Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2297/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçınun qanuni təmsilçisi (direktoru) Nümayəndə və vəkili X1, cavabdehin nümayəndələri X2 və X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2275/2021 saylı 26.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01.10.2020-ci il tarixli **********8167 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir (İş vərəqi 102). İddia aşağıdakılarla əsaslandırmışdır «…cavabdehin 26.03.2020-ci il tarixli **********7748 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, ünvan 1 ünvanda yerləşən anbarda operativ vergi nəzarəti həyata keçirilmiş, nəticəsi 26.03.2020-ci il tarixli VN seriyalı 014328 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında qəbul edilmiş 06.04.2020-ci il tarixli **********7988 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə Cəmiyyət barəsində 10.625,44 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı yuxarı vergi orqanına şikayət vermiş, şikayəti qismən təmin edilərək şikayət instansiyasının 16.09.2020-ci il tarixli **********238300 nömrəli qərarı ilə qismən təmin edilərək 06.04.2020-ci il tarixli **********7988 nömrəli Qərarı 953,36 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, Qərar digər 9672,08 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Belə ki, yuxarı vergi orqanında aparılmış araşdırma ilə operativ vergi nəzarəti tədbiri zamanı anbarda aşkar edilmiş 106.254,42 manat dəyərində mallardan 6.213,72 manat dəyərində Foliton, 3319,88 manat dəyərində Nisit adlı, ümumilikdə 9.533,6 manat dəyərində dərman vasitələrinin alışına dair yük gömrük bəyannamələrinin mövcud olduğu, 96.720,82 manat dəyərində malların isə alışına dair sənədlərin olmadığı müəyyən edilmişdir. Daha sonra şikayət instansiyasının həmin qərarı nəzərə alınmaqla, cavabdeh 01.10.2020-ci il tarixdə qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8167 nömrəli yeni bir qərarı ilə AR Vergi məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı 9672,08 man məbləğində maliyyə sanksiyasına cəlb olunmuşdur. Bundan əlavə, araşdırmaya təqdim edilmiş "xxxx" MMC ilə "xxxx" MMC arasında 09.02.2020-ci il tarixdə bağlanmış “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”nə əsasən "xxxx" MMC tərəfindən Cəmiyyətə saxlamaq məqsədi ilə 10 adda dərman preparatları verdiyi göstərilsə də, müqavilədə həmin malların "xxxx" MMC-yə aid olan hansı ünvanda saxlanılması barədə məlumatların, həmçinin qeyd edilən müqavilə əsasında tapşıranın saxlayıcıya ödəyəcəyi xidmət haqqı barədə məlumatların qeyd edilmədiyi, eyni zamanda "xxxx" MMC-nin "xxxx" MMC-yə göstərdiyi saxlama xidmətləri ilə bağlı elektron qaimə-fakturanın verilmədiyi müəyyən edilmişdir. Yuxarı vergi orqanı tərəfindən qəbul edilmiş 06.04.2020-ci il tarixli **********7988 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar 953,36 maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, 9.672,08 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Vergi orqanı “Nisit” və “Foliton” adlı dərmanların həqiqətən də Cəmiyyətin mülkiyyətində olmasını qəbul edərək şikayətini həmin hissədə təmin etmiş, lakin "xxxx" MMC-nin sahibliyində olan malları cəmiyyətin malı kimi qəbul edərək maliyyə sanksiyasını qüvvədə saxlamışdır. Qeyd edilən malların bir hissəsinn (siyahı əlavə olunur) "xxxx" MMC-yə aid olmasını təsdiq edən yük gömrük bəyannamələri araşdırmaya təqdim edilsə də vergi orqanı nəzərə almamışdır. Yuxarı vergi orqanı qərarında qedy edir ki, malların anbarda saxlanması müqaviləsində ünvan göstərilmədiyinə və xidmət haqqı müəyyən edimədiyinə görə həmin malları sənədsiz mal kimi qəbul edilməlidir. Müqavilə şərtlərnin müəyyən edilməsi, Mülki Məcəllənin tələblərinə əsasən müqavilə tərəflərinin müstəsna hüququdur və buna hər hansı müdaxilə yol verilməzdir. Həmin malların "xxxx" MMC-nin sahibliyində olması qənaətinə gəlməsinə əsas verə bilməz və bu barədə qanunvericilikdə hər hansı göstəriş də yoxdur. Həmin malların "xxxx" MMC-yə aid olmasını təsdiq edən sənədlər (Yük gömrük bəyannamləri və müqavilə) iddia ərizəsinə əlavə olunur. Həmçinin siyahıda qeyd edilən dərmanların bir hissəsinin qiyməti şişirdilmiş, mənbəyi bəlli olmayan məlumatlardan istifadə edilmişdir. "xxxx" MMC, "xxxx" MMC arasında saxlanc və ya icarə müqaviləsi olmadığına görə həmin mallar "xxxx" MMC-nin sahibliyində olan mal kimi qəbul edilmiş, yuxarıda qeyd edildiyi kimi belə olan halda da qiymətlər süni şişirdilmişdir. Qiymətləri təsdiq edən yük gömrük bəyannamələrinin surəti şikayətə əlavə olunur. Bundan əlavə, siyahı ilə bağlı qeyd olunmuşdur ki, tərtib edilən siyahı üzrə sənədi olan mal kimi qeyd edilmiş, yəni, nöqsan aşkar olunmamış mal siyahısı mövcuddur ki, həmin siyahı düzgün sayılmamışdır. Belə ki, malların sənədləri olduğuna görə və həmin malların sənədlərinin olması səbəbindən operativ vergi nəzarəti ilə hər hansı maliyyə sanksiyası tətbiq edilməməsi səbəbindən say düzgünlüyünə əhəmiyyət verilməmişdir. Sonradan, qeyd edilən akt üzrə cəmiyyət tərəfindən sayım həyata keçirilərkən mal sayının az göstərildiyi müəyyən edilmişdir. Vergi iorqanı tərəfindən həmin siyahı gələcək dövrlərdə mənbəyi bəlli məlumat kimi istifadə edilməsi ehtimalı olduğuna görə siyahının düzgün oması mütləqdir. Ümumiyyətlə, tərtib edilən 26.03.2020-ci il tarixli 00178 saylı siyahı üzrə aktın məzmunundan da göründüyü kimi yalnız sənədsiz mallar qeyd edilməlidir. Lakin vergi orqanı tam siyahını göstərməyə çalışmışdır. Həm tərtib edilən akt və siyahının sayı düzgün olmadığına görə, həmçinin tərtib edilən akt və siyahıda say düzgün göstərilmədiyinə görə akt nöqsansız mallar üzrə də tam etibarsız hesab edilməlidir…» Cavabdeh iddinı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, müəssisənin rəhbəri Q.Əliyarbəyov yoxlamaya təqdim etdiyi izahatında anbarda aşkar edilmiş 96.720,82 manat dəyərində malların manat dəyərində malların alışını təsdiq edən sənədlər aşkar olunmamış, elektron qaimə verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2275/2021 saylı 26.05.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 01.10.2020-ci il tarixli **********8167 nömrəli qərarı ləğv olunmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «…Məhkəmə tərəfindən qərar qəbul edilərkən iş üçün əhəmiyyəti olan faktiki hallar tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsassız qərar qəbul edilmişdir. İş materiallarında yük gömrük bəyannamələrinin mövcud olması ilə bağlı məhkəmənin mövqeyinə münasibətdə bildirilir ki, vergi orqanında aparılmış araşdırma ilə operativ vergi nəzarəti tədbiri zamanı anbarda aşkar edilmiş 106.254,42 manat dəyərində mallardan yalnız 6.213,72 manat dəyərində Foliton, 3.319,88 manat dəyərində “Nisit” adlı, ümumilikdə 9.533,60 manat dəyərində dərman vasitələrinin alışına dair yük gömrük bəyannamələrinin mövcud olduğu, 96.720,82 manat dəyərində malların isə alışına dair sənədlərin olmadığı müəyyən edilmişdir və məsuliyyət qərarı çıxarılarkən bu hal nəzərə alınaraq maliyyə sanksiyası tətbiq edilmişdir. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, operativ vergi nəzarəti tədbiri zamanı iddiaçının anbarında aşkar edilmiş mallar üzərində iddiaçının hər hansı sahiblik və ya mülkiyyət hüququ olmamış, mallar "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 09.02.2020-ci il tarixli “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”nə əsasən İddiaçı MMC-yə anbarda yalnız saxlamaq üçün verilmişdir. Bildiririlir ki, məhkəmənin qeyd etdiyi "xxxx" MMC ilə İddiaçı MMC arasında 09.02.2020-ci il tarixdə bağlanmış “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”ndə malların İddiaçı MMC-yə aid olan hansı ünvanda saxlanılması barədə məlumatlar, həmçinin qeyd edilən müqavilə əsasında tapşıranın saxlayıcıya göstərdiyi xidmətə görə ödəyəcəyi xidmət haqqı barədə məlumatlar qeyd edilməmiş, eyni zamanda, İddiaçı MMCnin "xxxx" MMC-yə göstərdiyi saxlama xidmətləri barədə elektron qaimə-faktura verilməmişdir. Əgər həqiqətən də İddiaçı MMC ilə "xxxx" MMC arasında “Malların anbarda müvəqqəti saxlama müqaviləsi” bağlanmış olsa idi və İddiaçı MMC müqavilədən irəli gələn "xxxx" MMC-yə məxsus malları anbarında saxlama xidmətini göstərmiş olsa idi, iddiaçı "xxxx" MMC-yə göstərdiyi saxlama xidmətinə görə elektron qaimə-faktura təqdim etməli idi (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci, 71.-1.1 və 71-5.1-ci maddəsinə isinad olunur). İddiaçının iddia etdiyi kimi malların anbarda saxlanılması göstərilən xidmətin bir növüdür, qanunvericiliyin tələblərinə əsasən xidmət təqdim edilməsinə görə "xxxx" MMCyə elektron qaimə-faktura təqdim edilməli idi. Eyni zamanda məhkəmə qərarında malların "xxxx" MMC-yə məxsus olduğunu qeyd etsə də, malların "xxxx" MMC-yə məxsus olduğunu təsdiq edən hər hansı sübut nə yoxlama zamanı vergi orqanı əməkdaşlarına, nə də məhkəmə prosesi zamanı məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən hallar müəssisələr arasında saxlama xidmətinin göstərilməsi ilə bağlı münasibətin mövcud olmadığını, “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”nin iddiaçı tərəfindən vergidən yayınmaq üçün bağlanmış uydurma əqd olduğuna dair əsaslı şübhələrin mövcud olduğunu göstərir(Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad olunur). Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi məhkəməsində icraatı zamanı qeyd edilən faktlar araşdırmamış, qərarında bu hallara hər hansı münasibət bildirməmişdir. Həmçinin, məhkəmə operativ vergi nəzarəti zamanı aşkar olunmuş malların iddiaçının sahibliyində olmadığı üçün həmin mallara dair elektron qaimə-fakturaların MMCdə olmasını qeyri-mümkün hesab etmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi Vergi Məcəlləsinin tələblərinə əsasən iddiaçı tərəfindən malların anbarda saxlanılması xidmətinə görə "xxxx" MMC-yə elektron qaimə-faktura təqdim edilməli idi. Qanunvericilik tərəfindən elektron qaimə-faktura mallara dair mülkiyyət hüququnun müəyyən edilməsi üçün deyil, göstərilmiş xidmətə görə (hazırkı halda malların anbarda saxlanılması xidmətinə görə) tələb edilir. Məhkəmənin digər əsassız dəlili ondan ibarətdir ki, qanunverici operativ vergi nəzarətinn həyata keçirilməsi üçün mütləq qaydada 4 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə cavabdeh tərəfindən qəbul olunmuş 26.03.2020-ci il tarixli Qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamışdır. Vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi qaydası isə Vergi Məcəlləsinin 50-ci maddəsi ilə tənzimlənir.Məhkəmənin qeyd etdiyi 26 03.2020-ci il tarixli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarını nəzərə alındıqda, həmin Qərarın Vergi Məcəlləsinin 50-ci maddəsinə istinad edilərək qəbul edildiyini aydın görmək mümkündür. Eyni zamanda iş materiallarında mövcud olan 26.03.2020-ci il tarixli KY201450223 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda da plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar) qeyd edilmişdir.Göründüyü kimi, məhkəmənin operativ vergi nəzarətinin qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biri olmadan keçirilməsi ilə bağlı dəlili də tamamilə əsassızdır. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı MMC-nin rəhbəri operativ vergi nəzarəti zamanı izahat verərək obyektdə müəyyən edilmiş malların MMC-yə məxsus olduğunu, həmin malların alışını təsdiq edən sənədlərin olmadığını, malların alış və satış qiymətlərinin onun tərəfindən yoxlamaya bildirildiyini qeyd etmiş və operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş bütün sənəd və aktları imza edərək nüsxələrini qəbul etmişdir. Lakin iddia ərizəsində qeyd edilən malların bir hissəsinin, yəni, 67.435,0 manat hissəsinin "xxxx" MMC-yə aid olduğunu, müvafiq müqavilə əsasında İddiaçı MMC-nin anbarında saxlanıldığını bildirmişdir Operativ vergi nəzarəti ilə aşkarlanmış malların digər hissəsinin isə İddiaçı MMC-nin sahibliyində olan mal kimi qəbul edildiyini, lakin həmin malların qiymətinin şişirdildiyini, həmin mallara görə 1.884,28 manat maliyyə sanksiyasının tətbiq edilməli olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı operativ vergi nəzarəti nəticəsində tətbiq edilmiş maliyyə sanksiyasının bir hissəsi - 1.884,28 manat hissəsi ilə razı olmuş, bu barədə iddia ərizəsində qeyd aparmışdır. Lakin nədənsə, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmamış, iddia tələbini tam təmin edərkən qərarında yuxarıda göstərilən hallara münasibət bildirməmişdir. Qeyd olunanlara əsasən hazırki mübahisə üzrə "xxxx" MMC-yə tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğun tətbiq edilmiş, qanuni və əsaslıdır. Buna baxmayaraq, məhkəmə İPM-in 58.2-ci, 76.1-ci və 58.7-ci maddələrinin tələblərini pozaraq işi düzgün həll etmək üçün sübutların tam və hərtərəfli araşdırılması istiqamətində tədbirlər görməmiş, işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadan iddia tələbini birtərəfli və qərəzli formada araşdırmış, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir…» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndələri Ü.Nuriyeva və N.Şakirli apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və iddiaçının bu gün də 96.720,82 manat dəyərində malların alış və satış həmin sənədlərinin və həmin malların elektron qaimə-fakturasını məhkəməyə də təqdim edə bilmədiyini, qiymətləri təsbit olunmuş həmin malların siyahısının isə iddiaçının özü tərəfindən təqdim edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın rədd olunmşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi Nümayəndə və vəkili V.Kazımzadə cavabdehin apellyasiya şikayətinə etiraz edərək iddia ərizəsinə uyğun iddianı müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu təsərrüfat subyekti olan ünvan 1 ünvanda yerləşən anbarda - 26.03.2020-ci il tarixində cavabdeh tərəfindən operativ vergi nəzarəti həyata keçirilmiş, bu zaman anbarda 106.254,42 manat dəyərində malların alışını təsdiq edən sənədlər mövcud olmamış, bununla bağlı akt tərtib olunmuş, həmin akt əsasında da cavabdehin 06.04.2020-ci il tarixli **********7988 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə iddiaçıya 10.625,44 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin iddiaçının həmin qərardan yuxarı vergi orqanına verdiyi şikayəti əsasında araşdırma aparılarkən 106.254,42 manat dəyərində mallardan 6.213,72 manat dəyərində “Foliton”, “3.319,88” manat dəyərində “Nisit” adlı, ümumilikdə 9.533,60 manat dəyərində dərman vasitələrinin alışına dair yük gömrük bəyannamələrinin mövcudluğu aşkar edildiyi nəzərə alınmaqla, sənədi olmayan malların miqdarı 96.720,82 manat dəyərində olduğu dəqiqləşdirilərək şikayət instansiyasının 16.09.2020-ci il tarixli **********238300 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarı il cavabdehin orqanın 26.03.2020-ci il tarixli ilkin qərarı - 953,36 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, digər 9.672,08 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış və həmin qərar nəzərə alınmaqla, cavabdehin 01.10.2020-ci il tarixdə qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8167 nömrəli yeni bir qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı 9.672,08 man məbləğində maliyyə sanksiyasına cəlb olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarında cavabdehin həmin qərarının ləğv edilməsi barədə iddia tələbi rədd edilərkən, İPM-in 14.1-ci maddəsinə istinadən qeyd olunmuşdur ki, cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır Həmin Məcəllənin 58.8-ci maddəsinin tələbinə görə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda maliyyə sanksiyası tətbiq edilir. İş materiallarına əsasən isə müəyyən olunur ki, cavabdeh tərəfindən əsas fəaliyyət növü “əczaçılıq mallarının topdan satışı”ından ibarət olan iddiaçı müəssisənin mübahisəli ünvanda yerləşən, sahibkarıq fəaliyyəti göstərdiyi anbarda operativ vergi nəzarəti həyata keçirilərkən, ümumilikdə, 106.254,42 manat dəyərində malların alışnı və mədaxilini təsdiq edən sənədlər aşkar edilməmiş, sonradan, iddiaçının şikayəti əsasında, “6.213,72” manat dəyərində “Foliton” və 3.319,88 manat məbləğində «Nisit» dərman vasitələrinin (cəmi 9.533,60 manat) məbləğində dərman vasitələrinə dair yük gömrük bəyannamələri mövcud olduğu aşkar olunmuş, beləliklə də anbarda 96.720,82 manat dəyərində malların alışını və ya mədaxilini təsdiq edən sənədlərin mövcud olmadığı müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş, iddiaçı müəssisənin qanuni təmsilçisi (direktoru) Q.Əliyarbəyovun yoxlama zamanı vergi orqanına təqdim etdiyi izahatından görünür ki, həmin malların alışını və ya mədaxilini təsdiq edən sənədləri olmadığını bildirmişdir. Onun yoxlamaya təqdim etdiyi özü tərəfindən tərtib edilib imzalanmış və myəssisənin möhürü ilə təsdiq olunmuş işə əlavə olunmuş siyahıda da qeyd olunanlar öz təsdiqini tapır. Eyni zamanda, hazırkı mərhələdə, iddiaçının qanuni təmsilçisi Q.Əliyarbəyov məhkəmənin 14.10.2021-ci il tarixdə keçirilən iclasında iştirak edərkən, bir daha məhkəməyə bildirmişdir ki, həmin malların alışı və təhvil-təsliminə dair sənədləri yoxdur hal-hazırda da sənəd-sübut yoxdur, onları hazırda da məhkəməyə təqdim edə bilmir. Lakin həmin malların əksər (67.435,0 manat dəyərində) hissəsini 09.02.2010-cu il tarixində rəhbərlik etdiyi müəssisə ilə "xxxx" MMC arasında bağlanmış malların anbarda saxlanması müqaviləsi əsasında y onun yaxını olduğu üçün müvəqqəti saxlamaya götürümüş, "xxxx" MMC fəaliyyətini artıq dayandırmış, hal-hazırda fəaliyyət göstərmir, yerini bilmir. İş materiallarından isə görünür ki, iddiaçı mübahisəli anbarın icarəyə götürülməsi barədə onunla icarəyə verən X6 arasında 13.03.2020-ci il tarixində bağlanmış icarə müqaviləsi təqdim olunsa da, istinad etdiyi 09.02.2010-cu il tarixində rəhbərlik etdiyi müəssisə ilə "xxxx" MMC arasında bağlanmış malların anbarda müvəqqəti saxlanması müqaviləsi təqdim olunmamış və işə əlavə olunmuş yoxlama sənədləri arasında belə bior müqavilə mövcud deyil. Həmin müqavilənin hazırkı məhkəmə mübahisəsi zamanı iddia ərizəsinə əlavə olunmaqla, məhkəməyə təqdim edilməsi isə onun həqiqiliyini tamamilə şübhə altına alır. Həm də ona görə ki, iddiaçı ən azından həmin mallara dair saxlayıcı olaraq vergi qanunvericiliyinə uyğun olaraq elektron qaimə verməyə borclu idi. Belə ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. Həmin Məcəllənin 71-1,5.1-ci maddəsinə əsasən malların, işlərin, xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Həmin Məcəllənin 71-1.1.3-cü maddəsinə əsasən vergi orqanında uçotda olan şəxs işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində elektron qaimə-fakturanı təqdim etməlidir; Lakin iddiaçı isə konkret halda, qanunvericiliyin mözügedən tələblərinə zidd olaraq 09.02.2010-cu il tarixli saxlanc müqaviləsinə əsasən malların "xxxx" MMC-yə məxsus olduğunu bildirsə də, sonuncuya göstərdiyi həmin xidmətə dair qanunla müəyyən edilən müddət (5 gün) ərzində elektron qaimə-faktura təqdim etməmidir. Digər tərəfdən, həmin saxlanc müqaviləsinin 2.1-ci bəndinin şərtlərinə görə saxlayıcı aşağıdakıları etməyə borcludur: 2.1.1. Malları qəbul edərkən malların yoxlanılmasını həyata keçirmək, onların sayını və zahiri vəziyyətini müəyyənləşdirmək.., Həmin müqavilənin 2.2-ci bəndinin şərtlərinə görə isə «Tapşıran»ın hüquq və vəzifələri aşağıdakılardan ibarətdir: 2.2.3. Malların saxlanması itlə bağlı olan bütün xərclər «Tapşıran» ödənilir…, Lakin işə əlavə olunmuş yoxlama materialları arasında və hazırkı mübahisəyə məhkəmədə baxılarkən təqdim edilən sənədlər arasında saxlanc xidməti göstərən iddiaçı müəssisə (saxlayıcı) tərəfindən nə mübahisəlndirən malların anbarda tapşıran ("xxxx" MMC) tərəfindən saxlanca verilən malların təhvil-təsliminə dair, nə də saxlayıcının (AZ- İS”MMC) saxlanc xərclərinin tapşıran ("xxxx" MMC) tərəfindən ödənildiyini təsdiq edən sənəd-sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, həmin saxlanc müqavilənin və həmin müqaviləyə istinad olunan dəllərin mötəbərliyi istisna edilir. Hətta müqavilə mötəbər hesab edilsə belə, xidmət göstərən iddiaçı tərəfindən həmin müqaviləyə əsasən saxlanca verilmiş mallara görə göstərilən xidmətə dair vergi qanunvericiliyinin yuxavrıda qeyd olunan tələblərinə zidd olaraq, elektron qaimə təqdim olunmaması da vergi orqanı tərəfindən maliyyə sanksiyasının tətbiq olunmasına əsas verir. Belə ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinin yuxarıda qeyd olunan tələbindən göründüyü kimi, bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura və bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı olmadıqda maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.8.2-ci maddəsnin tələbindən isə görünür ki, malların alışını və ya mədaxilini təsdiq edən 58.8.2-ci maddəsinin tələbinə gbrə malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq olunur. İş materiallarına əlavə edilmiş 26.03.2020-ci il tarixində anbarda aşkar olunan malların siyahısından görünür ki, müəssisənin rəhbəri tərəfindən və dairəvi möhürü ilə təsdiq olunmuş həmin siyahıda anbardakı malların cəmi, alış qiyməti 40.8910,00 manat məbləğində mallardan 106.254,42 manat dəyərində malların, alışını və mədaxilini təsdiq edən sənədi müəyyən olunmamış, onlardan sonradan iddiaçının şikayəti əsasında cavabdeh tərəfindən aparılmış dəqiqləşmələr nəticəsində 9.533,60 manat məbləğində dərman vasitələrinə dair yük gömrük bəyannamələrinin mövcud olduğu müəyyən eildikdə sonra isə yerdə qalan, alış və mədaxil sənədə olmayan - ümumi dəyəri 96.720,00 manat təşkil ədən maallara hesablanan 10 faiz məbləğində maliyyə sanksiyasının məbləği isə 9.672,00 manat təşkil etmiş olur. Beləliklə də qeyd olunalar onu deməyə əsas verir ki, cavabdeh vergi orqanının mübahisələnldirilən qərarı ilə iddiaçının barəsində maliyyə sanksiyasınn tətbiq olunması qanuni əsaslıdır. Ona görə də iddiçının ona tətbiq edilən həmin maliyyə sanksiyasının qanunsuz olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Siyahıda təsbit olunan malların qiymətinin şişdirilməsi ilə bağlı iddiaçının dəlillərinə gəldikdə, məhkəmənin qənaətinə görə, həmin Siyahıda malların hər vahidinin qiyməti və ümumi dəyəri göstərilməklə, müəssisənin özü tərəfindən doldurulub, rəhbərin imzası və müəssisənin dairəvi möhürü ilə təsdiq olunduğu halda, qeyd olunan dəlilləri əsassız hesab edilməlidır. Beləliklə də müəyyən olunur ki, cavabdehin 01.10.2020-ci il tarixli **********8167 nömrəli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (14.1). Belə olan halda həmin qərar iddiaçının hüquqlarını pozması kimi yozula bilməz. İPM-in 70.1-ci maddəsinin mənvasından isə görünür ki, məhkəmə inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə o halda qərar qəbul edir ki, inzibati aktın qanuna zidd və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, qeyd olunanlar nəzərə alınmamış, işdə olan sübutlara məhkəmə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, bütün bunların nəticəsi olaraq məhkəmə iddianın təmin olunması barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan halların tam araşdırılmadığını, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla, qanunsuz və əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2275/2021 saylı 26.05.2021-ci il il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2275/2021 saylı 26.05.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı MMC-nin iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2297/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2297/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver