Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-229/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, İddiaçının vəkili X9, Cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə kompensasiyanın ödəniməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 10.09.2020-ci il tarixli, 2-1(112)-3275/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3440/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2856/2019 saylı, 12 dekabr 2019-cu il tarixli qərardadına əsasən İddiaçı həmin qərardaddan verdiyi apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3440/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qərardadı qismən - Bakı şəhəri Cavabdeh2nə qarşı iddianın mümkün sayılmaması hissəsində ləğv edilmiş, işin Bakı şəhəri Cavabdeh2nə qarşı qaldırılmış iddia tələbinə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 10.09.2020-ci il tarixli, 2-1(112)-3275/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir.(hakim F.Əliyev). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Cavabdeh2nə və “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Razin qəsəbəsi Kirov küçəsi, 4, 4088-ci məhəllədə yerləşən qarajın sökülməsi ilə əlaqədar cavabdehlər Bakı şəhər İcra Hakimiyyətindən, Sabunçu Rayon İcra Hakimmiyətindən və Cavabdeh3 MTK-dən 90000 manat kompensasiya tutulması və ona ödənilməsi, Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanında nəzərdə tutulmuş 20 faizi miqdarında satınalma qiymətimə əlavə haqq ödənilməsini nəzərdə tutulduğundan, ona ödənilməli olan 90000 manatın 20 faizi miqdarında, yəni 18000 manatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14.10.1988-ci il tarixdə XDS İcrayyə Komitəsinin 30 nömrəli protokolu ilə Bakı şəhər Razin qəsəbəsi Kirov küçəsi 4, 4088-ci məhəllədə qaraj tikilməsi üçün sahə X2 ayrılmışdır. Həmin il ərzində X5 qaraj inşa etdirmiş, 05.02.1993-cü il tarixdə alqısatqı müqaviləsinə əsasən həmin qarajı ona satmışdır. 2014-cü ilə kimi həmin qaraj onun mülkiyyətində və istifadəsində olmuşdur. 06.03.2001-ci il tarixində həmin qaraja qarşı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. 2014-cü ildə cavabdehin əməkdaşları tərəfindən ona məxsus və sahibliyində olan 18 kv.metrdən ibarət olan tikintini qanunsuz olaraq sökülmüş, ona ayrılmış torpaq sahəsi zəbt edilmişdir. Qanunsuz söküntü nəticəsində ona vurulmuş maddi ziyanı (kompensasiya) ödənilməsinə dair ərizə ilə o, cavabdehə müraciət etmişəm. Cavabdeh2 onun mülkiyyət və sahiblik hüquqlarını pozaraq, söküntü işləri aparılması faktından boyun qaçırır. Cavabdeh2 05.02.2018-ci il tarixli K-4/2-126 saylı cavab məktubunda göstərilmişdir ki, onun qeyd edilən ünvanda qarajı və ya müvafiq sənəd əsasında istifadəsində torpaq sahəsi olmamışdır.02.05.2019-cü il tarixli 1/171 saylı cavab məktubu ilə ona bildirmişlər ki, mübahisə olan ərazidə Cavabdeh2 tərəfindən abadlıq işəri aparılmış, həmin ünvanda onun qarajının olması və həmin qarajın kimin tərəfindən sökülməsi məlumatı yoxdur. Ona məxsus qaraja və torpaq sahəsinə cavabdehlər tərəfindən bildiriş verilməmiş, 90-180 gün ərzində yox cəmi 1 (bir) gün ərzində mülkiyyətindən məhrum olmuşdur. Cavabdeh onu Konstitusiya və digər qanunlara verilmiş hüquqlardan azad etmiş, ona maddi və mənəvi ziyan vurmuşdur. Hesab edir ki, mülkiyyətində olan 18 kv.metrdən ibarət olan qarajın hər kv.metrinə görə 5000 manat, yəni 90000 manat (18x5000=90000) ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili X14 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, Belə ki, hal-hazırda qaraj yerləşdiyi sahədə "Cavabdeh3” MTK tərəfindən Sabunçu rayon İH-nin razılığına əsasən yeni bina inşa edilmişdir. Hesab edirəm ki, təkçə bu fakt bütün iddiamı sübut edir. Bundan başqa, məhkəməyə sübut növü kimi təqdim edilmiş İcra Hakimiyyətinin cavab məktublarından cavabdehlər tərəfindən qarajın sökülməsi faktı müəyyən olunur. 14.10.1988-ci il tarixdə XDS İcraiyyə Komitəsinin 30 nömrəli protokolu ilə Bakı şəhər Razin qəsəbəsi Kirov küçəsi 4, 4088-ci məhəllədə qaraj tikilməsi üçün sahə X3 ayrılmışdır. Həmin il ərzində Yəhyayev Azər qarajı inşa etmiş, 05.02.1993-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən həmin qarajı mənə satmışdır. 2014-cü ilə kimi həmin qaraj mənim mülkiyyətimdə və istifadəmdə olmuşdur. 06.03.2001-ci il tarixdə həmin qaraja dair fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. 2014-cü ildə cavabdehlərin əməkdaşları tərəfindən mənə məxsus və sahibliyimdə olan 18 kv.m-dən ibarət olan tikintini qanunsuz olaraq sökmüşdülər. Mənə ayrılmış torpaq sahəsini zəbt etmişdilər. Qanunsuz söküntü nəticəsində iddiaçıya vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsinə dair ərizə ilə iddiaçı dəfələrlə Cavabdeh2nə və “xxxx" MTK-na müraciət etmişdir. Cavabdeh2 iddiaçının mülkiyyət və sahiblik hüquqlarını pozaraq, söküntü işlərinin aparılmasını boynundan qaçırdır. Ondan da artıq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən söküntü-tikinti işlərinin aparılması üçün verilmiş sərəncamı gizlədir. Belə ki, Cavabdeh2 05.02.2018-ci il tarixli K-4/2-126 saylı cavab məktubunda deyilir "M.Fətəliyev küçəsi 29A və 31B saylı binaların sakinləri qarajlar tikinti altına düşən torpaq sahəsinin müvafiq sənədləri olan sahiblərinə paylanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sizin qeyd edilən ünvanda qarajınız və ya müvafiq sənəd əsasında istifadənizdə torpaq sahəsi olmamışdır”. Halbuki, iddiaçının qarajı M.Fətəliyev 68 ünvanında yerləşirdi. Ondan da artıq, 02.05.2019-cu il tarixli 1/171 saylı cavab məktubu ilə iddiaçıya bildirmişdilər ki, mübahisə olan ərazidə Cavabdeh2 tərəfindən abadlıq işləri aparılmışdır, həmin ünvanda iddiaçının qarajının olması və həmin qarajın kimlər tərəfindən sökülməsi barədə məlumatı yoxdur. Cavabdeh2 14.10.1988-ci il tarixdə öz tərəfindən verdiyi sərəncamdan və Dövlət Əmlak Komitəsi tərəfindən iddiaçıya verilmiş texniki pasportdan məlumatı yoxdur. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşin hallarından görünür ki, iddiaçı cavabdehin bilavasitə onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsi nəticəsində vurulmuş maddi ziyana görə kompensasiya ödənilməsini cavabdehdən tələb edir. İddiaçı ona məxsus qarajın sökülməsi nəticəsində ona dəymiş zərərə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etsə də, lakin müraciətin təmin edilməsindən 1/711 saylı, 02 may 2019-cu il tarixli məktubla imtina edilmişdir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında Cavabdeh2 tərəfindən abadlıq işləri aparılmışdır. Lakin həmin ərazidə İddiaçı istifadəsində qarajın olması və həmin qarajın kim tərəfindən sökülməsi barədə Cavabdeh2ndə məlumat yoxdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı hazırki iddia tələbi üzrə XDS İcraiyyə Komitəsinin 14 oktyabr 1988-ci il tarixli, 30 nömrəli protokolu əsasında Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi 4, 4088- ci məhəllədə qaraj tikilməsi üçün sahənin X4 ayrıldığını, həmin il ərzində sonuncu tərəfindən qaraj inşa edildiyini, 05.02.1993-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin qarajı ona satdığını, 06.03.2001-ci il tarixdə qarajın texniki pasportunun tərtib edildiyini, 2014-cü ilədək qarajın onun mülkiyyətində və istifadəsində olduğunu və həmin tarixdə cavabdehin əməkdaşları tərəfindən sökülərək, ona ayrılmış torpaq sahəsinin zəbt edildiyini göstərmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında sözügedən mübahisə predmeti olan qarajın metal quraşdırma olmaqla, həmin qarajın yerləşdiyi torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədinin olması müəyyən edilməmişdir. Belə ki, işdə olan Lenin rayon XDS İcraiyyə Komitəsinin 14 oktyabr 1988-ci il tarixli, 30 nömrəli protokolunun surətindən görünür ki, X4 Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi 4, 4088-ci məhəllənin həyətindən mövcud qarajların sahəsində dəmir qarajın quraşdırılmasına icazə verilmişdir. İşdə olan 05.02.1993-cü il tarixli qarajın alqı-satqı müqaviləsindən görünür ki, X6 ona məxsus dəmir qarajı İddiaçı satmışdır. İşdə olan Sabunçu rayon XDS İcraiyyə Komitəsinin 14.10.1988-ci il tarixli, 50 saylı protokolu və 1 saylı notariat kontorunun 05.02.1993-cü il tarixli alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş 06.03.2001-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 5 ünvanının həyətindən yerləşən İddiaçı məxsus metal qarajın ümumi sahəsi 18 kv.metr təşkil edir. İddiaçı qarajın və həmin qarajın yerləşdiyi torpaq sahəsinin ona məxsus olduğunu iddia etsə də, lakin iş materiallarında olan sənədlərdən görünür ki, Lenin rayon XDS İcraiyyə Komitəsinin 14 oktyabr 1988-ci il tarixli, 30 nömrəli qərarına əsasən X4 dəmir qarajın quraşdırılmasına icazə verilmişdir və iddiaçı 05.02.1993-cü il tarixli alqı-satqı müqaviləsi əsasında dəmir qarajı almışdır. Həmin qaraj onun sahibliyində olduğundan, o, sahibliyində olan qarajın söküntüsü ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Bununla belə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ona məxsus olmuş qarajın sökülməsinin Bakı şəhəri Cavabdeh2 tərəfindən və ya onun səlahiyyətli şəxslərinin tapşırığı əsasında aparılmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən, işdə olan sənədlər, həmçinin məhkəmə araşdırması zamanı söküntü işlərinin məhz Bakı şəhəri Cavabdeh2 tərəfindən aparılması müəyyən edilmədiyindən, buna görə də iddiaçının cavabdehdən ona məxsus əmlakın sökülməsi ilə bağlı kompensasiya tələbi əsassızdır. Belə ki, işdə olan Bakı şəhəri Cavabdeh2 tərəfindən iddiaçıya ünvanlanmış K- 40/3152 saylı, 31.07.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, onun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Cavabdeh2nə qarşı “qarajla bağlı müvafiq sərəncamın verilməsi” tələbinə dair iddiasına 26 oktyabr 2018ci il tarixdə baxılmış, barəsində sərəncam verilməsi iddia edilən qeyri-yaşayış sahəsi ilə (qarajla) bağlı onun iddia irəli sürmək üzrə subyektiv hüquqa və Cavabdeh2 Başçısının müvafiq sərəncam vermək səlahiyyətinə malik olmadığından iddiası mümkün sayılmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona qaraj üçün kompensasiya ödənilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı qarajın cavabdeh tərəfindən sökülməsi ilə bağlı hər hansı mötəbər sübutu istər iddia ərizəsinə, istərsə də məhkəmə araşdırması dövründə məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə məhkəmə araşdırması dövründə ünvan 3 ünvanında Cavabdeh2 tərəfindən abadlıq işlərinin aparılıb-aparılmaması, abadlıq işlərinin aparılması ilə əlaqədar həmin ərazidə yerləşən İddiaçı istifadəsində olan qarajın sökülübsökülməməsi, söküldüyü halda qarajın söküntüsü ilə əlaqədar tərəfinizdən hər hansı kompensasiya ödənilibödənilməməsi, ödənildiyi təqdirdə kompensasiyanın məbləği barədə məlumatın və kompensasiya ödənilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Bakı şəhəri Cavabdeh2ndən tələb edilmişdir. Bakı şəhəri Cavabdeh2 tərəfindən 1/684 saylı, 12 may 2020-ci il tarixli məktubla məhkəmə sorğusuna cavab olaraq göstərilmişdir ki, ünvan 3 ünvanında İddiaçı qarajının olub-olmaması və onun sökülməsi barədə Bakı şəhəri, Cavabdeh2ndə hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilən maddi hüquq normalarının mahiyyətinə görə, zərərin əvəzinin ödənilməsini tələb edən şəxs məhkəməyə müraciət edərkən, əvvəla hüquq pozuntusunun baş verməsini sübut etməli, hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus metal qarajın sökülməsinin məhz Bakı şəhəri Cavabdeh2 və ya onun səlahiyyətli şəxslərinin tapşırığı əsasında aparılması, bununla bağlı hər hansı inzibati aktın qəbul olunduğu müəyyən edilmədiyindən, iddiaçının cavabdehdən qarajın söküntüsü ilə bağlı kompensasiya ödənilməsi tələbi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İddiaçının apelyasiya şikayətində göstərilən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən söküntü-tikinti işlərinin aparılması üçün verilmiş sərəncamı gizlədilməsi dəlillərini qəbul etmir. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının vəkili tərəfindən təqdim edilmiş Sabunçu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 44 saylı Mənzil-kommunal İstismar Sahəsinin 24.12.2020-ci il tarixli, 84/1 saylı məktubunu sübüt kimi qəbul etmir. Həmin məktubda ünvan 9 binanın 44 saylı MKİS-in xidməti balansında olduğu, 2014-cü ildə həmin binanın qarşısında aparılan abadlıq işləri ilə əlaqədar olaraq ərazidə olan müvəqqəti quraşdırılmış 17 (on yeddi) ədəd qarajların MKİS tərəfindən sökülərək yerində abadlıq işlərin aparılması və həmin həyət tam abadlaşdırılaraq sakinlərin istifadəsinə verilməsi barədə bildirilmişdir. Məktubda göstərilən halın araşdırılması məqsədilə Bakı şəhəri Cavabdeh2nə və Bakı şəhəri rayon İcra Hakimiyyətinin Sabunçu Mənzil-Kommunal Təsərrüfat Birliyinə sorğular göndərilmişdir. Bakı şəhəri Cavabdeh2 başçısının məhkəməyə ünvanlandığı 26 aprel 2021-ci il tarixli, 1/791 saylı məktubunda bildirilmişdir ki, Sabunçu rayonu, ünvan 9 binanın qarşısında olan və yaxınlığında yerləşən qarajların, o cümlədən İddiaçı Əbdulrəhim oğluna məxsus qarajın 44 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən sökülməsinə dair Cavabdeh2 tərəfindən hər hansı sərəncamın verilmədiyi bildirilmişdir. Bakı şəhəri Cavabdeh2 Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 26 aprel 2021-ci il tarixli 33/3 saylı məktubunda bildirilmişdir ki, Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan 44 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən Sabunçu rayonu, ünvan 9 ünvanda hər hansı söküntü və abadlıq işləri aparılmamışdır. Belə ki, həmin söküntü və abadlıq işlərinin aparılması Mənzil-Kommunal İstismar Sahəsinin səlahiyyətinə aid deyil. Eyni zamanda bildirilmişdir ki, Cavabdeh2 tərəfindən qeyd edilən ünvanda söküntü işlərinin aparılmasına dair Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Biriliyinə hər hansı sərəncam daxil olmamışdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10.09.2020-ci il tarixli, 2-1(112)-3275/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-229/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-229/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver