Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2299/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “reyestrdən çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ayrıca çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3710/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi, dalan 1, ev 4 (Yeni qaydalarla : AZ 1031, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X8 -2- ci mənzil (A tiki-dən 2 otaq y\s- 30.4kv.m, k\s-20.1kv.m) açıq eyvan-11.5kv.m, zirzəmidən- (80.3kv.m ü\s) və giriş meydançası daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X15 – 4-cü mənzil (B tiki- dən 2 otaq y\s- 33.9kv.m, k\s-74.9kv.m və 11 saylı köməkçi tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, X3 - 1-ci mənzil (V yaşayış evi və 3 saylı köməkçi tikili) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X7 – 5-ci mənzil ( B tiki-dən 1 otaq y\s- 22.3kv.m, k\s-12.3kv.m) açıq eyvan- 7.6kv.m və Q tikilisi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı adına - 3-cü mənzil (A tiki-dən 4 otaq y\s66.0kv.m,k\s-26.9kv.m) açıq eyvan- 25.8kv.m və giriş meydançası daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə ünvan 2 ünvandakı 66 kv.m yaşayış sahəsi, 118,7 kv.m ümumi sahəsi olan 4 otaqlı daşınmaz əmlakın tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasına dair digər şəxslərin adları daxil edilməyən yeni çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvandakı 66 kv.m yaşayış sahəsi, 118,7 kv.m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evi xx.xx.1999-cu il tarixdən anası X2 tam mülkiyyət hüququ ilə məxsus olmuşdur. Həmin mülkiyyət hüququ xx.xx.1999-cu il tarixdə 202 saylı reyestr kitabında 11188-ci səhifədə 30/11289 qeydə alma nömrəsi ilə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə BŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən seriya FM, Ne 000060 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edilən mülkiyyət hüququ qeydiyyatdan keçirilərkən ümumi sahəsi 118,7 kv.m olan 4 otaqlı fərdi yaşayış evi paylı mülkiyyət kimi deyil, bütün payda tam mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmiş və qeydiyyat vəsiqəsində də bu hal göstərilmişdir. xx.xx.2024-cü il tarixdə anası X5 öz mülkiyyətində olan həmin evi notariat qaydasında təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilərkən ona məlum olmuşdur ki, anasının təkbaşına mülkiyyətçi olaraq ona bağışladığı əmlaka o, təkbaşına deyil, ümumi mülkiyyət hüququ ilə sahiblənməlidir. Belə ki, ona verilmiş Çıxarışda hüquq sahibləri kimi digər şəxslərin də adları göstərilmişdir. Halbuki, anası Quliyeva Gülnazın adına olan Qeydiyyat vəsiqəsində həmin şəxslərin adları göstərilməmişdir. Qeyd edilən yanlışlığın aradan qaldırılması və ona digər şəxslərin adları daxil edilməyən yeni Çıxarışın verilməsi barədə cavabdehə müraciət edilmişdir. Müraciəti üzrə cavabdehin xx.xx.2024-cü il tarixli 3- 2/3-30/2-X-02xx-xx/2024 **********34 nömrəli məktubu ilə müraciətinin icrasından imtina edilmiş, cavabdeh təşkilatın rəis müavini Cavid Orucovun imzaladığı imtina bildirişində buna səbəb kimi müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması göstərilmişdir və cavabdehin yuxarı təşkilatının Nizamnaməsinin 3.1.16-cı maddəsinin məzmunu izah edilmişdir. Həmin imtina məktubunda müraciətimin məzmunu üzrə ümumi mülkiyyətdən ayrılmış və tam mülkiyyət hüququ ilə anama məxsus olan mənzilin hansı səbəbdən, hansı inzibati aktla paylı mülkiyyətə keçirilməsi barədə bir cümlə də olsun yazılmamışdır. Cavabdehin xx.xx.2024- cü il tarixli 3-2/3-30/2-X-02xx-xx/2024 **********34 nömrəli imtina məktubunda göstərilən səbəblər Qanunlarla ona verilən, Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına əsas vermir və qeyd edilən imtina (hərəkət) ilə onun mülkiyyət hüquqlarının təkbaşına həyata keçirilməsinə maneçilik yaradılır, mülkiyyət hüququnun həyata keçirilməsini digər şəxslərdən asılı edir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla onun Konstitusiya ilə qorunan mülkiyyət hüququnu məhdudlaşdırır, qanunla qorunan hüquq və maraqlarını pozur və beləliklə də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən hazırkı iddianın qaldırılmasını mümkün edir
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın təmin olunmaması xahiş edilmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, payçıların hissələri bir dam altında yerləşdiyindən, ümumi divarlara malik olduqlarından, giriş-çıxış qapısı bir olduğundan bölgü aparmaq, ayrıca çıxarış və ünvan vermək mümkün olmamışıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
6. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3710/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında paylı mülkiyyətdə olan daşınmaz əmlakın fiziki olaraq bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından Bakı Şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi, dalan 1, ev 4 (Yeni qaydalarla: AZ 1031, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla ayrıca çıxarışın verilməsi ilə bağlı hüquqi əsas mövcud deyildir.
8. Yalnız yuxarıda qeyd olunan qaydada mübahisəli əmlak fiziki cəhətdən bölündükdən sonra iddiaçının hazırkı iddia vasitəsilə əldə etmək istədiyi nəticəyə nail olması mümkündür.
9. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3710/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu. Keşlə qəsəbəsi, Kəndçi küçəsi, dalan 1, ev 4 iinvandakı fərdi yaşayış evindəki paylar 1999-cLi ildə ümumi mülkiyyətdən ayrılmış, yəni “naturada bölünmüş” və bu bölünmə cavabdehin hüquqi varisi olduğu qeydiyyat orqanında qeydə alınaraq rəsmiləşdirilmişdir. Qeyd edilən fərdi yaşayış evinin “naturada böliinməsi”ni təsdiq edən və birinci instansiya məhkəməsinin görə bilmədiyi və görmək istəmədiyi sübutlar aşağıdakılardır: İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsinin qət etdi hissəsinin 4-cü bəndi ilə ümumi mülkiyyətdəki paylarının ayrılması qət edilmişdir. Qüvvədə olan məhkəmə qətnaməsində hər bir mülkiyyətçinin mülkiyyətinə verilmiş əmlak və onun ölçüsü göstərilmişdir. İddia ərizəsinə əlavə edilən hər bir mülkiyyətçiyə ayrılıqda verimiş 5 ədəd Qeydiyyat vəsiqələri evin “naturada” 5 hissəyə bölündüyünün dövlət orqanı tərəfindən rəsmiləşdirildiyini və 202 saylı reyestr kitabında ayrı-ayrı nömrələrlə (30/14287, 30/14288, 30/14289, 30/14290, 30/14291) qeydiyyata alındığını sübut edir. Cavabdehin ümumi mülkiyyət kimi verdiyi və mübahisələndirilən Reyestrdən Çıxarışda da hər bir payın naturada bölündüyü görünür. Belə ki, Reyestrdən Çıxarışda hər bir mülkiyyətçiyə düşən tikili və yaşayış sahələrinin ölçüləri konkret olaraq göstərilmişdir və naturada bölgüsü aparılaraq ümumi mülkiyyətdən ayrılmış paylar şərti olaraq mənzil 1, mənzil 2, mənzil 3, mənzil 4, mənzil 5 kimi qeyd edilmişdir. Ümumi mülkiyyətdən payların ayrılaraq evin naturada bölündüyünü göstərən digər sübut ondan ibarətdir ki, naturada bölünməyən əmlakda paylar kəsr rəqəmləri ilə, məsələn 1/2, 1/3, 1/5 və s. pay kimi göstərilir. Naturada bölgüsü aparılmış əmlakda isə paylar kəsr rəqəmləri ilə deyil, konkret olaraq bölünmüş ölçülərlə göstərilir. Naturada bölgüsü aparılmayan evdə ümumi mülkiyyətçilərin hamısı eyni ünvanda pasport qeydiyyatında olurlar və 2 nömrəli forma üzrə arayış alarkən həmin arayışda bütün mülkiyyətçilərin və onların ailə üzvlərinin adları yazılır. Naturada bölgüsü aparılmış evdə isə hər mülkiyyətçi öz yaşayış sahəsinə pasport qeydiyyatına alınır. Ümumi mülkiyyətdən ayrılmış və iddiaçıya bağışlanan evdə yalnız 3 nəfər iddiaçı, onun anası Quliyeva Gülnaz (bağışlamadan əvvəlki mülkiyyətçi) və oğlu pasport qeydiyyatındadır. 5 mülkiyyətçinin özünün və ailə üzvilərinin hərəsinin ayrıca olaraq öz evində pasport qeydiyyatında olmaları da evin naturada bölündüyünü bir daha təsdiq edir. Naturada bölünmüş hər bir evdə ayrıca olaraq elektrik, qaz və su sayğacları quraşdırılmışdır (ümumi olaraq hər növ sayğacdan 5 ədəd). Göründüyü kimi, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən fərdi yaşayış eevinin “naturada bölünməməsi” barədə səhv nəticəyə gəlmişdir. Daşınmaz əmlakın naturada bölünməsi bölünmüş əmlakın haraya isə aparılması demək deyildir, naturada bölünmüş daşınmaz əmlak yerində qalır, oradakı tikililərin və sahələrin kimə məxsusluğu isə ölçülərlə müəyyənləşdirilir. Daşınmaz əmlakın naturada bölünməsi tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin ölçü və sahələr üzrə kimə mənsubluğunun razılaşdırılmış şəkildə müəyyən edilməsidir. Bu bölgü qeydiyyat orqanında qeydə alınaraq Qeydiyyat vəsiqəsi verilmişsə, məhkəmənin gəldiyi nəticənin əksinə olaraq “naturada böliinmə”nin baş verməsi deməkdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar birinci instansiya məhkəməsinə göndərilməlidir.
19. Belə ki, İnzibati Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu halda inzibati məhkəmədə icraatı zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər
20. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd edilən əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılması aparılmalı olduğu halda həmin araşdırma aparılmamışdır.
21. İşin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə ünvan 2 ünvandakı 66 kv.m yaşayış sahəsi, 118,7 kv.m ümumi sahəsi olan 4 otaqlı daşınmaz əmlakın tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasına dair digər şəxslərin adları daxil edilməyən yeni çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
23. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, məhkəmə iddianın mümkün hesab edilməməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, tərəflər arasında paylı mülkiyyətdə olan daşınmaz əmlakın fiziki olaraq bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından Bakı Şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi, dalan 1, ev 4 (Yeni qaydalarla: AZ 1031, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla ayrıca çıxarışın verilməsi ilə bağlı hüquqi əsas mövcud deyildir.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin halları ilə bağlı məsələni tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
26. Belə ki, iddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə, ümumi mülkiyyətçilər aralarındakı razılaşmaya əsasən paylı mülkiyyətdə olan əşyanı paylarına uyğun bölə bilərlər. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilə bilər. Bu mümkün olmadıqda əşya məhkəmənin qərarı ilə fiziki bölünür və ya hərracdan satılır. Paylı mülkiyyətçi öz payının ayrılması barədə ümumilikdə qalmaq istəyən digər payçılarla razılığa gələ bilmədikdə isə həmin payın ayrılmasını məhkəmə qaydasında tələb edir. Payın naturada ayrılması isə texniki cəhətdən mümkün olmalı, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alınmalıdır.
27. Hazırkı işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi, dalan 1, ev 4 (Yeni qaydalarla : AZ 1031, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X8 -2- ci mənzil (A tiki-dən 2 otaq y\s- 30.4kv.m, k\s-20.1kv.m) açıq eyvan-11.5kv.m, zirzəmidən- (80.3kv.m ü\s) və giriş meydançası daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X15 – 4-cü mənzil (B tiki- dən 2 otaq y\s- 33.9kv.m, k\s-74.9kv.m və 11 saylı köməkçi tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, X3 -1-ci mənzil (V yaşayış evi və 3 saylı köməkçi tikili) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X7 – 5-ci mənzil ( B tiki-dən 1 otaq y\s- 22.3kv.m, k\s-12.3kv.m) açıq eyvan- 7.6kv.m və Q tikilisi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı adına - 3-cü mənzil (A tiki-dən 4 otaq y\s66.0kv.m,k\s- 26.9kv.m) açıq eyvan- 25.8kv.m və giriş meydançası daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir.
28. İş materiallarında olan FM seriyalı, 000060 nömrəli Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş qeydiyyat vəsiqəsinə əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvandakı 66 kv.m yaşayış sahəsi, 118,7 kv.m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evi xx.xx.1999-cu il tarixdən iddiaçının anası X2 tam mülkiyyət hüququ ilə məxsus olmuşdur. Həmin mülkiyyət hüququ xx.xx.1999-cu il tarixdə 202 saylı reyestr kitabında 11188-ci səhifədə 30/11289 qeydə alma nömrəsi ilə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
29. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2- 464 nömrəli, xx.xx.1999-cu il tarixli qətnaməsi ilə həmin zaman qüvvədə olan qanunvericiliyə əsasən Sahib-Əli Mahmud oğlu, X10, X5, X9 və X4 ümumi mülkiyyətdəki paylarının ayrılması qət edilmişdir.
30. Sözügedən qətnamə ilə əmlakın digər payçıları olan cavabdehlər razılaşmış, qətnamə 18 iyun 1999-cu ildə öz hüquqi qüvvəsini almışdır. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən icra edilmiş və hər bir vərəsənin payı ümumi mülkiyyətdən ayrılmış və hər bir vərəsəyə ona düşən paya müvafiq olaraq miras əmlakın müəyyən hissəsi üzrə mülkiyyət hüququna dair ayrıca qeydiyyat vəsiqələri verilmişdir. (surətləri iş materiallarına əlavə olunmuşdur)
31. Göründüyü kimi, hazırkı iddianın hüquqi əsasını təşkil edən sənədlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-464 nömrəli, xx.xx.1999-cu il tarixli Qətnaməsi və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş qeydiyyat vəsiqələridir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.
33. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ünvan 2 saylı fərdi yaşayış evinin X2 aid hissəsinin “A” tikilisindən 4 otaq y/s - 66.0 kv.m,k/s-26.9 kv.m) aşıq eyvan-25.8 kv.m və giriş meydançası onun mülkiyyətində qalması qət edilmişdir.
34. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən qeyd etmişdir ki, tərəflər arasında paylı mülkiyyətdə olan daşınmaz əmlakın fiziki olaraq bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından Bakı Şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi, dalan 1, ev 4 (Yeni qaydalarla: AZ 1031, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla ayrıca çıxarışın verilməsi ilə bağlı hüquqi əsas mövcud deyildir.
35. Cavabdeh təşkilatın qeyd olunan fərdi yaşayış evinin İddiaçı məxsus olan hissəsi ilə digər payçılara məxsus hissələrin bir dam altında yerləşməsi, fərdi yaşayış evinin konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünə bilməməsi səbəbindən qaldırılan məsələnin həllinin mümkün olmamaması ilə bağlı gətirdiyi arqumentə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilmiş paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydalarına əsasən paylı mülkiyyətin ümumi paydan ayrılmasının məqsədi ümumi əmlakdakı payın naturada ayrılması üçün tələb olunur. Yəni paylı əmlakın mülkiyyətçisi məhkəmə qaydasında öz payını naturada ayırmaqla vaxtı ilə ümumi mülkiyyətdə olan əmlakın bir hissəsinə müstəqil əmlak hüququnu əldə etmiş olur və əldə etdiyi əmlak üzərində sərəncam verməkdə sərbəst olur. Hazırki, iddia tələbi araşdırılarkən Mülki Məcəllənin 220-ci maddəsində qeyd olunan qaydalara riayət olunması, yəni payların məhkəmə qaydasında naturada ayrılması müəyyən edilib.
37. Lakin birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan iddianın təmin edilməsi barədə əsaslandırılmamış nəticəyə gəlmişdir.
38. İlk növbədə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkünsüz hesab edilməsininin əsasları iddia tələbinin mahiyyətinə təsir edən əsaslardır.
39. Kollegiya qeyd edir ki, göstərilən halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı (ekspertiza, sorğular, yerində müayinə və s.), həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır. Ona görə də, məhkəmə sübutetmə yükünün bölüşdürülməsi qaydasından çıxış etməklə məsələni tərəflərlə müzakirə etməli, onlara müvafiq sübutları təqdim etmək hüququnu və təqdim etməmənin doğuracağı hüquqi nəticələri də izah etməlidir.
40. Birinci instansiya məhkəməsi işin düzgün və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə mübahisələndirilən əmlakın naturada bölünüb-bölünməməsinin müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, həmin əmlakın naturada (faktiki) vəziyyətini araşdırmalı və texniki pasportla yaşayış sahəsinin faktiki ölçülərinin uyğunluğunu müəyyən etməlidir.
41. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur
42. Məhkəmənin bu cür araşdırması, İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.
43. Odur ki, işə birinci instansiya məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar araşdırılmalı, bu hallara qiymət verilməli, bundan sonra əsaslandırılmış işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməlidir.
44. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları tam və ətraflı araşdırmadan, onlara düzgün hüquqi qiymət vermədən iddianı mümkün hesab etməməkdə haqlı olmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən də şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3710/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3710/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.