Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2293/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-854/2023 saylı, 16 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müxtəlif illərdə zərgər olaraq çalışmış və uzun illər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Təhsil illəri – xx.xx.1978 – xx.xx.1981 - 3 il, hərbi xidmət – xx.xx.1981-xx.xx.1983 - 2 il, xx.xx.1984- xx.xx.1985 zərgər köməkçisi - 5 ay 16 gün, xx.xx.1985-xx.xx.1985 - 2-ci dərəcəli zərgər-şəbəkəçi - 3 ay 6 gün, xx.xx.1985-xx.xx.1987 - zərgər - 2 il 6 ay, xx.xx.1987- xx.xx.1988-zərgərmontajçı - 4 ay 23 gün, xx.xx.1988 -xx.xx.1992 - zərgər - 4 il 4 ay 17 gün, xx.xx.1992xx.xx.2010 - zərgər - 18 il 5 ay, xx.xx.2010-xx.xx.2012 - 5-ci dərəcəli quraşdırıcı zərgər ixtisası verilib -1 il 8 ay 17 gün, xx.xx.2013 - bağlanmış əmək müqaviləsinə əsasən, eksperimental zərgərlik sahəsinə 5-ci dərəcəli quraşdırıcı - zərgər qəbul edilib - 9 il. İddiaçının ümumi iş stajı 42 ildən çox, xüsusi stajı isə 35 ildən çoxdur. Həmçinin, iddiaçının 2006-cı ilədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi stajı vardır. Ona görə hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilmiş və əmək pensiyasının təyin edilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli imtina məktubu ilə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının 3 əsası var: 1. Güzəştli iş stajının olmaması, 2. xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması (xx.xx.1981- xx.xx.1983, xx.xx.1984 - xx.xx.2005), 3. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və qanunaziddir. Belə ki, 1-ci əsasa görə güzəştli iş stajının olmaması iddiaçının əmək kitabçasına əsasən təkzib olunur. İddiaçı zərgər-şəbəkəçi və quraşdırıcı-zərgər vəzifələrində işləmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) zərgər və bədii məmulatları qaralayanlar vəzifəsinə uyğundur. Bu barədə iş yerindən ətraflı arayışı var. 2- ci əsasa gəldikdə burada təhsil illəri nəzərə alınmamışdır (xx.xx.1978 – xx.xx.1981 - 3 il). 3-cü əsas isə, yəni pensiya kapitalının olması zəruri deyil, çünki iddiaçıya əmək pensiyası 2006-cı ilədək olan iş stajına görə təyin edilir, həmin vaxt qüvvədə olan qanunvericiliyə görə isə pensiya kapitalının olması zəruriyyəti müəyyən olunmur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etiraz iddiaçıya verilən imtina məktubu ilə eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı daha əvvəl 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi iddiaçının çalışdığı vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısındakı” vəzifələrə uyğun gəlməməsi, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək qanunun 9-cu maddəsində göstərilən islərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajı azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələbinə müvafiq olaraq onun xx.xx.2006-ci il tarixədək ümumilikdə 25 il sığorta stajının olub-olmaması mübahisələndirilir. Belə ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 4 ay 1 gün (xx.xx.1981 - xx.xx.1983-cü il və xx.xx.1984 - xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) zərgər və bədii məmulatları qaralayan vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərdə xx.xx.1985 - xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də zərgər-şəbəkəçi və quraşdırıcı- zərgər vəzifələrində işləməsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan zərgər və bədii məmulatları qaralayan vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 52320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39955,53 manat təşkil edir. İddiaçı güzəştli iş stajının olmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-854/2023 saylı, 16 fevral 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddianın təmin edilməsi, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-854/2023 saylı, 16 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, inzibati işin hazırki mərhələsində cavabdeh orqan tərəfindən İddiaçı güzəştli iş stajının olub-olmaması mübahisələndirilir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən İddiaçı xx.xx.1985 - xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMCdə zərgər-şəbəkəçi və quraşdırıcı-zərgər vəzifələrində işləməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) zərgər və bədii məmulatları qaralayan vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli 16/01 №-li arayışda qeyd edilənlərə əsasən iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan zərgər və bədii məmulatları qaralayan vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli is stajı yoxdur. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilərək şikayətin təmin edilməyib, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-854/2023 saylı, 16 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-854/2023 saylı, 16 fevral 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. Belə ki, İddiaçı məxsus AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx.xx.1963-cü il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) zərgər və bədii məmulatları qaralayanlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1985-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də zərgərşəbəkəçi və quraşdırıcı-zərgər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan zərgər və bədii məmulatları qaralayanlar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Bundan başqa, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı da 25 ildən az (23 il 4 ay 1 gün (xx.xx.1981- xx.xx.1983-cü il və xx.xx.1984- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 52320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39955,53 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından, mümkün hesab edilməmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 34/038 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində xx.xx.1985-cı ildən - xx.xx.1987-ci ilədək şəbəkəçi - zərgər, xx.xx.1987-ci ildən - xx.xx.2012-cı ilədək 2-ci sənət kimi quraşdırıcı - zərgər peşələrində və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir (Azərbaycan Suvenirləri)” MMC-də xx.xx.2013-cü ildən - xx.xx.2017- ci ilədək quraşdırıcı - zərgər , xx.xx.2017 -ci ildən hal-hazıradək eksperimental zərgərlik sahəsində 6-cı dərəcəli modelçi-zərgər peşəsində çalışır. İşlədiyi müddətdə o, nümunə əsasında zərgərlik məmulatlarını və onların hissələrini (model üçün) bədii səviyyədə hazırlayır. İş əsnasında o, zərgərlik məmulatlarının üzərində qaynaq işləri aparır. Məmulatı qaynaq edən zaman asbest, bor turşusu, xlor turşusundan istifadə edir. Qaynaq işini aparmaq üçün benzindən istifadə edir və açıq alovla işləyir. İş əsnasında o, eskizlərə baxaraq məmulatın üzərində mina üçün pəncərə düzəldir, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salır. Sonuncu mərhələdə qiymətli metallardan toplanmış ovuntuları əridib, yeni növ zərgərlik məmulatlarını istehsal etmək üçün külçə hazırlayır. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq, həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi“ - “Zərgər və bədii məmulatları qaralayanlar“ -zərərli sahəyə uyğundur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 34/115 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2-li əlavəsinin 2-li siyahısının XİV fəslinin (Metal emalı) 7-ci bölməsinin (qaynar üsulla metalın üzlənməsi) 2150700a-19553 bəndinə (zərgər və bədii məmulatları qaralayanlar) uyğundur. xx.xx.2006-cı ilə qədər İddiaçı güzəştli iş stajının ümumi müddəti 20 il 10 ay 13 gün təşkil edir. Ətraflı qeyd olunmuş arayışı və İddiaçı işə qəbul əmrini qoşmada Sizə təqdim edirik. İddiaçı hal-hazırda da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir (Azərbaycan Suvenirləri)” MMC-də 6-cı dərəcəli modelçi- zərgər peşəsi üzrə çalışır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 №-li qərarı ilə Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Zərgərsənaye” İstehsalat Birliyinin bazasında hüquqi varis olan "xxxx" MMC yaradılmışdır. Ona görə də 24 iyul 2012-ci il tarixinə qədər olan sənədlər, həmçinin sorğuda tələb olunan İddiaçı 2006-cı ilə qədər olan əmək haqqı cədvəlləri dövlət arxivinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 34/115 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinə qədər Bakı Zərgərlik zavodunun 1 saylı sexində 2-ci dərəcəli zərgər-şəbəkəçi işləmişdir. xx.xx.1985-ci il tarixində 6 saylı sexə 2-ci dərəcəli zərgər-şəbəkəçi keçirilib. xx.xx.1987-ci il tarixindən 2-ci sənət quraşdırıcı-zərgər sənətinə yiyələnmək üçün 1 saylı sexə quraşdırıcı-zərgər keçirilib. xx.xx.1987-ci il tarixindən xx.xx.2012-ci il tarixinə qədər quraşdırıcı-zərgər işləmişdir. xx.xx.2012-ci il tarixində keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyindən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 №-li qərarı ilə Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Zərgərsənaye” İstehsalat Birliyinin bazasında hüquqi varis olan "xxxx" MMC yaradılmışdır. xx.xx.2013-cü il tarixindən xx.xx.2017-ci il tarixinə qədər Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir (Azərbaycan Suvenirləri)” MMC-nin eksperimental zərgərlik sahəsinə 5-ci dərəcəli quraşdırıcı-zərgər qəbul edilmişdir. xx.xx.2017-ci il tarixindən halhazıra qədər Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir (Azərbaycan Suvenirləri)” MMC-nin Medallar, gümüş məmulatları və suvenirlər sahəsində 6-cı dərəcəli modelçi-zərgər peşəsində çalışır. Qeyd olunan müddətlərdə İddiaçı xx.xx.2006-cı il tarixə qədər işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2-li əlavəsinin 2-li siyahısının XİV fəslinin (Metal emalı) 7-ci bölməsinin (qaynar üsulla metalın üzlənməsi) 2150700a-19553 bəndinə (zərgər və bədii məmulatları qaralayanlar) uyğundur. İşlədiyi müddətdə o, nümunə əsasında zərgərlik məmulatlarını və onların hissələrini (model üçün) bədii səviyyədə hazırlayır. İş əsnasında o, zərgərlik məmulatlarının üzərində qaynaq işləri aparır. Məmulatı qaynaq edən zaman asbest, bor turşusu, xlor turşusundan istifadə edir. Qaynaq işini aparmaq üçün benzindən istifadə edir və açıq alovla işləyir. İş əsnasında o, eskizlərə baxaraq məmulatın üzərində mina üçün pəncərə düzəldir. Sonuncu mərhələdə qiymətli metallardan toplanmış ovuntuları əridib, yeni növ zərgərlik məmulatlarını istehsal etmək üçün külçə hazırlayır. - Azərbaycan Respublikası Elm və Təhsil Nazırliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli 3-29-63/2-10/2023 saylı məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.1978-ci il tarixində 19 nömrəli Texniki Peşə Məktəbinə “Avtomobil elektriki" ixtisas qrupu daxil olmuş və xx.xx.1981–ci il tarixində həmin məktəbi əyani formada bitirmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 34/165 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı çalışdığı peşə həm qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2 №-li əlavəsinin 2 №-li siyahısının XİV fəslinin (Metal emalı) 7-ci bölməsinin (qaynar üsulla metalın üzlənməsi) 2150700a-19553 bəndinə (zərgər və bədii məmulatları qaralayanlar), həm də qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 tarixli 12 nömrəli qərarına əsasən həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi”- Zərgər və bədii məmulatları qaralayanlar” peşəsinə uyğundur. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı xx.xx.1984-ci il tarixdə açılmış əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 79 nömrəli Texniki Peşə Məktəbində təhsil almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1984-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı Zərgərlik Zavodunda 1 №-li sexdə filiqrançı-zərgər köməkçisi (əmr №198/k xx.xx.1984), xx.xx.1987-ci il tarixədək 6 №-li sexdə 2-ci dərəcəli filiqrançı-zərgər (əmr № 41/k, xx.xx.1985), xx.xx.1987-ci il tarixdən xx.xx.2012-ci il tarixədək quraşdırıcı – zərgər, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir (Azərbaycan Suvenirləri)” MMC-də xx.xx.2013-cü ildən - xx.xx.2017- ci ilədək quraşdırıcı - zərgər (əmr № 05/k, xx.xx.2013), xx.xx.2017 - ci ildən hal-hazıradək eksperimental zərgərlik sahəsində 6-cı dərəcəli modelçi-zərgər peşəsində (əmr № 59/k, xx.xx.2017-ci il) çalışır. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəli halı tələb olunan güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Apellyasiya şikayətinin güzəştli iş stajının mövcud olmaması dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 34/115 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinə qədər Bakı Zərgərlik zavodunun 1 saylı sexində 2-ci dərəcəli zərgər-şəbəkəçi işləmişdir. xx.xx.1985-ci il tarixində 6 saylı sexə 2-ci dərəcəli zərgər-şəbəkəçi keçirilib. xx.xx.1987-ci il tarixindən 2-ci sənət quraşdırıcı-zərgər sənətinə yiyələnmək üçün 1 saylı sexə quraşdırıcı-zərgər keçirilib. xx.xx.1987-ci il tarixindən xx.xx.2012-ci il tarixinə qədər quraşdırıcı-zərgər işləmişdir. xx.xx.2012-ci il tarixində keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyindən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 №-li qərarı ilə Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Zərgərsənaye” İstehsalat Birliyinin bazasında hüquqi varis olan "xxxx" MMC yaradılmışdır. xx.xx.2013-cü il tarixindən xx.xx.2017-ci il tarixinə qədər Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir (Azərbaycan Suvenirləri)” MMC-nin eksperimental zərgərlik sahəsinə 5-ci dərəcəli quraşdırıcı-zərgər qəbul edilmişdir. xx.xx.2017-ci il tarixindən halhazıra qədər Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir (Azərbaycan Suvenirləri)” MMC-nin Medallar, gümüş məmulatları və suvenirlər sahəsində 6-cı dərəcəli modelçi-zərgər peşəsində çalışır. Qeyd olunan müddətlərdə İddiaçı xx.xx.2006-cı il tarixə qədər işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2-li əlavəsinin 2-li siyahısının XİV fəslinin (Metal emalı) 7-ci bölməsinin (qaynar üsulla metalın üzlənməsi) 2150700a-19553 bəndinə (zərgər və bədii məmulatları qaralayanlar) uyğundur. İşlədiyi müddətdə o, nümunə əsasında zərgərlik məmulatlarını və onların hissələrini (model üçün) bədii səviyyədə hazırlayır. İş əsnasında o, zərgərlik məmulatlarının üzərində qaynaq işləri aparır. Məmulatı qaynaq edən zaman asbest, bor turşusu, xlor turşusu istifadə edir. Qaynaq işini aparmaq üçün benzindən istifadə edir və açıq alovla işləyir. İş əsnasında o, eskizlərə baxaraq məmulatın üzərində mina üçün pəncərə düzəldir. Sonuncu mərhələdə qiymətli metallardan toplanmış ovuntuları əridib, yeni növ zərgərlik məmulatlarını istehsal etmək üçün külçə hazırlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin xüsusiyyətləri və siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 34/165 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı çalışdığı peşə həm qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2№-li əlavəsinin 2№-li siyahısının XİV fəslinin (Metal emalı) 7-ci bölməsinin (qaynar üsulla metalın üzlənməsi) 2150700a-19553 bəndinə (zərgər və bədii məmulatları qaralayanlar), həm də qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi”- Zərgər və bədii məmulatları qaralayanlar” peşəsinə uyğundur. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2№-li əlavəsinin 2№-li siyahısının XİV fəslinin (Metal emalı) 7-ci bölməsinin (qaynar üsulla metalın üzlənməsi) 2150700a-19553 bəndinə (zərgər və bədii məmulatları qaralayanlar), həm də qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi”- Zərgər və bədii məmulatları qaralayanlar” peşəsi nəzərdə tutulmuşdur. Aparılmış araşdırma nəticəsində iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və hərbi biletdən müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-854/2023 saylı, 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-854/2023 saylı, 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2293/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2293/2023
04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver