Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2289/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə “çıxarışın verilməsi” tələbinə dair işi üzrə (Açar sözlər: daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı əsasları) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1024/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1889 saylı sərəncamı ilə Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik boş qeyri-yaşayış sahəsi heç bir əlavə tikinti etməmək şərti ilə təsərrüfat məqsədilə istifadə etmək üçün həmin həyətdə yaşayan İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin MİS və İddiaçı arasında bağlanılmış 297 nömrəli xx.xx.1996-cı il tarixli Qeyri-yaşayış sahələrinin icarəsi üçün birtipli Müqaviləyə əsasən Azərbaycan döngəsi 5 nömrəli binanın ümumi sahəsi 15 kv.m olan qeyri-yaşayış sahəsi təsərrüfat məqsədilə İddiaçı icarəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə İddiaçı adına 14.4 kv.m qaraja dair Texniki Pasport tərtib edilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 22 iyul 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, qeyd olunan əmlakın özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilməsi məqsədə müvafiqdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 10 oktyabr 1996-cı il tarixli 1889 nömrəli Sərəncamı ilə Bakı şəhəri Səbail rayonu Azərbaycan döngəsi 5 №-li binanın həyətində qaz kontoruna bitişik 15kv.m-lik boş qeyriyaşayış sahəsi İddiaçı icarəyə verilmiş, sərəncama uyğun olaraq rayon MTB-yi ilə xx.xx.1996-cı il tarixli 297 saylı icarə müqaviləsi bağlanmış, xx.xx.1977-ci il tarixli inventar №-si 780 olan qaraj sahəsi kimi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən texniki pasport verilmişdir. Həmin qeyri-yaşayış sahəsi 26 ildir ki, mübahisəsiz qaydada qanunvericiliyə uyğun olaraq iddiaçının faktiki mülkiyyətində və özü ilə ailəsinin faktiki istifadəsində olduğundan o, sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyətçi kimi çıxarışın və zəruri sənədlərin təqdim edilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının qeyd olunan müraciətini təmin etməmiş, həmin müraciətlə bağlı cavab məktubunda qanunvericiliyin normaları barədə ümumi məlumatları qeyd etməklə kifayətlənmiş və iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda mövqe olaraq qeyd etmişdir ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1-ci maddəsinə əsasən “qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur”. Eyni zamanda qeyd olunan qanunun 15-ci maddəsi əsas gətirilərək hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh istinad etdiyi qanunvericilikdə göstərilən sənədlərin ona təqdim olunmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Qanunvericilikdə nəzərdə tutulan imtina əsaslarından heç biri mövcud deyil. Cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan əmlakın özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət ediləcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacağına dair iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu göndərilmişdir. Bundan başqa, sözügedən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının faktiki ölçüsü 12.7 kv.m təşkil etməklə, mağaza kimi istifadə olunur. Həmçinin, qeyri-yaşayış binasına dair Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8687/2023 saylı, 29 avqust 2023-cü il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1024/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1024/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim X9) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(112)-1024/2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(112)-1024/2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sözügedən daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, sözügedən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının faktiki ölçüsü 12.7 kv.m təşkil etməklə, mağaza kimi istifadə olunur. Həmçinin qeyri-yaşayış binasına dair Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən qeyri-yaşayış binasının yerləşməsi dəqiq müəyyən edilməmiş və qanuni əsaslarla ayrılıbayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan Döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik qeyriyaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsassızdır, qərar ləğv edilməli, iddia rədd edilməlidir. Belə ki, Bakı inzibati Məhkəməsi İddiaçı mübahisə predmeti olan qeyriyaşayış sahələrinə dair, Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi MİS 5 ilə bağlanmış xx.xx.1996-cı il tarixli, 297 nömrəli “qeyri-yaşayış sahələrinin icarəsi üçün birtipli” müqaviləyə əsaslanaraq cavabdehə müraciət etdiyini, cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina olduğunu qeyd etmişdir. İddiaçının qeyd olunan məsələ ilə bağlı müraciətinə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə uyğun olaraq qeyd olunan dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmalı olduğu iddiaçıya bildirilmiş, bu səbəbdən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hazırkı qərardan görünür ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən mübahisə predmeti olan sahəyə dair Səbail rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi MİS 5 ilə iddiaçı arasında bağlanmış xx.xx.1996-cı il tarixli, 297 nömrəli müqaviləyə və qeyd olunan sahənin təyinatının qaraj olması ilə bağlı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən iddiaçının adına verilmiş texniki pasporta əsaslanmışdır. Belə ki, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Bundan əlavə həmin fərmana əsasən Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Xidməti hesab olunmuşdur. Beləliklə, qeyd edilən fərman verilənə qədər ayrı-ayrı dövlət təşkilatları öz balanslarında olan dövlət əmlakını icarəyə verə bilirdilərsə, fərmandan sonra bu səlahiyyət yalnız Əmlak Məsələləri Dövlət Xidmətinə aid edilmişdir. Belə ki, təqdim olunmuş icarə müqaviləsindən görünür ki, mübahisə predmeti olan sahə müddətli olaraq İddiaçı icarəsinə verilmiş, sonradan qeyd olunan fərmanın tələblərinə uyğun olaraq onun tərəfindən həmin sahəyə dair icarə müqaviləsinin bağlanması üçün Xidmətə müraciət daxil olmamışdır. Belə olan halda, hazırda Səbail rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi MİS 5 ilə iddiaçı arasında bağlanmış xx.xx.1996-cı il tarixli, 297 nömrəli müqavilə hüquqi qüvvəsini itirdiyindən, qeyd olunan müqavilə mübahisə predmeti olan sahə üzərində iddiaçının hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüquqi əhəmiyyət kəsb edə bilməz. Qeyd olunanlardan göründüyü kimi, dövlət əmlakı yalnız dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq xüsusi mülkiyyətə verilə bilər. Mövcud halda təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən mübahisə predmeti olan əmlak üzərindən mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsalardan hər hansı biri mövcud olmadığı halda, işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq tətbiq olunmalı olan qanunvericilik normalarını düzgün seçməmiş, formal olaraq qanunvericiliyin ayrı-ayrı müddəalarını sadalamaqla kifayətlənmiş, nəticədə iddianın təmin edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş texniki pasportda mübahisə predmeti olan sahənin təyinatının qeyri-yaşayış sahəsi deyil, qaraj sahəsi olması müəyyən olunur. Bundan əlavə mübahisə predmeti olan sahənin balanssaxlayıcısı olan Səbail rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq həmin sahənin qeyri-yaşayış sahəsi kimi dövlət əmlakının Registrində qeydiyyatının aparılması ilə bağlı Xidmətə müraciət daxil olmamışdır. Bu baxımdan qeyd olunan halların araşdırılması üçün Səbail rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi hazırkı məhkəmə prosesinə cəlb olunmaqla ümumiyyətlə mübahisəli sahənin təyinatının nədən ibarət olması, qeyri-yaşayış sahəsi kimi özəlləşdirilməsinin mümkünlüyü məsələsi müzakirə edilməli, daha sonra mübahisəli sahənin özəlləşdirilməsi mümkün hesab edildikdə qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi qaydaları iddiaçıya zah edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan faktiki halları və ona uyğun olaraq tətbiq edilməli olan qanunvericilik normaları kifayət qədər araşdırılmadan, iddiaçı tərəfindən təqdim edilmiş hüquqi qüvvəsini itirmiş icarə müqaviləsinə əsaslanmaqla qanunsuz olaraq iddia təmin edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər mübahisə predmeti olan sahə üzərində iddiaçının hər hansı hüquqlarını yaratmadığından, o, hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2- 1(103)-2075/2024 nömrəli qərarı ilə (hakimlər X5 (məruzəçi), X3 və X6) apelyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1024/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-872/2025 saylı qərarı ilə üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2- 1(103)-2075/2024 saylı qərarı ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərarın 34-35-cı bəndlərində qeyd olunmuşdur ki:
34. Hazırkı iş üzrə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin “Sovet məktəbi” Kooperativinin balansında olması nəzərə alınarsa (Səbail rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli məktubunda sözügedən qeyri-yaşayış sahəsinin “Sovet məktəbi” Kooperativinin balansında olduğu qeyd edilmişdir-iş vər 46), iddiaçı ilə Kooperativ arasında, eləcə də iddiaçı ilə başqa orqan və ya qurumla qeyriyaşayış sahəsinin hər hansı hüquqi əqd əsasında onun mülkiyyətinə verilibverilməməsi növbəti apelyasiya baxışı zamanı müəyyən edilməlidir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin növbəti apelyasiya baxışı zamanı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilmədiyi təsdiq edilərsə, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində yardım göstərməli, dəqiqləşdirilmiş tələb icarə hüququnun qeydə alınması şəkilində olmalıdır.
Tərəflərin izahatları, prosessual məsələlər
Apellyasiya məhkəməsində, cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1024/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edib şikayətlərin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1024/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində, üçüncü şəxsin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1024/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
İnzibati Prosessual Məcəllə:
Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Halbuki, işdə olan sənədlərlə müəyyən edilir ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1889 saylı sərəncamı ilə Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik boş qeyri-yaşayış sahəsi heç bir əlavə tikinti etməmək şərti ilə təsərrüfat məqsədilə istifadə etmək üçün həmin həyətdə yaşayan İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyini MİS 5 və İddiaçı arasında bağlanılmış 297 nömrəli xx.xx.1996-cı il tarixli Qeyri-yaşayış sahələrinin icarəsi üçün birtipli Müqaviləyə əsasən Azərbaycan döngəsi 5 nömrəli binanın ümumi sahəsi 15 kv.m olan qeyri-yaşayış sahəsi təsərrüfat məqsədilə İddiaçı icarəyə verilmişdir. Beləliklə, İcra Hakimiyyətinin sərəncamından, eləcə də Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyini MİS 5 və İddiaçı arasında bağlanılmış müqavilədən görünür ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı tələb edilən qeyri-yaşayış sahəsi əslində iddiaçının icarəsinə verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə əlaqədar iş materiallarında hər hansı sübut əhəmiyyətli sənədə rast gəlinmir. Bununla belə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-872/2025 saylı qərarında qeyd olunan göstərişlərə uyğun olaraq müxtəlif inzibati orqanlara sorğular ünvanlanaraq iddiaçı ilə Kooperativ arasında, eləcə də iddiaçı ilə başqa orqan və ya qurumla qeyri-yaşayış sahəsinin hər hansı hüquqmüəyyənedici sənədlə onun mülkiyyətinə verilib-verilməməsi araşdırılmışdır. Belə ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 30 aprel 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, müraciətinizdə qeyd olunmuş sorğu (İddiaçı ilə “Sovet məktəbi” Kooperativi arasında, eyni zamanda iddiaçı ilə digər orqan vəya qurum arasında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metrlik qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə (icarəsinə deyil,məhz mülkiyyətinə) verilməsini təsdiq hər hansı bir sənəd (qərar, müqavilə və.s) mövcuddurmu? Əgər mövcuddursa, həmin sənədlərin təsdiq olunmuş surətləri; Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 1889 saylı sərəncamı hazırda qüvvədədirmi? Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin MİS və İddiaçı arasında bağlanılmış 297 nömrəli, xx.xx.1996-cı il tarixli Qeyri-yaşayış sahələrinin icarəsi üçün birtipli Müqavilə müddətli bağlanmışdır?) ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin arxivində hər hansı məlumat aşkar edilməmişdir. Dövlət Arxivinin Bakı Filialının 1 may 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, görünür ki, Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1996-cı il tarixli, 1889 saylı sərəncamının təsdiq edilmiş ksero surəti 1 (bir) vərəqdən ibarət Sizə göndərilir. Sərəncama heç bir sənəd əlavə edilməmişdir. Sərəncamın qüvvədən düşməsi ilə bağlı Dövlət Arxivinin Bakı filialında hər hansı bir məlumat yoxdur. Vətəndaşlarla bağlanılmış müqavilələr, o cümlədən Səbail rayon MKTB-nin MİS və İddiaçı arasında bağlanılmış xx.xx.1996-cı il tarixli, 297 saylı müqavilə Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Həmin məktuba əlavə edilən sərəncamdan müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metrlik qeyri-yaşayış sahəsinin İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 30 iyun 2025-ci il tarixli məktubundan görünür ki, qeyd edilən qeyriyaşayış sahəsinə dair icarə müqaviləsi bağlanılması haqqında məlumat (sənəd) aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair heç bir sübut aşkar edilməmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi iddiaçının yalnız icarəsinə verilmişdir. Belə olan halda məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun olmasını təsdiq edən ilkin hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi təklif olunmuşdur. Qeyd olunan sənədlər olmadığı təqdirdə isə iddia tələbinə “Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik boş qeyri-yaşayış sahəsi üzərində icarə hüquqlarının qeydə alınması” kimi dəqiqləşdirilmə aparılması təklif olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun iddia ərizəsinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və reestrdən çıxarışın verilməsi tələbinə dair iddia tələbinin dəyişdirilərək İddiaçı istifadəsində olan Bakı şəhəri Səbail rayonu Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik qarajam balansda olmadığı halda imtinanın əsaslarının qanunsuz və əsassız hesab edilməklə, qaraj sahəsinin cavabdehin balansında olmadığı faktının müəyyən edilməklə, icarəyə verilməsinə dair Səbail Rayon İH tərəfidən verimiş Sərəncamın hüquq müəyyənediciliyi əsassız hesab edilməklə, balansda olmayan əmlakın onun mülkiyyətinə keçməsinə reyestrdən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbulundan imtina edilmişdir. Belə ki, iddia ərizəsindən və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmunundan müəyyən edilir ki, hər iki ərizə faktiki olaraq eyni məzmunda olmaqla Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsinin (qarajın) üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədardır. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunda nəzərdə tutulan əsaslar mövcud deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1024/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.