Məhkəmə qərarları › İş №2-1(103)-2286/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2286/2021

13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2286/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3669/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 15 dekabr 2019-cu il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 57 yaşının tamam olduğu 15 dekabr 2019- cu il tarixinə kimi 38 ildən çox ümumi, 20 ildən çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə rəsmən müraciət etmişdir. Lakin cavabdeh 15 dekabr 2020-ci il tarixli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı ilə qədər topladılığı ümumi is stajı staj 25 ildən az təşkil edir və eyni səbəblə, qanunvericiliyin tələbləri baxımından ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir. O, xx xxxxxx 1962-ci ildə Kəlbəcər rayonunun Əsrik kəndində doğulmuşdur və hal-hazırda Bakı şəhəri, Hovsan qəsəbəsi, Hovsan yolu küçəsi, ev 15B, mənzil 12-də yaşayır. Orta məktəbi bitirdikdən yaşadığı Əsrik kəndində fəaliyyət göstərən K.Marks adına kolxoz üzvlüyünə 03.07.1980-ci il tarixində qəbul edilmişdir və hərbi xidmətə gedən günə qədər həmin kolxozda işləmişdir. 24.04.1981-15.06.1983-cü il tarixinə kimi həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra Əsrik kəndində K.Marks adına kolxozda əmək fəaliyyətini davam etdirmişdir və 11.11.1983-cü ildə həmin kolxozdan ayrılmışdır. 28.11.1983-cü ildə Bakı Dəniz Portunda “Yupiter” teploxodunda ocaq maşinisti şagirdi vəzifəsinə işə götürülmüşdür. 03.01.1984-cü il tarixli əmrə əsasən məzuniyyətdə olan işçinin əvəzinə qazanxana maşinisti vəzifəsinə keçirilmişdir 12.01.1984-cü il tarixdə “Yupiter” gəmisində qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. 10.12.1984-cü il tarixdən 16.02.1987-ci ilədək “Yupiter” və “Maştaqi” gəmilərində qazanxana maşinisti və motorçu-motros peşələrində işləmişdir. 11.12.1989-cu ildə “Buxtoviy” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə keçirilmişdir. 16.04.1990-cı il tarixli əmrə əsasən “PKJ” gəmisinə 1 dərəcəli matros/yanğınsöndürən vəzifəsinə, 06.08.1990-cı il tarixdə “PKJ” gəmisində 1 dərəcəli motorçu-matros vəzifəsinə, 16.10.1990-cı il tarixli əmrə əsasən “Yupiter” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə, 22.10.1990-ci il tarixli əmrə əsasən “Nargen" gəmisinə 1 dərəcəli motorçumatros vəzifəsinə, 14.02.1991-ci il tarixli əmrə əsasən “Yupiter” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə, 04.11.1991-ci il tarixli əmrə əsasən növbə mexaniki vəzifəsinə, 24.02.1992-ci il tarixli əmrə əsasən “Nargen” gəmisinə növbə mexaniki vəzifəsinə, 11.05.1992-ci il tarixli əmrə əsasən “Yupiter” gəmisinə böyük mexanik vəzifəsinə, 10.07.1992-ci il tarixli əmrə əsasən “Nargen” gəmisinə növbə mexaniki vəzifəsinə, 10.09.1992-ci il tarixli əmrə əsasən “Bozqurd” gəmisinə növbə mexaniki vəzifəsinə, 01.03.1993-cü il tarixli əmrə əsasən “Əhmədli” gəmisinə növbə mexaniki vəzifəsinə, 12.03.1993-cü il tarixli əmrə əsasən “Aypara” gəmisinə növbə mexaniki vəzifəsinə, 21.01.1994-cü il tarixli əmrə əsasən DXK texniki xidmət bazasına mühəndistexnoloq vəzifəsinə keçirilmişdir. Daha sonra 10.05.1994-cü il tarixli əmrə əsasən “Şuşa” gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmiş, 12.05.1995-ci il tarixli əmrə əsasən müvəqqəti olaraq böyük mexanik vəzifəsinə, 17.08.1995-ci il tarixli əmrə əsasən böyük mexanik vəzifəsinə keçirilmişdir. 16.09.1996-ci il tarixli əmrə əsasən “N.Şirinov” gəmisinə növbə mexaniki vəzifəsinə, 22.10.1996-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisinə böyük mexanik vəzifəsinə, 21.07.1997-ci il tarixli əmrə əsasən növbə mexaniki vəzifəsinə, 28.11.1997-ci il tarixli əmrə əsasən “Əhmədli” gəmisinə növbə mexaniki vəzifəsinə, 19.02.1998-ci il tarixli əmrə əsasən Kür gəmisinə böyük mexanik- növbə kapitan köməkçisi vəzi fəsinə,05.03.1998-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə, 16.07.1998ci il tarixli əmrə əsasən “Pəhləvan” gəmisinə böyük mexanik- növbə kapitan köməkçisi vəzifəsinə, 31.07.1998-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə, 19.10.1998-ci il tarixli əmrə əsasən “Şəfəq” gəmisinə böyük mexanik- növbə kapitan köməkçisi vəzifəsinə, 01.12.1998-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə, 11.01.1999-cu il tarixli əmrə əsasən böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə, 05.01.2001-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə keçirilmişdir. 12.02.2001-ci il tarixli əmrə əsasən böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə, 04.07.2002-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə, 08.11.2002-ci il tarixli əmrə əsasən böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə, 16.09.2003-cü il tarixli əmrə əsasən böyük mexanik vəzifəsinə, 30.12.2007-ci il tarixli əmrə əsasən Kür gəmisinə böyük mexanik vəzifəsinə, 29.01.2008-ci il tarixli əmrə əsasən “S.Babayev” gəmisinə böyük mexanik vəzifəsinə, 29.02.2008-ci il tarixli əmrə əsasən “S.Babayev” gəmisində qrup mexaniki vəzifəsinə keçirilmişdir və 25.01.2010-cu il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Onun hazıradək əmək fəaliyyəti iki əmək kitabçasında qeyd edilməkdədir: birincisi AZE ******* seriyalı kolxozçunun əmək kityabçasıdır ki, onun 03.07.1980-11.11.1983-cü illərdə Kəlbəcər rayonu, Əsrik kəndindəki K.Marks adına kolxozda topladığı əmək stajı, ikincisi isə İT № ******* seriyalı əmək kitabçasıdır ki, 28.11.1983-cü il tarixdən hal-hazıra kimi topladığı iş stajını əks etdirir. Onun kolxozda əmək stajı 01 il 2 ay 19 gün, hərbi xidmət dövrü 2 il 1 ay 22 gün və İT № ******* seriyalı əmək kitabçası üzrə ümumi əmək stajı 28.11.1983-01.01.2006-cı illər arasındakı dövr üçün 22 il 1 ay 4 gün olmaqla ümumilikdə 25 il 5 ay 13 gün təşkil edir ki, bu da cavabdehin imtinasının əsassız olduğunu bildirir. Həmin müddətin 13 il 11 ay 16 günü güzəştli iş stajıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, İddiaçı 25 sentyabr 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 2 ay 24 gün) təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddiaçının iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3669/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı X1 57 yaşdan, yəni hüququnun yarandığı 15.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci ildə Kəlbəcər rayonunda doğulmuş, 24.04.1981-ci ildən 10.06.1983-cü ilə qədər (2 il 1 ay 17 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. Kolxozçunun əmək kitabçasının surətindən görünür ki, 03.07.1980-cı ildən 11.11.1983-cü ilə qədər K.Marks adına kolxozda kolxozunun üzvü kimi qəbul edilmişdir. İctimai təsərrüfatda illik əməkdə iştirakı minimumunun yerinə yetirilməsi 1980-cı ildə 212 (adam günü norması 120), 1981-ci ildə 10 (adam günü norması 120) (hərbi xidmətdə olmuş, Vİ- hərbi xidmətdən qayıtmışdır), 1983-cü ildə 108 (adam günü norması 120) gün olmuşdur. Əmək kitabçasının tərcümə olunmuş surətindən görünür ki, iddiaçı 24.04.1981-ci ildən 15.06.1983-cü ilə qədər Sovet Ordu sıralarında (2 il 1 ay 22 gün), 28.11.1983-cü ildən 16.02.1987-ci ilə qədər Bakı Dəniz portu Port donanmasının “Yupiter” teploxodunda şagird, maşinist və 1-ci dərəcəli motorçu, 1-ci dərəcəli matros, 16.02.1987-ci ildən 10.10.1987-ci ilə qədər “Maştağa” teploxodunda 1-ci dərəcəli motorist və maşinist köməkçisi, 17.10.1987-ci ildən 29.10.1987-ci ilə qədər “Nargen” teploxodunda 1-ci dərəcəli matros və motorçu, 04.12.1987-ci ildən 09.12.1989cü ilə qədər “Yupiter” teploxodunda, 09.12.1989-cu ildən 16.04.1990-cı ilə qədər “Buxtovıy” teploxodunda, 16.04.1990-cı ildən 16.10.1990-cı ilə qədər “PJK-2” teploxodunda, 16.10.1990-cı ildən 22.10.1990-cı ilə qədər “Yupiter” teploxodunda, 22.10.1990-cı ildən 14.02.1991-ci ilə qədər “Nargen” teploxodunda, 14.02.1991-ci ildən 04.11.1991-ci ilə qədər “Yupiter” teploxodunda, 24.02.1992-ci ildən 11.05.1992-ci ilə qədər “Nargen” teploxodunda, 11.05.1992-ci ildən 10.07.1992-ci ilə qədər “Yupiter” teploxodunda, 10.07.1992-ci ildən 11.09.1992-ci ilə qədər “Bozqurd” teploxodunda, 01.12.1992-ci ildən 28.02.1993-cü ilə qədər “Aypara” teploxodunda, 28.02.1993-cü ildən 20.03.1993-cü ilə qədər “Əhmədli” teploxodunda, 20.03.1993-cü ildən 21.01.1994-cü ilə qədər “Aypara” teploxodunda, 21.01.1994-cü ilə qədər 13.05.1994-cü ilə qədər TƏX texniki bazasında mühəndis-texnoloq, 13.05.1994-cü ildən 12.05.1995-ci lə qədər “Şuşa” teploxodunda mexanik və böyük mexanik, 06.09.1996- cı ildən 23.10.1996-cı ildən “N.Şirinov” teploxodunda növbə mexanik, 23.10.1996-cı ildən 21.07.1997-ci ildən “E.Kazımov” böyük mexanik və növbə mexaniki, 01.12.1997-ci ildən 20.03.1998-ci ildən “Əhmədli” teploxodunda növbə mexaniki, 20.02.1998-ci ildən 01.08.1998-ci ilədək “Kür” gəmisində mexanik, kapitan, 01.08.1998-ci ildən 19.10.1998-ci ilə qədər “Pəhləvan” gemisində kapitan, 19.10.1998-ci ildən 01.01.2008-ci ilə qədər “Şəfəq” gəmisində böyük mexanik, mexanik, 01.01.2008-ci ildən 30.01.2008-ci ilə qədər “Kür” gəmisində böyük mexanik, 30.01.2008-ci ildən 25.01.2010-cu ilə qədər “S.Babayev” gəmisində böyük mexanik (26 il 1 ay 28 gün) vəzifələrində işləmiş, 25.01.2010-cu ildən hal-hazıra qədər “Socar” ASM-də baş mexanik vəzifəsində işləyir. - "xxxx" QSC-nın İRD №-li, 26.12.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 28.11.1983-cü ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 1742/л saylı əmrə əsasən “Yupiter” gəmisinə qazanxana maşinisti şagirdi vəzifəsinə işə qəbul edilmişdir. 7/л saylı, 03.01.1984-cü il tarixli əmrə əsasən məzuniyyətdə olan işçinin əvəzinə qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. 68/л saylı, 12.01.1984-cü il tarixli əmrə əsasən “Yupiter” gəmisində qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. 2046/л saylı, 10.12.1984-cü il tarixli əmrə əsasən “Maştaqi” gəmisinə qazanxana vəzifəsində keçirilmişdir. 900/л saylı, 07.06.1985-ci il tarixli əmrə əsasən “Yupiter” gəmisinə qazanxana maşinisti vəzifəsində keçirilmişdir. 1976/л saylı, 20.12.1985-ci il tarixli əmrə əsasən “Maştaqi” gəmisinə qazanxana maşinisti vəzifəsində keçirilmişdir. 31/л saylı, 07.01.1986-cı il tarixli əmrə əsasən “Yupiter" gəmisinə qazanxana maşinisti vəzifəsində keçirilmişdir. 1748/л saylı, 13.10.1986-cı il tarixli əmrə əsasən 1 dərəcəli motorçu matros vəzifəsinə keçirilmişdir 2202/л saylı, 01.12.1986-cı il tarixli əmrə əsasən qazanxana maşinisti vəzifəsinə keçirilmişdir 300/л saylı, 16.02.1987-ci il tarixli əmrə əsasən “Maştaqi” gəmisinə qazanxana maşinisti vəzifəsində keçirilmişdir. 2166/л saylı, 11.12.1989-cu il tarixli əmrə əsasən “Buxtoviy” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə keçirilmişdir. 516/л saylı, 16.04.1990-cı il tarixli əmrə əsasən “PKJ” gəmisinə 1 dərəcəli matros/yanğınsöndürən vəzifəsində keçirilmişdir.1207/л saylı, 06.08.1990-cı il tarixli əmrə əsasən “PKJ” gəmisində 1 dərəcəli motorçu-matros vəzifəsinə keçirilmişdir.1668/л saylı, 16.10.1990-cı il tarixli əmrə əsasən “Yupiter” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsində keçirilmişdir. 1727/л saylı, 22.10.1990-ci il tarixli əmrə əsasən “Nargen" gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsində keçirilmişdir. 254/л saylı, 14.02.1991-ci il tarixli əmrə əsasən “Yupiter” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsində keçirilmişdir. 1683 л saylı, 04.11.1991-ci il tarixli əmrə əsasən növbə mexaniki vəzifəsinə keçirilmişdir. 223/л saylı, 24.02.1992-ci il tarixli əmrə əsasən “Nargen” gəmisinə növbə mexaniki vəzifəsində keçirilmişdir. 517/л saylı, 11.05.1992-ci il tarixli əmrə əsasən “Yupiter” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir. 836/л saylı, 10.07.1992-ci il tarixli əmrə əsasən “Nargen” gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir. 1117/ш saylı, 10.09.1992-ci il tarixli əmrə əsasən “Bozqurd" gəmisinə növbə mexaniki vəzifəsində keçirilmişdir. 311/ш saylı, 01.03.1993-cü il tarixli əmrə əsasən “Əhmədli” gəmisinə növbə mexaniki vəzifəsində keçirilmişdir. 384/ш saylı, 12.03.1993-cü il tarixli əmrə əsasən “Aypara” gəmisinə növbə mexaniki vəzifəsində keçirilmişdir. 65/ш saylı, 21.01.1994-cü il tarixli əmrə əsasən DXK texniki xidmət bazasına mühəndis-texnoloq vəzifəsinə keçirilmişdir. 75/k saylı, 10.05.1994-cü il tarixli əmrə əsasən “Şuşa” gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir. 102/k saylı, 12.05.1995-ci il tarixli əmrə əsasən müvəqqəti olaraq böyük mexanik vəzifəsinə keçirilmişdir. 160/k saylı, 17.08.1995-ci il tarixli əmrə əsasən böyük mexanik vəzifəsinə keçirilmişdir. 101/k saylı, 16.09.1996-ci il tarixli əmrə əsasən “N.Şirinov” gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir. 125/k saylı, 22.10.1996-ci il tarixli əmrə əsasən “E.Kazımov" gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir. 76/k saylı, 21.07.1997-ci il tarixli əmrə əsasən növbə mexaniki vəzifəsinə keçirilmişdir. 132/k saylı, 28.11.1997-ci il tarixli əmrə əsasən “Əhmədli" gəmisinə növbə mexaniki vəzifəsində keçirilmişdir. 17/k saylı, 19.02.1998-ci il tarixli əmrə əsasən “Kür gəmisinə böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir. 25/k saylı, 05.03.1998-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə keçirilmişdir. 63/k saylı, 16.07.1998-ci il tarixli əmrə əsasən “Pəhləvan gəmisinə böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir. 68/k saylı, 31.07.1998-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə keçirilmişdir. 111/k saylı, 19.10.1998-ci il tarixli əmrə əsasən “Şəfəq" gəmisinə böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir. 128/k saylı, 01.12.1998-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə keçirilmişdir. 05/k saylı, 11.01.1999-cu il tarixli əmrə əsasən böyük mexaniknövbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir. 03/k saylı, 05.01.2001-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə keçirilmişdir. 11/k saylı, 12.02.2001-ci il tarixli əmrə əsasən böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir, 04/k saylı 04.07.2002-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə keçirilmişdir. 143/k saylı, 08.11.2002-ci il tarixli əmrə əsasən böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir. 105/k saylı, 16.09.2003-cü il tarixli əmrə əsasən böyük mexanik vəzifəsinə keçirilmişdir. 162/k saylı, 30.12.2007-ci il tarixli əmrə əsasən “Kür” gəmisinə böyük mexanik vəzifəsində keçirilmişdir. 14/k saylı, 29.01.2008-ci il tarixli əmrə əsasən “S.Babayev” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir. 27/k saylı, 29.02.2008-ci il tarixli əmrə əsasən “S.Babayev” gəmisində qrup mexaniki vəzifəsinə keçirilmişdir. 02/n saylı, 25.01.2010-cu il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısım” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda maşinistlər, bütün adlarda motorçular, mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. Güzəştli pensiya üçün staj: 18 il 9 ay təşkil edir. - "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 2/02-09/409 №-li, 30.03.2021-ci il tarixli məktubdan görünür ki, cəmiyyətin sabiq işçisi İddiaçı 28.11.1983-cü il tarixindən 25.01.2010-cu il tarixinə kimi Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (hazırda "xxxx" QSC) işləmişdir. İddiaçı Cəmiyyətdə işlədiyi dövr ərzində “Yupiter”, “Maştaqi”, “Buxtovıy”, “PKJ”, “Nargen”, “Bozqurd”, “Əhmədli” (əvvəlki adı “Nargen”), “Aypara”, “Şuşa” (əvvəlki adı “Maştaqi”), “N.Şirinov” (əvvəlki adı “Bozqurd”), “E.Kazımov” (əvvəlki adı “Aypara”), “Kür”, “Pəhləvan”, “Şəfəq”, “S.Babayev” gəmilərdə müxtəlif vəzifələri icra etmişdir və qeyd edilən gəmilərin üzmə rayonu Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsidir. Gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilir: “Yupiter”yanacaq daşıyan gəmi, “Şuşa”- tanker gəmisi, “Buxtovıy”- yedək gəmisi, “PKJ”- yanğın söndürən gəmi, “Nargen”- yanacaq daşıyan gəmi, “N.Şirinov" -yedək gəmisi, “E.Kazımov”yedək gəmisi, “Kür”-neft yığan gəmi, “Pəhləvan”- kran gəmisi, “Şəfəq”-neft yığan gəmi və “S.Babayev”-yedək gəmisidir. - Milli Arxiv İdarəsi Kəlbəcər Rayon İcra Hakimiyyəti Kəlbəcər rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 10 №-li, 05.05.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Kəlbəcər rayon K.Marks adına kolxozunda 0X.07.1980 ci il tarixdən 02.11.1983 cü il tarixə qədər işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv İdarəsində heç bir əsaslı fond işi mövcud deyildir. Kəlbəcər rayonu 02 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün Kəlbəcər rayonunun idarə, müəssisə və təşkilatlarının, eləcə də kolxoz və sovxozlarının 02 aprel 1993-cü il tarixə qədər Kəlbəcər rayon Dövlət Arxiv idarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. - Cavabdehin iddiaçının 25.09.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 15.12.2020-ci il tarixli, **********9 №-li məktubdan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 2 ay 24 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbini təmin etmiş, İddiaçı 57 yaşdan, yəni 15.12.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini qərara almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Cavabdehin imtina məktubundan və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh öz imtinasını və şikayətini 01.01.2006-cı il tarixədək ümumi iş stajının toplanmaması ilə əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən də göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçının Kəlbəcər rayonu Karl Marks kolxozunda işləməsinə dair əmək kitabçasında olan qeydlərin əmrlərlə öz təsdiqini tapmamış və məhkəmə tərəfindən bu barədə hər hansı bir araşdırılma aparılmamışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, kolxozçunun əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi əmək kitabçasında iddiaçının K.Marks adına kolxozda faktiki olaraq işlədiyi adam günü və kolxoz üzrə müəyyən olunmuş adam günü normaları qeyd olunmuşdur. Həmin qeydlərə əsasən iddiaçı 1980-cı ildə 212 gün, 1981-ci ildə 10 gün, 1983-cü ildə 108 gün, ümumilikdə 330 gün, yəni 11 ay iş stajına malik olmuşdur. İddiaçının kolxozda işlədiyi, hərbi xidmətdə olduğu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (hazırda "xxxx" QSC) işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı ilədək ümumi iş stajının 25 il 1 ay 24 gün təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçının Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (hazırda "xxxx" QSC) işlədiyi vəzifələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2-ci bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda maşinistlər, bütün adlarda motorçular, mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifələrinə uyğun olmaqla 01.01.2006-cı ilədək güzəştli iş stajı 13 il 11 ay 16 gün təşkil edir. Ona görə də apellyasiya şikayətinin dəlilləri bu hissədə əsaslı hesab edilərək təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini əsaslı hesab edərək təmin etmiş və İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 15.12.2019-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsini cavabdehə həvalə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3669/2021 saylı, 02 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar