Məhkəmə qərarları › İş №2-1(103)-2288/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2288/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2288/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X2 və X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “pul tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2262/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icra edilməsi vəzifəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoymaq, ona 2011-ci ildən 2021-ci ilin iyul ayına qədər çatacaq cərimələrdən ödənilən 25% miqdarında məbləğin və gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək barəsində “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 461 nömrəli, xx.xx.2011-ci il tarixli Fərmanının tətbiq edilərək xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində cərimələrdən ödənilən 25% miqdarında məbləğin və gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci il tarixdən X11 Departamentinin (departamentin adı bir neçə dəfə dəyişdirilmişdir) hüquqşünas, hüquq şöbəsinin rəisi vəzifəsində işləmişdir. Demək olar ki, Nazirliyin səlahiyyətlərinə aid inzibati qərarların 90%-nin qəbul edilməsi, baxışa hazırlanması, məhkəmələrdə müdafiə edilməsi, icrasının təmin etdirilməsi onun tərəfindən həyata keçirilmişdir. Lakin əvvəlki rəhbərliyin ona qarşı əsassız qeyri-səmimi olması nəticəsində bir neçə il bundan əvvəl Azərbaycan Respublikasının Prezidentinin 1 iyul 2011-ci il tarixli, 461 nömrəli Fərmanına əsasən ödənilən cərimələrdən daxil olan vəsaitin 25%-i əməkdaşların maaşlarına əlavə ediləndə o, “yaddan çıxmışdır”. O vaxt bundan onun xəbəri olmamışdır. Baxmayaraq ki, onun tərəfindən ödənişlə əlaqədar dəfələrlə rəhbərliyə sənədlər hazırlanıb təqdim edilsə də, heç bir nəticəsi olmamışdır. Başqa əməkdaşlara orta hesabla təxminən 7-10 (yeddi-on) min AZN məbləğ ödənilmiş və hesab edir ki, ona ödənilməli məbləğ həmin məbləğdən çox olmalıdır. Ona görə ki, onlar müəyyən inzibati işlərin rəsmiləşdirilməsində iştirak etmişlər, o isə departamentdə qəbul edilmiş bütün qərarların hazırlanmasında, qəbul edilməsində və s. aparıcı rol oynamışdır. O, müvafiq sənədlərin verilməsi üçün dəfələrlə müraciət etmişdir, lakin sənədlər ona verilməmişdir. Məcbur olub yeni rəhbərliyə 2 dəfə müraciət etmişdir, lakin uzun müddət keçməsinə baxmayaraq, heç bir cavab almamışdır. Lakin, yeni rəhbərliyin obyektivliyinə, əməkdaşlara göstərdiyi humanistliyinə və s. müsbət xüsusiyyətlərinə inanaraq mübahisənin məhkəmədən kənar həll olunmasına ümid bəsləyir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 461 nömrəli Fərmanına və həmin Fərmana əsasən X11 üzrə dövlət fondu haqqında əsasnaməyə edilmiş dəyişikliyə əsasən X11, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə ödənilmiş cərimələrin 25%-i Ekologiya və X10 müvafiq əmrinə əsasən X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşların əmək haqlarına əlavə kimi verilmişdir. Ərizəçi İddiaçı Sabir oğlu isə işlədiyi vəzifə (hüquqşunas vəzifəsi) X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsini təmin edən vəzifələrə şamil edilmədiyindən 25% məbləğində əlavələrin verilməsi ona şamil edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 461 nömrəli Fərmanı verildiyi zaman Nəcəfov X8 və Təbii Sərvətlər Nazirliyinin X11 Departamentinin hüquq məsələləri üzrə baş məsləhətçisi vəzifəsində işləmiş və yeni qəbul olunmuş normativ aktlardan birbaşa xəbəri olmuş, buna baxmayaraq, nədənsə işlədiyi dövrdə hüquqlarının pozulması barədə rəhbərliyə müraciət etməmişdir. Nəticədə iddia müddəti keçmiş və əsassız olan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2262/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (hakim Ş.Həsənova) ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2245/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.Hüseynov, hakimlər – S.Bəktaşi və A.Hüseyn) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2262/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmuş, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 461 nömrəli, xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində cərimələrdən ödənilən 25% miqdarında məbləğin və gecikdirilmiş əmək haqqına görə faizin İddiaçı ödənilməsi vəzifəsinin qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2245/2022 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2023-cü il tarixli, 2-1(102)-456/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2245/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2262/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından aşağıdakılar məlumdur: - İddiaçıya məxsus xx.xx.2001-ci il tarixli, ИТ-0386387 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və X4 X1 hüquqşünası, xx.xx.2002-ci ildən xx.xx.2003cü ilədək Müfəttəşliyin hüquq şöbəsinin rəisi, xx.xx.2003-cü ildən xx.xx.2008-ci ilədək sektor müdiri, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Departamentində məsləhətçi, xx.xx.2010-cu ildən xx.xx.2018-ci ilədək Departamentin hüquqi təminat sektorunun məsləhətçisi, xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək X11 X5 və X11 üzrə Dövlət Fonduna daxilolmaların təşkili sektorunda məsləhətçi, sektor müdiri, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək X6 Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin hüquq məsələri üzrə məsləhətçisi vəzifələrində işləmişdir. - Ekologiya və X10 412/k nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, qeyd olunan əmrə əsasən X6 Xidmətinin Hüquqi Təminat, insan resursları və sənədlərlə iş şöbəsinin hüquq məsələləri üzrə məsləhətçisi – 2-ci dərəcə dövlət qulluqçusu İddiaçı xx.xx.2020-ci il tarixdən “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş, həmin Qanunun 33.2-ci maddəsinə uyğun olaraq pensiya yaşına çatdığına görə öz arzusu ilə dövlət qulluğundan çıxdığı üçün İddiaçı ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/243-09 nömrəli məktubdan görünür ki, nazirliyin sabiq işçisi İddiaçı işlədiyi hüquq məsələləri üzrə məsləhətçi vəzifəsi “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 461 saylı Fərmanının təsir dairəsinə düşmür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli, 461 nömrəli Fərmanın 1-ci bəndinə əsasən “X11 haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilməsi qərara alınmışdır. Ekologiya və X10 94/Ü saylı, xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “X11 haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitdən Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Metodikasının: - 2.1.1-ci bəndinə əsasən aylıq vəzifə maaşına əlavənin hesablanması zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində fəaliyyət göstərən təşkilatlarının müvafiq əməkdaşlarının hər biri tərəfindən toplanılmış və ödənilmiş cərimələrin miqdarının ümumilikdə fonda ödənilmiş cərimələrin miqdarına nisbəti nəzərə alınır. - 3.2-ci bəndinə əsasən aylıq vəzifə maaşına əlavələrin ödənilməsi məqsədilə X11 Departamenti X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində fəaliyyət göstərən təşkilatlarının hər bir müvafiq əməkdaşı və onlar tərəfindən toplanılmış və ödənilmiş cərimənin məbləğini əks etdirən təsdiq edilmiş məlumatları hər ay (rüb) üçün növbəti ayın 1-dən, dekabr ayı üçün isə həmin ayın 20-dən gec olmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və Təsərrüfat Şöbəsinə təqdim edir. Bəhs edilən qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki, Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına “X11 haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi əlavənin ödənilməsi nəzərdə tutulur. Lakin qeyd olunmalıdır ki, bu əlavəni almaq hüququ yalnız Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlara şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia üzrə mübahisənin həllində mühüm rol oynayan arqument məhz iddiaçının xx.xx.2011-ci ildən xx.xx.2020-ci ilədək işlədiyi vəzifələrin Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11nə dövlət nəzarətinə və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsinə aid olub-olmamasıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X11nə dövlət nəzarəti həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində işləyən işçilərin vəzifə təlimatından görünür ki, X11 Departamenti, X11nə və təbii ehtiyatlara dair qanunvericiliyin icrasına nəzarət sektorunun baş məsləhətçisi-müfəttişin, aparacı məsləhətçi-müfəttişin, məsləhətçi-müfəttişin qulluq funksiyaları ekoloji tarazlığın qorunmasına, X11 və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühit və təbii sərvətlərin mühafizəsi və istifadəsi sahəsində qanunvericiliyə riayət olunmasına, ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsinə, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə operativ nəzarətin həyata keçirilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət növləri nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi, ətraf mühitə zərərli maddələr atılmasının (axıdılmasının) limitlərinin müəyyən edilməsində iştirak edilməsi və ona nəzarətin həyata keçirilməsi; ətraf mühiti çirkləndirici mənbələrinin uçotunu aparılması, onların ekoloji zərərlilik dərəcəsini müəyyənləşdirilməsi, bunların aradan qaldırılması üzrə təkliflər hazırlanmasında iştirak edilməsi; yeni obyektlərin layihələrinə verilmiş Dövlət ekoloji ekspertiza rəyinin tələblərinin icrasına nəzarət edilməsi və sairədən ibarətdir. Göründüyü kimi, ətraf mühitə operativ nəzarət şöbəsinin baş məsləhətçi-müfəttişi, aparacı məsləhətçi-müfəttişi, məsləhətçi-müfəttişi vəzifəsi üzrə işləyən əməkdaşların əmək funksiyaları bilavasitə X11nə dövlət nəzarətin və ətraf mühitdən istifadənin tənzimlənməsi ilə bağlıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hər nə qədər də bu sektorda işləyən əməkdaşların funksiyaları bilavasitə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti əsasında ətraf mühitin qorunmasına yönəlsə də, inzibati orqanın bütün əməkdaşları X11nə dövlət nəzarətini həyata keçirmək səlahiyyətinə malik deyillər. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidmətinin hüquq məsələləri üzrə məsləhətçi vəzifəsinin qulluq funksiyaları hüquqi və fiziki şəxslər tərəfindən X11 sahəsində yol verilən inzibati hüquqpozmalarla əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar layihələrin hazırlanmasının həyata keçirilməsi, ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanmasında iştirak etməsi və s. ilə bağlıdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə sorğusu əsasında təqdim olunmuş vəzifə təlimatlarının təhlili zamanı müəyyən olunur ki, hüquq məsələləri üzrə məsləhətçi vəzifəsi ilə ətraf mühitə operativ nəzarət şöbəsinin baş məsləhətçi-müfəttişi vəzifəsinin oxşar cəhət kimi “nəzarət etmək” kimi funksiyası olsa da, bu funksiyanın istiqamət baxımından anlayışı bir qədər fərqlidir. Belə ki, hüquq məsələləri üzrə məsləhətçi vəzifəsində işləyən əməkdaş ətraf mühitə operativ nəzarət şöbəsinin baş məsləhətçimüfəttişi vəzifəsində işləyən əməkdaşdan fərqli olaraq xidmət üzrə akt, inzibati xəta haqqında protokol və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsində nəzarət etmək səlahiyyətinə malikdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli, 24-2 №-li qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 29 noyabr 2005-ci il tarixdə 3204 nömrə ilə qeydiyyata alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X3”nda hüquq-məsləhətçi vəzifəsinin əmək funksiyaları müəssisə, idarə və təşkilatlarda hüquqi işlərə metodiki rəhbərlik etmək; struktur bölmələrə, ictimai təşkilatlara hüquqi yardım göstərmək; iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək; müəssisə, idarə və təşkilatların bölmələrinin iştirakı ilə mənimsənilmə, israfçılıq, çatışmazlıq, keyfiyyətsiz, standartdan kənar, komplektləşdirilməmiş məhsul buraxılması və başqa qanun pozuntuları haqqında istintaq və məhkəmə orqanlarına verilməsi üçün istehsalatda olan sənədləri hazırlamaq; icrası qurtarmış məhkəmə işlərinin hesabını və mühafizəsini aparmaq; təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək; müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və digər normativ aktlara dəyişikliklər etmək və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq və s. ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi vəzifə funksiyalarını araşdırmamış, onun vəzifə funksiyalarının cavabdeh tərəfindən təqdim edilmiş X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində işləyən işçilərin vəzifə təlimatında nəzərdə tutulmasını müəyyən etməmişdir (Qərarın 31-ci bəndi). Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cavabdehin 01 iyul 2011-ci il tarixli Fərmanı hansı vəzifələrə (ştat vahidlərinə) və hansı meyarlara görə şamil etməsi, iddiaçının işlədiyi vəzifənin (ştat vahidinin) həmin vəzifələrin sırasında olub-olmaması, iddiaçının işlədiyi dövrdə (2011-2020) onun işlədiyi sektorda onunla eyni funksiyaları həyata keçirən digər əməkdaşlara Fərmanın müddəalarının tətbiq olunub-olunmaması, Fərmanın şamil olunduğu əməkdaşların və iddiaçının əmək funksiyasının müqayisəli təhlili, Fərmanın təsir dairəsinə hansı (ştat vahidlərinin) vəzifələrin daxil edilməsi və iddiaçının X11nə dövlət nəzarətini həyata keçirən şəxs, ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaş olması və Fərmanın hansı illər üzrə tətbiq edilməsi, hansı illər üzrə tətbiq edilməməsinin əsasları (Fərman iddiaçıya tətbiq edilməli olduğu halda, cərimələrin ödənildiyi illərdən asılı olaraq hansı illər üzrə iddiaçıya ödəmələrin edilməli olması) ilə bağlı da heç bir araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır (Qərarın 32-ci bəndi). Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında əksini tapmış göstərişlərdən göründüyü kimi işə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla, həmçinin yuxarıda göstərilən məsələləri araşdırmaqla qərar qəbul etməlidir. Ali Məhkəmənin göstərişini nəzərə alaraq məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilmiş və sorğuya cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-14/2-2360-D-09/2023 nömrəli məktub xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin məktubda cavabdeh orqan tərəfindən İddiaçı işlədiyi müddətdə daşıdığı vəzifənin qeyd olunan Fərmanın təsir dairəsinə düşmədiyi bildirilmişdir. Belə ki, iddiaçının tutduğu vəzifə X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşların vəzifələrinə aid deyildir. İddiaçının təlimat üzrə vəzifəsi “Hüquqi və fiziki şəxslər tərəfindən X11 sahəsində yol verilən inzibati hüquqpozmalarla əlaqədar qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərarların qəbul edilməsində və X11 qanunvericiliyinin icrası ilə bağlı göstərişlərin verilməsində iştirak etmək, mövcud qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanunvericilik aktlarının tərtib edilməsində iştirak etmək, ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə nəzərdə tutulmuş ödəniş normativlərinin hazırlanmasında iştirak etmək, şöbə müdirinin müəyyən etdiyi iş bölgüsü əsasında fəaliyyəti həyata keçirmək, Xidmət üzrə akt, inzibati xəta haqqında protokol və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarətin həyata keçirmək, Xidmət tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların və iddiaların hüquq mühafizə orqanlarında və məhkəmə instansiyalarında müzakirəsində iştirak etmək, məhkəmələrdə, hüquq mühafizə orqanlarında, eləcə də digər dövlət orqanlarında və qeyri- hökumət təşkilatlarında hüquqi məsələlərlə əlaqədar xidmətin təmsil olunması, ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanmasında iştirak etmək, ekoloji normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, fəaliyyəti ilə bağlı şöbəyə daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında”, "İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxılması və müvafiq tədbirlər görmək, fəaliyyəti ilə bağlı yaranan sənədlərin kompleksləşdirilməsi, saxlanılması və uçotunun təmin edilməsi” və s. ibarətdir. X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşların isə təlimata uyğun olaraq vəzifələri “Şöbə müdiri tərəfindən müəyyən edilmiş iş bölgüsü əsasında müvafiq işləri həyata keçirmək, Respublika ərazisində ekoloji tarazlığın qorunması, X11 və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, bu sahədə qanunvericiliyə riayət olunmasına nəzarət işinin təşkilində iştirak etmək, Respublika ərazisində ətraf mühitin və əlverişli ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsində iştirak etmək, ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların müəyyənləşdirilməsi, normativ ödəmələrin tətbiqi və ödənilməsinin təmin edilməsi, Respublika ərazisində “X11 haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləminin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Balıqçılıq haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinə nəzarət etmək, Dövlət ekoloji ekspertiza rəylərinin tələblərinə riayət edilməsinə nəzarət etmək, təbii ehtiyatlardan istifadə və X11 sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazələrin, təbiətdən istifadə müqavilələrinin şərtlərinə əməl edilməsinə nəzarət etmək, meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin qorunmasına nəzarətin həyata keçirilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyetlərinin mühafizəsinə nəzarətin həyata keçirilməsi, xidməti ərazidə fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantılarla təqdim edilmiş 2 TG (su, hava, tullantı) dövlət statistika hesabatlarının, ekoloji tədbirlər planının və digər sənədlərin qəbul edilməsi, razılaşdırılması, X11 ilə bağlı hesabatların ümumiləşdirilməsi əsasında məlumat bankının yaradılması və təkmilləşdirilməsi, X11 üzrə təhlillərin aparılması və məlumatların aparılması” və s. ibarətdir. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə üzrə öhdəlikləri X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşların vəzifələrindən tamamilə fərqlidir. 1 iyul 2011-ci il tarixli 461 nömrəli Fərmanın verilməsində məqsəd işçilərin sosial rifahının yaxşılaşdırılması, eyni zamanda korrupsiya hallarına yol verilməməsi olmuşdur. Fərmanda məhz X11nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlara əlavələrin verilməsinin nəzərdə tutulması isə bu sahədə işləyən əməkdaşların ətraf mühitdə, yəni çöl şəraitində işləmələri, bu səbəbdən də onlara əlavə təminatların verilməsi, eyni zamanda daha çox vətəndaşlarla ünsiyyətdə olmaları olmuşdur. Bundan əlavə bildiririk ki, 1 iyul 2011-ci il tarixli 461 nömrəli Fərman verildiyi tarixdən, yəni 2011-2020-ci illərdə iddiaçı ilə eyni vəzifədə (hüquqşünas) işləmiş, eyni funksiyaları həyata keçirən digər əməkdaşların heç birinə ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizindən əmək haqlarına əlavələr verilməmişdir. İddiaçının işlədiyi dövrdə 1 iyul 2011-ci il tarixli 461 nömrəli Fərmanın təsir dairəsinə düşən sektorlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 Departamentinin X11nin təşkili və təhlili sektoru, X11nə və təbii ehtiyyatlara dair qanunvericiliyin icrasına nəzarət sektoru, torpaq ehtiyatlarının mühafizəsi sektoru, ətraf mühiti əhəmiyyətli dərəcədə çirkləndirmə potensiallı obyektlərə nəzarət sektoru olmuş, lakin X11nin hüquqi təminatı sektoru bu Fərmanın təsir dairəsinə düşməmişdir. İddiaçının işlədiyi sektorun, eyni zamanda digər sektorların adları optimallaşma ilə əlaqədar bir neçə dəfə dəyişsə də hüquq, maliyyə və texniki təminat üzrə vəzifələri əhatə edən sektorlar 1 iyul 2011-ci il tarixli 461 nömrəli Fərmanın təsir dairəsinə düşməmişdir. Göründüyü kimi təkcə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqi məsələləri üzrə məsləhətçi vəzifəsi deyil, ümumiyyətlə bütün sahələrdə hüquq məsləhətçi vəzifəsində işləyən əməkdaşların vəzifə səlahiyyətləri bilavasitə hüquq sferasına aid olan nəzarətə aiddir və hüquq aspekti cəhətdən məhz həmin sfera üzrə funksiyanın icrasına yönəlir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin “Azərbaycan Respublikası Prezidentinin 461 nömrəli, xx.xx.2011-ci il tarixli Fərmanının tətbiq edilərək xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində cərimələrdən ödənilən 25% miqdarında məbləğin tutulması” hissəsinin təmin olunmaması nəticəsinə gələn birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbinin “gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddiaçının irəli sürdüyü həmin tələb bilavasitə cərimələrdən ödənilən 25 % miqdarda əlavənin ödənilməsi ilə bağlı olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən bununla bağlı hər hansı araşdırmanın aparılmasına da zərurət qalmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2262/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar