Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2288/2024 15.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı2 Böyük-Kişi qızının hüquqi varisi X22 və X10, X10 vəkili Vəkil2, Üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı2 Böyük-Kişi qızının və İddiaçı1 Böyük-Kişi oğlunun cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X17 cəlb olunmaqla “çıxarışın ləğv olunması” iddia tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1181/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından üçüncü şəxs X17 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 Böyük-Kişi qızının və İddiaçı1 Böyük-Kişi oğlunun cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə dair X6 adına aparılmış ilkin qeydiyyatın ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin xx.xx.2016-cı il tarixli məhkəmə hazırlıq icraatı iclasında “ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilə dair X6 adına aparılmış ilkin qeydiyyat əsasında verilmiş xx.xx.2000-ci il tarixli reyestr kitabı 1112, səhifə 167068, qeydə alınma 3/167068 üzrə qeydə alınmış qeydiyyat vəsiqəsinin ləğv olunması barədə” iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1181/2016 nömrəli, xx.xx.2016cı il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Azərbaycan prospekti (H.Hacıyev) ev 3 ünvanında yerləşən 7 saylı mənzilə dair X6 adına aparılmış ilkin qeydiyyat əsasında verilmiş xx.xx.2000-ci il tarixli (reyestr kitabı 1112, səhifə 167068, qeydə alınma 3/167068 üzrə qeydə alınmış) Qeydiyyat vəsiqəsinin ləğv olunması qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X17 apelyasiya şikayəti verərərk qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 və Qasımov X29 cavabbdeh mərhum atası X7, ona və Bakı şəhər 26 saylı Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi Barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər 26 saylı Notariat Kontorunda X9 ilə X17 arasında bağlanmış ünvan 3 ünvanda yerləşən 7 saylı mənzilə dair 02.12.201 O-cü il tarixli Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı həmin mənzilə dair X11 adına Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Seriya MA325365 saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur. Bakı şəhər Səbail rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(009)-2836/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X9 ilə X17 arasında bağlanmış ünvan 3 ünvanda yerləşən 7 saylı mənzilin bağışlanmasına dair bağlanmış xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Bu zaman Bakı şəhər Səbail rayon Məhkəməsi Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1181/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarını əsas tutmuşdur. Bakı şəhəri, Azərbaycan Pr., 3 saylı evin 7 saylı mənzilinə dair X11 adına Az.Resp ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Seriya MA325365 saylı Çıxarış ləğv edilmişdir. Lakin, Bakı şəhər Səbail rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(009)- 2836/2017 nömrəli qətnaməsi tamamilə qanunsuz və əsassız olduğundan tərəflərindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Belə ki, İddiaçı2 X12, Bakı şəhər Səbail rayon Polis İdarəsinə və Az. Resp. ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsəinə qarşı pasport qeydiyyatının etibarsız hesab edilməsi, mənzilin özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi tələbləri ilə Az. Resp. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və Az.Resp. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 14 mart 2014-cü il tarixli, 2-1(81)-843/2014 nömrəli qərarı ilə iddia tələb rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 14 mart 2014-cü il tarixli, 2-1(81)- 843/2014 nömrəli qərarından İddiaçı2 tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolegiyasının 10 iyul 2014-cü il tarixli 2- 1(103)- 988/14 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 14 mart 2014-cü il tarixli, 2-1(81 )-843/2014 nömrəli qərarı qismən, cavabdeh X12 münasibətdə hissəsində ləğv olunmuş, həmin hissədə iddia tələbi mümkün sayılmamaış, qalan hissədə qərar dəyişdirilədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2014-cü il tarixli 2- 1(103)-988/14 nömrəli qərarında qeyd edilmişdir ki, ARDNŞ-in Neft və X3 Mənzil Kommunal Kontorunun xx.xx.2001 -ci il tarixli 6851 saylı c ayışına, ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin A-10 saylı xx.xx.2009-cu il tarixli arayışına, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüffatı Birliyinin 151 saylı MKİS -nin 818 saylı xx.xx.2012-ci il tarixli forma 1 arayışına, həmin MKİS-nin birinci instansiya məhkəməsinə ünvanlanmış məktubuna, Quruda Neft və X4 227 Ş.h.d saylı 11,07.2000-ci il tarixli məktubuna, həmin kontorun 130 saylı xx.xx.2000-ci il tarixli forma-2 arayışına, X11 şəxsiyyət vəsiqəsinə, mənzilin bağışlama müqaviləsinə, MA 03225365 nömrəli, xx.xx.2012ci il tarixli Çıxarışa və digər sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı2 1990-cı ildən mübahisəli mənzildən qeydiyyatdan çıxmış, əsas kirayəşin X1 ölümündən sonra mənzilin şəxsi hesabı X5 adına keçirilmiş və o, 1999-cu ildən xx.xx.2011 -cı il tarixdə vəfat edənədək həmin mənzildə tək ailə üzvü kimi özü qeydiyyatda olmuş, mənzil özəlləşdirildikdən sonra ona mülkiyyət hüququna dair AR TİB-dən xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsi verilmiş, bundan sonra 2011-ci ildə o, mənzili oğlu Telman Qasımova bağışlamış və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. Həmçinin Bakı şəhər Səbail rayon Məhkəməsinin 22 oktyabr 1999-cu il tarixli qətnaməsi ilə X1 Qasımov X29na, X18 qarşı mənzilə hüququn itirilməsinə dair iddiası təmin olunaraq cavabdehlərin Bakı şəhəri, H.Hacıyev küçəsi 3 saylı evin 7 saylı mənzilinə yaşayış hüququnu itirmişlər. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 26 noyabr 2001-ci il tarixli, İMK- 2807/2001 nömrəli qətnaməsi ilə Bakı şəhər Səbail rayon Məhkəməsinin 22 oktyabr 1999-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsində aparılan icraat: Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Elektron notariat” informasiya sistemindən əldə olunmuş məlumata əsasən xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində İddiaçı2 adına vərəsəlik işi açılmışdır. İddiaçı1 adına isə vərəsəlik işinin açıldığı aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən İddiaçı2 Böyük-kişi qızının adına xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində vərəsəlik işinin açıldığı müəyyən edilmişdir, həmin iş üzrə X14 (Bakı şəhəri, R.Rza küçəsi, ev 85, mənzil 4), X22 (Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 86, mənzil 119) və X19 (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86, mənzil 12) qanun üzrə vərəsə kimi tanınmış, lakin hazırkı tarixədək vərəsəlik şəhadətnaməsi verilməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X22 və X19 iş üzrə İddiaçı2 Böyük-Kişi qızının prosessual hüquqi varisləri qismində tanınmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılan cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarınıvə apelyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin qismən təmin edilməli və iddia mümkün sayılmamalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçıların tələbi Bakı şəhəri Azərbaycan prospekti (H.Hacıyev) ev 3 ünvanında yerləşən 7 saylı mənzilə dair X6 adına aparılmış ilkin qeydiyyatın ləğv olunması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab edərək iddianı təmin etsədə, məhkəmə işin hallarına ətraflı yanaşmamış, bunun nəticəsində yalnış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 14 mart 2014-cü il tarixli, 2-1(81)-843/2014 nömrəli qərarından müəyyən edilir ki, İddiaçı2 X12 qarşı iddia qaldıraraq sonuncunun mübahisəli mənzildə pasport qeydinin etibarsız sayılaraq ləğv edilməsini, mənzilin özəlləşdirilməsinin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi tələbləri ilə məhkəməyə müraciət etmiş, lakin iddia tələbi məhkəmənin sözügedən qərarı ilə rədd edilmişdir. Birinci instansiya məhkəməsi öz qərarını aşağıdakı əsaslandırarkən qeyd etmişdir ki, “.....İddiaçı2 Böyükkişi qızı və X30-kişi oğlu mübahisəli mənzil Qasımov Böyük-kişi İbrahim oğluna ayrılan vaxt orderdə adları qeyd edilmiş və bununla da həmin mənzilə qeydiyyata düşmüşlər. xx.xx.1990-cı ildə İddiaçı2 Böyük-kişi qızı Bakı şəhəri, H.Hacıyev küçəsi ev 3, mənzil 7-dən qeydiyyatdan çıxmış və hal-hazırda Bakı şəhəri, Z.Tağıyev küçəsi ev 6, mənzil 44-də qeydiyyatdadır..... Mübahisəli mənzil X6 adına özəlləşdirilərkən həmin mənzildə İddiaçı2 Böyükkişi qızı qeydiyyatda olmamış, həmin mənzildə yalnız X6 özü qeydiyyatda olmaqla özəlləşmə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 14 mart 2014-cü il tarixli, 2-1(81)- 843/2014 nömrəli qərarından İddiaçı2 tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolegiyasının 10 iyul 2014-cü il tarixli 2-1(103)- 988/14 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 14 mart 2014-cü il tarixli, 2-1(81)-843/2014 nömrəli qərarı qismən, cavabdeh X12 münasibətdə hissəsində ləğv olunmuş, həmin hissədə iddia tələbi mümkün sayılmamaış, qalan hissədə qərar dəyişdirilədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “....mübahisəli mənzil X6 adına özəlləşdirilərkən həmin mənzilin kirayəçisi və faktiki olaraq mənzildə qeydiyyatda olan yalnız onun özü olmuşdur. İddiaçı2 apelyasiya şikayətinin dəlillərindən də görünür ki, onun tərəfindən 1990-cı ildə mübahisəli mənzildən qeydiyyatdan qeydiyyatdan çıxması və halhazırda həmin mənzildə qeydiyyatının olmaması mübahisələndirilmir.... Belə olan halda, cavabdeh Səbail RPİ tərəfindən həyata keçirilmiş pasport qeydiyyatının və Texniki İnventarlaşdırma Bürosu tərəfindən X6 adına həyata keçirilən özəlləşdirmənin və onun adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmir. Göründüyü kimi, İddiaçı2 Böyük-Kişi qızının X6 adına həyata keçirilən özəlləşdirmənin və onun adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab olunmasına dair iddia tələbi rədd edilmiş və qərar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Həmin Plenum qərarının 8.3-cü bəndinə görə, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Lakin, 8.4-cü bənddə isə qeyd edilmişdir ki, bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Sözügedən Plenum qərarına istinadən Kollegiya İddiaçı2 Böyük-Kişi qızının iddiasına münasibətdə qeyd edir ki, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələri mövcud olduğundan, hazırkı iddia mümkün sayılmamlıdır. Digər İddiaçı1 Böyük-Kişi oğluna münasibətdə isə Kollegiya qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzə kollegiyasının 1MK-2807/2001 nömrəli, 26 noyabr 1999-cu il tarixli qətnaməsin müəyyən edilir ki, İddiaçı1 Böyük-Kişi oğlu mübahisəli mənzilə, yəni Bakı şəhəri Azərbaycan prospekti (H.Hacıyev) ev 3 ünvanında yerləşən 7 saylı mənzilə dair yaşayış hüququnu Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 1999-cu il tarixli qətnaməsi əsasında itirmiş, qətnamədən apelyasiya şikayəti verilsədə, Apellyasiya Məhkəməsinin sözgedən qətnaməsi ilə şikayət təmin edilməyərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd edilmişdir ki, “...mübahisəli mənzil Bakı şəhəri, Hüsü Hacıyev küçəsi ev 3-də yerıəşən iki otaqdan ibarət olan 7 saylı mənzildən ibarətdir. İddiaçı1 Böyük-Kişi oğlunun və X15 mübahisəli mənzilə yaşayış hüquqlarının itirilməsi barədə X2 iddia tələbini iş üzrə 1-ci instansiya məhkəməsi cavabdehlərin həmin mənzildə yaşamamasını əsas tutmaqla təmin etmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 Böyük- Kişi oğlu mübahisəli mənzildən heç yerə köçüb getmədiyini, yalnız müvəqqəti olaraq bəzi günlər həyat yoldaşının qeydiyyatda olduğu evdə gecələdiyini iddia edərək qətnamənin ləğv edilməsini xahiş etsə də onun dəlilləri iş materialları ilə təkzib olunur. İş materiallarında olan arayışlardan da müəyyən edilir ki, İddiaçı1 Böyük-Kişi oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi dövrdən hazırkı dövrədək mübahisəli mənzildə qeydiyyatda olmamışdır. Göründüyü kimi, İddiaçı1 Böyük-Kişi oğlu hələ 2001-ci ildə hazırkı iddia tələbinin predmeti olan Bakı şəhəri Azərbaycan prospekti (H.Hacıyev) ev 3 ünvanında yerləşən 7 saylı mənzilə dair hüquqlarını itirdiyindən, həmin mənzillə bağlı sonradan aparılan özəlləşməni mübahisələndirmək üçün subyektiv hüququ olmamışdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, İddiaçı1 hazırkı iddia predmeti ilə bağlı iddia qaldırmağa subyektiv hüququnun müəyyən edilməməsinə baxmayaraq, məhkəmə iddianı təmin etməklə yalnış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1181/2016 nömrəli, xx.xx.2016cı il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2288/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2288/2024
15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver