Məhkəmə qərarları › İş №2-1(103)-2291/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2291/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2291/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. xx.xx.2021-ci il tarixli № AZ0000012 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 150.000,00 manat, xx.xx.2021-ci il tarixli **********511639 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 27.000 manat, xx.xx.2021-ci il tarixli № AZ0000013 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 49.730,00 manat, xx.xx.2021-ci il tarixli **********540485 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 8.951,40 manat, xx.xx.2021-ci il tarixli № AZ0000014 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 55.000,00 manat, xx.xx.2021-ci il tarixli **********548109 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 9.900 manat, ümumilikdə isə malın dəyəri olaraq 254.730,00 manat, ƏDV-si olaraq isə 45.851,40 manat, ümumilikdə 300.581,40 manat iddiaçı "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 iyun 2021-ci il tarixli **********831700 saylı qərarına əsasən, "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27 mart 2023-cü il tarixli, **********104700 saylı qərarına əsasən, "xxxx" MMC-yə 2021-ci ilin iyun ayı üzrə əlavə dəyər vergisi ilə əlaqədar 45.851,40 manat vergi hesablanmışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 aprel 2023-cü il tarixli, **********668000 saylı qərarına əsasən, "xxxx" MMC-yə 2021-ci il üzrə mənfəət vergisi ilə əlaqədar 50.946,0 manat vergi hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" MMC (VÖENt`**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27 mart 2023-cü il tarixli, **********104700 saylı, iddiaçı barəsində 45.851,40 manat verginin hesablanması haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********104700 saylı, 27 mart 2023-cü il tarixli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı olaraq 45.851,40 manat vergi hesablanması haqqında qərar qəbul edilmişdir. Mübahisələndirilən qərarı iddiaçı əsassız və qanunsuz hesab edir. Belə ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2021-ci il tarixli 05/21 saylı alqı-satqı müqaviləsinə əsasən qiymət razılaşma protokollarında göstərilən müxtəlif material və avadanlıqların (178,8 mm-lik qoruyucu kəmər) satılması həyata keçirilmişdir. Satıcı tərəfindən təqdim edilmiş EBBC №582208 saylı xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən satılan malın dəyəri 254.730,00 manat, ƏDV-si isə 48.850,40 manat təşkil etmişdir. Qeyd edilən qaiməyə uyğun olaraq xx.xx.2021-ci il tarixli №AZ0000012 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 150.000,00 manat, xx.xx.2021-ci il tarixli **********511639 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 27.000 manat, xx.xx.2021-ci il tarixli № AZ0000013 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 49.730,00 manat, xx.xx.2021-ci il tarixli **********540485 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 8.951,40 manat, xx.xx.2021-ci il tarixli № AZ0000014 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 55.000,00 manat, xx.xx.2021-ci il tarixli **********548109 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 9.900 manat, ümumilikdə isə malın dəyəri olaraq 254.730,00 manat, ƏDV-si olaraq isə 45.851,40 manat, ümumilikdə 300.581,40 manat "xxxx" MMC-yə ödənilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan müqavilə imzalanan zaman, həm də iddiaçı tərəfindən əməliyyatlar, ödənişlər aparılan zaman "xxxx" MMC-nin cavabdehin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs olması barədə hər-hansı qərar olmamışdır. Belə ki, cavabdehin yalnız 30 iyun 2021-ci il tarixli **********831700 saylı qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, müqavilə imzalanan vaxt və ya ödənişlər edilən zaman "xxxx" MMC əmtəəsiz maliyyə əməliyyatları və riskli vergi ödəyiciləri sırasında olmamış və olsa belə, cavabdehin rəsmi səhifəsində məlumatın olmaması səbəbindən iddiaçının bundan xəbəri olmamış, Vergi Xidmətinin bu barədə qərarı olmamış, Vergi Xidmətinin elektron səhifəsində bu haqda məlumat verilməmiş, ümumiyyətlə əməliyyatlar riskli əməliyyatlar dövrünə aid deyildir. Bütün qeyd edilənlərə baxmayaraq cavabdehin "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 254.730,00 manat malın dəyərini və ƏDV-si olaraq ödədiyi 45.851,40 manat vəsaiti xərc kimi nəzərə almamış və nəticədə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBC seriyalı 582208 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermədiyi əsas gətirilmişdir. Bununla vergi orqanı yuxarıda qeyd edilən elektron qaimə-faktura üzrə 45.851,40 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 45.851,40 manat kənarlaşma yarandığı əsası ilə "xxxx" MMC-yə sosial sığorta və işsizlik sığortası adı ilə 45.851,40 manat vergi hesablanmışdır. İddiaçı hesab edir ki, cavabdehin məsələyə bu cür yanaşmasının heç bir hüquqi əsası və o cümlədən məntiqi əsası olmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10055/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10055/2023 saylı iş 2- 1(112)9506/2023 saylı inzibati işə birləşdirilmişdir.

8. 2-1(112)-10055/2023 saylı iş üzrə iddiaçı "xxxx" MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 aprel 2023-cü il tarixli, **********668000 saylı, iddiaçı barəsində 50.946,00 manat verginin hesablanması haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********668000 saylı, 28 aprel 2023-cü il tarixli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı olaraq 53.727,14 manat vergi hesablanması haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı olaraq 53.727,14 manat vergi məbləğindən 2.781,14 manat təqdim edilmiş bəyannamə üzrə hesablanmış vergi və ya sığorta haqqı olaraq müəyyən edilmiş və nəticədə 50.946,00 manat əlavə vergi və ya sığorta haqqı məbləği olaraq hesablanmışdır. İddiaçı qeyd edilmiş mübahisələndirilən qərarı aşağıdakı səbəblərdən əsassız və qanunsuz hesab edir. Belə ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2021-ci il tarixli 05/21 saylı alqı-satqı müqaviləsinə əsasən qiyməti razılaşma protokollarında göstərilən müxtəlif material və avadanlıqların (178,8 mm-lik qoruyucu kəmər) satılması həyata keçirilmişdir. Satıcı tərəfindən təqdim edilmiş EBBC №582208 saylı xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən satılan malın dəyəri 254.730,00 manat, ƏDV-si isə 48.850,40 manat təşkil etmişdir. Qeyd edilən qaiməyə uyğun olaraq xx.xx.2021-ci il tarixli №AZ0000012 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 150.000,00 manat, xx.xx.2021-ci il tarixli **********511639 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 27.000 manat, xx.xx.2021-ci il tarixli №AZ0000013 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 49.730,00 manat, xx.xx.2021-ci il tarixli **********540485 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 8.951,40 manat, xx.xx.2021-ci il tarixli № AZ0000014 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 55.000,00 manat, xx.xx.2021-ci il tarixli **********548109 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 9.900 manat, ümumilikdə isə malın dəyəri olaraq 254.730,00 manat, ƏDV-si olaraq isə 45.851,40 manat, ümumilikdə 300.581,40 manat "xxxx" MMC-yə ödənilmişdir. Nə iddiaçı ilə "xxxx" MMC arasında olan müqavilə imzalanan zaman, nə də iddiaçı tərəfindən əməliyyatlar, ödənişlər aparılan zaman "xxxx" MMC-nin cavabdehin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs olması barədə hər-hansı qərar olmamışdır. Belə ki, cavabdehin yalnız 30 iyun 2021-ci il tarixli **********831700 saylı qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, müqavilə imzalanan vaxt və ya ödənişlər edilən zaman "xxxx" MMC əmtəəsiz maliyyə əməliyyatları və riskli vergi ödəyiciləri sırasında olmamış və olsa belə cavabdehin rəsmi səhifəsində məlumatın olmaması səbəbindən iddiaçının bundan xəbəri olmamış, Vergi Xidmətinin bu barədə qərarı olmamış, Vergi Xidmətinin elektron səhifəsində bu haqda məlumat verilməmiş, ümumiyyətlə əməliyyatlar riskli əməliyyatlar dövrünə aid deyildir. Bütün qeyd edilənlərə baxmayaraq cavabdeh "xxxx" MMC tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 254.730,0 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edildiyi bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirildiyi və kənarlaşmanın yaranmasına səbəb olduğu bildirilmişdir. Bununla vergi orqanı qeyd edilənləri əsas gətirərək 50.946,00 manat kənarlaşma yaranması əsası ilə "xxxx" MMC-yə 50.946,00 manat vergi hesablanmışdır. İddiaçı hesab edir ki, cavabdehin məsələyə bu cür yanaşmasının heç bir hüquqi əsası və o cümlədən məntiqi əsası olmamışdır.

10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiada göstərilən dəlillər əsassız olduğundan iddia təmin edilməməlidir. Belə ki, uçot baza məlumatlarına əsasən cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair məsləhətlər”indən ibarət olduğu, 2021-ci ildən vergi orqanında qeydiyyatda olan Qaradağ rayonu üzrə 1 sayda (Az 1063, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 16-cı km, ev 10) təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir. Bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən, vergi ödəyicisi tərəfindən 2021-ci ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə əsasən "xxxx" MMC (VÖEN **********) tərəfindən 45.851,4 manat (ƏDV) dəyərində EBBC seriyalı 582208 nömrəli əldə edilən EQF riskli hesab edildiyindən kənarlaşma yaranmışdır. Bu barədə "xxxx" MMC vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********831700 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********906100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 45.851,4 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********898800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Daha sonra müvafiq dövr üzrə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə vergi ödəyicisi tərəfindən dəqiqləşmə verilərək kameral qaydada hesablanmış vergi məbləği azaldılmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********717200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 45.851,4 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********104700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermiş və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Ona görə də iddiaçı "xxxx" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur.

11. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023cü il tarixli, **********486800 nömrəli etirazında bildirilmişdir ki, iddia ərizəsində göstərilən dəlillər əsassız olduğundan iddia təmin edilməməlidir. 2021-ci il ərzində "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış 254.730,0 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********927700 nömrəli və xx.xx.2023-cü il tarixli **********720100 nömrəli uyğunsuluq məktubları göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 50.946,0 manat ((254730,0)*20%)) əlavə vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********668000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27 mart 2023-cü il tarixli, **********104700 saylı və 28 aprel 2023-cü il tarixli, **********668000 saylı qərarları ləğv edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-1123/2024 nömrəli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********104700 nömrəli və xx.xx.2022-ci il tarixli **********668000 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1123/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********104700 nömrəli və xx.xx.2022-ci il tarixli **********668000 nömrəli qərarları ləğv edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 1123/2024 nömrəli qərarı ilə aşağıda qeyd olunan səbəblərə görə razı deyildir. Uçot baza məlumatlarına əsasən cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair məsləhətlərindən ibarət olduğu, 2021-ci ildən vergi orqanında qeydiyyatda olan Qaradağ rayonu üzrə 1 sayda (Az 1063, Bakı şəhəri Qaradağ rayonu, Salyan şosesi 16-cı km, ev 10) təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən, vergi ödəyicisi tərəfindən 2021-ci ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə əsasən "xxxx" MMC (VÖEN **********) tərəfindən 45.851,4 manat (ƏDV) dəyərində EBBC seriyalı 582208 nömrəli əldə edilən EQF riskli hesab edildiyindən kənarlaşma yaranmışdır. Bu barədə "xxxx" MMC vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********831700 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********906100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 45.851,4 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********898800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Daha sonra müvafiq dövr üzrə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə vergi ödəyicisi tərəfindən dəqiqləşmə verilərək kameral qaydada hesablanmış vergi məbləği azaldılmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********717200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 45.851,4 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********104700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. 2021-ci il ərzində "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış 254.730,0 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin, çeşidinin vergi ödəyicisinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********927700 nömrəli və xx.xx.2023-cü il tarixli **********720100 nömrəli uyğunsuluq məktubları göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 50.946,0 manat ((254.730,0)*20%)) əlavə vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********668000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: riskli əməliyyatlar aparan şəxs olduqda; aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; yuxarıda qeyd edilmiş meyarlar üzə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin meyarların 3-cü bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.69cu maddəsinə əsasən vergi üstünlüyü-vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi-vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında olan müqavilə imzalanan zaman, həm də iddiaçı tərəfindən əməliyyatlar, ödənişlər aparılan zaman "xxxx" MMC-nin cavabdehin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və ya riskli əməliyyatlar aparan şəxs olması barədə hər hansı qərar olmamışdır. Lakin məhkəmənin qeyd olunan dəlili formal olmaqla yanaşı yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, vergi orqanında aparılan araşdırmalar zamanı yuxarıda adları qeyd olunan vergi ödəyicilərinin məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bu barədə sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. Məhz adları qeyd olunan vergi ödəyicilərinin iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bundan başqa riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)- 1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 1212/2023 nömrəli qərarı cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibatı icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildirilir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********104700 nömrəli və xx.xx.2022-ci il tarixli **********668000 saylı qərarlar Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri:

15. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, mübahisəsiz faktdır ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır. Cavabdeh özü də bu faktı təsdiq edir. Lakin, cavabdehin apellyasiya şikayətindəki yeganə dəlili odur ki, iddiaçı ilə "xxxx" MMC arasında olan müqavilə imzalanan zaman, həm də iddiaçı tərəfindən əməliyyatlar, ödənişlər aparılan zaman "xxxx" MMC-nin riskli əməliyyatlar aparan şəxs olması barədə cavabdehin hər hansı qərarı olmaması barədə məhkəmənin dəlili formaldır, məntiqə əsaslanan dəlildir. Belə ki, cavabdeh tərəfindən "xxxx" MMC-ni riski vergi ödəyicisi kimi müəyyən etməsi üçün qərar verilərkən həmin qərarın tarixindən əvvəl aparılmış əməliyytəlardan biri iddiaçı ilə olmuşdir, iddiaçıya satılmış malın "xxxx" MMC tərəfindən alışı müəyyən edilməmişdir. Təbii ki, iddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla əməliyyat apardığı həmin müəssisələr tərəfindən alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi öhdəliyi olmamış, qanunvericilikdə belə bir norma nəzərdə tutulmamış, cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə təcrübəsi üzrə axtarış sistemində olan, Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarları da bu hüquqi mövqeni müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli və 12 may 2023-cü il tarixli 2-1(102)-1058/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli 2- 1(102)-1234/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli 2-1(102)-2233/2023 nömrəli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə təcrübəsi üzrə axtarış sistemində olan oxşar işlər üzrə qərarlarındakı hüquqi mövqeyi ilə cavabdehin göstərilən dəlillərinin əsassız olduğu artıq məhkəmə təcrübəsi kimi müəyyən edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli 2-1(102)-1058/2023 nömrəli oxşar iş üzrə qərarından çıxarışlar: Kassasiya şikayətinin dəlillərinə əsasən yuxarıda qeyd edilən əməliyyatlar riskli hesab olunduğundan ƏDV bəyannaməsində əvəzləşdirilməyə əsas vermir. Cavabdeh şikayətini onunla əsaslandırır ki, iddiaçının əməliyyat apardığı hüquqi şəxslər məhz iddiaçı ilə aparılan alqı-satqı əməliyyatlarının nəticəsinə uyğun olaraq riskli vergi ödəyiciləri hesab edilmişlər. Yəni iddiaçı və digər müəssisələr arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra həmin müəssisələrin riskli vergi ödəyiciləri olması barədə qərarlar qəbul edilmişdir. (28-ci bənd, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli 2-1(102)-1058/2023 nömrəli oxşar iş üzrə qərarı) Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. (32-ci bənd, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli 2-1(102)-1058/2023 nömrəli oxşar iş üzrə qərarı) Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisələr məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfində də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. (37-ci bənd, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli 2-1(102)- 1058/2023 nömrəli oxşar iş üzrə qərarı)ş İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. (38-ci bənd, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli 2-1(102)- 1058/2023 nömrəli oxşar iş üzrə qərarı) Ali Məhkəmənin İnzibati Kollegiyasının 02 avqust 2023-cü il tarixli 2-1(102)-1234/2023 nömrəli oxşar iş üzrə qərarından çıxarışlar: Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. (36-cı bənd, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 2023-cü il tarixli 2-1(102)-1234/2023 nömrəli oxşar iş üzrə qərarı) Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. (38-ci bənd, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 2023-cü il tarixli 2-1(102)-1234/2023 nömrəli oxşar iş üzrə qərarı)

16. (39.) Nəzərə almaq lazımdır ki, cavabdehin özü də kassasiya şikayətində iddiaçının digər müəssisələrlə apardığı müvafiq əməliyyatların həmin müəssisələrin riskli vergi ödəyicisi hesab olunmasından əvvəl aparıldığını qeyd etmişdir. (40.) Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. (39,40-cı bəndlər, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 2023-cü il tarixli 2-1(102)- 1234/2023 nömrəli oxşar iş üzrə qərarı) Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisələr məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfində də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. (41-ci bənd, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 2023-cü il tarixli 2-1(102)-1234/2023 nömrəli oxşar iş üzrə qərarı). İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. (42-ci bənd, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 2023-cü il tarixli 2- 1(102)-1234/2023 nömrəli oxşar iş üzrə qərarı). Beləliklə, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qənaəti ilə bölüşərək qeyd edir ki, iddiaçı sözügedən müəssisələr ilə əməliyyat apardığı zamanı həmin müəssisələr riskli vergi ödəyicilər siyahısında olmamışlar ki, qeyd edilən hal da bir daha cavabdeh vergi orqanın qəbul etdiyi hazırda mübahisələndirilən qərarların qanunsuz və əsassız olmasına dəlalət edir. Ona görə ki, cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da qanunsuz və əsassız olaraq riskli hesab edərək əlavə vergilər hesablamış və bununla da kobud surətdə qanun pozuntusuna yol vermişdir. (44-ci bənd, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 2023- cü il tarixli 2-1(102)-1234/2023 nömrəli oxşar iş üzrə qərarı) Beləliklə, Ali Məhkəmənin qərarlarında gəldiyi nəticələrə, hüquqi mövqeyinə əsasən hesab edirik ki, 1-ci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Ona görədə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin verdiyi apellyasiya şikayətini təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1123/2024 saylı qərarının dəyişdirilmədən saxlanılması xahiş olunur. Tərəflərin izahatları:

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-in vəkili və nümayəndəsi Vəkil etirazın məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

18. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:

19. Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

20. Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur.

21. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.

22. Maddə 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

23. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.

24. Maddə 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.(xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya)

25. Maddə 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”

26. Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir.

27. Bənd 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu:

28. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

29. Maddə 67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

30. Maddə 67.2.Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

31. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

32. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);

33. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

34. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

35. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

36. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).

37. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

39. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

41. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

42. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

43. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

44. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

45. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

46. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

47. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdehin iddia tələblərinə qarşı etirazının dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd etdiyi dəlillərinin kollegiya əsassız olması qənaətinə gəlir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2021-ci il tarixli 05/21 saylı alqı-satqı müqaviləsinə əsasən qiymət razılaşma protokollarında göstərilən müxtəlif material və avadanlıqların (178,8 mm-lik qoruyucu kəmər) alqı-satqısı həyata keçirilmişdir. Satıcı tərəfindən təqdim edilmiş EBBC № 582208 saylı xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən satılan malın dəyəri 254.730,00 manat, ƏDV-si isə 48.850,40 manat təşkil etmişdir. Qeyd edilən qaiməyə uyğun olaraq xx.xx.2021-ci il tarixli № AZ0000012 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 150.000,00 manat, xx.xx.2021-ci il tarixli **********511639 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 27.000 manat, xx.xx.2021-ci il tarixli № AZ0000013 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 49.730,00 manat, xx.xx.2021-ci il tarixli **********540485 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 8.951,40 manat, xx.xx.2021-ci il tarixli № AZ0000014 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 55.000,00 manat, xx.xx.2021-ci il tarixli **********548109 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 9.900 manat, ümumilikdə isə malın dəyəri olaraq 254.730,00 manat, ƏDV-si olaraq isə 45.851,40 manat, ümumilikdə 300.581,40 manat "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən "Drongo LTD” MMC-yə ödənilən 254.730,00 manat malın dəyərini və ƏDV-si olaraq ödənilən 45.851,40 manat vəsaiti xərc kimi nəzərə almamış, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBC seriyalı 582208 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatları riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermədiyini əsas gətirərək qeyd edilən elektron qaimə-faktura üzrə 45.851,40 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 45.851,40 manat kənarlaşma yarandığı əsası ilə "xxxx" MMC-yə sosial sığorta və işsizlik sığortası adı ilə əsassız olaraq 45.851,40 manat vergi hesablamışdır.

51. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı olaraq 53.727,14 manat vergi məbləğindən 2.781,14 manat təqdim edilmiş bəyannamə üzrə hesablanmış vergi və ya sığorta haqqı olaraq müəyyən edilmiş və nəticədə 50.946,00 manat əlavə vergi və ya sığorta haqqı məbləği olaraq iddiaçıya əsassız hesablanmışdır.

52. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlanan və iddiaçı tərəfindən əməliyyatlar, ödənişlər aparılan zaman "xxxx" MMC-nin cavabdehin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs olması barədə vergi orqanının hər-hansı qərar olmamış, bu barədə cavabdeh yalnız 30 iyun 2021-ci il tarixdə **********831700 saylı qərar qəbul edərək "xxxx" MMC-ni riskli vergi ödəyicisi hesab etmiş, müqavilə imzalanan vaxt və ya ödənişlər edilən zaman "xxxx" MMC əmtəəsiz maliyyə əməliyyatları və riskli vergi ödəyiciləri sırasında olmamış, olduğu halda belə, cavabdehin rəsmi səhifəsində məlumatın olmaması səbəbindən iddiaçının bundan xəbəri olmamış, Vergi Xidmətinin elektron səhifəsində bu haqda məlumat verilməmiş, buna görə də iddiaçı apardığı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.

53. Kollegiya qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması halı da iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, bunu etmiş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfində də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Cavabdeh özü də əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması halını mübahisələndirmir.

54. Məhkəmə kollegiyası riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından təhlilini zəruri hesab edib qeyd edir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmiş və həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

56. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Çünki iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da qanunsuz və əsassız olaraq riskli hesab edərək əlavə vergilər hesablamaqla kobud surətdə qanun pozuntusuna yol vermişdir. Bekə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.

57. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Həmin Məcəllənin 109.9-cu maddəsinin tələbinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir.

58. Cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

59. Tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsaydı belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini 109.9-cu maddənin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddədə təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh əməliyyatların məbləğinə qeyd olunan müddəalar nəzərə alınmadan birbaşa 20%-lə mənfəət vergisi hesablamışdır.

60. Kollegiya sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərlə bağlı qeyd edir ki, mübahisələndirilən qərarla iddiaçıya mənfəət vergisi bəyannaməsi üzrə əlavə vergi məbləği hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bunu əmtəəsiz dövriyyə kimi qiymətləndirmiş, belə yanaşma isə qanunvericiliyin tələbinə uyğun deyildir.

61. Kollegiya qeyd edir ki, subutetmə yükü üzərində olan cavabdeh inzibati orqan vergi ödəyicisi olan iddiaçının pərdələnmiş əməliyyatın baş tutmasında təqsirli olmasını, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halını mötəbər, təkzib olunmaz sübutlarla təsdiq edə bilməmişdir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.

62. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

63. Vergi ödəyicisinin vəzifələrini təsbit edən Vergi Məcəlləsinin 16-cı maddəsində malların alınması zamanı vergi ödəyicisinin satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması vəzifəsi göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir.

64. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 27 mart 2023-cü il tarixli, **********104700 saylı və 28 aprel 2023-cü il tarixli, **********668000 saylı qərarlar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati aktlar qəbul edilmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

65. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar