Məhkəmə qərarları › İş №2-1(103)-2288/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2288/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2288/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Abbasov Zeynəlabiddin Abbas oğlunun katibliyi, İddiaçılar İddiaçı və X2 , üçüncü şəxs X3 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı və X2 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxslər X9, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) “sərəncamın ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2022 saylı, 18 aprel 2022-ci il tarixli qərarından üçüncü şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan ilkin icraat : İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 7 saylı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu pozan Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017- ci il tarixli Ə-42/2- 09/2-t/1 saylı qanuna zidd aktının və həmin aktın təsdiq edilməsi və X3 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamın ləğv olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixdə X8 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun mənzil mülkiyyətçisi olduğu Bakı şəh., Səbail ray., Buxta küç., 7 nömrəli çoxmənzilli yaşayış binasının tərkib hissəsindən maneəsiz istifadə etmək hüququnun, həmin binada ümumi paylı mülkiyyət hüqununun pozulması nəticəsində qəbul etdiyi 28 dekabr 2017-ci il tarixli, 171 nömrəli sərəncamın ləğv edilməsi, həmin binanın ikinci mərtəbəsində yerləşən dəhliz sahəsində və pilləkən qəfəsinin yerində X10 və X5 tərəfindən lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikilmiş tikintilərin onların şəxsi vəsaiti hesabına sökülməsi və Buxta küçəsi, 7 nömrəli çoxmənzilli yaşayış binasının və həmin binada yerləşən 29 nömrəli mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsini, bacısı İddiaçı iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində başlanmış, hazırlıq icraatında olan (hakim Ş.Məmmədova) 1(81)-2133/2018 saylı inzibati işin onun iddiası ilə əlaqəli olmasını nəzərə alaraq, onların bir icraatda birləşdirilməsini və baxılaraq qərar qəbul edilməsini təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-38/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiası (üçüncü şəxs X9) Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli, Ə-42/2/09/2-t/1 saylı aktının ləğv olunması hissəsində mümkün sayılmamışdır. Qərardaddan apelyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-38/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddiası (X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) “Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli Ə-42/2- 09/2- t/1 saylı aktının təsdiq edilməsi və X3 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında” Bakı şəhəri Cavabdeh başçısının 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamının ləğv olunması hissəsində təmin olunmamış, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsində aparılan ilkin icraat : Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1145/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2-1(112)-38/2020 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X9) Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 7 saylı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu pozan Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli Ə-42/2-09/2-t/1 saylı qanuna zidd aktının və həmin aktın təsdiq edilməsi və X3 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamın ləğv olunması barədə tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində aparılan təkrar icraat : Birinci instansiya məhkəməsində işə təkrar baxış zamanı apelyasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X8 İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatında birgə iddiaçı qismində iştirakı nəzərə alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Cavabdeh 200 (iki yüz) manat miqdarında cərimə edilmişdir. Bakı Şəhəri Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı ilə onun üzərinə qoyulmuş cərimənin ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2022 saylı 15 aprel 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Cavabdeh Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı ilə onun üzərinə qoyulmuş 200 manat miqdarında cərimənin götürülməsi barədə ərizəsi təmin edilməmişdir. (hakim: G.Sevdimalıyeva) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2022 saylı, 18 aprel 2022-ci il tarixli qərarı ilə iddia tələbi Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktının təsdiq edilməsi və vətəndaş X3 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısının 171 saylı 28 dekabr 2017-ci il tarixli Sərəncamının ləğv edilməsi hissəsində təmin edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq Cavabdehndən 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi Buxta küç., 7 nömrəli binanın ikinci mərtəbəsində yerləşən dəhliz sahəsində və pilləkən qəfəsinin yerində X9 və X6 tərəfindən lazımi icazələr alınmadan, şəhərsalma və tikinti norma və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikilmiş tikintilərin onların şəxsi vəsaiti hesabına sökülməsi, Buxta küç., 7 nömrəli çoxmənzilli yaşayış binasının və həmin binada yerləşən 29 nömrəli mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbel edilməsi hissəsində mümkün sayılmamışdır. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2022 saylı 15 aprel 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2468/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2022 saylı 15 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qərardan narazı qalan üçüncü şəxs X9 apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Buxta küçəsi 7 nömrəli çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 29 nömrəli mənzili X9 1990-cı illərdə dəyişmə yolu ilə əldə etmişdir. Mənzilin xarici divarları və sahə ölçüləri əldə etdiyi məqamda olduğu vəziyyətdə dəyişdirilməmiş qalmışdır. Həmin mənzilə İbadət Əskərovun adına xx.xx.1995-ci il tarixdə Qeydiyyat Vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsində mənzilin sahəsi 75,5 kv.m. göstərilmişdir. Lakin onun istifadəsinə verilmiş mənzilin faktiki sahəsi 152,8 kv.m. olmuşdur. Məhz bu səbəbdən, yəni dəyişmə yolu ilə əldə etdiyi mənzilin faktiki sahəsinin, ona verilmiş mülkiyyət sənədində qeyd olunan ölçüdən çox olduğundan, İbadət Əskərov mənzilin sahəsinin dəqiqləşdirilməsi barədə İcra Hakimiyyətinə müraciət etmişdir. Göründüyü kimi mənzilin sahəsinin qeydiyyat vəsiqəsindən qeyd olunan ölçüdən artıq olması, İbadət Əskərovun yeni tikililərin aparılması kimi fiziki təsirindən irəli gəlməmişdir. Bu artıq sahə ondan əvvəlki sahibi ilə bağlı olan haldır və ən azından 30- 40 il əvvəlki müddətlərə təsadüf edir. İcra hakimiyyəti tərəfindən təsdiqlənməsinə sərəncam verilmiş ölçülərin müəyyən edilməsi aktı İbadət Əskərov tərəfindən aparılmış yenidən qurma tikililərlə deyil, illər əvvəl istifadəsinə almış olduğu və faktiki artıq mövcud olan mənzilin sahəsinin ölçüləri ilə bağlı olmuşdur. Ona görə də məhkəmənin “yeni tikililəri aparılması və (və ya) yenidən qurma işlərinin aparılması üçün əvvəlcədən icazə alması” ilə bağlı qeyd etdiyi qayda, hazırkı iş üzrə 29 saylı mənzillə üçün mövcud hallara uyğun deyildir. Bu qayda yalnız üçüncü şəxs tərəfindən dəhlizdə aparılmış 0,85 x 0,75 m. ölçüdə, 0,64 kv.m. sahədə apardığı tikili üçün keçərli ola bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Apellyasiya Məhkəməsinin mövqeyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı apelyasiya baxışının predmetini iddia tələbinin Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktının təsdiq edilməsi və vətəndaş X3 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısının 171 saylı 28 dekabr 2017-ci il tarixli Sərəncamının ləğv edilməsi hissəsi təşkil edir. Belə ki, Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə iddia tələbi həmin binanın ikinci mərtəbəsində yerləşən dəhliz sahəsində və pilləkən qəfəsinin yerində X9 və X6 tərəfindən lazımi icazələr alınmadan, şəhərsalma və tikinti norma və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikilmiş tikintilərin onların şəxsi vəsaiti hesabına sökülməsi və Buxta küç., 7 nömrəli çoxmənzilli yaşayış binasının və həmin binada yerləşən 29 nömrəli mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi hissələrində mümkün sayılmamış və həmin qərardaddan apellyasiya şikayəti verilməmişdir. İşin faktiki hallarından görünür ki, X7 məxsus Səbail rayonu, Buxta küçəsi, 7 nömrəli evin 29 saylı mənzili ilə X4 məxsus Səbail rayonu, Buxta küçəsi, 7 nömrəli evin 21 saylı qonşu mənzillərdir. Birgə iddiaçılar bacıdırlar, X8 Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 7 nömrəli evin 21 saylı mənzilin mülkiyyətçisi İddiaçı notariat qaydasında təsdiq olunmuş müqaviləyə əsasən mənzili əvəzsiz istifadə edən şəxsdir. Bacılar həmin mübahisələndirilən sərəncamdan Səbail rayon məhkəməsində qaldırılmış iddia ilə əlaqədar məlumatlı olmuşlar, bundan sonra İddiaçı xx.xx.2018-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. X8 məhkəmə araşdırmasının gedişində məhkəmə dəftərxanası vasitəsilə verdiyi xx.xx.2018-ci il tarixli ərizədə həmin iddiaya qoşulduğunu bildirmişdir. Həmçinin iş materiallarında olan: - Bakı şəhəri Cavabdeh başçısının 2967 nömrəli 17 sentyabr 1994-cü il tarixli “rayon mənzil fondunun özəlləşdirilməsi əvəzsiz olaraq vətəndaş İ.S.Əskərova şəxsi mülkiyyət kimi verilməsi haqqında” sərəncamı ilə Buxta küçəsi 7 nömrəli evin ümumi sahəsi 75,5 kv. metr olan 2 otaqlı 29 saylı mənzili X3 mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti baçşısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil X3 adına xüsusi mülkiyyət kimi xx.xx.1995-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 322 nömrəli reyestr kitabının 46576 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Cavabdeh nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktından görünür ki, Texniki Komissiya aşağıdakı tərkibdə: Komissiyanın sədri Cavabdeh Başçısının müavini Abit Əliyev, komissiyanın üzvləri: Cavabdeh Başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri- Vüqar Məmmədov, Cavabdeh başçısı aparatının Hüquq şöbəsinin müdiri Maşallah Ələkbərov, Cavabdeh başçısı aparatının rayon təsərrüfat şöbəsinin böyük məsləhətçisi (memar) Kamil Məmmədov, Səbail rayon MKTB-nin nümayəndəsiİsmayıl Atayevin iştirakları ilə X3 mülkiyyətində olan mənzilin ölçülərinin dəqiqləşdirilməsi ərizəsi əsasında yerində aparılmış ölçmə işlərinin nəticəsinə baxılmışdır. Tədim olunmuş sənədlərdən məlum olmuşdur ki, Səbail rayonu, Buxta küçəsi, ev 7, 29 saylı mənzilin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli, 43894 saylı Qeydiyyat Vəsiqəsində ümumi sahəsi 75,5 kv. metr olmaqla həqiqətən X3 mülkiyyətindədir. Yerində aparılmış yenidən ölçmə zamanı məlum olmuşdur ki, Səbail rayonu, Buxta küçəsi. ev 7, 29 saylı mənzilin ümumi sahəsi 152,8 kv. metr olmaqla X3 istifadəsindədir. Yuxarıda qeyd olunanları, Cavabdeh nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli Ə42/2-091/2-t/1 saylı aktını, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23 və 24-ci maddələrini və Yerli İcra hakimiyyətləri haqqında Əsasnamənin 6.8-ci maddəsini rəhbər tutaraq komissiya üzvləri aşağıdakıları qərara almışdır: 1) Səbail rayonu, Buxta küçəsi, ev 7, 29 saylı mənzilin ümimi sahəsi 152,8 kv. metr hesab edilsin. - Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktının təsdiq edilməsi və vətəndaş X3 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısının 171 saylı 28 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Cavabdeh nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın Ə-42/2-091/2-t/1 saylı xx.xx.2017-ci il tarixli aktı təsdiq edilmiş, Səbail rayon Buxta küçəsi, ev 7, 29 saylı mənzilin ümumi sahəsi 152,8 kv.m hesab edilmişdir. - Cavabdeh başçısının aparatının xx.xx.2015-ci il tarixli 10-782 nömrəli məktubu ilə iddiaçıya, qonşu tərəfindən yaşadıqları binanın giriş-çıxışı üçün nəzərdə tutulan pilləkənin zəbt edildiyini, qonşuların ümumi istifadəsində olan eyvanda mənzil tikməklə yaşayış hüquqlarının məhdudlaşdırılması barədə müxtəlif dövlət qurumlarına ünvanlanan, Memarlıq və Şəhərsalma Baş idarəsindən Cavabdehnə daxil olmuş 1172 saylı, xx.xx.2015-ci il qeydiyyat tarixli məktubla əlaqədar, qonşu ilə aralarında yaranmış mübahisə məhkəmə predmeti olduğundan aidiyyatı üzrə müvafiq məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********74 nömrəli cavab məktubunda Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, 7 saylı binanın texniki pasportuna dair məlumatın (sənəd) idarənin arxivində aşkar edilməməsi qeyd edilmiş və sorğuda qeyd olunan İddiaçı istifadəsində olan Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, ev 7, 21 saylı mənzilə dair texniki pasportun təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, bina 7, 21 saylı mənzil X2 mülkiyyətindədir. xx.xx.2012-ci il tarixdə tərtib edilmiş texniki pasportdan müəyyən olunur ki, X4 məxsus Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, bina 7, 21 saylı mənzil iki mərtəbəli binanın ikinci mərtəbəsində 1 otaqlı mənzilin ümumi sahəsi 22,9 kv.m, yaşayış sahəsi 16 kv.m, dəhliz 6,90 kv. m-dən ibarətdir. - Mənzilin əvəzsiz istifadəyə verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, bina 7, mənzil 21 X8 tərəfindən İddiaçı əvəzsiz istifadəsinə verilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırki iş üzrə verilmiş xx.xx.2020-ci il tarixli 10/1712 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, İddiaçı mübahisələndirdiyi Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti başçısının Bakı şəhəri, Cavabdeh nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli Ə-42/209/2-t/1 saylı aktın təsdiq edilməsi və vətəndaş X1 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında 171 saylı xx.xx.2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilən X7 məxsus Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi, 7 saylı evin, 29 saylı mənzilin 2-ci mərtəbəsində yerləşən pilləkan meydançasına daxil olduqda sağ tərəfdə evə bitişik vəziyyətdə 0,64 kv. metr (0,85 x 0,75 m) sahəsi olan anbar tikilisinin quraşdırıldığı müəyyən edilmişdir. Həmin tikilinin İddiaçı yaşadığı Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 7 saylı evin 21 saylı mənzilindən istifadə hüququna (giriş çıxış və s.) maneə törətmədiyi müəyyən edilmişdir. Lakin sahəsi 0,64 kv. metr (0,85 x 0,75 m) olan anbar tikilisi ümumi istifadə üçün nəzərdə tutulmuş giriş-çıxış yolunun üzərində quraşdırıldığını nəzərə alaraq ümumi istifadədə olan pilləkan meydançasından istifadə olunmasına maneələr törətdiyi müəyyən edilir. AR Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Göründüyü kimi, işin hallarından çoxmənzilli binanın mülkiyyətçilərin ümumi istifadəsində olan hissələrindən istifadəyə maneə yaratmaqla yenidən qurulma işləri aparılmış olması müəyyən edilir. AR Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edilən normalara istinad etmiş, yekun mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “... mövcud mənzil qanunvericiliyi yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nədən ibarət olduğunu aydın müəyyən edir. Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktında yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nədən ibarət olduğu göstərilmədən (yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarət olması) yerində aparılmış yerində ölçmə işlərinin nəticələri (post factum) təsbit olunmuşdur. Bakı şəhəri Cavabdeh başçısının 171 saylı 28 dekabr 2017-ci il tarixli Sərəncamı ilə komissiyanın həmin aktı təsdiq edilərək X3 mənzil ölçülərinin dəqiqləşdirilmişdir. Halbuki yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması müvafiq qərar əsasında (ipso facto) aparılmalıdır. Odur ki, məhkəmənin qənaətinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması müvafiq qərar əsasında aparılmalı olduğundan mənzil ölçülərinin dəqiqləşdirilməsi ilə bağlı Cavabdeh tərəfindən qəbul edilmiş sərəncam mənzil qanunvericiliyinin qeyd edilən maddələrinə uyğun hesab edilə bilməz.” Yuxarıda qeyd edilən qanunvericilik aktlarından da aydın olduğu kimi, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılmalıdır. Hazırkı işin faktiki hallarına əsasən Bakı şəhəri Cavabdeh başçısının 2967 nömrəli sərəncamı ilə Buxta küçəsi 7 nömrəli ev ümumi sahəsi 75,5 kv. metr olmaqla İ.S.Əskərova şəxsi mülkiyyət kimi verilmiş, lakin, sonradan Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli Sərəncamı ilə evin ümumi sahəsi mənzil ölçülərinin dəqiqləşdirildiyinə əsaslanılaraq 152,8 kv.m göstərilmişdir. Kollegiya bildirir ki, işdən çoxmənzilli binanın müvafiq mənzilinə dair yenidən qurulma işləri aparılmış olması müəyyən edilir. Bu halda isə müvafiq yenidən qurulma və planlaşdırma işləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş qərar qəbul edilmək əvəzinə, Bakı şəhəri Cavabdeh mübahisələndirilən sərəncamı əsasında dəqiqləşdirmə adı altında mənzilin sahəsi əsassız olaraq 75,5 kv.m-dən artırılaraq, 152,8 kv.m qeyd edilmiş, nəticədə çoxmənzilli binanın digər sakinlərinin ümumi istifadəsində olan sahələrə müdaxilə edilməklə, ümumi mülkiyyətdən istifadə hüquqlarının pozulmasına qanunsuz olaraq əsas vermiş inzibati akt qəbul edilmişdir. Göründüyü kimi iddiaçılar tərəfindən mübahisələndirilən sərəncam Mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə uyğun qəbul edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində yerli icra hakimiyəti başçısının səlahiyyətidir. Əsasnamənin 6.8-cı bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamı qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri də kobud surətdə pozulmuşdur. Qeyd edilən Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Hazırki mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən maraqlarına toxunan qonşuların inzibati icraata cəlb olunmaları, dinlənilmə hüquqlarının təmin olunması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh vətəndaşın müraciəti əsasında mənzil ölçülərinin dəqiqləşdirilməsi ilə bağlı səlahiyyətləri olsa da, səlahiyyətlərdən sui-istifadə edilərək, dəqiqləşdirmə aparılması adı altında mənzilin “İnzibati icraat haqqında” AR Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən Bakı şəhəri Cavabdeh başçısının 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamı həm Mənzil qanunvericiliyinin, həm də İnzibati icraatın aparılması qaydalarının pozulması şəraitində qəbul edildiyindən, müvafiq Sərəncam qanunsuz inzibati akt olmaqla məhkəmə qaydasında ləğv edilməlidir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlili olan İcra hakimiyyəti tərəfindən təsdiqlənməsinə sərəncam verilmiş ölçülərin müəyyən edilməsi aktının onun tərəfindən aparılmış yenidən qurma tikililərlə deyil, illər əvvəl istifadəsinə almış olduğu və faktiki artıq mövcud olan mənzilin sahəsinin ölçüləri ilə bağlı olmasına münasibətdə qeyd edir ki, mövcud mənzil qanunvericiliyi yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nədən ibarət olduğunu aydın müəyyən edir. Qeyd edilən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktında isə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nədən ibarət olduğu (yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarət olması) göstərilməmişdir. Göstərilən aktda yalnız yerində aparılmış ölçmə işlərinin nəticələri (post factum) təsbit olunmuşdur. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi və prosessual hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, üçüncü şəxsin apelyasiya şikayəti isə məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxs X3 apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxsin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2022 saylı, 18 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar