Məhkəmə qərarları › İş №2-1(103)-2289/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2289/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2289/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «qərarın ləğv edilməsi ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili Vəkil, nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1854/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vegilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2003-cü il tarixdə (əvvəlki qeydiyyat 0103-P6-37363) VÖEN ********** qeydiyyat nömrəsi ilə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Hüquqi şəxsin ünvanı AZ 1138, ünvan 1ər X6, X10, X11, X8, qanuni təmsilçi X11 qeyd olunmuşdur.

2. İş materiallarında olan “Borc alan” İddiaçı MMC ilə “Borc verən”lər X6, X10, X8, X11 arasında bağlanmış müvafiq olaraq 19 fevral 2019-cu il, 23 aprel 2019-cu il, 23 aprel 2019-cu il, 23 aprel 2019-cu il, 23 aprel 2019-cu il, 08 may 2019-cu il, 08 may 2019-cu il, 21 oktyabr 2019-cu il, 21 oktyabr 2019-cu il, 14 noyabr 2019-cu il, 28 noyabr 2019cu il, 28 noyabr 2019-cu il, 17 mart 2021-ci il, 22 iyul 2021-ci il, 23 iyul 2021-ci il tarixli borc müqavilələrinin surətlərindən müəyyən olunur ki, adı çəkilən “Borc verən”lər tərəfindən “Borc alan”a qeyd olunan tarixlərdə 14.000, 40.000, 80.000, 80.000, 145.000, 85.000, 120.000, 160.000, 168.000, 168.000, 115.000, 115.000, 168.000, 168.000 və 160.000 manat məbləğində faizsiz borc məbləğləri verilmişdir.

3. Bakı şəhəri LGBİ-nin “Səyyar Vergi yoxlamasının keçirilməsi haqqında” **********154975 №-li, xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən verigilər və digər icbari ödənişlərə dair qanunvericiliyiə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2019 - yanvar 2022 dövləri üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır.

4. İddiaçı MMC-nin direktoru A.Hacıyevə rəsmi qaydada imza olunmaqla və cəmiyyətin möhürü vurulmaqla təqdim olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 03 mart 2022-ci il tarixli KY221720293 №li Çıxarışdan görünür ki, İddiaçı MMC-də aparılacaq növbəti səyyar vergi yoxlamasının müddəti xx.xx.2022-xx.xx.2022-ci il, yoxlanılan dövr xx.xx.2019-xx.xx.2022-ci il kimi qeyd olunmuşdur.

5. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********754900 №li xx.xx.2022-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, Bakı şəhəri LGBİ-nin xx.xx.2022-ci il tarixli **********154975 №-li qərarına əsasən İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2019 - yanvar 2022 dövrləri əhatə etməklə xx.xx.2022-ci il tarixdən (30) iş günü müddətində növbəti səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulmuşdur.

6. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********155012 №-li xx.xx.2022-ci il tarixli tələbnamə ilə İddiaçı MMCdə səyyar vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23, 36, 37 və 42-ci maddələrini əsas tutaraq zəruri sənədlərin təqdim olunması tələb olunmuşdur.

7. “Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” **********155671 №li xx.xx.2022-ci il tarixli protokolun surətindən müəyyən olunur ki, İddiaçı MMC-nin AZ 0111, ünvan 2 ünvanında yerləşən ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilmişdir. Baxış keçirilən zaman səlahiyyətli nümayəndəsi Nümayəndə iştirak etmişdir. Baxış saat 11:15də başlamış 12:00-da başa çatmışdır. Baxışın keçirilməsi zamanı aşağıdakılar müəyyən olunmuşdur:

8. AZ0111, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Məmmədov ev –m- (obyekt kodu-**********-31002) ünvanında 35-ci nömrəli sırada Anbar yerləşir. Anbara baxış zamanı 7 (yeddi) nəfər işçisi olub, o cümlədən baş anbardar X12, Anbarda bütün mallar bağlı və açıq qutularda saxlanılır. Mallar konfetlərdən, peçenyə, vafli, kekslər, şokalad yağı və bu tipli kimi şirniyyatdan ibarətdir (Gloriya konfetlər, Super Step, Südlü fıstıqlı pastası Hazalle, Cocoa cream filled Wafer, Vanilla cream filled Wafer, Lily konfetlər, Toplenoye moloko peçenye, Əker fındıqla konfetlər, Frutlandiya konfetlər portağallı və limonlu, Frutlanyiya konfetləri mango dadı konfetlər, Podoroqam skazok, so vkusom kolobka konfetlər, Ryajenkvoya konfetlər, Rio karnaval qaymaqlı kremlə peçenye, Mulya vafli, Yublieynoye peçenye, Vnuçka assoriti peçenyelər, Derevenskoye verenka peçenye, Şedevri vkusa vafli, Sçorodnikov konfetlər, Eşe ne vecher konfetlər, Kakao və araxislə konfetlər, BS yaşıl karamel (moruğlu, nanəli, limonlu, çiələkli, gavalı), Medunok, Domaşnee peçenye, Kotovasiya konfetlər, Trendibrendi konfetlər, Miq radosti konfetlər, Multicake, Milke-coffe karamel, Roşen şokalad batonçiklər, vafliləri). Anbarda 8 (səkkiz) ədəd kondisioner quraşdırılmışdır. Baxış zamanı foto şəkilişlərdən istifadə edilmişdir. Foto çəkilişlər protokola əlavə edilmişdir.

9. “Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri LGBİ-nin “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********155012 nömrəli Tələbnaməsi əsasında tələb edilmiş sənədlər İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət ərzində yoxlamaya qismən təmin edilmişdir. Belə ki, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda dövriyyə qalıq cədvəlləri xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, maliyyə hesabatlarının auditor rəyi və tələbnamədə göstərilmiş digər sənədlər yoxlamaya təqdim edilməmişdir.

10. “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” **********157233 №-li xx.xx.2022-ci il tarixli qərarı ilə, İddiaçı MMC üzrə keçirilən səyyar vergi yoxlamasının müddətinin 30 (otuz) iş günü artırılması qərara alınmışdır.

11. “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması”) haqqında **********158369 №-li, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı MMC üzrə təyin edilmiş səyyar vergi yoxlamasının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılması qərara alınmışdır.

12. “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında **********159549 №-li, xx.xx.2022-ci il tarixli qərarla İddiaçı MMC üzrə keçirilən xx.xx.2022-ci il **********158369 nömrəli Səyyar vergi yoxlamasının dayandırılması haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsi qərara alınmışdır.

13. “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********159572 №-li, xx.xx.2022-ci il tarixli qərarla İddiaçı MMC üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixdək olan müddətdə müvəqqəti dayandırılması (təxirə salınması) qərara alınmışdır.

14. “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında **********160615 №-li, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı MMC üzrə keçirilən xx.xx.2022-ci il tarixli **********159572 nömrəli Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının xx.xx.2022-ci tarixdən bərpa edilməsi qərara alınmışdır.

15. “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********5160663 №-li, xx.xx.2022-ci il tarixli qərarla İddiaçı MMC üzrə təyin edilmiş səyyar vergi yoxlamasının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılması (təxirə salınması) qərara alınmışdır.

16. “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********161738 №-li, xx.xx.2022-ci il tarixli qərarla İddiaçı MMC üzrə təyin edilmiş səyyar vergi yoxlamasının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılması qərara alınmışdır.

17. “Sənədlərin qismən təmin edilməsi barədə” xx.xx.2023-cü il tarixli aktda (surəti) qeyd olunmuşdur ki, Baş İdarənin “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********155012 nömrəli Tələbnaməsi əsasında tələb edilmiş sənədlər İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət ərzində yoxlamaya malların dövriyyə qalıq cədvəli 2022-ci ilin yanvar ayı üzrə təqdim edilmişdir. Belə ki, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda satış dəyəri ilə malların dövriyyəsi cədvəli yoxlamaya təqdim edilməmişdir.

18. Bakı şəhəri LGBİ-nin **********158368 №-li, xx.xx.2023-cü il tarixli “Səyyar vergi yoxlaması” aktından görünür ki, Bakı şəhəri LGBİ-nin xx.xx.2022-ci il tarixli **********154975 saylı qərarına əsasən Bakı şəhəri LGBİ-nin Vergi auditi idarəsinin Xidmət və digər sahələrin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X2 tərəfindən İddiaçı MMC üzrə siyahısı verilən tədiyyə və dövrlərdə- MDSS- İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) -1-ci rüb 2019-2-ci rüb 2019-cu il; Sadələşdirilmiş vergi 1-ci Rüb 2019-4-cü Rüb 2021; Mənfəət vergisi 2019-cu il-2021-ci il; Mədən vergisi Yanvar 2019-Fevral 2022; MDSS- Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) 3-cü Rüb 2019- 4-cü Rüb 2019; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2019-cu il2019-cu il: Muzdlu işləyənləri işə götürən sığortaedənlər 3-cü Rüb 2019-4-cü Rüb 2019; X16 mart 2019dekabr 2019; Torpaq vergisi 2019-cu il - 2021-ci il; Əmlak vergisi 2019-cu il-2021-ci il; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta bəyannaməsi (hesabatı) ödəmə mənbəyində tutulan vergi 1-ci Rüb 2020-4-cü Rüb 2021; ödəmə mənbəyində tutulan vergi 1-ci Rüb 2019-4-cü Rüb 2021; Aksiz vergisi Fevral 2019-Yanvar 2022; X16 Fevral 2019-Yanvar 2022; İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 1-ci Rüb 2019-2-ci Rüb 2019-cu il üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticələri üzrə: - Vergi Məcəlləsinin 108-ci maddəsinin tələbinin pozulmasına görə büdcəyə əlavə olaraq 113399.24 manat o cümlədən 2019-cu il üzrə 131838.92 manat mənfəət vergisinin hesablanması, 2020-ci il üzrə 5457.33 manat və 2021-ci il üzrə 12982.35 manat mənfəət vergisinin azaldılması və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 131838.92 manat vergi məbləğinin 50 faizi miqdarında 65919.46 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; - Vergi Məcəlləsinin 14.6.6 və 175-ci maddələrinin tələblərinin pozulmasına görə büdcəyə əlavə olaraq 6834.36 manat məbləğində ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 9231.54 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında yəni 4615.77 manat maliyyə sanksiyasının tətbiq edilməsi; - Vergi Məcəlləsinin 123.1-ci və 125-1-ci maddələrinin tələblərinin pozulmasına görə büdcəyə əlavə olaraq 20023.24 manat o cümlədən 2019-cu il üzrə 6252,28 manat, 2020ci il üzrə 5447.33 manat, 2021-ci il üzrə 8323,63 manat ÖMV-nin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 10011,63 manat maliyyə sanksiyasının tətbiq edilməsi; - Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faiz miqdarında 17111,46 manat maliyyə sanksiyasının tətbiq edilməsi; - Səyyar vergi yoxlaması ilə 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinin tələblərinə düzgün əməl edilməməsi səbəbindən Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi sosial siğorta, işsizlikdən siğorta və icbari tibbi siğorta haqları tədiyyəsinin ödəyicisi olmuş, təqdim edilmiş bəyannamələr görə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi sosial siğorta, işsizlikdən siğorta və icbari tibbi siğorta ayırmalarının 0.02 manat azaldılması müəyyən olunduğu üçün, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış məbləğin 50 faizi miqdarında, yəni 0,01 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

19. Akta əsasən cəmi hesablama 237915,19 manat (vergi 140256.86 manat, maliyyə sanksiyası 97658.33 manat) müəyyən olunmuşdur. Vergi ödəyicisi aktla tanış olduqdan sonra, razı olmadığı üçün aktı imzalamaqdan imtina etmişdir.

20. Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174597 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-də keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2023-cü il tarixli **********158368 nömrəli aktına və xx.xx.2023-cü il tarixli **********538400 nömərli sənədə baxıb, Vergi Məcəlləsinin 23 və 49-cu maddələri rəhbər tutularaq, ümumilikdə İddiaçı MMC-yə 133422,51 manat məbləğində əlavə verginin hesablanması və vergi qanunvericiliyinin və icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə 94563,16 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması qərara alınmış, o cümlədən: - 2019-cu il üzrə mənfəət vergisinin 131838,92 manat azaldılmasına görə 131838,92 manat əlavə vergi hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən 65919,46 manat maliyyə sanksiyası tətbiq olunmuş; - 2020-ci il üzrə mənfəət vergisinin 5457,33 manat artıq hesablanmasına görə, 5457,33 manat artıq vergi hesablamış; - 2021-ci il üzrə mənfəət vergisinin 12982,35 manat artıq hesablanmasına görə, 12982,35 manat artıq vergi hesablamış; - 2019-cu il üzrə ƏDV-nin 69,30 manat azaldılmasına, 69,29 artıq hesablanmasına görə, 0,01 manat əlavə vergi hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən 34,65 manat maliyyə sanksiyası tətbiq olunmuş; - 2020-ci il üzrə ƏDV-nin 2282,12 manat azaldılmasına, 2282,11 artıq hesablanmasına görə, 0,01 manat əlavə vergi hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən 1141,06 manat maliyyə sanksiyası tətbiq olunmuş; - 2021-ci il üzrə ƏDV-nin 689,77 manat azaldılmasına, 45,77 artıq hesablanmasına görə, 644,00 manat əlavə vergi hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən 344,89 manat maliyyə sanksiyası tətbiq olunmuş; - 2019-cu il üzrə ÖMV-nin 6252,28 manat azaldılmasına görə 6252,28 manat əlavə vergi hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən 3126,14 manat maliyyə sanksiyası tətbiq olunmuş; - 2020-ci il üzrə ÖMV-nin 5447,33 manat azaldılmasına görə 5447,33 manat əlavə vergi hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən 2723,67 manat maliyyə sanksiyası tətbiq olunmuş; - 2021-ci il üzrə ÖMV-nin 8323,63 manat azaldılmasına görə 8323,63 manat əlavə vergi hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən 4161,82 manat maliyyə sanksiyası tətbiq olunmuş; - 2019-cu il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 1568,35 manat maliyyə sanksiyası tətbiq olunmuş; - 2020-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 4248,02 manat maliyyə sanksiyası tətbiq olunmuş; - 2021-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 11295,09 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********348400 №-li tələbnamədən müəyyən olunur ki, Vergi Məcəlləsinin 23-cu və 49-cu maddələri əsas tutularaq vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********174597 saylı qərarı əsasında İddiaçı MMC-dən -a) əlavə hesablanmış vergilər və icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları 133422,51 manat; b) Vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları 94563,16 manat; c) vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış faizlər 0,00 manat, büdcəyə ödənilməli olan cəmi məbləğ 227985.67 manatın 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********174597 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə qərarın ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində **********154975 saylı Qərarına əsasən xx.xx.2019 - xx.xx.2022-ci illəri əhatə edilən dövr üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vergilərin, DSMF, işsizlik və sair öhdəliklərin düzgün yerinə yetirlməsinə dair səyyar vergi auditi keçirilmişdir. xx.xx.2023-cü il tarixli **********174597 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə Qərarla razılaşmayaraq tərəflərindən 2019-cu ilin yekunlarına dair təqdim edilmiş mənfəət vergisi bəyannaməsindən 436984.00 AZN məbləğində malların gəlirdən çıxılan xərclər kimi tanınması xərclərin süni surətdə şişirdilməsi kimi qiymətləndirilmiş və həmin 436984.00 AZN məbləğə 20% mənfəət vergisi tətbiq edilərək 87396.80 AZN əlavə mənfəət vergisi və 43698.40 AZN maliyyə saksiyası (ümumilikdə 131095.20 AZN) hesablanmışdır. Cəmiyyət ərzaq mallarının idxalı və topdan satışı ilə məşğuldur. 2019-cu il ərzində ümumilikdə ********.74 AZN məbləğində göndərilən e-QF-lar ilə satışları olmuş, 436984.00 AZN məbləğində mallar xarab olmuş və xarab olmuş malları X9 Agentliyi, Dövlət Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi və sair qurumların istirakı ilə məhv edilmiş və həmin malların xarab olması cəmiyyətin birbaşa malyyə itkisinə və zərərinə gətirib çixartmışdır. Qeyd edilən bütün idxal həmçinin xarab olmuş mallar cəmiyyətin gəlirin əldə edilməsi ilə bağlı olan əməliyyatlardı. Akta qeyd edilib ki, 2019 (1036000.00 AZN), 2020 (1156000.00 AZN) və 2021 (335100.00 AZN) illər üzrə təsisçi tərəfindən İddiaçı MMC-yə faizsiz borc kimi verilən və qaytarılan pul vəsaitləri Mülkü Məcəllənin 739-cu maddəsini əsas tutaraq kredit kimi qiymətləndirmiş və təsisçisi Banklar arası faiz dərəcəsin götürərək ümumilikdə 121676.66 AZN təsisçiyə gəlir hesablanmışdır. Nəticədə dividend vergisi üzrə 12167.65 AZN və maliyyə saksiyası 6083.83 AZN (ümumilikdə 18251.48 AZN) hesablanmışdır. Əvvala qeyd olunur ki, təsisçinin faizsiz borc vermə məqsədi ona məxsus cəmiyyətin müxtəlif vaxtlarda maliyyə ehtiyacın aradan qaldırılması və sonda cəmiyyətin mənfəət ilə işləmə nəticəsində dividendin qazanılması olubdur. Həmçinin, təsisçinin fazi ilə kredit verilməsi üçün Mərkəzi Bankdan lisenziyası olmalıdır. Əlavə olaraq % ilə gəlir əldə edilməsi xx.xx.2023-cü ilədək vergidən azad edilib. Qeyd edilən məbləğ yənı 124500.00 AZN təsisçi dividend vergisinə cəlb edilib, lakin cəmiyyətin xərci kimi vergi orqanı tərəfindən tanınmamışdır. Əgər bu bir şəxsin gəliridirsə digər şəxsin mütləq xərci olmalıdır, çünkü gəlirin formalaşması cəmiyyətin birbaşa fəaliyyətinə aid olunan xərcdir. Yoxlama zamanı onlar tərəfindən təqdim edilmiş cədvəllər əsasında 2020-ci il üzrə 47395.77 AZN və 2021-ci il üzrə 34230.99 AZN xarici valyuta üzrə yaranmış zərərin nəzərə alınmamışdır. Bu halda ümumilikdə mənfəət vergisinin əsassız olaraq 16325.35 AZN (81626.76 AZN X 20%) artıq ödənilməsi ilə nəticələnmişdir. Dövlət Orqanları tərəfindən təqdim edilən iş və xidmətlərə dair EQF təqdim edilmir. Lakin səyyar vergi yoxlaması zamanı 2019-c il üzrə 2922,20 AZN, 2020-ci il üzrə 7116.00 AZN və 2021-ci il üzrə 33600.00 AZN məbləğ xərc kimi nəzərə alınmamış və nəticə olaraq 8727.64 AZN (43638.20 AZN X 20%) artıq mənfəət vergisi ödənilmişdir. Hesab edirlər ki, aktda qeyd olunan qanun pozuntuları öz təsdiqini tapmadığından və bu istiqamətdə təqdim edilmiş dəlil və sübutlara araşdırmadan qərəzli nəticəyə gəlinmişdir. Aktın nəticələri ilə bağlı qəbul olunacaq qərar qəbul olunarkən tərəflərindən təqdim olunmuş sübutlara obyektiv qiymət veriləcək və aktda göstərilən qərəzli mövqe öz təsdiqini tapmayacaqdır. 2022-ci ilin yanvar ayı ərzində müxtəlif şərtlər əsasında təqdim edilmiş bəzi malların satış qiymətində 10% artıq fərq yaranmış və aktda Vergi Məcəlləsinin 14-cü maddəsini əsas tutaraq bazar qiyməti tətbiq edilmişdir. Təqdim edilmiş mallara dair alıcılar ilə müqavilələri araşdırmadan, müqavilələrdə olan ödəniş, saxlanma, satış həcmi və sair şərtlər araşdırmadan ən yüksək bazar qiymətini tətbiq edərək nəticədə 6834.35 AZN ƏDV və 3417.17 AZN maliyyə sanksiyası (ümumilikdə 10251.52 AZN) hesablanmışdır.

23. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş **********3968500 saylı xx.xx.2023-cü il tarixli etirazda göstərilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli **********154975 nömrəli Qərarı ilə İddiaçı MMC-də (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: fevral 2019 - yanvar 2022) təyin edilmiş yoxlama xx.xx.2023-cü il tarixli **********158368 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama ilə aşağıdaıklar müəyyən edilmişdir:

Mənfəət vergisi üzrə:

Yoxlama ilə mənfəət vergisi üzrə 2019, 2020 və 2021-ci illər əhatə olunmuşdur. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəət) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 16.1.3-cu maddəsinə əsasən qanunvercilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya qismən təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparılmışdır. Mənfəət vergisinin bəyannamələrində illər üzrə xərclər bölməsində yoxlama ilə aşağıdakı kənarlaşmalar müəyyən olunmuşdur: 2019-cu il üzrə 436984.00 manat xarab olmuş malların dəyəri vergi ödəyicisi tərəfindən mənfəət vergisinin həmin il üzrə malın dəyəri (221.4 A4) sətrində öz əksini tapdığı müəyyən olunmuşdur. Yoxlama ilə həmin dəyər xərclərdən çıxarılmışdır; mənfəət vergisinin yanacaq xərcləri (221.9) sətrində ödəyici tərəfindən 408747.01 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla 348106.20 manat müəyyən olunmuş və beləliklə ödəyici tərəfindən 60640.81 manat xərc artıq göstərilmişdir (qaimə fakturaların nömrə və məbləğləri xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlaması aktının 18/88 səhifəsində əks olunub). Mənfəət vergisinin Rabitə xərcləri (221.11) sətrində ödəyici tərəfindən 42486.99 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla 40535.66 manat müəyyən olunmuş və beləliklə ödəyici tərəfindən artırılmış xərclər 1951.33 manat təşkil etmişdir (qaimə fakturaların nömrə və məbləğləri xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlaması aktının 19/88 səhifəsində əks olunub). Mənfəət vergisinin bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər (221.15) sətrində ödəyici tərəfindən 1370331.39 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla 1210471.12 manat müəyyən olunmuş və beləliklə ödəyici tərəfindən 159860.27 manat artıq göstərilmişdir (qaimə fakturaların nömrə və məbləğləri xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlaması aktının 19/88-25/88 səhifələrində əks olunub). Mənfəət vergisinin bəyannaməsində ödəyici tərəfindən 8757.50 manat ezamiyyə ilə bağlı xərclər həm 232-ci digər xərclər sətrində həm 221.6-cı müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri sətrində əks etdirilmişdir, bu səbəbdən 8757.50 manat 232 Digər xərclər sətrindən silinmişdir, mənfəət vergisinin bəyannaməsində ödəyici tərəfindən 901.00 manat qanun nəşrlərin alınması ilə bağlı 232-ci Digər xərclər sətrində əks etdirmişdir, lakin gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün xərclərdən yoxlama ilə silinmişdir, mənfəət vergisinin digər xərclər 232-ci sətrində ödəyici tərəfindən 238734.50 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri və eqaiməsiz xərcləri nəzərə alınmaqla 211657.58 manat, o cümlədən e-qaimə ilə 178659.23 manat və eqaiməsiz 32998.35 manat müəyyən olunmuş və beləliklə ödəyici tərəfindən 27076.92 manat xərclər artıq göstərilmişdir, Mənfəət vergisi bəyannaməsində 221.10-cu su və kanalizasiya xərcləri və 221.14-cü reklam xərcləri sətrində ödəyici tərəfindən göstəricilər əks etdirilməməsinə baxmayaraq, alış e-qaimə faktura nəzərə alınmaqla həmin xərclər yoxlama ilə nəzərə alınmışdır, 221.10-cu su və kanalizasiya xərcləri 192 manat, 221.14-cü reklam xərcləri 4295.37 manat və beləliklə yoxlama ilə 4487.37 manat xərc azaldılmışdır. Mənfəət vergisi bəyannaməsində 221.13-cü Bank xidməti üzrə xərclər sətrində ödəyici tərəfindən 963.26 manat az göstərilmişdir; Mənfəət vergisi bəyannaməsində 222.1-ci Rezident üzrə faizlər sətrində ödəyici tərəfindən 21868.24 manat az göstərilmişdir; Mənfəət vergisinin 228-ci təmir xərcləri sətrində ödəyici tərəfindən 14618.42 manat bəyan edimişdir, yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla 14618.25 manat müəyyən olunmuş və beləliklə ödəyici tərəfindən 0.17 manat xərc artıq göstərilmişdir. Nəticədə səyyar vergi yoxlaması ilə 2019-cu ildə vergi ödəyicisi tərəfindən 659194.63 manat xərclər artıq göstərildiyi müəyyən olunmuşdur. Beləliklə müəssisə tərəfindən 2019-cu ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 424045.91 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 131838.92 manat azaldılması müəyyən edilmişdir. 2020-ci il üzrə Mənfəət vergisinin yanacaq xərcləri 221.9-cu sətrində ödəyici tərəfindən 319525.40 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla 316761.96 manat müəyyən olunmuş və beləliklə ödəyici tərəfindən 2763,44 manat xərc artıq göstərilmişdir. Mənfəət vergisinin rabitə xərcləri 221.11-ci sətrində ödəyici tərəfindən 36223.64 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla 35423.08 manat müəyyən olunmuş və beləliklə ödəyici tərəfindən 800,56 manat xərc artıq göstərilmişdir. Mənfəət vergisinin bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 221.15-ci sətrində ödəyici tərəfindən 1377202.10 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla 1368884.75 manat müəyyən olunmuş və beləliklə ödəyici tərəfindən xərclər 8317.35 manat artıq göstərilmişdir. Mənfəət vergisinin bəyannaməsində ödəyici tərəfindən 2280 manat ezamiyyə ilə bağlı xərclər həm 232-ci digər xərclər sətrində həm 221.6-cı müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri sətrində əks etdirilmişdir, bu səbəbdən 2280 manat 232-ci digər xərclər sətrindən silinmişdir (2280 manat EBAG 863415); Mənfəət vergisinin bəyannaməsində ödəyici tərəfindən 885.00 manat qanun nəşrlərin alınması ilə bağlı 232 ci digər xərclər sətrində əks etdirmişdir, lakin gəlirin eldə edilməsi ilə bağlı olmadığı üçün xərclərdən yoxlama ilə silinmişdir. Mənfəət vergisinin digər xərclər 232-ci sətrində ödəyici tərəfindən 319557.76 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri və e-qaiməsiz xərcləri nəzərə alınmaqla 336222.43 manat müəyyən olunmuş və beləliklə ödəyici tərəfindən 16664.67 manat xərclər artıq göstərilmişdir. Mənfəət vergisinin 221.10cu su və kanalizasiya xərcləri sətrində ödəyici tərəfindən 1065.53 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla 1066.20 manat müəyyən olunmuş və beləliklə ödəyici tərəfindən 0.67 manat xərc az göstərilmişdir (qaimə fakturaların nömrə və məbləğləri xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlaması aktının 45/88 səhifəsində əks olunub). Mənfəət vergisinin 221.5.2 - fiziki şəxslər üzrə icarə haqqı xərcləri sətrində ödəyici tərəfindən 134432.28 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla 156316.65 manat müəyyən olunmuş və beləliklə ödəyici tərəfindən 21884.37 manat xərc az göstərilmişdir. Mənfəət vergisinin 221.7-ci enerji xərcləri sətrində ödəyici tərəfindən 5037.76 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla 5539.46 manat müəyyən olunmuş və beləliklə ödəyici tərəfindən 501.70 manat xərc az göstərilmişdir. Mənfəət vergisinin 230-cu Sığorta üzrə xərclər sətrində ödəyici tərəfindən 19862.19 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla 19978.77 manat müəyyən olunmuş və beləliklə vergi ödəyicisi tərəfindən 116.58 manat xərc az göstərilmişdir. Nəticədə səyyar vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən 27286.64 manat xərclərin az göstərildiyi müəyyən olunmuşdur. 2021-ci il üzrə Mənfəət vergisinin yanacaq xərcləri 221.9-cu sətrində ödəyici tərəfindən 386214.96 manat bəyan edimiş, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla xərclərin 389617.43 manat olduğu müəyyən olunmuş və beləliklə ödəyici tərəfindən 3402.47 manat xərc az göstərilmişdir (qaimə fakturaların nömrə və məbləğləri xx.xx.2023cü il tarixli səyyar vergi yoxlaması aktının 46/88 səhifəsində əks olunub). Mənfəət vergisinin bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 221.15-ci sətrində ödəyici tərəfindən 1790529.22 manat bəyan edimiş, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla xərclərin 1895301.16 manat olduğu müəyyən olunmuş və beləliklə vergi ödəyicisi tərəfindən 104771.94 manat xərc az göstərilmişdir. Mənfəət vergisinin bəyannaməsində ödəyici tərəfindən 651.00 manat qanun nəşrlərin alınması ilə bağlı 232-ci Digər xərclər sətrində əks etdirmiş, lakin qeyd edilən xərc gəlirin eldə edilməsi ilə bağlı olmadığı üçün yoxlama ilə xərclərdən silinmişdir (qaimə fakturaların nömrə və məbləğləri xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlaması aktının 53/88 səhifəsində əks olunub). Mənfəət vergisinin Digər xərclər 232-ci sətrində ödəyici tərəfindən 360616.65 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri və e-qaiməsiz xərcləri nəzərə alınmaqla 367427.25 manat, o cümlədən e-qaimə ilə 308501.41 manat və e-qaiməsiz 58925.84 manat müəyyən olunmuş və beləliklə vergi ödəyicisi tərəfindən 6810.60 manat xərclər az göstərilmişdir. Mənfəət vergisinin 221.5.2 fiziki şəxslər üzrə icarə haqqı xərcləri sətrində ödəyici tərəfindən 164432.28 manat bəyan edimişdir, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla 114456.18 manat müəyyən olunmuş və beləliklə vergi ödəyicisi tərəfindən 49976.10 manat xərc artıq göstərilmişdir (qaimə fakturaların nömrə və məbləğləri xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlaması aktının 62/88 səhifəsində əks olunub). Mənfəət vergisinin 230cu Sığorta üzrə xərclər sətrində ödəyici tərəfindən 20122.57 manat xərc bəyan edimiş, lakin yoxlama ilə həmin ildə bütün qaimələri nəzərə alınmaqla 20025.41 manat xərc müəyyən olunmuş və beləliklə vergi ödəyicisi tərəfindən 97.16 manat xərc artıq göstərilmişdir (qaimə fakturaların nömrə və məbləğləri xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlaması aktının 62/88- 63/88 səhifələrində əks olunub). Nəticədə səyyar vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən 64911.76 manat xərclərin az göstərildiyi müəyyən olunmuşdur. Beləliklə, yoxlama ilə ümumilikdə mənfəət vergisinin 131838.93 manat azaldıldığı (yalnız 2019-cu il üzrə, 2020 və 2021 -ci illər üzrə hər hansı əlavə məbləğ hesablanmamışdır) müəyyən edilmişdir. X16 üzrə: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159.1 ci və 175.1-ci maddələrinin tələbləri pozulduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələrinin 308-ci sətrində Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən alınmış elektron qaimə fakturalara görə nağdsız qaydada ödənilmiş məbləğ üzrə cəmi əvəzləşdirilən ƏDV məbləğinin 2019-cu ilin mart ayı üzrə 15,29 manat, 2019-cu ilin iyul ayı üzrə 54 manat, 2020-ci ilin iyun ayı üzrə 2144,82 manat, dekabr 137,29 manat olmaqla, aprel 2021 -ci 45,77 manat və 2022-ci ilin yanvar ayı üzrə 644,01 manat olmaqla yoxlama ilə əhatə edilən dövr üzrə ümumilkdə 3041,19 manat artıq, eyni zamanda 2019cu ilin fevral ayı üzrə 15,30 manat, iyun ayı üzrə 54,0 manat, 2020-ci ilin may ayı üzrə 2144,83 manat, nayabr ayı üzrə 137,29 manat, 2021-ci ilin mart ayı üzrə 45,76 manat və dekabr ayı üzrə 644,01 manat olmaqla cəmi 3041,19 manat əskik göstərilməsi müəyyən edilmişdir. Ödəmə mənbəyində tutulan vergilər üzrə: Ödəmə mənbəyində tutulan vergilər üzrə 1-ci rüb 2019-cu il tarixdən 4-cü rüb 2021ci il tarixədək olan dövr yoxlama ilə əhatə olunmuşdur. Müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 123.1-ci, 122.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cəmiyyət tərəfindən yoxlamaya təqdim edilmiş təsisçiləri ilə borc müqavilələri və bank hesablarına təsisçilərdən daxil olan və onlara ödəniş olunun vəsaitləri nəzərə alaraq, eyni valyuta ilə oxşar müddətdə verilmiş banklar arası kredit hərracında olan faiz göstəricisi əsas götürməklə əlavə hesablama aparılmışdır. Belə ki, Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayn-ayn subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama ilə cəmiyyət tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Belə ki, cəmiyyətin yoxlama dövrünün əvvəlinə təsisçiyə 124500.00 manat borcu olmuş, 2019-cu il üzrə təsisçidən bank hesabına 1036000.00 manat daxil olunmuşdur, 2020-ci il üzrə bank hesabından 1156000.00 manat ödəniş olunmuşdur, 2021-ci il üzrə bank hesabına 335100.00 manat təsisçidən daxil olmuşdur və həmin məbləğ eyni dövrdə təsisçiyə geri qaytarılmışdır, nəticədə 2019-cu il üzrə hesablamalı faizlərdən 62522.65 manatdan ÖMV 6252.28 manat, 2020-ci il üzrə hesablamalı faizlərdən 54473.29 manatdan ÖMV 5447.33 manat, 2021-ci il üzrə isə - 4680.59 manatdan ÖMV 468.06 manat təşkil etmişdir. Nəticədə 12167.65 manat ödəmə mənbəyində tutulan verginin azadılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur. Cəmiyyət tərəfindən bank hesabından təsisçilərə ödəniş olunmuş dividend məbləğlərindən tutulan ödəmə mənbəyində vergi bəyannamə ilə yoxlanılaraq müəyyən kənarlaşma aşkar edilmişdir. Belə ki, bank hesablarından 2021-ci ilin 4-cü rüb üzrə təsisçilərə 720702.69 manat dividend ödənilmişdir. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10% vergi tutulur. Yoxlama ilə ödəmə mənbəyində tutulan verginin 20023,24 manat azaldıldığı müəyyən edilmişdir. Tətbiq edilmiş maliyyə sanksiyası üzrə: Eyni zamanda səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənildiyi müəyyən olunmuş və Vergi Məcəlləsinin 58.6-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50% miqdarında, yəni 17111,46 manat maliyyə sanksiyasının tədbiq edilməsi səyyar vergi yoxlaması aktında təklif olunmuş, lakin məsuliyyətə cəlb edilmə barədə qərar çıxarılan zaman əldə edilmiş sənədlərə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinə görə 24237,36 manat maliyyə sanksiyasının tədbiq edilməli olduğu sənədlərlə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 58.6-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50% miqdarında, yəni 24237,36 manat maliyyə sanksiyası tədbiq edilmişdir. -Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Xarab olmuş, məhv edilmiş mallara görə çəkilmiş xərclər gəlirlər bağlı olmadığına (həmin mallardan gəlir əldə edilmir) görə gəlirlə bağlı deyil və həmin xərclərin çıxılması yolverilməzdir. Bundan əlavə, Vergi Məcəlləsinin 108.5-ci maddəsinə əsasən yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır. - Hesablanmış ödəmə mənbəyində vergi ilə bağlı iddiaçı bildirir ki, təsisçinin faizsiz borc vermə məqsədi ona məxsus cəmiyyətin müxtəlif vaxtlarda maliyyə ehtiyacın aradan qaldırılması və sonda cəmiyyətin mənfəət ilə işləmə nəticəsində dividendin qazanılması olubdur. Həmçinin, təsisçinin faiz ilə kredit verilməsi üçün Mərkəzi Bankdan lisenziyası olmalıdır. Əlavə olaraq faiz ilə gəlir əldə edilməsi xx.xx.2023-cü ilədək vergidən azad edilib. İlk öncə bildirilir ki, faiz gəliri əldə etmək üçün müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olmaq zəruri deyil, bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Başqa sözlə, vergi ödəyicisinin faiz gəlirinin olmasını sübut etmək üçün onun müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olmasını müəyyən etmək zəruri deyil. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. -Vergi Məcəlləsinin 18.1 -ci maddəsinə əsasən vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər - aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən Bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır: 18.2.1. bir bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə;18.2.2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir; 18.2.3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər; 18.2.4. şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər. Qanunvericiliyin aşkar tələblərindən görünür ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. İddiaçı həmçinin bildirmişdir ki, yoxlama zamanı təqdim edilmiş cədvəllər əsasında 2020-ci il üzrə 47395.77 AZN və 2021ci il üzrə 34230.99 AZN xarici valyuta üzrə yaranmış zərərin nəzərə alınmamışdır. Bu halda ümumilikdə mənfəət vergisinin əsassız olaraq 16325.35 AZN (81626.76 AZN X 20%) artıq ödənilməsi ilə nəticələnmişdir. Dövlət orqanları tərəfindən təqdim edilən iş və xidmətlərə dair EQF təqdim edilmir. Lakin səyyar vergi yoxlaması zamanı 2019-cu il üzrə 2922,20 AZN, 2020-ci il üzrə 7116.00 AZN və 2021 -ci il üzrə 33600.00 AZN məbləğ xərc kimi nəzərə alınmamış və nəticə olaraq 8727.64 AZN (43638.20 AZN X 20%) artıq mənfəət vergisi ödənilmişdir. 2020 və 2021-ci illər üzrə vergi ödəyicisinə əlavə vergi məbləği hesablanmamışdır. İddiaçı həmçinin bildirir ki, 2022-ci ilin yanvar ayı ərzində müxtəlif şərtlər əsasında təqdim edilmiş bəzi malların satış qiymətində 10% artıq fərq yaranmış və aktda Vergi Məcəlləsinin 14-cü maddəni əsas tutaraq bazar qiyməti tətbiq edilmişdir. Təqdim edilmiş mallara dair alıcılar ilə müqavilələr araşdırmadan, müqavilələrdə olan ödəniş, saxlanma, satış həcmi və sair şərtlər araşdırmadan ən yüksək bazar qiymətin tətbiq edərək nəticədə 6834.35 AZN ƏDV və 3417.17 AZN maliyyə sanksiyası (ümumilikdə 10251.52 AZN) hesablanmışdır. İddiaçı tərəfindən hansı hesablamaya istinad edildiyi aydın deyil. 2022-ci il ƏDV üzrə hər hansı əlavə vergi məbləği hesablanmamış, əksinə 2022-ci il üzrə ƏDV-nin 644,01 manat artıq hesablandığı müəyyən edilmişdir.

24. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1854/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174597 №-li, xx.xx.2023-cü il tarixli qərarı İddiaçınə 2021-ci il üzrə rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergilərə görə 7855,56 manat əlavə verginin hesablanması və həmin məbləğə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında, yəni 3927,78 manat məbləğində maliyyə sansksiyasının tətbiq olunması hissəsi istisna olmaqla ləğv olunması, iddia qalan hissədə təmin olunmaması qərara alınmışdır.

25. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, istinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

26. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cəmiyyət ərzaq mallarının idxalı və topdan satışı ilə məşğuldur. 2019-cu il ərzində ümumilikdə ********.74 AZN məbləğində göndərilən e-QF-lar ilə satışları olmuş, 436984.00 AZN məbləğində mallar xarab olmuş və xarab olmuş malları X9 Agentliyi, Dövlət Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi və sair qurumların istirakı ilə məhv edilmişdir. Lakin yoxlama ilə həmin dəyər xərclərdən çıxarılmışdır.

27. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, yoxlama zamanı müəssisə tərəfindən təqdim edilmiş cədvəllər əsasında 2020-ci il üzrə 47395.77 AZN və 2021-ci il üzrə 34230.99 AZN xarici valyuta üzrə yaranmış zərər vergi orqanı tərəfindən nəzərə alınmamışdır.

28. Mübahisələndirilən qərarın yoxlama ilə cəmiyyət tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğində həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlərin hesablanması və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin (12167,65 manat ÖMV + 50 % maliyyə sansksiyası - 6083,82 manat) tutulub dövlət büdcəsinə ödənilməli olması ilə bağlı hissəsinə gəldikdə isə məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir.

29. Nəzərə almaq lazımdır ki, iddiaçı borc almışdır, yəni, təsisçi fiziki şəxslər öz müəssisəsinə (iddiaçıya) borc vermişlər. Qeyd olunan əməliyyatları təsdiq edən müqavilələr iş üzrə materiallarda mövcuddur. Göründüyü kimi, iddiaçı borc alandır və bu əməliyyat üzərindən onun hər hansı gəliri formalaşmamışdır. Müqavilələrdə iddiaçının borcu faizlə aldığı nəzərdə tutulmamışdır və borcun qaytarılması hər hansı faizlə şərtləndirilməmişdir. Hazırki mübahisəyə münasibətdə müqavilələrdə belə şərt təsbit edilməmişdir və bu hal Mülki Məcəllənin 390-cı və 739.2-ci maddələrinin borc münasibətlərinin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan redaksiyasının tələblərinə uyğundur MM-nin 739.2-ci maddəsinin 2-ci cümləsinə əsasən (xx.xx.2023-cü il tarixdən borc fəsli yeni redaksiyada verilmişdir), müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırki iş üzrə materiallardan iddiaçının və ya təsisçilərinin belə fəaliyyətlə məşğul olan şəxs olduqları görünmür. Bu baxımdan iddiaçının borcu faizsiz aldığı və faizsiz qaytardığı, onun və ya təsisçisinin hər hansı gəlirinin formalaşmadığı qəbul olunmalıdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

30. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-1854/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının qismən-iddianın təmin olunmuş hissədə ləğv edilməsini və iddianın tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

31. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı izahatına əsasən əlavə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində Vergi Məcəlləsin 108.5-ci maddəsinə istinad etmişlər, lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, 2019-cu ilə mənfəət vergisi hesablanıb 131.838 manat. 2019-cu ildə qarşı tərəfin təqdim etdiyi aktlar var. Həmin akta əsasən 436.984.00 AZN məbləğində mallar xarab olmuş, buna görə silinmişdir.Xarab olmuş malları X9 Agentliyi, Dövlət Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi və sair qurumların istirakı ilə məhv edilmişdir.İddiaçı bunu xərclərində göstərmişdir.Lakin vergi orqanı həmin xərci qəbul etməmişdir.Xərcin qəbul edilməməsinin əsası ondan ibarətdir ki, vergi ödəyicisi xərcini yalnız Vergi Məcəlləsində nəzərdə tutulmuş xərcə salınmayan maddələr istisna olunmaqla gəlirin əldə edilməsi ilə bağlı istənilən xərcini sala bilər.Amma hazırkı xərclər gəlirin əldə edilməsi ilə bağlı xərclər deyil, bu bir növ iddiaçının zərəridir deyə sərbəst mənfəətdən çıxılmalı olan məbləğdir.Həmçinin, məhkəmə Kollegiyasının sualına cavab olaraq bildirmişdir ki, 2019-cu ildə Vergi Məcəlləsin 108.5-ci maddəsi mövcud olmamışdır, aid ola bilərdi 2021-ci-2022-ci illərə.Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə Qaydalar təsdiq olunub.İddiaçı istehsal fəaliyyəti ilə deyil topdansatış fəaliyyəti ilə məşğul olur.Həmin Qaydalarda konkret olaraq göstərilir ki, xərcinə iddiaçı nəyi sala bilər və hansı sənədləri təqdim etməlidir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

e) Prosses iştirakçılarının izahatları

33. Məhkəmə Kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir.Həmçinin, izahatında bildirmişdir ki, apellyasiya şikayətində Vergi Məcəlləsin 108.5-ci maddəsinə istinad etmişlər, lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, 2019-cu ilə mənfəət vergisi hesablanıb 131.838 manat. 2019-cu ildə qarşı tərəfin təqdim etdiyi aktlar var. Həmin akta əsasən 436.984.00 AZN məbləğində mallar xarab olmuş, buna görə silinmişdir.Xarab olmuş malları X9 Agentliyi, Dövlət Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi və sair qurumların istirakı ilə məhv edilmişdir.İddiaçı bunu xərclərində göstərmişdir.Lakin vergi orqanı həmin xərci qəbul etməmişdir.Xərcin qəbul edilməməsinin əsası ondan ibarətdir ki, vergi ödəyicisi xərcini yalnız Vergi Məcəlləsində nəzərdə tutulmuş xərcə salınmayan maddələr istisna olunmaqla gəlirin əldə edilməsi ilə bağlı istənilən xərcini sala bilər.Amma hazırkı xərclər gəlirin əldə edilməsi ilə bağlı xərclər deyil, bu bir növ iddiaçının zərəridir deyə sərbəst mənfəətdən çıxılmalı olan məbləğdir.Həmçinin, məhkəmə Kollegiyasının sualına cavab olaraq bildirmişdir ki, 2019-cu ildə Vergi Məcəlləsin 108.5-ci maddəsi mövcud olmamışdır, aid ola bilərdi 2021-ci-2022-ci illərə. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə Qaydalar təsdiq olunub.İddiaçı istehsal fəaliyyəti ilə deyil topdansatış fəaliyyəti ilə məşğul olur.Həmin Qaydalarda konkret olaraq göstərilir ki, xərcinə iddiaçı nəyi sala bilər və hansı sənədləri təqdim etməlidir.

34. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir.Əlavə olaraq izahatında bildirmişdir ki, ilk olaraq nəzərə alınmalıdır ki, cavabdeh vergi orqanı prosessual əsaslarla bağlı apellyasiya şikayətinə əlavə və dəyişiklik edilmədən apellyasiya şikayətində 2019-cu ilə mənfəət vergisi hesablanması ilə bağlı həmin dövrdə mövcud olmayan Vergi Məcəlləsin 108.5-ci maddəsinə istinad etmişdir.Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

35. İddiaçı nümayəndəsi Nümayəndə da vəkilin izahatına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri. 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 38. Səyyar vergi yoxlaması. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir.

37. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.-cü maddəsinə əsasən işin hallarının obyektiv araşdırılması 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. mənfərqli üsulla həyata keçirir, sonuncu bu hərəkətlərini konkret sənədlərlə və dəlillərlə sübut etməlidir.

38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya şikayətində qərar qismən-iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

40. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir: 1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində; 2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş mübahisələndirilən (xx.xx.2023-cü il tarixli) inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2023-cü il tarixdə, müraciət etmişdir.

42. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarına görə cavabdehin “Səyyar Vergi yoxlamasının keçirilməsi haqqında” **********154975 №-li, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı müəssisə üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən verigilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2019 - yanvar 2022 dövləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir.

43. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 03 mart 2022-ci il tarixli KY221720293 №li Çıxarışdan görünür ki, iddiaçı müəssisədə aparılan növbəti səyyar vergi yoxlamasının müddəti xx.xx.2022-xx.xx.2022-ci il, yoxlanılan dövr xx.xx.2019-xx.xx.2022-ci il kimi qeyd olunmuşdur.

44. Vergi qanunvericiliyinin müddəalarına əsasən, Vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır və yoxlamanın nəticələri vergi yoxlaması aktı ilə rəsmiləşdirlir.

45. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır (maddə 39.5).

46. Vergi Məcəlləsinin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır (maddə 39.6).

47. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edə bilər (maddə 49.1.1).

48. Səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş aktdan görünür ki, yoxlama xx.xx.2022-ci il tarixdə başlanılmış, yoxlamanın müddəti cavabdeh orqanın müvafiq qərarları ilə bir neçə dəfə artırılmış, təxirə salınmış, dayandırılmış, bərpa edilmiş və yoxlama xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır.

49. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə görə Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir (bənd 3.4): yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə)(bənd 3.4.11); yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) (bənd 3.4.16).

50. İş materiallarından göründüyü kimi yoxlamanı keçirmiş vergi orqanı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəaları pozularaq vergi yoxlamasının müddətinin artırılması barədə məlumat Reyestrə daxil edilməmişdir.

51. Qeyd olunan “Əsasnamə”nin ümumi müddəalar adlanan İ bölməsinin 1.5-ci bəndində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

52. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar üzrə hesablamalar və maliyyə sanksiyasının düzgün tətbiq edilib-edilməməsi istiqamətində əlavə araşdırma aparılıb aparılmamasından asılı olmayaraq, qərarda əks olunmuş həmin məbləğlər əsaslı olsa belə, vergi orqanı tərəfindən aparılan yoxlama üzrə kobud prosessual pozuntulara yol verildiyindən (vergi yoxlamasının müddətinin artırılması barədə məlumatın Reyestrə daxil edilməməsi) hesablama qanunsuzdur.

53. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı müəssisədə səyyar vergi yoxlaması keçirilərkən və həmin yoxlamanın nəticələri üzrə tərtib olunmuş akta əsasən sonuncu barəsində xx.xx.2023-cü il tarixli qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38 və 43-cü maddələrinin tələblərinə əməl olunmamış, yoxlamanın keçirilməsi üçün təqdim olunmuş sənədlər nəzərə alınmamış, ÖMV, ƏDV və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir.

54. Bununla bağlı qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri).

55. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

56. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cəmiyyət ərzaq mallarının idxalı və topdan satışı ilə məşğuldur. 2019-cu il ərzində ümumilikdə ********.74 AZN məbləğində göndərilən e-QF-lar ilə satışları olmuş, 436984.00 AZN məbləğində mallar xarab olmuş və xarab olmuş malları X9 Agentliyi, Dövlət Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi və sair qurumların istirakı ilə məhv edilmişdir. Lakin yoxlama ilə həmin dəyər xərclərdən çıxarılmışdır.

57. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, yoxlama zamanı müəssisə tərəfindən təqdim edilmiş cədvəllər əsasında 2020-ci il üzrə 47395.77 AZN və 2021-ci il üzrə 34230.99 AZN xarici valyuta üzrə yaranmış zərər vergi orqanı tərəfindən nəzərə alınmamışdır.

58. Mübahisələndirilən qərarın yoxlama ilə cəmiyyət tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğində həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlərin hesablanması və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin (12167,65 manat ÖMV + 50 % maliyyə sansksiyası - 6083,82 manat) tutulub dövlət büdcəsinə ödənilməli olması ilə bağlı hissəsinə gəldikdə isə məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir.

59. Nəzərə almaq lazımdır ki, iddiaçı borc almışdır, yəni, təsisçi fiziki şəxslər öz müəssisəsinə (iddiaçıya) borc vermişlər. Qeyd olunan əməliyyatları təsdiq edən müqavilələr iş üzrə materiallarda mövcuddur. Göründüyü kimi, iddiaçı borc alandır və bu əməliyyat üzərindən onun hər hansı gəliri formalaşmamışdır. Müqavilələrdə iddiaçının borcu faizlə aldığı nəzərdə tutulmamışdır və borcun qaytarılması hər hansı faizlə şərtləndirilməmişdir. Hazırki mübahisəyə münasibətdə müqavilələrdə belə şərt təsbit edilməmişdir və bu hal Mülki Məcəllənin 390-cı və 739.2-ci maddələrinin borc münasibətlərinin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan redaksiyasının tələblərinə uyğundur.MM-nin 739.2-ci maddəsinin 2-ci cümləsinə əsasən (xx.xx.2023-cü il tarixdən borc fəsli yeni redaksiyada verilmişdir), müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırki iş üzrə materiallardan iddiaçının və ya təsisçilərinin belə fəaliyyətlə məşğul olan şəxs olduqları görünmür. Bu baxımdan iddiaçının borcu faizsiz aldığı və faizsiz qaytardığı, onun və ya təsisçisinin hər hansı gəlirinin formalaşmadığı qəbul olunmalıdır.

60. Beləliklə mübahisələndirilən qərar qeyd olunan hissədə də qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır.Odur ki, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə mübahisələndirilən hissədə razılaşır.

61. Qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qərarı İddiaçınə 2021-ci il üzrə rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergilərə görə 7855,56 manat əlavə verginin hesablanması və həmin məbləğə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında, yəni 3927,78 manat məbləğində maliyyə sansksiyasının tətbiq olunması ilə bağlı iddianın rədd olunmuş hissəsində mübahisələndirilmədiyindən apellyasiya baxışının predmeti deyildir.

62. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

63. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

64. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlardan əlavə bildirir ki, apellyasiya şikayətinin məzmunundan və dəlillərindən görünür ki, işin faktiki və hüquqi hallarına münasibətdə cavabdeh məhkəmə qərarından narazılığı olduğu məqamlara istinad etsə də, lakin apellyasiya şikayətinin hüquqi əsasları kimi istinad etdiyi Vergi Məcəlləsin 108.5-ci maddəsi 2019-cu ildə mövcud olmamışdır.

65. Belə ki, 3 dekabr 2021-ci il tarixli, 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 108.4-cü və 108.5-ci maddələr əlavə edilmişdir. 66.Vergi Məcəlləsinə həmin əlavə olunmuş 108.5-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

67. Qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi izahatında şifahi olaraq apellyasiya şikayətinin hüquqi əsasını dəyişərək Bu Qərarın 33-cü bəndində göstərildiyi kimi apellyasiya şikayətini Qaydalara istinadla əsaslandırmışdır.Lakin məhkəmə Kollegiyası diqqətə çəkir ki, verginin hesablanması ilə bağlı müddəalar, həmçinin, vergi azadolmaları yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir.

68. Məhkəmə Kollegiyası vurğulayır ki, cavabdehin apellyasiya şikayətində qeyd olunan dəlillər qanuni və əsaslı məhkəmə qərarının ləğvinə əsas təşkil etmir.

69. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1854/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1854/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar