Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2298/2025 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair işi üzrə Açar sözlər: (mülkiyyət hüququnun qeydiyyata alınması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin *** nömrəli, ## ####### 2007-ci il tarixli qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr-un Qərb hissəsində 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq vətəndaş İddiaçı tərəfindən abadlaşdırılaraq yararlı vəziyyətə salındığını və onun tərəfindən uzun müddət istifadə edildiyini nəzərə alaraq, onun mülkiyyətinə ayrılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin *** nömrəli, ## ####### 2007-ci il tarixli Qərarına əsasən, Binəqədi rayonu, 6-cı mkr-un Qərb hissəsində 500 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Binəqədi rayon bələdiyyəsi tərəfindən ona ayrılan və mülkiyyətinə verilən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 kv.m torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində inşa etdiyi təsdiq edilmiş eskiz layihəyə uyğun fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydiyyata alınması və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 kv.m torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində inşa etdiyi təsdiq edilmiş eskiz layihəyə uyğun fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Binəqədi rayon bələdiyyəsi tərəfindən iddiaçı İddiaçı ayrılan torpaq sahəsinə (500 kv.m) Daşınmaz Əmlakın Dövlət reyestrində iddiaçının adına qeydiyyatına alınması və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon qərb hissəsində yerləşən 500 kv.m torpaq sahəsinə çıxarışın və plan ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Məhkəmənin ## ###### 2025-ci il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsinin ## ####### 2007-ci il, *** nömrəli qərarı ilə iddiaçının ## ###### 2007-ci il tarixli müraciətinə uyğun olaraq Bakı şəhəri. Binəqədi rayonu, 6-cı Mikrorayonun Qərb hissəsində 500 kvadrat metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq iddiaçı tərəfindən abadlaşdırılaraq yararlı vəziyyətə salındığını və tərəfindən uzun müddət istifadə edildiyini nəzərə alaraq (hər kv. m. AZN 8 man 32 qəp. ödəmək şərti ilə) iddiaçının mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsinin ## ####### 2007-ci il, *** nömrəli qərarına uyğun olaraq, ## ####### 2007- ci il tarixdə onunla Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsi arasında Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsinin ərazisində torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında *** nömrəli müqavilə bağlanmışdır. Bakı şəhəri Binəqdi rayon Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı Mikrorayonun Qərb hissəsində zibil tullantılarından təmizləyib abadlaşdıraraq istifadə etdiyi bağ sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsinin (500 kv. m.) situasiya planı təsdiq edilmişdir. Qərarla ona ayrılan torpaq sahəsinə qərar və müqavilə şərtlərinə uyğun olaraq Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsininin bank hesabına Kapital Bank ASC-nin * saylı Binəqədi filialı vasitəsi ilə ## ###### 2008-ci il tarixdə 4160 (dörd min yüz altmış) manat məbləğində torpaq haqqı pulunu ödəmişdir. İddiaçıya ayrılan və mülkiyyətinə verilən torpaq sahəsində ailəsi ilə birlikdə uzun müddətdir yaşayır. İddiaçı ona ayrılan və mülkiyyətinə verilən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş, fərdi yaşayış evinin memarlıq planlaşdırma layihəsi müvafiq lisenziyaya malik olan Azizoğlu İnshaat MMC tərəfindən tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsi tərəfindən ayrılan və mülkiyyətinə verilən Bakı şəhəri. Binəqədi rayonu, 6-cı Mikrorayonun Qərb hissəsində iddiaçıya ayrılan-mülkiyyətinə verilən torpaq sahəsinə, həmin torpaq sahəsi üzərinə inşa etdirdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı ## ##### 2024cü il tarixdə sənədlər əlavə olunmaqla yazılı ərizə ilə cavabdehə poçt vasitəsi ilə müraciət etmiş, cavabdeh ## ### 2024-cü il tarixli, ************ nömrəli imtina məktubunda bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına akt təsdiq edilməmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Qafarov Şərafəddin Şəmsəddin oğlu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ##.##.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə müraciət etmiş və ************ nömrəli, ##.##.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən faktiki sahə * nömrəli Zığ-Zeytunçuluq sovxozunun Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Ümumi sahədə ************** nömrəli kadastr planın baza məlumatı mövcuddur. Sahənin yaxınlığından açıq orta təzyiqli qaz xətti keçir. Göstərilən sahə dövlət mülkiyyətindədir. Təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbi təmin edilərək, Bakı şəhəri Binəqədi rayon bələdiyyəsi tərəfindən iddiaçı İddiaçı ayrılan torpaq sahəsinə (500 kv.m) Daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon qərb hissəsində yerləşən 500 kv.m torpaq sahəsinə çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini iddiaya etiraza oxşar məzmunda əsaslandırmış, həmçinin əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən faktiki sahə * nömrəli Zığ Zeytunçuluq sovxozunun Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Ümumi sahədə ************** nömrəli kadastr planın baza məlumatı mövcuddur. Sahənin yaxınlığından açıq orta təzyiqli qaz xətti keçir. Göstərilən sahə dövlət mülkiyyətindədir. Təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən sahə Zeytunçuluq sovxozunun ərazisidir. Belə ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyənin torpaqayırma səlahiyyəti olmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamış, Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməmişdir. Cavabdeh apellyasiya şikayətinə əlavə verərək qeyd etmşdir ki, torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, *** saylı qərarı ilə ayrılmışdır. Lakin elektron kadastr baza məlumatlarına əsasən sahənin 2008-ci ilə qədər Abşeron inzibati Ərazi vahidliyinin * nömrəli Zığ-Zeytunçuluq sovxozunda yerləşdiyi müəyyən edilmişdir. Daha sonra həmin sahə ## #### 2008-ci il tarixli, **** saylı Sərəncam ilə * nömrəli Zığ-Zeytunçuluq sovxozundan Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmışdır. Belə ki, baza məlumatlarına əsasən sahə vaxtilə Abşeron ərazisi olduğundan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaqayırma səlahiyyəti olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Bələdiyyəsi və ## #### 2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nüamyəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə üçüncü şəxslər Bakı şəhəri Binəqədi Bələdiyyəsinə və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri - dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. - 65. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı. 1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 86. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu: - 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. - 4.0. torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; - 6.1. bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı”nda Binəqədi bələdiyyəsinin əhatə etdyi ərazilərə Binəqədi rayonu (Binəqədi qəsəbəsi, Biləcəri qəsəbəsi, Xocəsən, 28 May və Sulutəpə qəsəbələri, M.Ə. Rəsulzadə qəsəbəsi Bələdiyyələri çıxmaqla) aid edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqmüəyyən edici sənəd hesab edilir. ... Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin *** nömrəli, ## ####### 2007-ci il tarixli qərarına əsasən ona ayrılmış Binəqədi rayonu, 6-cı mkr-un Qərb hissəsində 500 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və planölçünün tərtib edilərək verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin qərarı ilə verilmişdir. İnzibati orqan olan Binəqədi rayonu Binəqədi bələdiyyəsinin sözügedən qərarı (inzibati akt) halhazırda da qüvvədədir. Cavabdeh sözügedən torpaq sahəsələrinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın olmamasını qeyd etsə də, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə müvafiq sübutları təqdim etməmişdir. İnzibati iş materiallarında olan sənədlər ilə mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus yaşayış məntəqələrinin torpaqlarına aid ərazidə yerləşməməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Mübahisəli torpaq sahələri uzun müddətdir ki, iddiaçının istifadəsində olduğundan, həmçinin torpaq sahələrinin ayrılması ilə bağlı sərəncamlar qüvvədə olduğundan, faktiki olaraq həm iddiaçıya, həm də onun mərhum ərinə vaxtı ilə etimad göstərilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmə qərarlarından və daşınmaz əmlaklara dair çıxarışlardan görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahələrinə qonşu torpaq sahələri daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmış və onlara müvafiq çıxarışlar verilmişdir. Belə olan halda iddiaçıya cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun da pozulmasına gətirib çıxarmışdır. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən faktiki sahə * nömrəli Zığ Zeytunçuluq sovxozunun Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Ümumi sahədə ************** nömrəli kadastr planın baza məlumatı mövcuddur. Sahənin yaxınlığından açıq orta təzyiqli qaz xətti keçir. Göstərilən sahə dövlət mülkiyyətindədir. Təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən sahə Zeytunçuluq sovxozunun ərazisidir. Belə ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyənin torpaqayırma səlahiyyəti olmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamış, Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməmişdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti iddiaya etirazla eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, hazırkı mübahisəyə münasibətdə Binəqədi rayon Bələdiyyəsi tərəfindən qəbul olunmuş qərar hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə tərkibi qeyd edir ki, nə qədər ki Binəqədi rayon Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli qərarı qüvvədədir və ləğv edilməmişdir, həmin hüquqmüəyyənedici sənəd əsasında müraciət edən şəxsə münasibətdə həmin sənəd üzrə yerləşmə yerini əks etdirən texniki sənəd olan yerləşmə cizgisində iddiaçının məsuliyyət sferasına aid olmayan, torpaqayırmanı həyata keçirən qurum tərəfindən həyata keçirilməli olan hərəkətlərin həyata keçirilməməsi, eləcə də istinad məsafələri, koordinatlar, perimetrik ölçülər və s göstərilməməsi iddia tələbinin əsaslı olmasını istisna edə bilməz. Bundan başqa qeyd edilməlidir ki, məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının ## ### 2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, ##.##.2025-ci il tarixli, *-*/*-****/**** saylı sorğunuza əsasən bildiririk ki, vət. İddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə ##.##.2007-ci il tarixli *** saylı qərar, ##.##.2007-ci il tarixli *** saylı müqavilə və cizgi sənədi Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin qərarın və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş ksero surətləri 4(dörd) vərəqdən ibarət Sizə göndərilir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə ##.##.2007-ci il tarixli *** saylı qərarın qüvvədən düşməsi barədə Dövlət Arxivinin Bakı filialında hər hansı bir inzibati akt mövcud deyil. Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Binəqədi Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarı ilə İddiaçı Bəybəla qızına ayrılmış Binəqədi rayonu, 6-cı mikrorayon qərb hissəsində yerləşən 500 kv.m torpaq sahəsi “Bələdiyyə torpaqlarının və mülkiyyətlərinin müəyyən edilməsi və onların təhvil verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının ## ###### 2000ci il tarixli, *** saylı Sərəncam və Sərəncama əlavə edilmiş ayrıc göstərişlərinə əsasən Binəqədi Bələdiyyəsinə ayrılmış torpaq sahələri hüdudları daxilində yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ##.##.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, aparılmış araşdırma zamanı * nömrəli Zığ Zeytunçuluq sovxozunun Ayrıc aktı aşkar edilməmişdir. (cild 2, i/v 58) Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin # ######## 2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Zeytunçuluq Sovxozunun ayrıc aktının təsdiq edilmiş surətinin verilməsi ilə bağlı sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, keçmiş Abşeron Sovxozlarına dair Ayrıc materiallarının kağız nüsxəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin Arxivində saxlanılmır. Sovxozların ayrıc üzrə əraziləri barədə yalnız elektron məlumatlar mövcuddur. (cild 2, i/v 57) Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli məktubu əlavə edilən sənədlərdən, o cümlədən ortofotogörüntülərdən müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üzbəüz qonşuluqda küçənin digər tərəfində yerləşən və X5 adına mülkiyyət hüquqlarının qeydə alınması üçün ilkin hüquqmüəyyən edici sənədlər məhz Binəqədi Bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarıdır. Həmin qərarla torpaq sahəsi ilk öncə X2, daha sonra sonuncu Aybəniz Sülemyanovaya satmışdır. Qeyd olunan çıxarışlarda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunmuşdur. (cild 2, i/v 48, 75-104) Bundan başqa iş materiallarında olan ortofotogörüntülərindən və bələdiyyə qərarlarından müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə qonşuluqda yerləşən X1 mülkiyyət hüquqlarının qeydə alındığı torpaq sahəsinin də qeydə alınması üçün ilkin hüquqmüəyyənedici sənəd məhz Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarıdır. Qeyd olunan çıxarışlarda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunmuşdur. (cild 2, i/v 1-2,27) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ##### 2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 kv.metr torpaq sahəsinin Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında meşə (yaşıllıq) ərazisi kimi müəyyən olunubolunmamasına dair məlumat verilməsi barədə ##.##.2026-cı il tarixli *-*-*/*-*****/**** nömrəli sorğunuza Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Müraciətdə qeyd olunan koordinatlar üzrə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında ##.##.2023-cü il tarixli *** nömrəli Qərarına əsasən seyrək sıxlıqlı yaşayış zonası (həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri) kimi müəyyən olunmuşdur. Məhkəmənin icraatında olan digər bir inzibati iş üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ##### 2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 600 kv.metr torpaq sahəsinin Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən Zığ- Zeytunçuluq sovxozunun ərazi hüdudları daxilində yerləşib-yerləşməməsinə dair məlumatın verilməsi barədə ##.##.2026-cı il tarixli *-*-*/*-*****/**** nömrəli sorğunuza Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Müraciətdə qeyd olunan ünvan üzrə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında ##.##.2023-cü il tarixli *** nömrəli Qərarına əsasən Zığ-Zeytunçuluq sovxozunun ərazi hüdudları daxilində yerləşmir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ### 2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 kv.metr torpaq sahəsinin “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən meşə (yaşıllıq) ərazisinə aid olunub-olunmamasına dair məlumatın verilməsi barədə ##.##.2026-cı il tarixli *-*-*/*-*****/**** nömrəli sorğunuza Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Qeyd edilən ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri zonası olaraq nəzərdə tutulmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 kv.metr torpaq sahəsinə dair Bakı şəhərinin təsdiq olunmuş baş planından çıxarış Sizə göndərilir. Məhkəmə tərkibi tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinə ##.##.2026-cı il tarixdə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən ünvanda daş konstruksiyadan ibarət, 2 mərtəbəli fərdi yaşayış evi, evin həyətində su ilə dolu hovuz və 1 mərtəbəli yardımçı tikili yerləşir. Ərazi hər tərəfdən hasarlanmış və yaşayış sahəsinə giriş, kənarları daş ilə hörülmüş dəmir darvaza vasitəsi ilə təmin olunur. Evin giriş istiqamətdə ümumi istifadədə olan yol, digər 3 istiqamətdə isə qonşu fərdi yaşayış evləri ilə əhatə olunur. Mübahisəli ərazinin cari vəziyyətini və xarakterik xüsusiyyətlərini qeydə almaq məqsədilə müxtəlif istiqamətlərdən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin **/**** nömrəli, ##.##.2026-cı il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3cü və 4-cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini nəzərə alaraq, iddiaçı X6 faktiki istifadəsində olan 594 m2 torpaq sahəsinin, Bakı şəhər Binəqədi Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə bələdiyə mülkiyyətində olduğu müəyyən edilmişdir. İddiaçı X6 faktiki istifadəsində olan 594 m2 torpaq sahəsinin ətrafında yaşayış məntəqələrinin olduğunu, Azərbaycan Respublikası torpaq məcəlləsinin 18-ci maddəsinin tələblərini və torpaq sahəsinin yaxınlığında dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahələrinin çıxarışında olan qeydləri nəzərə alaraq, tədqiq olunan 594 m2 torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olduğu müəyyən edildi. * nömrəli Zığ-Zeytunçuluq sovxozunun ayrıc aktının koordinatları iş materiallarında olmadığından, eyni zamanda Mərkəzə təqdim olunmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Tərpənməz dayaq nöqtələrini (yollar, yaşayış binaları və s.) baxış zamanı təqdim olunmuş torpaq sahəsinin yerləşmə vəziyyətinin bələdiyyə tərəfindən tərtib edilmiş yerləşmə cizgizinə uyğun olduğu müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı əldə olunan sübutlarla mübahisələndirilən ərazinin dövlət mülkiyyətində olması istisna edilir. Bundan başqa, məhkəmə tərkibinin qənaətinə görə yuxarıdakı hallar onu deməyə əsas verir ki, inzibati orqan tərəfindən bərabərlik və etimad hüququnun qorunması prinsipinin tələblərinə əməl edilməmişdir. İlk növbədə “İnzibati icraat haqqında” Qanunun 12 və 13-cü maddələrinin aşağıdakı normalarına nəzər salaq: 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır... Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Bundan başqa apellyasiya şikayətinə əlavənin dəlili kimi qeyd olunmuşdur ki, torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, *** saylı qərarı ilə ayrılmışdır. Lakin elektron kadastr baza məlumatlarına əsasən sahənin 2008-ci ilə qədər Abşeron inzibati Ərazi vahidliyinin * nömrəli Zığ-Zeytunçuluq sovxozunda yerləşdiyi müəyyən edilmişdir. Daha sonra həmin sahə ## #### 2008-ci il tarixli, **** saylı Sərəncam ilə * nömrəli Zığ-Zeytunçuluq sovxozundan Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmışdır. Belə ki, baza məlumatlarına əsasən sahə vaxtilə Abşeron ərazisi olduğundan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaqayırma səlahiyyəti olmamışdır. Həmin dəlillərə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İlk növbədə qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin məzmununundan müəyyən olunur ki, cavabdeh orqan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin *** nömrəli, ## ####### 2007-ci il tarixli qərarını səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş qərar, yəni etibarsız inzibati akt hesab edir. “İnzibati icraat haqqında” Qanunun sistemli təhlilindən, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərardadından müəyyən olunur ki, inzibati aktlar əsasən səlahiyyət, forma, səbəb, məzmun və məqsəd ünsürlərinin vəhdətindən ibarət olur. Ali Məhkəmənin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərardadında da qeyd olunduğu kimi, səlahiyyət — inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan çoxsaylı sübutlardan müəyyən olunur ki, mübahisəli ərazinin Bakı şəhəri Binəqədi Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə bələdiyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Digət tərəfdən Bakı şəhərinin (konkret halda Binəqədi rayonun inzibati ərazi vahidi) inzibati ərazi hüdudları daxilində torpaq sahəsinin müəyyən dövr ərzində Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olması yerli özünüidarəetmə orqanı olan Binəqədi Bələdiyyəsinin öz ərazi hüdudları daxilində qərar qəbul etməsini istisna etmir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlilik halı normativ hüquqi aktlardan irəli gəlir. Hazırkı halda Binəqədi Bələdiyyəsinin müvafiq dövr ərzində qərar qəbul etməsini məhdudlaşdıran normativ hüquqi akt mövcud deyil. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin *** nömrəli, ## ####### 2007-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin təsir dairəsinə düşmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2298/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2298/2025
13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver