Məhkəmə qərarları › İş №2-1(103)-2296/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2296/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2296/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, iddiaçı X5, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması bаrədə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-747/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh rəisinin Ə204ş/h038-21 nömrəli, 16 fevral 2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi rəisinin Ə5738-21 nömrəli, 13 fevral 2021-ci il tarixli və Ə204ş/h-038-21 nömrəli, xx.xx.2021-ci il tarixli əmrlərinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-747/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-747/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni əsaslarla əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Quliyev şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi isə təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisələndirilən Ə57-38-21 nömrəli, 13 fevral 2021-ci il tarixli və Ə204ş/h-038-21 nömrəli, xx.xx.2021-ci il tarixli əmrləri "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq İddiaçı DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xidmətdən xaric edilməsi qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq: - Azərbaycan Respublikası Cavabdeh rəisi, polis general-mayoru Nurullah Məmmədxanlı tərəfindən tərtib edilən “X2 Azərbaycan Respublikası Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciəti əsasında aparılmış xidməti araşdırmanın nəticəsinə dair” Rəydə aşağıdakılar qeyd olunmuşdur: Mən, Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru S.Hüseynov Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri İddiaçı hərəkətləri ilə əlaqədar araşdırma apararaq aşağıdakıları müəyyən etdim: 03 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ə.Rəhimov küçəsində yaşayan X4 Baş Mühafizə İdarəsinin rəhbərliyinə müraciət ünvanlayaraq, həyat yoldaşı İddiaçı onun hamilə olduğunu bilərək atıb getdiyi və atalıq borcunu yerinə yetirməkdən yayındığı barədə məlumat vermişdir. Polis serjantı İddiaçı xx.xx.1976-cı ildə Cəlilabad şəhərində anadan olmuş, subay, ali təhsilli, xx.xx.2006-cı il tarixdən daxili işlər orqanlarında, həmin tarixdən də Nəsimi Rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət aparır. Xidmət zamanı 9 dəfə mükafatlandırılmış, 4 dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur. Qüvvədə olan intizam tənbehi yoxdur. Kollektivdə mənfi xarakterizə olunur. Toplanmış materiallardan və aparılmış söhbətlərdən məlum olmuşdur ki, 2016-ci ilin oktyabr ayında Nəzakət Həsənova yolla gedərkən ona yaxınlaşan İddiaçılə tanış olmuş və aralarında münasibətlər yaranmışdır. Bir müddətdən sonra onlar Nəzakət Həsənovanın kirayəyə götürdüyü Bayıl qəsəbəsində yerləşən evdə ailə kimi yaşamağa başlamışlar. Cütlük arasında 2019-cu ildə din qaydalarına uyğun nikah bağlanmışdır. 2020-ci ildə qısqanclıq zəminində aralarında mübahisələr baş verməyə başlanmış və İddiaçı Nəzakət Həsənova ilə yaşadığı mənizili tərk edib getmişdir. Həmin ilin dekabr ayında N.Həsənova tibb müayinədən keçərək hamilə olduğunu bilmiş və bu barədə İddiaçı məlumat vermişdir. İddiaçı uşağın onunla birgə yaşayışdan dünyaya gəldiyi faktı təsdiq olduğunu halda onu qəbul edəcəyini bildirmişdir. Bundan sonra hamiləlik dövründə ərizəçi N.Həsənova tibbi müayinələrdən keçmək və dərmanlar almaq zərurətində olduğuna görə maddi köməklik məqsədilə bir neçə dəfə İddiaçı müraciət etmiş və heç bir nəticə əldə etmədiyinə görə yuxarıdakı məzmunlu ərizə ilə BMİ- yə müraciət etmişdir. Polis serjantı İddiaçı izahatında yuxarıdakıları təsdiq etməklə yanaşı Nəzakət Həsənovaya lazımi ehtiyacların ödənilməsində köməklik etməyə hazır olduğunu, keçmiş həyat yoldaşı N.Nağıyevanın uzun müddət onu məhkəmə çəkişmələrinə cəlb etdiyinə görə ərizəçi ilə nikahı rəsmiləşdirmədiyini, komandir heyəti tərəfindən ailə münasibətlərin tənzimlənməsi barədə «Davranış Kodeksi»nin və DİN-in müvafiq göstərişlərinin tələblərini polis nəfərlərinə daim çatdırıldığını bildirmişdir. Nəzakət Həsənova araşdırmaya təqdim etdiyi səsyazmadan məlum olmuşdur ki, polis nəfəri İddiaçı izahatında göstərdiklərinə zidd olaraq ərizəçi ilə telefon danışığı zaman daxili işlər orqanlarına müraciət etdiyinə görə onu və uşağı qəbul etməyəcəyini, onlara köməklik göstərməyəcəyini, araşdırma aparılarkən onun ünvanına səslənən ittihamların hamısının şər olduğunu bildirəcəyini qeyd etmişdir. Arxiv sənədlərin təhlili zamanı aşağıdakılar məlum olunmuşdur. X8 xx.xx.2016-cı il şikayət ərizəsi əsasından Nəsimi RMl-də apanlmış yoxlama zamanı müəyyən olunmuşdur ki, polis serjantı İddiaçı ərizəçinin qızı Nuranə Nağıyeva ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyata qurmuş, birgə nikahdan üç övladların dünyaya gəlmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli Qətnaməsinə əsasən nikahları ləğv edildikdən sonra xx.xx.2014-cü ildə cütlük yenidən əlaqələrini bərpa edərək birgə ailə qurmuş, 2016-cı ilin oktyabr ayında isə yeni yaranmış ailə dağılmışdır. Məhkəmənin qətnaməsinə əsasən uşaqlar anasının himayəsinə verilmiş, ataları ilə görüşmək üçün müəyyən saatlar təyin olunmuşdur. Lakin uşaqlarla görüşmək üçün təyin olunmuş saatlardan sonra övladlarını anasına qaytarmayan İddiaçı barəsində şikayətə zəmin yaratmışdır. Araşdırmanın nəticəsi ilə bağlı qəbul olunmuş qərarda mübahisənin ailə-məişət zəminində baş verdiyini nəzərə alaraq ərizəçiəy məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuş, polis nəfərinin psixoloji durumunun nəzarətdə saxlanılması üçün bölük komandirinə tapşınqlar verilmişdir. X9 xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası DİN və BMl-nin, eləcə də Nəsimi RMl-nin rəhbərliyinə müraciət ünvanlayaraq, keçmiş həyat yoldaşı İddiaçı xx.xx.2018-ci il tarixdə uşaqlarla vaxt keçirmək üçün onları gezməyə apardığını, lakin həmin gün uşaqları qaytarmadığını, növbəti gün icra məmurunun müdaxiləsindən sonra uşaqları geri qaytardığını, nalayiq söyüşlərlə onu və valideyinlərini təhqir etdiyini bildirmişdir. Nəsimi RMldə aparılmış araşdırma zamanı vətəndaş müraciətində göstərilən xüsusatlann təsdiq olunduğundan, həmçinin sosial şəbəkədə fotoşəkillərini paylaşdığına görə polis nəfəri İddiaçı hərəkətləri İdarənin «Sıravi və kiçik rəis heyəti yığıncağı»na müzakirəyə çıxarılmış və BMl-nin xx.xx.2018-ci il tarixli Ə185-038-18 nömrəli əmri ilə onun xüsusi rütbəsi bir pillə aşağı salınmışdır. X11 xx.xx.2019-cu il tarixdə Nəsimi RMl-yə müraciət edərək polis nəfəri İddiaçı onun ailə işlərinə müdaxilə etdiyini bildirmişdir. Müəyyən olunmuşdur ki, 2017-ci ildə İddiaçı şikayətçinin həyat yoldaşı Həsən Əliyevlə tanış olmuş və aralannda dostluq münasibətləri yaranmışdır. X15 nikahdan kənar uşağı ilə fotoşəkil çəkdirərək sosial şəbəkədə paylaşması sonuncunun qəzəbləndirib və aralarında olan isti münasibətə son qoyulması ilə nəticələnmişdir. Araşdırmanın yekunu ilə əlaqədar qəbul olunmuş qərara əsasən, ərizəçinin şikayəti olmaması barədə təkrar ərizəsi də nəzərə alınaraq, polis nəfəri İddiaçı şikayətə zəmin yaratdığına və sosial şəbəkədə paylaşım etdiyinə görə üzərində olan intizam tənbehi ilə kifayətlənilmişdir. Göründüyü kimi, polis nəfəri İddiaçı Azərbaycan Respublikasının qanunveriliciyinə, o cümlədən Konstitusiyada təsbit olunmuş «Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir» prinsipinə tam şəkildə əməl etməsi ilə digər şəxslərə nümunə olub dövlət hakimiyyəti nümayəndəsi kimi sağlam düşüncəyə və aydın mövqeyə malik, həmçinin vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmaq əvəzinə cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına, keçmiş ailəsində baş vermiş çoxsaylı mübahisələr də nəzərə alınmaqla, açıqca hörmətsizlik ifadə edərək vət. Nəzakət Həsənova ilə uzun müddət qeyri-rəsmi yaşamış, bu münasibətlərin rəsmiləşdirilməsinə təşəbbüs göstərməmiş, ərizəçinin hamiləliyi ilə bağlı maddi ehtiyacların ödənilməsindən yayınmaqla barəsində haqlı şikayətə zəmin yaratmış, araşdırma zamanı obyektivliyin təmin olunmasına köməklik göstərməmişdir. Göstərilənləri nəzərə alaraq Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı Azərbaycan Respublikasının qanunveriliciyinə, o cümlədən ailə-məişət normalanna tam şəkildə əməl etməsi ilə digər şəxslərə nümunə olub dövlət hakimiyyəti nümayəndəsi kimi sağlam düşüncəyə və aydın mövqeyə malik olmaq əvəzinə, həmçinin vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli, verilən suallara tam və dəqiq cavab verməli olmalı olduğu halda daxili işlər orqanları əməkdaşının adına xələl gətirən hərəkətlərə yol verərək DİN-in 130 (2005) saylı əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanlan əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 3, 12, 17-ci maddələrinin, 330 (2009) saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası daxili işlər orqanlannın İntizam Nizamnaməsi»nin 3.2 və 3.9-cu bəndlərinin, həmçinin xx.xx.2018-ci il tarixli G51-001-18 nömrəli göstərişinin tələblərini kobud şəkildə pozduğuna görə, xidmətdə mənfi xarakterizə olunduğu da nəzərə alınmaqla daxili işlər orqanlarından xidmətdən xaric olunması məqsədəmüvafiq hesab edilmiş, tabelikdəki əməkdaşlar tərəfindən ailə münaqişəsi zəminində baş verən neqativ hərəkətlərin qarşısının alınması məqsədilə mənəvi-psixoloji təminatın subyektləri taqım komandiri, polis baş leytenantı A.Mahmudlu və İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı E.Muradov tərəfindən məqsədyönlü işlərin görülməsi tələb olunsun və məsuliyyətləri nəzərlərinə çatdırılsın. Əmr layihəsi hazırlanmaqla araşdırma başa çatmış hesab edilsin, ərizəçiyə məlumat verilsin və toplanmış materiallar BMl-nin Katibliyində işə alınsın. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin “Nəsimi RMİnin polis nəfəri İddiaçı DİO-da xidmətdən xaric olunması barədə” xx.xx.2021-ci il tarixli, Ə57-038-21 №li Əmrində aşağıdakılar qeyd edilmişdir: “X2 ərizəsi əsasında Baş İdarədə aparılmış araşdırma zamanı, Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri İddiaçı ailə münasibətlərin tənzimlənilməsinə nail ola bilməməsi, barəsində keçmiş ailə üzvlərinin çoxsaylı müraciətləri ilə bağlı həyata keçirilmiş profilaktiki tədbirlərdən heç bir nəticə çıxarmadığı, şikayətçi ilə 2016-cı ildə tanış olduğu və aralarında qeyri-rəsmi münasibətlərin yarandığı müəyyən olunmuşdur. Cütlük üç il müddətində qeyri-rəsmi yaşamış, 2019-cu ildə aralannda dini kəbin kəsilmiş, 2020ci ilin əvvəlində isə qısqanclıq zəminində baş vermiş mübahisələr İddiaçı N.Həsənova ilə yaşadığı mənzili tərk etməsi ilə nəticələnmişdir. Həmin ilin sonunda N.Həsənova tibbi müayinədən keçərək hamilə olduğunu bilmiş və bu barədə İddiaçı məlumat verərək atalıq borcunu yerinə yetirməsini xahiş etmişdir. Bu vəzifənin icrasından yayınmaqla yanaşı polis nəfəri İddiaçı qeyri-rəsmi münasibətlərin rəsmiləşdirilməsinə təşəbbüs göstərməməklə, araşdırma zamanı obyektivliyin təmin olunmasına köməklik etməməklə DİNin 130 (2005) saylı əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin, 330 (2009) saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi»nin, həmçinin xx.xx.2018-ci il tarixli G51-001-18 nömrəli göstərişinin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq, «Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi haqqında Əsasnamə»nin 5.6-cı bəndinin tələbini rəhbər tutaraq Azərbaycan Respublikası DİN-in 130 (2005) saylı əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1,3, 12, 17-ci maddələrinin, 330 (2009) saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi»nin 3.2 və 3.9-cu bəndlərinin, həmçinin xx.xx.2018-ci il tarixli G51001-18 nömrəli göstərişinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qanunveriliciyinə tam şəkildə əməl etməsi ilə digər şəxslərə nümunə olub dövlət hakimiyyəti nümayəndəsi kimi sağlam düşüncəyə və aydın mövqeyə malik, həmçinin vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmaq əvəzinə əxlaq normalara və mənəvi dəyərlərə laqeyd münasibət bəsləyərək, eləcə də cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına, keçmiş ailəsində baş vermiş çoxsaylı mübahisələr də nəzərə alınmaqla, açıqca hörmətsizlik ifadə edərək vət. Nəzakət Həsənova ilə uzun müddət qeyri-rəsmi yaşadığına, bu münasibətlərin rəsmiləşdirilməsinə təşəbbüs göstərmədiyinə, ərizəçinin hamiləliyi ilə bağlı maddi ehtiyacların ödənilməsindən yayınmaqla barəsində haqlı şikayətə zəmin yaratdığına, araşdırma zamanı obyektivliyin təmin olunmasına köməklik göstərmədiyinə, yol verdiyi qəbahətlərlə daxili işlər orqanı əməkdaşının adına və polisin nüfuzuna xələl gətirədiyinə görə Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı xidmətdə mənfi xarakterizə olunduğu də nəzərə alınmaqla «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən «daxili işlər orqanlarında xidmətdən xaric edilsin». Tabelikdəki əməkdaşlar tərəfindən ailə münaqişəsi zəminində baş verən neqativ hərəkətlərin qarşısının alınması məqsədilə məqsədyönlü işlərin görülmədiyinə görə taqım komandiri, polis baş leytenantı A.Mahmudlu və İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı E.Muradov ciddi xəbərdar olunsunlar. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli, Ə204ş/h-038-21 №li şəxsi heyət üzrə Əmrindən görünür ki, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»yə müvafiq olaraq 135-ci maddəsinin 9-cu bəndinə əsasən «daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xidmətdən xaric edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 26 yanvar 2006-cı il tarixdən Cavabdehndə polis əməkdaşı kimi işə qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh rəisinin 16 fevral 2021-ci il tarixli, Ə204ş/h-038-21 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə göstərilmişdir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq 135-ci maddənin 9-cu bəndi ilə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilsin. İddiaçının Xidmətdən xaric edilməsi daxili işlər orqanları əməkdaşları adına ləkə gətirən hərəkət etdiyi iddia olunsa da, əslində isə polis əməkdaşı adına ləkə gətirə biləcək heç bir hərəkət və fəaliyyətlə məşğul olmamışdır. Əksinə xidmətdə olduğu müddət ərzində vəzifəsini dərk edib layiqincə icra etmişdir. Polis orqanlarından xidmətdən xaric edilməsinə səbəb vətəndaş X1 iddiaçıdan hamilə qaldığını iddia edərək onunla rəsmi nikaha daxil olmaması barədə X14 ünvanladığı şikayət ərizəsi olmuşdur. İddiaçı bildirir ki, 12 dekabr 2009-cu il tarixdə X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından ikisi əkiz olamaqla üç övladı var. Nuranə Nağıyeva ilə münasibətləri pisləşdiyinə görə nikahları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqları analarının yanında saxlanılmışdır. Nuranə Nağıyeva ilə nikah pozulduqdan sonra həmyerlisi, qohumu 18 fevral 1977-ci il təvəllüdlü X7 ilə münasibəti yaranmışdır. Nəzakət əvvəllər nikahda olmuş, həmin nikahından uşağı olmadığı üçün boşanmışdır. Sonuncu dəfə Nəzakət Həsənovanı 2020-ci ilin avqust ayında görmüş və münasibətləri pozulmuşdur. X3 hamilə olduğuna inandırmışdır. İddiaçı onun üç uşağı və yaşlı anasının olduğunu, onların maddi ehtiyaclarını belə tam ödəyə bilmədiyini Nəzakət Həsənovaya bildirmişdir. Sonuncu israrla ondan Türkiyə Respublikasına getməsini və orada işləməsini istəyirdi. İşini, ailəsini və doğmalarını sevdiyi üçün iddiaçı bu təklifi rədd etmişdir. Bütün bunlardan sonra Nəzakət Həsənova elektron qaydada şikayət ərizəsi ilə X14 müraciət etmişdir. Nəzakət Həsənovanın şikayət ərizəsi əsasında iddiaçını polis orqanlarında xidmətdən xaric etmişlər. İddiaçı DİN-nin Baş Mühafizə İdarəsində polis nəfəri kimi xidmət apararkən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinin, İntizam Nizamnaməsinin tələblərini pozmamış və bu iş materialları ilə də öz təsdiqini tapır. Bundan başqa, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2022-ci il təvəllüdlü övladının şəxsiyyət vəsiqəsində ata qrafasında atasının adı Elsəvər olaraq qeyd olunmuşdur. İddiaçı xidmətdən xaric edilməsi barədə əmrlərin qəbul edilməsi öz-özlüyündə qanunauyğun olmadığı, xidməti vəzifəsinin icrası ilə bağlı heç bir nöqsanı olmadığından “arxiv sənədlərinə” əsaslanmış və iddiaçının keçmiş aravadı Nuranə Nağıyevanın xx.xx.2018-ci il tarixli və atası Nofəl Nağıyevin xx.xx.2016-cı il tarixli şikayət ərizəsi əsasında aparılmış yoxlamalara əsaslanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsasən nikaha daxil olmaq və nikahın pozulması həmin şəxslərin könüllü ərizəsi əsasında qeydə alınır. Kollegiya bildirir ki, İddiaçı nikaha daxil olmasını və nikahının pozulmasını onun xidməti fəaliyyəti ilə bağlanması doğru deyildir. Belə olan halda İddiaçı Nuranə Nağıyevə və sonuncunun atası Nofəl Nağıyevlə və ya Nəzakət Həsənova ilə olan münasibətlərini ailə-məişət normaları daxilində qiymətləndirmək daha doğru olardı. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı keçmiş həyat yoldaşı Nuranə Nağıyevanın himayəsində olan 3 azyaşlı övladı ilə bağlı valideyinlik vəzifələrini düzgün və dəqiq icra etmişdir. Onun övladları ilə daha artıq vaxt keçirməsini istəməsi uşaqlarının istəyi ilə olmuşdur. “Polis haqqında" Qanunun 5-ci maddəsinə əsasən polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 114cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Göründüyü kimi, iddiaçının daxili işlər orqanlarından xaric edilməsinə 2 əsas gətirilmişdir. Bunlardan birincisi, iddiaçının 1-ci arvadının şikayəti olmuşdur ki, iddiaçı buna görə intizam məsuliyyətinə cəlb edilmiş və rütbəsi “serjant” rütbəsinə qədər azaldılmışdır. Mübahisəlndirilən əmr ilə iddiaçı bu şikayət əsas gətirilərək ikinci dəfə cəzalandırılmışdır. İddiaçının daxili işlər orqanlarından xaric edilməsinə ikinci əsas onun 3 il yaşadığı qadının şikayəti olmuşdur ki, həmin qadın hamilə olmuş və iddiaçı onu bu vəziyyətdə qoyub tərk etmişdir, lakin araşdırma nəticəsində (müvafiq sənədlər: uşağın vəsiqəsi və doğum haqqında şəhadənamə təqdim edilmiş və işə əlavə edilmişdir) müəyyən edilmişdir ki, həmin qadının doğulmuş uşağı iddiaçının uşağı deyil, başqa kişidəndir. Eyni zamanda qadın Türkiyədə yaşayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-747/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-747/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirlyi Baş Mühafizə İdarəsi rəisinin Ə57-038-21 saylı xx.xx.2021-ci il tarixli və Ə204ş/h-038-21 saylı xx.xx.2021-ci il tarixli əmrləri ləğv edilsin, İddiaçı işə bərpa olunsun və məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqı məbləği cavabdeh tərəfindən iddiaçıya. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar