Məhkəmə qərarları › İş №2-1(103)-2296/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2296/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2296/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2296/2023 (Açar sözlər: “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi”) Bakı şəhəri 10 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X11 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Rəhimov Rəşad Rəhim oğlunun, Cavabdehin nümayəndəsi X9 Üçüncü şəxs X8 nümayəndəsi X5 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-870/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göradil bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında xx.xx.2008-ci il tarixdə X12 adına dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Daha sonra sözügedən bağ sahəsinin 0.06 hektar hissəsi Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-354 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X8 adına, yerdə qalan hissəsi isə (0.06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016- cı il tarixdə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.

3. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

4. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən mütəxəssi rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsinə yerləşən, vətəndaş X4 18 mart 1994-cü il tarixdə 97 nömrəli order əsasında ayrılmış 89 nömrəli BTK-nın nəzdində olan 254z nömrəli bağın yerləşdiyi torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçülən, konfiqurasiyası və koordinatları yerində müəyyən edilərək, naturada 254z nömrəli bağ torpaq sahəsinin boş vəziyyətdə olduğu, orada hər hansı tikinti işlərinin aparılmadığı və bağ torpaq sahəsinin müvafiq sənəddə, göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilir.

5. Bağ sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi barədə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış yolu mövcud deyil. Bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. X13 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsində yerləşən 254z saylı bağ sahəsinin koordinatlarının üst-üstə düşüb- düşməməsi ilə bağlı məlumatın məhkəməyə göndərilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, hasarı olmadan şərti olaraq göstərilən torpaq sahəsi yamacda yerləşir, sahəyə gediş-gəliş yolu yoxdur. Belə ki, həmin sahəyə gedişgəliş başqa bağın ərazisindəndir. Qeyd olunan sahənin qeydiyyatı arədə elektron bazada məlumat aşkarlanmamışdır (ümumi olaraq göstərilən cərgədə hər hansı qeydiyyat mövcud deyildir).

7. Məhkəmənin soruğusuna cavab olaraq 89 nömrəli ВТК nəzdində Bakı şəhəri, Binəqədi rayonu Goradil bağlar sahəsində yerləşən 254z saylı bağ sahəsinin yerləşməsinə dair bağ sahələrinin bölgüsünə dair sxematik xəritə təqdim edilmişdir.

8. Bağ sahələrinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994cü il tarixli, 461 №-li sərəncamına əsasən, (3.97) X4 - Görədil ВТК №-89 bağ 254z ayrılmışdır.

9. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Binəqədi rayonu, Goradil kəndində 254Z saylı bağ sahəsi (0,06 ha) X12 adına qeydə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraatİ

10. İddiaçı məhkəməyə müraciət edərək 18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportunun və dövlət reyestrindən çıxarışın X3 adına verilməsi ilə bağlı öhdəliyin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, 18 mart 1994cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254/ saylı bağ, 97 nömrəli order əsasında adıma ayrılmışdır.Həmin bağ sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 aprel 1994-cü il tarixli. 461 nömrəli sərəncamı da mövcuddur. Yuxanda qeyd edilən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 06 may 2021-ci il tarixli imtina bildirişi verilmişdir. Bildirişdə qeyd edilmişdir ki, göstərilən 254z nömrəli bağ sahəsi digər fiziki şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, həmçinin bağ sahəsinə yol olmadığı üçün qonşu bağ sahəsinin ərazisindən istifadə olunur.Yuxarıda qeyd olunan imtina bildirişini aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, bildirişdə qeyd edilən mətn üzrə dəqiqləşdirmə aparılması məqsədilə müvafiq vəkil sorğusu ilə müraciət edilmişdir.Həmin sorğuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 09 iyun 2021-ci il tarixli, **********41 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 89 nömrəli ВТК nəzdində Goradil bağ massivində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Goradil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 254 z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2008-ci il tarixdə X12 adma dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0,06 hektar hissəsi Bakı şəhəri 11 sayh notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-354 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X8 adına, yerdə qalan hissəsi isə (0,06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016-cı il tarixdə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.Göründüyü kimi ona məxsus bağ sahəsi bu günə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2008-ci il tarixdə 89 nömrəli ВТК nəzdində Goradil bağ massivinə aidiyəti olmayan X13 aid olan bağ sahəsinin nömrəsinin 254z kimi qeyd olunmasının səbəbini başa düşə bilmirəm. Həmçinin bildirir ki, ona məxsus 254z saylı bağ sahəsinin sərhədlərini, koordinatlarını, naturada mövcudluğunu yerində müəyyən etmək barədə X7 vəkil sorğusu verilmiş, həmin mərkəzin 18 fevral 2021-ci il tarixli. 28 nömrəli rəyində qeyd edilmişdir ki. ’‘Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş sənədləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsində yerləşən, vətəndaş X4 18 mart 1994-cü il tarixdə 97 nömrəli order əsasında ayrılmış. 89 nömrəli BTK-nın nəzdində olan 254z nömrəli bağın yerləşdiyi torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçüləri, konfiqurasiyası və kordinatları yerində müəyyən edilərək, naturada 254z nömrəli bağ torpaq sahəsinin boş vəziyyətdə olduğu, orada hər hansı tikinti işlərinin aparıhnadığı və bağ torpaq sahəsinin müvafiq sənəddə göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilir.”İmtina bildirişində 2-ci əsas “bağ sahəsinə yol olmadığı üçün qonşu bağ sahəsinin ərazisindən istifadə olunur” deyə qeyd edilmişdir. Hansı ki, həmin problemin həlli ya tərəflərin öz aralarında, yaxud da məhkəmə müstəvisində həll edəcəkləri məsələdir.İmtina bildirişində bir tərəfdən 254z saylı bağın başqa fiziki şəxsin adma qeydiyyatdan keçməsi göstərilmiş, digər tərəfdən də, bağ sahəsinə yol olmadığı üçün qonşu bağ sahəsinin ərazisindən istifadə olunması qeyd edilmişdir.Bir neçə ay əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən bağ sahəsinə baxış keçirilərkən, həmin ərazinin boş olması, iki hissəyə bölünməməsi təsdiqini tapmışdır.Həmin bildirişi aldıqdan sonra Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə şikayət verdi.Həmin şikayətlə bağlı mənə göndərilmiş cavab məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına təqdim ediləcəyi təqdirdə müraciətimizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.Yuxarıda qeyd edilən cavab məktubunu aldıqdan sonra, sənədləri Əmlak Xidmətləri Məkanına təqdim etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 01 fevral 2022-ci il tarixli imtina bildirişi verildi və qeyd edilmişdir ki, texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş çıxış yolu mövcud deyil. Bundan əlavə Goradil qəsəbəsində yerləşən 254z nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. İddaçının hüquqlarından qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, texniki baxış keçirilən zaman məlum olmuşdur qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış mövcud deyil. Bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digəı fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının əvvəlki müraciətinə cavab olaraq bildirilmişdir ki, 89 nömrəli ВТК nəzdində Göradil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

12. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X15 və X14 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

13. Məhkəmə baxış iclasında iştirak edən X15 bildirmişdir ki, İddiaçı adlı şəxsi tanımır, Binəqədi rayonu, Goradil kəndində 254Z saylı bağ sahəsi ona məxsusdur və istifadəsindədir, torpaq sahəsinin 0,06 ha hissəsini X1.

14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir, əlavə olaraq bildirmişdir ki, X15 və X14 adlı şəxsi tanımır, həmin şəxslə torpaq sahələri ayrı-ayrı ərazilərdə yerləşir.

15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat vermişdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-870/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla 89 nömrəli ВТК nəzdində ayrılmış sahəsi 0,12 ha olan 254z saylı bağ sahəsi üzərində iddiaçı X3 mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X13 ayrılmış bağ sahəsi və iddiaçıya ayrılmış torpaq sahələrinin nömrələri (254Z) üst-üstə düşsə də, torpaq sahələri faktiki olaraq ayrı-ayrı ərazilərdə yerləşir. Belə ki, X13 bağ sahəsi müqavilə əsasında, İddiaçı torpaq sahəsi isə 89 nömrəli BTK-nın nəzdində Bakı şəhər İcra Hakimiyyəti Başçısının qərarı əsasında ayrılmışdır. İddiaçının koordinatlar üzrə göstərdiyi Göradil bağlar massivindəki 254Z nömrəli bağ sahəsinə dair hüquqlar qeydə alınmamışdır, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir.

19. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

20. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.

21. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

22. Birinci instansiya məhkəməsi “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə, “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə, Mülki Məcəllənin 139-1-ci maddəsinə, .“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.-cı və 8.0.7.-ci maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, 10cu maddəsinin 1-ci və 4-cü abzasına əsasən istinad etmişdir.

b)Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

23. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-870/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış yolu mövcud deyildir. Bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin (X12) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin təqdim edilən bağ sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının arxiv arayışında bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Qeyd olunan səbəbə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, Göradil bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında xx.xx.2008-ci il tarixdə X12 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0.06 hektar hissəsi Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş 03.11,2015ci il tarixli 4Ə-354 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X8 adına, yerdə qalan hissəsi isə (0.06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016-cı il tarixdə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

e) Prosses iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir..

27. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, X15 birinci instansiya məhkəməsində bildirmişdir ki, İddiaçı adlı şəxsi tanımır, Binəqədi rayonu, Goradil kəndində 254Z saylı bağ sahəsi ona məxsusdur və istifadəsindədir, torpaq sahəsinin 0,06 ha hissəsini X1.

28. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs X8 nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, X15 da birinci instansiya məhkəməsində bildirmişdir ki, İddiaçı adlı şəxsi tanımır, Binəqədi rayonu, Goradil kəndində 254Z saylı bağ sahəsi ona məxsusdur və istifadəsindədir, torpaq sahəsinin 0,06 ha hissəsini X1.Hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin X10 aidiyyəti yoxdur və hər hansı mübahisə mövcud deyildir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

30. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə: - həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: - 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu: - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

32. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

33. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: ....... Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1-ci məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

38. İddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

39. İddaçının hüquqlarından qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, texniki baxış keçirilən zaman məlum olmuşdur qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış mövcud deyil. Bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digəı fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

40. İddiaçının əvvəlki müraciətinə cavab olaraq bildirilmişdir ki, 89 nömrəli ВТК nəzdində Göradil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.Həmçinin, Göradil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2008-ci il tarixdə X12 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0,06 hektar hissəsi Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-354 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X8 adına yerdə qalan hissəsi isə (0,06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016-cı il tarixdə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.

41. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinaya uyğun təqdim edilərək bildirilmişdir ki, texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış yolu mövcud deyildir. Bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin (X12) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin təqdim edilən bağ sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının arxiv arayışında bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********44 saylı cavab məktubu ünvanlanmışdır.Məlumat üçün bildirilmişdir ki, Göradil bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında xx.xx.2008-ci il tarixdə X12 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0.06 hektar hissəsi Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-354 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X8 adına, yerdə qalan hissəsi isə (0.06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016- cı il tarixdə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.

42. Məhkəmə araşdırması nəticəsində iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin, məhkəmə icraatına cəlb olunmuş 3-cü şəxslər X12, X8 nümayəndəsinin izahatlarından və iş materiallarından müəyyən edilmişdir ki, X13 ayrılmış bağ sahəsi (o cümlədən sonradan X2 hissəsi) və iddiaçıya ayrılmış torpaq sahələrinin nömrələri (254Z) üst-üstə düşsə də, torpaq sahələri faktiki olaraq ayrı-ayrı ərazilərdə yerləşir. Belə ki, X13 bağ sahəsi müqavilə əsasında, İddiaçı torpaq sahəsi isə 89 nömrəli BTK-nın nəzdində Bakı şəhər İcra Hakimiyyəti Başçısının qərarı əsasında ayrılmışdır. İddiaçının koordinatlar üzrə göstərdiyi Göradil bağlar massivindəki 254Z nömrəli bağ sahəsinə dair hüquqlar qeydə alınmamışdır, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir.İddiaçının iddia etdiyi torpaq sahəsinin X13 ayrılmış bağ sahəsinə (o cümlədən X2 hissəsinə) aidiyyəti yoxdur, torpaqların nömrə təkrarlanması olsa da, üstüstə düşmə halı mövcud deyildir. 43.Məhkəmə Kollegiyası cavabdehin sərbəst giriş-çıxış yolu olmaması ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, bu dəlili mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına alınmasından imtinanın əsaslarının dairəsinə daxil etməmişdir.

44. Cavabdehin digər imtinası əsası torpaq sahəsinin maili relyefli (yamacda) ərazidə yerləşməsidir. Nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsinin maili relyefli ərazidə yerləşməsindən asılı olmayaraq, bu hal iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını məhdudlaşdıra bilməz. İlk növbədə qeyd olunur ki, yamac - dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir.Torpaq sahəsinin yamac ərazisində yerləşməsi hüquqi nöqteyi baxımından mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələ bilməz. Əgər bu yanaşma imtina əsası kimi qiymətləndirilərsə, bu zaman nəinki yamacda yerləşən, ümumiyyətlə Azərbaycan Respublikasının dağlıq ərazilərində müxtəlif kəndlərdə yerləşən fərqli relyef quruluşu olan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydə alınması istisna olardı. Belə istisnalar nə qüvvədə olan qanunvericiliyin, nədəki hər hansı normativ hüquqi aktlarda nəzərdə tutulmadığından, cavabdehin irəli sürdüyü həmin dəlil imtina əsası kimi qiymətləndirilə bilməz. Əks halda, dağlıq ərazilərdə yerləşən kənd sakinlərinin istifadəsində olan daşınmaz əmlaklar kütləvi şəkildə qeydiyyata alınmamalı, alınmış qeydiyyatlar da ləğv edilməlidir.

45. Məhkəmə Kollegiyası qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.

46. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

47. Belə ki, .Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə görə daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir.( Əsasnamənin 3.0.23.-bəndi).

48. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-870/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-870/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar