Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2294/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “62 yaşdan yəni xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X4 Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “62 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1864/2022 saylı 10 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. D-İ seriyalı 375456 saylı xx.xx.1980-ci il tarixli diplomun surətindən görünür ki, o, 1975-ci il ildə Xarkov radioelektronika institutuna daxil olmuş və 1980-ci ildə həmin institutun tətbiqi riyaziyyat ixtisası üzrə tam kursunu bitirmiş və “mühəndis-riyaziyyatçı” ixtisasına yiyələnmişdir. İT-İ seriyalı ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (9 il 1 ay 8 gün) Bakı Radio Zavodunda, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək (1 il 3 ay 19 gün) Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi Su Problemləri AzETİdə, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək (2 il 4 ay 6 gün) Azərbaycan SSR DTK-da, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək (2 il 1 ay 24 gün) "xxxx" KM-də, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (1 il 7 ay 18 gün) “Spektr-N” elmi-texniki müəssisədə, xx.xx.1997ci il tarixdən xx.xx.1999-cu il tarixədək (2 il 8 ay 14 gün) “Spektr-M” gəmi təmiri müəssisəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (1 il 2 ay 20 gün) “Hasan Özaltın” firmasında, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsində işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən xx.xx.1980-ci il tarixində tərtib edilmiş əmək kitabçasına və ali təhsil haqqında diplomun surətinə əsasən ümumi sığorta stajı 19 il 4 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış 13.558,07 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) azdır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 və araşdırmalar şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi “Hasan Özaltın” firmasının və xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" Müstəqil Çoxsahəli kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildirilir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “62 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən hesablanaraq əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin olunmasından qanunsuz və əsassız olaraq imtina edilmişdir. Belə ki, 1 oktyabr 1956-cı il tarixdən qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş «Dövlət təminatı haqqında» SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun 67-ci maddəsinin “g” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmçinin məktubda qeyd olunmuşdur ki, 15 iyul 2001-ci il tarixdən 5 oktyabr 2002-ci il tarixədək işlədiyi “Hasan Özaltın” firmasının və 7 oktyabr 2002-ci il tarixdən 1 iyun 2004-cü il tarixədək "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından, həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. İddiaçı yuxarıda qeyd olunan müəssisələrdə işlədiyi dövrlər barədə müvafiq olaraq əmək kitabçasında qeyd edilmişdir. Həmçinin iddiaçının 7 oktyabr 2002-ci il tarixdən 1 iyun 2004-cü il tarixədək "Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsində iqtisadçı vəzifəsində işləməsi və aldığı maaşlar barədə arayış da təqdim olunmuşdur (arayışın əsli əlavə olunur). Cavabdeh orqan arxiv sənədlərin saxlanıldığı ünvanın məlum olmaması səbəbini gətirərək iddiaçının “Hasan Özaltın” firmasında və "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsində işlədiyi dövrlərin sosial sığorta stajının araşdırılmasına heç bir təşəbbüs göstərməmişdir. Halbuki cavabdeh sosial sığorta stajının araşdırılması üçün lazım olan arxiv sənədlərin əldə olunması, habelə həmin müəssisələrin hazırkı ünvanları və digər məlumatların öyrənilməsi məqsədilə Dövlət Vergi Xidməti və digər əlaqəli qurumlara müraciət etməli idi. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin inzibati orqan təqdim edilən sübutlarla kifayətlənmədikdə, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Hazırkı ərizəyə əlavə olunan Dövlət Vergi Xidmətinin vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə internet vergi idarəsinin çıxarışından "xxxx" müstəqil çoxsahəli kiçik müəssisənin ünvanı və barəsində digər məlumatlar aydın olaraq görünür. Qeyd edilənlərdən aydın olur ki, onun 19 il 4 ay əmək stajından əlavə olaraq 1 sentyabr 1975-ci il tarixdən 16 iyun 1980ci il tarixədək təhsil aldığı dövrü (4 il 9 ay) və 15 iyul 2001-ci il tarixdən 5 oktyabr 2002-ci il tarixədək “Hasan Özaltın” firmasında (1 il 2 ay 20 gün) və 7 oktyabr 2002-ci il tarixdən 1 iyun 2004-cü il tarixədək "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsində (1 il 7 ay 25 gün) işlədiyi dövrləri hesabladıqda, onun ümumi stajı 26 il 11 ay 15 gün təşkil edir. Ümumi sığorta stajı qanunla tələb olunan stajdan çox olduğundan, ona yaşa görə əmək pensiyası təyin edilməli idi. Beləliklə, cavabdehin sözügedən imtina məktubu qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). İddiaçı hüququnun yarandığı 20 iyun 2018-ci il tarixə qadınların pensiya yaşı 60.5 yaş müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının təqdim etdiyi 23 avqust 1980-ci il tarixdə tərtib edilmiş əmək kitabçasına və ali təhsil haqqında diplomun surətinə əsasən ümumi sığorta stajı qanunvericiliklə tələb edilən 25 ildən az olduğundan, 1 yanvar 2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək, həmçinin hazırki günədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2, 27.1 və 29.1-1-ci maddələrinə əsasən 1 yanvar 2006-cı il tarixədək yaranan ümumi iş stajına uyğun olaraq hesablanan pensiya kapitalı tələb edilən pensiya kapitalından az olduğundan, yəni əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. İş üzrə zərurət yarandığından cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən yenidən araşdırılma aparılaraq (Filialın 23 noyabr 2021-ci il tarixli məktubunun əsli əlavə edilir) müəyyən edilmişdir ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən 1 sentyabr 1975-ci il tarixdən 16 iyun 1980-ci il tarixədək olan dövr üzrə 4 il 9 ay 15 gün, əmək kitabçasına əsasən 18 avqust 1980-ci il tarixdən 27 sentyabr 1989-cu il tarixədək olan 9 il 1 ay 9 gün, 2 oktyabr 1989-cu il tarixdən 8 may 1993-cü il tarixədək 3 il 7 äy 6 gün olmaqla işlədiyi dövr üzrə 1 yanvar 2006-cı il tarixədək ümumilikdə sığorta stajı 17 il 6 ay təşkil edir. Həmçinin 1 yanvar 2006-cı il tarixdən vətəndaşın pensiya hüququ yararan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən təhsil müddəti sığorta stajına əlavə edilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə X2 və araşdırma şöbəsinin 5 noyabr 2021-ci il tarixli aktına əsasən İddiaçı 2002 – 2004-cü illərdə "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsində işləməsi faktının araşdırılması zamanı məlum olmuşdur ki, həmin müəssisənin arxiv sənədləri saxlanılmır (aktın surəti əlavə edilir). Bu səbəbdən həmin dövrlərin sığorta stajını araşdırmaq mümkün olmamışdır. X7 Monitorinq və araşdırma şöbəsinin 12 noyabr 2021-ci il tarixli aktına əsasən İddiaçı 1993 – 1999-cu illərdə "xxxx" kiçik müəssisəsində işləməsi faktının araşdırılması zamanı adıçəkilən müəssisənin arxiv sənədləri saxlanılmadığından, həmin dövrlərin sığorta stajını araşdırmaq mümkün olmamışdır (aktın surəti əlavə edilir). Eyni zamanda, Monitorinq və araşdırmalar şöbəsinin 3 iyun 2021-ci il tarixli xidməti məruzəsinə əsasən iddiaçının əmək kitabçasına əsasən 15 iyun 2001-ci il tarixdən 5 oktyabr 2002-ci il tarixədək işlədiyi “Hasan Özaltın” firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından, həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 20 oktyabr 2021-ci il tarixli **********18 nömrəli məktubuna əsasən “Hasan Özaltın” firması barədə dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır (məktubun əsli əlavə edilir). Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 19 oktyabr 2021-ci il tarixli 4/2035 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Hasan Özaltın” firmasının və "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsinin arxiv sənədləri arxivə mühafizə üçün təhvil verilməmişdir (məktubun əsli əlavə edilir). Halbuki «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik 1 yanvar 2006-cı il tarixədək olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsinin 19 oktyabr 2021-ci il tarixli 25 nömrəli məktubuna əsasən müəssisənin arxiv sənədləri olmadığına görə Lyubov Anatolyevanın işlədiyini təsdiq etmək mümkün deyildir (məktubun əsli əlavə edilir). Bu isə, iddia ərizəsinə əlavə edilmiş iddiaçının "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsində 2002-ci ilin oktyabr ayından 2004-cü ilin may ayınadək aldığı əmək haqqı barədə tarixi və nömrəsi məlum olmayan arayışla ziddiyyət təşkil edir. Belə ki, sözügedən arayışda iddiaçının 7 oktyabr 2002-ci il tarixdən 1 iyun 2004-cü il tarixədək işləməsi təsdiq edilmiş və iddiaçının həmin dövrdə aldığı əməkhaqqı məbləğləri göstərilmişdir. Müəssisənin arxiv sənədləri olmadan iş stajının təsdiqi və əməkhaqqı barədə həmin arayışın hansı sənədlərə əsasən tərtib edildiyi məlum olmamaqla mötəbər deyildir. İddiaçının isə əmək kitabçasına əsasən cavabdeh tərəfindən mübahisələndirən stajı nə Dövlət arxivinin arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapır. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Buna görə hesab edilir ki, İddiaçı iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1864/2022 saylı 10 mart 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasındakı qeydlər və təhsilini təsdiq edən diplom mötəbər sübutlardır. Cavabdeh isə əsassız olaraq bu sübutların həqiqətə uyğunluğunu şübhə altına qoyaraq iddiaçının hüququnu təmin etməkdən imtina etmişdir. Çalışdığı müəssisənin ünvanının bilinməməsi, arxiv sənədlərinin tapılmaması əsaslı səbəblər deyildir və bunlara görə vətəndaş məsuliyyət daşımır. Bununla belə müvafiq müəssisələrin dövlət qeydiyyatını, ünvanını özündə əks etdirən sənədlər məhkəməyə iddiaçı tərəfindən təqdim edilmişdir. Əmək pensiyaları haqqında qanunvericilikdə pensiya təminatı hüququ üçün bütün lazımi tələblərə İddiaçı cavab verir. Onun tələb olunan yaş həddi və sosial sığorta stajı vardır. Buna baxmayaraq cavabdeh orqan tərəfindən ona pensiya təyinatı həyata keçirilməmiş və Bakı İnzibati Məhkəməsi pensiya təyinindən imtinanı əsaslı hesab etmişdir. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İş üzrə əmək kitabçasında qeydləri olan müəssisələrin ünvanlarını, arxiv sənədlərini müəyyən etmək inzibati orqanın vəzifəsidir. Cavabdeh orqanın imtinasından başa düşülür ki, o, bu vəzifəsinin icrasını gerçəkləşdirməmiş və bunun məsuliyyəti iddiaçının üzərinə düşmüşdür. Halbuki iddiaçının bu məsələdə heç bir məsuliyyəti yoxdur. O, sosial sığorta stajını sübuta yetirən əsas sənədləri müvafiq orqana təqdim etmişdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair yazılı etiraz iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsinin 01 fevral 2022-ci il tarixli cavab məktubunda "xxxx" kiçik müəssisəsi adlı bir neçə kommersiya qurumunun aşkar edilməsi, “Spektr-N” elmi-texniki müəssisəsi və “Spektr-M” gəmi təmiri müəssisəsi adlı kommersiya qurumlarının aşkar edilməməsi bildirilmişdir. Halbuki iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən o, xx.xx.1993-2508.1995-ci illərdə "xxxx" kiçik müəssisəsində, xx.xx.1995-xx.xx.1997-ci illərdə “Spektr-N” elmi-texniki müəssisəsində, xx.xx.1997xx.xx.1999-cu illərdə “Spektr-M” gəmi təmiri müəssisəsində işləmişdir. Göründüyü kimi, həmin qurumların hüquqi şəxs kimi qeydiyyatı təsdiqlənmədiyindən, iddiaçının qeydiyyata alınmamış müəssiələrdə işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlər mötəbər olmamaqla yanaşı pensiya təyinatı zamanı nəzərə alına, müvafiq dövrlər sosial sığorta stajına daxil edilə bilməz. Belə ki, xx.xx.2002-ci il tarixədək qüvvədə olan xx.xx.1994-cü il tarixli “Müəssisələr haqqında” Qanunun 18-ci maddəsinə əsasən müəssisənin dövlət qeydiyyatı Azərbaycan Respublikasının müvafiq qanunu ilə nəzərdə tutulan qaydada həyata keçirilir. Qeydə alınmayan müəssisənin fəaliyyəti qadağandır. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsinə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Beləliklə, mübahisələndirilən qurumların sənədləri aşkar olunmadığından, sosial sığorta haqlarının ödənilib-ödənilmədiyini müəyyən etmək və təkcə bu əsasla da xx.xx.2002-ci il tarixdən sonrakı dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (həyat yoldaşı) X9 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “62 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən hesablanaraq əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən onun ümumi sığorta stajının 25 ildən az, yəni 19 il 4 ay, eyni zamanda fərdi hesabın sığorta hissəsində pensiya kapitalının tələb olunan 28.800 manatdan az, yəni 13.558,07 manat olması, həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi “Hasan Özaltın” firmasının və xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" Müstəqil Çoxsahəli kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılmasının imkan xaricində olması əsası ilə tələbinin təmin olunmasından imtina olunmuşdur. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin məhkəmə tərəfindən onun iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi sığorta stajının 25 ildən az, yəni 20 il 8 gün təşkil etməsinə, eyni zamanda kifayət qədər pensiya kapitalının olmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə aşağıdaklara əsasən düzgün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1957-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 62 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 62 yaşı tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil barədə sənədini (diplomunu) və əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus D-İ seriyalı 375456 saylı xx.xx.1980-ci il tarixli diplomun surətindən görünür ki, o, 1975-1980-cı illərdə Xarkov radioelektronika institutunda “mühəndis-riyaziyyatçı” ixtisası üzrə təhsil almışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 1975-1980-cı illərdə təhsil almış, xx.xx.1980-xx.xx.1989, xx.xx.1989-xx.xx.1991, xx.xx.1991-xx.xx.1993-cü illərdə müxtəlif müəssisələrdə, xx.xx.1993-xx.xx.1994, xx.xx.1994-xx.xx.1995-ci illərdə "xxxx" Kiçik müəssisəsində, xx.xx.1995-xx.xx.1997-ci illərdə “Spekt-N”, xx.xx.1997-xx.xx.1999-cu illərdə “Spektr-M”, xx.xx.2001-xx.xx.2002-ci illərdə “Hasan Özaltın” firmasında və xx.xx.2002-xx.xx.2004-cü illərdə "xxxx" Müstəqil Çoxsahəli kiçik müəssisəsində işləmişdir. Hazırda cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının kifayət qədər olmaması, eləcə də xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi “Hasan Özaltın” firmasının və xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" Müstəqil Çoxsahəli kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılmasının mümkün olmaması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir. İddiaçının xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi “Hasan Özaltın” firmasının və xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" Müstəqil Çoxsahəli kiçik müəssisəsində işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir halın olmadığı halda onları qəbul etmir, yeganə dəlil olaraq həmin müəssisələrin arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmadığına istinad edir. İşə birinci instansiya qaydasında baxılarkən təqdim olunmuş Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı 4 noyabr 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən X11 Kiçik Müəssisəsi Ədliyyə Nazirliyi tərəfindən 22 sentyabr 1994-cü il tarixdə 16640 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. 28 yanvar 1998-ci il tarixdə ********* saylı şəhadətnamə ilə X11 Kiçik Müəssisəsi vergi orqanında uçota alınmışdır. «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 30 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında» 17 may 2005-ci il tarixli 91 nömrəli qərarına əsasən 9 rəqəmli VÖEN şəhadətnaməsi ilə aparılan bütün əməliyyatlar 1 iyul 2005-ci il tarixdən dayandırılmışdır. Bu səbəbdən X16 Müəssisəsi 17 dekabr 2004-cü il tarixdə ********** saylı VÖEN şəhadətnaməsi ilə təkrar uçota alınmışdır. Həmçinin uçot baza məlumatlarına əsasən X11 Kiçik Müəssisəsindən (VÖEN **********) 7 oktyabr 2002-ci il tarixdən 1 iyun 2004-cü il tarixədək 482,62 manat vergi ödənişi daxil olmuşdur. İddiaçının təqdim etdiyi "xxxx" Kiçik Müəssisəsinin direktoru və baş mühasibi tərəfindən imzalanmış arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2004-cü il tarixədək sözügedən müəssisədə iqtisadçı vəzifəsində işləmiş və həmin dövrdə ona əmək haqqı verilmişdir. "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsi tərəfindən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 25 saylı 19 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdi ki, "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsinin bu çox illər ərzində bir neçə dəfə yerdəyişmələrini nəzərə alaraq arxiv sənədlərinin olmadığına görə İddiaçı Anatolyevanın müəssisədə işlədiyinin təsdiqlənməsi mümkün olmur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyndə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə X12, daxili nəzarət və Monitorinq Departamentinin Monitorinq və araşdırma şöbəsinin aparıcı mütəxəssisləri Qədimov M.F, Əliyev E.H, "xxxx" müstəqil çpxsahəli Kiçik Müəssisəsinin direktoru X1 iştirakı ilə tərtib edilmiş 05 noyabr 2021-ci il tarixli aktın məzmunundan görünür ki, İddiaçı 2002-2004-cü illərdə "xxxx" müstəqil çoxsahəli kiçik müəsisəsində işləməsi faktı yerində qarşılıqlı araşdırılmış və müəyyən edilmişdir ki, müəssisənin arxiv sənədləri saxlanılmadığından həmin dövrün sığorta stajını araşdırmaq mümkün olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “Hasan Özaltın” firmasında işlədiyi müddətin mübahisələndirilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı sənədlər üzrə araşdırma aparlmışdır: Dövlət Vergi Xidməti tərəfindən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış **********326500 saylı 18 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Dövlət reyestrində “Hasan Özaltın” firmasının 6 iyun 1996-cı il tarixdə 29684 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin firma 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 05 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdi ki, Azərbaycan Respublikası Prezidentinin 226 saylı xx.xx.1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisə tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Qeyd olunan müəssisə barədə dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin1017 saylı xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Qeyd olunanların nəzərə alınaraq hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 4/2035 saylı 19 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Hasan Özaltın” firmasının və "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının nəinki "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsi və “Hasan Özaltın” firmasında, həmçinin Spektr” Kiçik Müəsisəsində, “Spektr-N” Elmi-Texniki İstehsalat müəssisəsində və “Spektr-M” Gəmi Təmiri müəssisəsində işlədiyi dövrlər də mübahisələndirilir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsinin **********421800 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsində olan reyestrdə "xxxx" kiçik müəssisəsi adlı bir neçə kommersiya qurumu aşkar edilmiş, “Spektr-N” elmi texniki müəssisəsi və “Spektr-M” gəmi təmiru müəssisəsi adlı kommersiya qurumları isə aşkar edilməmişdir. Bu səbəbdən, müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş olunmuşdur. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyndə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə X12, daxili nəzarət və Monitorinq Departamentinin Monitorinq və araşdırma şöbəsinin aparıcı mütəxəssisləri Bəxşiyev Z.G, Qədimov H.F, "xxxx" Gəmi Təmiri Müəssisəsinin mütəxəssisi Cəfərova V.B-nın iştirakı ilə tərtib edilmiş 12 noyabr 2021-ci il tarixli aktın məzmunundan görünür ki, İddiaçı 1993-1999 illərdə "xxxx" Kiçik Müəsisəsində işləməsi faktı yerində qarşılıqlı araşdırılmış və müəyyən edilmişdir ki, müəssisənin arxiv sənədləri saxlanılmadığından həmin dövrün sığorta stajını araşdırmaq mümkün olmamışdır. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının işlədiyi nəinki "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsi və “Hasan Özaltın” firmasında, həmçinin Spektr” Kiçik Müəsisəsində, “Spektr-N” Elmi-Texniki İstehsalat müəssisəsində və “Spektr- M” Gəmi Təmiri müəssisəsində işlədiyi dövrlərin də mübahisələndirilməsi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən müvafiq sorğular verilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş İdarəsinin hüquqi X6 İdarəsindən məhkəməyə daxil olmuş cavab məktubuna əlavə edilmiş 29684 saylı xx.xx.1996-cı il tarixli “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, “Hasan Özaltın” firması 1996-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, 1996-cı ildə Nizamnaməsi təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsindən məhkəməyə daxil olmuş cavab məktubuna əlavə edilmiş 02/06-586 saylı xx.xx.2004-cü il tarixli kommersiya təşkilatlarının dövlət reyestrdindən çıxarışdan görünür ki, "xxxx" müstəqil çoxsahəli kiçik müəssisəsi xx.xx.1994-cü il il tarixdə qeydiyyatdan keçmişdir. Həmçinin məktuba əlavə edilmiş nizamnamədənin məzmunundan da görünür ki, müəssisə xx.xx.1994-cü ildə 16640 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış və xx.xx.2004-cü ildə ona dəyişiklik edilmişdir. Spektr-M” Gəmi Təmiri müəssisəsinin sorğuya cavab olaraq məhkəməyə təqdim etdiyi 21 saylı 14 dekabr 2022-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki: - İcraiyyə Komitəsinin Oktyabr rayon XDS-nin 6/4 saylı xx.xx.1991-ci il tarixli qərarı ilə "xxxx" Kiçik Müəssisəsinin hüquqi şəxs kimi yaradılması və onun qeydiyyatdan keçməsi qərara alınmışdır. Bu barədə 25 saylı xx.xx.1991-ci il tarixli əmr də qəbul edilmişdir; - “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən “Spektr- N” Elmi-Texniki İstehsalat müəssisəssi 24951 sayla xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır. Uçot vahidlərinin Dövlət Reyestrinə daxil edilməsi haqqında ******* saylı xx.xx.1996-cı il tarixli şəhadətnaməyə görə “Spektr-N” Elmi-Texniki İstehsalat müəssisəsi 16 avqust 1995-ci ildə dövlət qeydiyyatına alınmış və həmin tarixdə də nizamnaməsi təsdiq edilmişdir; - “Spektr-M” Gəmi Təmiri müəssisəsinin nizamnaməsindən görünür ki, həmin müəssisə xx.xx.1997-ci il tarixdə hüquqi şəxs kimi Azərbaycan Respublimkası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır; - “Spektr-M” Gəmi Təmiri müəssisəsinin 16 Ş/H saylı xx.xx.1997-ci il tarixli əmrindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə müəssisənin mühəndis-proqramçısı vəzifəsinə işə qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçası və verilmiş məhkəmə sorğularına əsasən təqdim olunmuş cavab məktublarının məzmunundan aydın olur ki, iddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərdə- xx.xx.2001-xx.xx.2002-ci illərdə Hasan Özaltın şirkətində (müəssisə 1996-cı ildə qeydiyyatdan keçmişdir), xx.xx.2002xx.xx.2004-cü illərdə "xxxx" MKM-də (müəssisə 1994-cü ildə qeydiyyata alınmışdır), həmçinin xx.xx.1993-xx.xx.1994 və xx.xx.1994-xx.xx.1995-ci illərdə "xxxx" KM-də (müəsssə 1991-ci ildə qeydiyyata alınmışdır), xx.xx.1995-xx.xx.1997-ci illərdə “Spektr-N ETİM-də (müəssisə xx.xx.1995-ci ildə qeydiyyata alınmışdır), xx.xx.1997-xx.xx.1999-cu illərdə “Spektr-M” Gəmi Təmiri müəssisəsində (müəssisə xx.xx.1997-ci ildə qeydiyyata alınmışdır) işlədiyi dövrlərdə adı çəkilən müəssisələr mövcud olmuşdur. Buna görə də iddiaçının qeyd olunan illərdə iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək, həmin dövrlərdə iş yeri olan müəssisənin fəaliyyət göstərməsi, iddiaçının da həmin müəssisələrdə işləməsi faktı təsdiq olunduğu üçün həmin dövrlər ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının mübahisəli dövrdə- xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi “Hasan Özaltın” firmasının və xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" Müstəqil Çoxsahəli kiçik müəssisəsində işlədiyi müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmaması səbəbindən həmin dövrlərin iş stajına daxil edilməsinin mümkün olmamasını bildirsə də, bu dəlilini əsaslandıra bilməmişdir. Bu barədə qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Bu zaman məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq olunmuş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin müvafiq müddəalarını da nəzərə alır. Bununla yanaşı, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixinədək (“Hasan Özaltın” firması) və xx.xx.2002-ci ildən xx.xx.2004-cü il tarixinədək ("xxxx" Müstəqil Çoxsahəli kiçik müəssisəsində) olan dövr, həmçinin cavabdehin sonradan mübahisələndirdiyi "xxxx" KM-də, "xxxx" ETİM-də, "xxxx" gəmi təmiri müəssisəsində işlədiyi dövrlər (xx.xx.1993-xx.xx.1995, xx.xx.1995-xx.xx.1997, xx.xx.1997-xx.xx.1999-cu illər) üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının yuxarıda adlı çəkilən müəssisələrdə müxtəlif dövrlərdə işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Cavabdeh tərəf iddiaçının əmək kitabçasındakı qeydlərin düzgün olmadığını, ya da mübahisələndirdiyi dövrlərin şübhəli olması ilə bağlı halları əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutları təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan cavabdehin mübahisələndirdiyi- xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixinədək (“Hasan Özaltın” firması) və xx.xx.2002-ci ildən xx.xx.2004-cü il tarixinədək ("xxxx" Müstəqil Çoxsahəli kiçik müəssisəsində) olan, həmçinin sonradan mübahisələndirdiyi- "xxxx" KM-də, "xxxx" ETİM-də, "xxxx" gəmi təmiri müəssisəsində işlədiyi dövrlərin (xx.xx.1993-xx.xx.1995, xx.xx.1995-xx.xx.1997, xx.xx.1997xx.xx.1999-cu illər) iddiaçının iş stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1864/2022 saylı 10 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, iddiaçıya “62 yaşının tamam olduğu, yəni xx.xx.2019-cu il tarixdən yaşa əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1864/2022 saylı 10 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı “62 yaşının tamam olduğu, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişininin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2294/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2294/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver