Məhkəmə qərarları › İş №2-1(103)-2295/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2295/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2295/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-408/2025 saylı, 07 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Soial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və İddiaçı müvafiq dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Dövlət Təhlükəsizliyi Xidmətində zabit vəzifələrində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət keçərkən xx.xx.2008-ci il tarixdə xidməti avtomobildə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində qapalı kəllə-beyin başbeyin silkələnməsi travması almış və xx.xx.2017-ci ildə Azərbaycan Respublikası DTX HT Mərkəzi hərbi-həkim komissiyası tərəfindən DTX Kadrlar idarəsinin tibbi şəhadətləndirilməsi nəticəsində “Qapalı kəllə-beyin travmasından sonraki ifadəli vegetativ davamsızlıq və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, postravma ensefalopatiya. Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması və tez-tez kəskinləşən davamlı kökcük ağrı sindromu ilə ifadə olunan onurğanın yayılmış osteoxondrozu. Vertebrobazilyar çatışmamazlığı əlamətləri ilə müşayiət olunan C3-C4-C5- C6, fəqərələrarası disklərin protruziyaları. L3-L4,L4-15,L5-Sl fəqərələrarası disklərin protruziyaları” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” müəyyən edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Bundan sonra əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı ona “Vertebrobazilyar arterial sistem sindromu, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ifadəli vegetatik yaddaş pozğunlugu və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, xüsusi epileptik sindromla, ay ərzində tutmaların sayı 7-8 dəfə olmaqla, boyun şöbəsinin fəqərələrarası disklərin radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların mülayim dərəcədə pozulması, onurğanın bel-oma hissəsinin osteoxondrozu, C5-C-6 fəqərələrarası diskin yırtığı. Hipotenziya, vertebobazilyar çatışmamazlıq” diaqnozu qoyulmuşdur. Əlilliyin müəyyən olunması meyyarı: İİ-ci dərəcə əlillik epilepsiya tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə (G40- G41.9) Hərbi xidmət vəzifəsini yerinə yetirəndə aldığı travma öz təsdiqini tapmışdır. xx.xx.2017-ci il tarixindən etibarən iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti 5 il müddətində xx.xx.2022-ci il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan tərəfindən diaqnozun əlillik əlaməti təyin etmir səbəbindən təkrar əlilliyin təyin edilməsindən imtina etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də iddiaçıya təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Agentlik tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 5126003AAAH1 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Mərkəzi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli, 110 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ifadəli vegetativ davamsızlıq və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması və tez-tez kəskinləşən davamlı kökcük ağrı sindromu ilə müşayiət olunan onurğanın yayılmış osteoxondrozu. Vertebrabazilyar çatmamazlığı əlamətləri ilə müşayiət olunan C3-C4, C5-C6, fəqərələrarası disklərin protruziyaları. L3-L4, L4-L5, L5- S1 fəqərələrarası disklərin protruziyaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər gün baş verən qıcolma tutmalarından, ağrılardan şikayətlənmiş, qəbul etdiyi medikamentoz dərman preparatlarından “Depakin”i xatırlamışdır. Anamnestik məlumatlarda qıcolma tutmalarının xarakterini izah edə bilməmiş, qeyd etdiyi əlamətlər funksional tutmalara xarakterik olmuş, nevroloji mikroocaqlı patologiya aşkar edilməmişdir. Psixi statusunda emosional labil, duyğusal olmuş, aktiv psixoproduktiv və davranış pozuntusu əlamətləri müəyyən edilməmişdir” kimi qeyd olunmuş, müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında qıcolma zamanı özündə olmadığını, heç nə hiss etmədiyini, tutmadan sonra bədəninin keyidiyini, ağrılar olduğunu bildirmiş, tutmalarının 1-2 dəqiqə davam etdiyini, bəzən sidik qaçırması olduğunu, medikamentoz preparatlardan “Depakin 500” (gündə 2 dəfə), “Fillepsal” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşdan epitutmanı təsdiqləmək məqsədi ilə qıcolma anının video çəkilişi tələb olunsa da, “Hospitalda həkim də istəmişdi çəkə bilmirəm” ifadə etmiş, video görüntünü təqdim etməkdən imtina etmişdir. Təqdim olunmuş baş-beyin KT, MRT müayinələrinin 0.5 Tesla aparatı ilə aparıldığı qeyd olunmuş, lakin qeyd olunan baş-beyin zonasında (Hər iki gicgah pay girusların dərinliyi bir qədər artmışdır (kortikal atrofiya)) patologiyanı təsdiqləmək üçün, o aparatın informativ olmadığı müəyyənləşdirilmiş, həmin zonanın patologiyası lokal epitutmalar verə biləcəyini, vətəndaşın klinikası ilə uyğun olmadığı müəyyənləşdirilmişdir. Epitutmaları təsdiqləyən EEQ müayinəsinin nəticəsində epiaktiv ocaqlar aşkarlanmamış, həkim-ekspert tərəfindən epilepsiya xəstəliyi təsdiqlənməmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya tez-tez təkrarlanan ayda (7-8 dəfə) epileptik tutmalarla. Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə onurğanın yayılmış osteoxondrozu C3-C4, C5-C6 f/a diskləri yırtıqları sinir kökü kompressiya ilə davamlı kökcük ağrı sindromu ilə L3-L4, L4-L5 f/a disklərin protruziyaları sinir kökü kompressiya ilə. Davamlı kökcük ağrı sindromu ilə. Vertebrobazilyar çatmamazlıq. Sağ diz menisk yırtığı” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli Rəyində diaqnoz “Üzvi emosional-labil pozuntu, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. “General” Hospitalın xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə hiperventilyasiya və fotostimulyasiya sınaqları zamanı keçirilib, fon aktivliyində diozritmiya fonunda ön-bazal strukturlarının paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı, hiperventilyasiyada (HV) və fotostimulyasiyada (FS) beyin qabığında paroksizmal aktivlik artmışdır. Hər iki yarımkürədə teta diapazonlarda yavaş dalğalar izlənilir. Baş beyin bioelektrik aktivliyinin diffuz dəyişikliyi qıcolma qapısının daralması əlaməti qeyd olunur” kimi qeyd olunsa da, sənədin doğruluğuna şübhə yaranmışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki pay medial seqment girusların dərinliyi bir qədər artmışdır, korteksində assimetriya izlənilir” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. “STARLAB” Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli EEQ Müayinəsinin nəticəsi “EEQ-də beyin qabığı neyronlarının epileptik xarakterli qıcıqlanması fonunda beynin qabıqaltı nüvələri strukturlarında diensefal səviyyədə diffuz dəyişiklik aşkarlanır. Aparılan funksional sınaqlar FTS, FNS, HV təsirindən hər iki beyin yarımkürəsinin bütün paylarında teta diapazonlu yavaş dalğalardan ibarət aktivlik qeyd olunur. Mütəmadi olaraq sol mərkəzi- əng, sağ alın mərkəzi paylarda aşağı amplitudlu spayk dalğalar izlənilir. Vertebrogen patologiya fonunda yüksək kəllədaxili təzyiq, hipoksiya əlamətləri istisna edilmir. Ağciyərlərin HV-sı qıcolma qapı həddini aşağı endirir. Antikonvulsant terapiyanı davam etdirmək məsləhət görülür. Dinamikada izləməli” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. X6 xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə, hiperventilyasiyada və fotostimulyasiyada sınaqları zamanı keçirilib. Fon aktivliyində dizritmiya fonunda beyin qabığının paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı, hiperventilyasiyada (HV) və fotostimulyasiyada (fS) beyin qabığında paroksizmal aktivlik artmışdır. Hər iki yarımkürənin gicgah payları və sağ təpə payında delta və teta diapazonlarda yavaş dalğalar izlənilir (anamnezində travma). Baş beynin bioelektrik aktivliyinin diffuz dəyişikliyi qıcolma qapısının daralması əlaməti ilə qeyd olunur. Müayinə antikonvulsant fonunda aparılmışdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Hər iki gicgah pay girusların dərinliyi bir qədər artmışdır (kortikal atrofiya)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2023-cü il tarixli X7 müayinəsinin nəticəsi “Kəllə sümüklərində patoloji dəyişiklik görünmür” kimi qeyd olunsa da, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-408/2025 saylı, 07 fevral 2025-ci il tarixli qərarı (hakim M.Hacıbəyova) ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarının İddiaçı aid hissədə ləğv edilməsi, iddiаçı İddiaçı müvafiq əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və İddiaçı müvafiq dərəcəli əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, ümumi normalara istinad etmişdir. Ekspert rəyində qeyd edilənlərə məhəl qoymayaraq, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli rəyində diaqnoz “Üzvi emosional-labil pozuntu, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. “General” Hospitalın xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə hiperventilyasiya və fotostimulyasiya sınaqları zamanı keçirilib, fon aktivliyində diozritmiya fonunda ön-bazal strukturlarının paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı, hiperventilyasiyada (HV) və fotostimulyasiyada (FS) beyin qabığında paroksizmal aktivlik artmışdır. Hər iki yarımkürədə leta diapazonlarda yavaş dalğalar izlənilir. Baş beyin bioelektrik aktivliyinin diffuz dəyişikliyi qıcolma qapısının daralması əlaməti qeyd olunur” kimi qeyd olunsa da, sənədin doğruluğuna şübhə yaranmışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi- Tibb baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki pay medial seqment girusların dərinliyi bir qədər artmışdır, korteksində assimetriya izlənilir” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. “STARLAB” Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli EEQ Müayinəsinin nəticəsi “EEQ-də beyin qabığı neyronlarının epileptik xarakterli qıcıqlanması fonunda beynin qabıqaltı nüvələri strukturlarında diensefal səviyyədə diffuz dəyişiklik aşkarlanır. Aparılan funksional sınaqlar FTS, FNS, HV təsirindən hər iki beyin yarımkürəsinin bütün paylarında teta diapazonlu yavaş dalğalardan ibarət aktivlik qeyd olunur. Mütəmadi olaraq sol mərkəzi -əng, sağ alın mərkəzi paylarda aşağı amplitudlu spayk dalğalar izlənilir. Vertebrogen patologiya fonunda yüksək kələ daxili təzyiq, hipoksiya əlamətləri istisna edilmir. Ağciyərlərin HV-sı qıcolma qapı həddini aşağı endirir. Antikonvulsant terapiyanı davam etdirmək məsləhət görülür. Dinamikada izləməli” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. X6 xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə, hiperventilyasiyada və fotostimulyasiyada sınaqları zamanı keçirilib. Fon aktivliyində dizritmiya fonunda beyin qabığının paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı, hiperventilyasiyada (HV) və fotostimulyasiyada (FS) beyin qabığında paroksizmal aktivlik artmışdır. Hər iki yarımkürənin gicgah payları və sağ təpə payında delta və teta diapazonlarda yavaş dalğalar izlənilir (anamnezində travma). Baş beynin bioelektrik aktivliyinin diffuz dəyişikliyi qıcolma qapısının daralması əlaməti ilə qeyd olunur. Müayinə antikonvulsant fonunda aparılmışdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Hər iki gicgah pay girusların dərinliyi bir qədər artmışdır (kortikal atrofiya)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2023-cü il tarixli X7 müayinəsinin nəticəsi “Kəllə sümüklərində patoloji dəyişiklik görünmür” kimi qeyd olunsa da, əlillik təyinatına əsas Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlilik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarında olan: -110 nömrəli xəstəlik şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Hərbi Tibb Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri tərəfindən qoyulmuş diaqnoz: “keçirilmiş qapalı kəllə-beyin travmasından sonra vegetativ davamsızlıq və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, posrtravmatik ensefalopatiya, dayaq hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması, tez-tez kəskinləşən davamlı kökcük ağrı sindromu ilə müşayiət olunan onurğanın osteoxondrozu, vertebrobazilyar çatmamazlığı əlamətləri ilə müşayiət olunan C5-C6, fəqərələrarası disklərin protruziyaları. L3-L4, L4-L5, L5-S1 fəqərə disklərin protruziyası” göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışında “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya tez-tez təkrarlanan ayda (7-8 dəfə) epileptik tutmalarla. Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə onurğanın yayılmış osteoxondrozu C3-C4, C5-C6 f/a diskləri yırtıqları sinir kökü kompressiya ilə, davamlı kökcük ağrı sindromu İİƏ.L3-L4, L4-L5 f/a disklərin protruziyaları sinir kökü kompressiya ilə. Davamlı kökcük ağrı sindromu ilə. Vertebro- bazilyar çatmamazlıq. Sağ diz menisk yırtığı" kimi qeyd olunmuşdur. Tibbi-Sosial Ekspertiza Müayinəsindən Çıxarışına əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdə müayinə edilmiş, TSEK-in diaqnozu “Vertebrobazilyar arterial sistem sindromu, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ifadəli vegetativ yaddaş pozgunluğu və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, xüsusi epileptik sindromla, ay ərzində tutmaların sayı 7-8 dəfə olmaqla, boyun şöbəsinin fəqərəarası disklərin radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların mülayim dərəcədə pozulması, onurğanın bel-oma hissəsinin ostexondrozu, C5-C6 fəqərəarası diskin yirtığı, hipotenziya, vertebrobazilyar çatmamazlıq” qoyulmuş, ikinci dərəcə əlillik müəyyən edilmişdir, əlilliyin müəyyən olunması meyarı– “epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə” kimi göstərilmiş, əlillik xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək müddətə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki gicgah pay medial seqment girusların dərinliyi bir qədər artmışdır, korteksində assimetriya izlənilir" kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və X4” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 311/2024 nömrəli ekspert rəyinə əsasən “Məhkəmə-Tibbi Ekspertizası və X4” müalicə müəssisəsi olmadığından İddiaçı hansı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə konkret fikir söyləmək mümkün olmamışdır. İş materiallarında olan tibbi sənədlərə əsasən onun adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli, F00069982YYM Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: T90.5 Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya ilə. Ağırlaşmalar: F 06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların pozulması ilə. G40.3- M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopariya ilə, Diskogen mənşəli boyun və bel-oma radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların ifadəli pozğunluğu, sinir köklərinin konvergensiyası və davamlı kökcük ağrı sindromu ilə” diaqnozu qoyulsa da, özünün əyani müayinəsi zamanı üzvi mənşəli emosional labil (astenik) pozuntu koqnitiv funksiyaların pozulması, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya tez-tez təkrarlanan ikincili generalizə olunmuş tonikoklonik qıcolma tutmaları ilə (8-10dəfə). Kəllədaxili hipertenziya. Yanaşı xəstəliklər: G45.0- Vertebrobazilyar arterial sistem sindromu. İ45- Ürəyin xroniki işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası. İİ fəal sinif xəstəlikləri üçün xas olan əlamətlər aşkar edilməmişdir. Diaqnoz nəzərə alınmaqla, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı, ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin hər hansı bəndini aid etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-2379/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 5126003AAAH1 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir.(ESDAS **********8) Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Mərkəzi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli, 110 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ifadəli vegetativ davamsızlıq və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, Posttravmatik ensefalopatiya, Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması və tez-tez kəskinləşən davamlı kökcük ağrı sindromu ilə müşayiət olunan onurğanın yayılmış osteoxondrozu, Vertebrobazilyar çatmamazlığı əlamətləri ilə müşayiət olunan C3-C4, С5-C6, fəqərələrarası disklərin protruziyaları, L3-L4, L4-L5, L5-S1 fəqərələrarası disklərin protruziyaları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər gün baş verən qıcolma tutmalarından, ağrılardan şikayətlənmiş, qəbul etdiyi medikamentoz dərman preparatlarından “Dеракin”i xatırlamışdır, Amannestik məlumatlarda qıcolma tutmalarının xarakterini izah edə bilməmiş, qeyd etdiyi əlamətlər funksional tutmalara xarakterik olmuş, nevroloji mikroocaqlı patologiya aşkar edilməmişdir, Psixi statusunda еmоsionаl labil, duyğusal olmuş, aktiv psixoproduktiv və davranış pozuntusu əlamətləri müəyyən edilməmişdir” kimi qeyd olunmuş, müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından edilmir. Ağ ciyərlərin HV-si qıcolma qapı həddini aşağı endirir. Antikonvulsant terapiyanı davam etdirmək məsləhət görülür. Dinamikada izləməli” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. X6 xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə, hiperventilyasiyada və fotostimulyasiyada sınaqları zamanı keçirilib. Fon aktivliyində dizritmıya fonunda beyin qabığının paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı hiperventilyasiyada (HV) və fotostimulyasiyada (FS) beyin qabıgında paraksizmal aktivlik artmışdır. Hər iki yarımkürənin gicgah payları və sağ təpə payında delta və teta diapazonlarda yavaş dalğalar izlənilir (anamnezində travma). Baş beynin bioelektrik aktivliyinin diffuz dəyişikliyi qicolma qapısının daralması əlaməti ilə qeyd olunur. Müayinə antikonvulsant fonunda aparılmışdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Hər iki gicgah pay qirusların dərinliyi bir qədər artmışdır (kortikal atrofiya)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2023-cü il tarixli X7 müayinəsinin nəticəsi “Kəllə sümüklərində patoloji dəyişiklik görünmür” kimi qeyd olunsa da, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixindən etibarən ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik müddəti 5 il müddətində xx.xx.2022-ci il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan tərəfindən diaqnozun əlillik əlaməti təyin etmir səbəbindən təkrar əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdeh inzibati orqanın qərarından narazı qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçıya əlillik təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması Meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Birinci instansiya məhkəməsi tərəfindən işin hallarının obyektiv araşdırılması məqsədilə məhkəmə tibbi ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik-hüquqi şəxsin xx.xx.2024-cü ildə məhkəməyə təqdim edilmiş T773/2024 nömrəli “Canlı şəxsin ekspertizası” haqqında ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı iş materiallarındakı tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd olunan “Əsas xəstəlik T90.5 – Kəllədaxili travmaların nəticələri.Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri.Posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya ilə.Ağırlaşmalar: F06.6 – Üzvi mənşəli emosional labil (astenik) pozuntu.Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların pozulması ilə.G40.3 – Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar.Epilepsiya tez-tez təkrarlanan ikincili generalizə olunmuş toniko-klonik qıcolma tutmaları ilə (8-10 dəfə).Kəllədaxili hipertenziya.Yanaşı xəstəliklər: G45.0 – Vertebrobazilyar arterial sistem sindromu.İ45 -Ürəyin xroniki işemik xəstəliyi.Stabil gərginlik stenokardiyası İİ fs.M51.1 – Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskogen mənşəli boyun və bel-oma radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların ifadəli pozğunluğu, sinir köklərinin konvergensiyası və davamlı kökcük ağrı sindromu ilə” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir.xx.xx.2023-cü il tarixdə əyani müayinədə əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir.Lakin vətəndaş İddiaçı 18-xx.xx.2024-cü ildə Ə.D.Məlikov adına X9 stasionar müalicə alarkən ona “T90.5 Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya, G43.2 Kəllədaxili hipertenziya, G44.3 Postravmatik xroniki başağrıları, G40.3 Tez-tez təkrarlanan tonik-klonik generalizə olunmuş qıcolma tutmaları (“3” tutma). F06.6 Üzvi mənşəli emosional labil pozuntu, F06.7 Koqnitiv funksiyaların enməsi ilə.M51.1 Diskogen bel-oma radikulopatiyası, M42 Bel-oma osteoxondrozu, H04.1 Quru göz, H52.1 Miopiya, G43.0 Aurasız miqren” diaqnozu qoyulmuşdur, iş materiallarında olan tibbi sənədlərə əsasən İddiaçı travmanı hərbi xidmət dövründə almışdır”. Beləliklə, qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilmədiyini, buna görə də diaqnozun əlillik əlaməti təyin etmədiyi qənaətinə gəlsə də, iş materialları və ekspert rəyləri ilə bu hal tam təkzib olunmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 1.1-ci bəndinə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İddiaçıya dair sonuncu göndərişin status localis bölməsində qeyd olunur ki, əsas diaqnoz: keçirilmiş qapalı kəllə-beyin travmasından sonra vegetativ davamsızlıq və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, posttravmatik ensefalopatiya, dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması, tez-tez kəskinləşən davamlı kökcük ağrı sindromu ilə müşayiət olunan onurğanın osteoxondrozu, vertebrobazilyar çatmamazlığı əlamətləri ilə müşayiət olunan C5-C6, fəqərələrarası disklərin protruziyaları.L3-L4, L4-L5, L5-S1 fəqərə disklərin protruziyası”. “Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatı”na əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə müayinə edilmiş və onun əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barəsində diaqnozu: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalapatiya, kəllədaxili hipertenziya ilə, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya ilə tez-tez təkrarlanan ikincili generalizə olunmuş tonikoklonik qicolma tutmaları ilə (ayda 8-10 dəfə)- əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçıda olan əsas diaqnozun ağırlaşması - Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya ilə, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya ilə tez-tez təkrarlanan ikincili generalizə olunmuş tonikoklonik qicolma tutmalar - hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə də öz əksini tapmışdır. İddiaçı barəsində ambulator kartoçkadan görünür ki, iddiaçıda T90 (Başın travmalarının nəticələri) və G40 kodu üzrə diaqnozlar vardır. “Əlilliyin müəyyən olunması Meyarları”na “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair Əlavənin 6-cı bəndinə (Sinir sistemi xəstəlikləri) əsasən – Epilepsiya: 6.7.3 epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) (orqanizm funksiyalarının 65-80% olmaqla itirilməsi) – 2 il müddətinə əlillik təyini üçün əsasdır. Göründüyü kimi, Meyarlar şəxsdə T90 (Başın travmalarının nəticələri) və G40 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə 6.7.3-cü bəndinə uyğun xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə isə təsdiq olunmuşdur. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnozlar əvvəllər əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2018-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabilitasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Qeyd edilənlərə əsasən Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçıya əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin təyinat tarixi və dərəcəsinin (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırma aparmamışdır. Bununla bağlı məhkəmə kollegiyası diqqətə çəkir ki, əlilliyin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsi). Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı "İnzibati icraat haqqında" Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq, hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, onun barəsində sonuncu göndəriş üzrə sonuncu imtina xx.xx.2023-cü il tarixdə imzalandığından, əlilliyin təyinat tarixinin sonuncu imtina tarixi nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar). Məhkəmə kollegiyası həmçinin, nəzərə çatdırır ki, iddiaçıda əsas diaqnozun ağırlaşması olan T90 və G40 ekspert rəyi, həmçinin tibbi sənədləri ilə müəyyən edildiyindən, diaqnoz üzrə “Əlilliyin müəyyən olunması Meyarları”nın 6.7.3-cü bəndində göstərilən qiymətləndirmə üzrə orqanizm funksiyalarının 65-80% olmaqla 2 il müddətinə itirilməsi müəyyən edildiyindən, iddiaçıya da əlillik təyinatı zamanı həmin faiz və müddət göstəricisi nəzərə alınmalıdır. Əlilliyin səbəbli əlaqəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal mübahisəli deyildir. Belə ki, cavabdeh inzibati orqan şəxsdə olan xəstəliyin məhz Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb idarəsinin Mərkəzi hərbi-həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 110 nömrəli xəstəlik şəhadətnaməsində qeyd edilən xəstəliklə bağlı olmasını inkar etmir. Bundan əlavə əvvəlki əlillik dərəcəsinin təyini zamanı da iddiaçının əlilliyinin səbəbi kimi hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olduğu qeyd edilmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və İddiaçı müvafiq dərəcəli əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınmaqla cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-408/2025 saylı, 07 fevral 2025-ci il tarixli qərarı dəyişdirilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 aprel 2023-cü il tarixli qərarı İddiaçı münasibətdə ləğv edilməli, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci dərəcə (orqanizm funksiyalarının 65-80% olmaqla itirilməsi) əlilliyin xx.xx.2023-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85, 87 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-408/2025 saylı, 07 fevral 2025-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 aprel 2023-cü il tarixli qərarı İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci dərəcə (orqanizm funksiyalarının 65-80% olmaqla itirilməsi) əlilliyin xx.xx.2023-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar