27.10.2020-ci il tarixdə məlumat verilmişdir. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən əmrin məzmunundan 27.10.2020-ci il tarixdə məlumatlı olsa da, həmin əmrin ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə uzun müddət sonra, yəni 18.03.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cavabdeh 19.10.2020-ci il tarixli 1221/ş nömrəli əmri İddiaçı xidmətdən xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının həmin əmrin məzmunundan qeyd edilən əmrin qəbul edildiyi gün məlumatlı olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, birinci instansiya məhkəməsi qərardadında iddiaçının ən geci 27.10.2020- ci il tarixdə məlumatı olduğunu bildirsə də, iş materiallarında mübahisələndirilən əmrin iddiaçıya göndərilməsini, həmin əmrin iddiaçı tərəfindən alınmasını təsdiq edən sənəd-sübut mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadında iddiaçının əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyünü qeyd etsə də, mübahisələndirilən əmrin iddiaçıya təqdim olunması barədə hər hansı sənəd –sübut iş materiallarında mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq hüquqi yardım haqqında 19.03.2021-ci il tarixli bildiriş göndərilsə də, həmin bildirişin iddiaçı tərəfindən alınmasını təsdiq edən sənəd-sübut iş materiallarında mövcud deyil. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən mübahisələndirilən 19.10.2020-ci il tarixli, 1221-ş №-li əmrin iddiaçıya təqdim edilməsini sübut edən sənədləri cavabdeh inzibati orqandan tələb etməlidir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-1(112)- 5108/2021 nömrəli qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-1(112)-5108/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “cavabdeh tərəfindən onun işdən çıxarılması ilə bağlı 19.10.2020-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerinə - Azərbaycan Respublikası Cavabdeh Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 nömrəli X2 yanğınsöndürən vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə iddiaçıya əmək haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2285/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2285/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver