Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-23/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X3 (“Kəngərli və partnyorları” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1973-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı çıxarışın verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(82)-1864/2017 nömrəli qərarından üçüncü şəxs Səfərova Günel Şakur qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X10nə qarşı xx xxxx 2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qeyri yaşayış sahəsinin və Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 nömrəli binanın 2-ci korpusu 2-ci girişi 1-ci mərtəbədə yerləşən 100 kv.m. qeyri-yaşayış sahəsinin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, buna dair çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 26 saylı binanın 2-ci korpusu, 2-ci girişi, 1-ci mərtəbədə yerləşən 100 kv.m. qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 26 saylı binanın 2-ci korpusu, 2-ci girişi, 1-ci mərtəbədə yerləşən 100 kv.m. qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2011-ci il tarixində “xxxxxxx” MMC ilə “çoxmənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilə bağlanmışdır. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qeyri-yaşayış sahəsi ilə bağlı isə xx.xx.2009-cu il tarixdə “xxxxxxxxxxxxxxxxx” MMC ilə alqı-satqı müqaviləsi bağlanmış, qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi barədə xx.xx.2009-cu il tarixli maliyyə arayışı vardır. Qeyd edilən qeyri-yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı DƏDRX-nin Bakı X10nə ərizələrlə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən müraciəti təmin edilməmişdir. İmtinaya əsas kimi ərizələrə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi göstərilmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh iddia tələbinə yazılı etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar zamanı müvafiq qeyriyaşayış sahələri ilə bağlı ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir.Bununla əlaqədar ərizənin icrası mümkün olmamış və iddiaçıya müvafiq məktub ünvanlanmışdır. xx.xx.2017-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq icraatında iddiaçı şifahi vəsatətlə müraciət edərək, onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qeyri yaşayış sahəsinin və Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 nömrəli binanın 2-ci korpusu 2-ci girişi 1-ci mərtəbədə yerləşən 100 kv.m. qeyri-yaşayış sahələrinin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı iddia tələbinin eyni cavabdehə qarşı yönəldiyini nəzərə alaraq bir icraatda baxılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadı ilə vəsatət təmin olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmişdir. Həmin qərar cavabdeh orqan tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən icra edilmiş və İddiaçı mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixində 186 nömrəli reyestr kitabının 17456 nömrəli vərəqində qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra Səfərova Günel Şakur qızı iş üzrə maraqlarına toxunan şəxs qismində apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1864/2017 saylı, xx xxx 2017-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra isə Səfərova Günel Şakur qızının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq birinci instansiya məhkəməsinin müvafiq qərarının Səfərova Günel Şakur qızının maraqlarına toxunduğuna görə onun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə Səfərova Günel Şakur qızı tərəfindən 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə ünvalanmış şikayətdə (qanunsuz olaraq şikayət verilmə hüququnun məhdudlaşdırılmasına dair) qeyd olunmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 saylı, xx xxx 2017-ci il tarixli qərarı ilə məhkəmə bütün hüquq normalarını kobud pozaraq istismara qəbul edilməyən və istifadəsi təhvil verilməyən binanın qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ tanınmışdır.Həmin qərarla onun hüquqlarına təsir etməsinə baxmayaraq məhkəmə baxışı onun iştirakı təmin edilmədən aparılmış, iş üzrə saxta sənədlər əsasında qərar qəbul edilmiş, həmin qərarla almış olduğu qeyri-yaşayış sahəsinə başqa şəxsin hüququ tanınmışdır.Bu səbəbdən həmin qərardan xəbər tutduqdan dərhal sonra xx xxxxxx 2018-ci il tarixdə apellyasiya şikayəti vermək məcburiyyətində qalmış, lakin bu vaxta kimi məhkəmə hazırkı vaxta kimi onun apellyasiya şikayətini apellyasiya instansiya məhkəməsinə göndərilməsindən imtina edir. Həmin inzibati iş üzrə tərəflərdən biri olan “xxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi Maksim Zeynalov özünü həmin cəmiyyətin rəhbəri kimi təqdim edərək xx xxxxxx 2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, guya həmin qərar ilə onun hüquqları pozulmur və həmin qərar onun hüquqlarına təsir etmir.”xxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi X2 cəmiyyətin adından,cəmiyyətin başqa şəxslərlə gedən məhkəmə mübahisələri üzrə etirafşünas kimi məşhurlaşaraq, səlahiyyət həddini aşaraq, müxtəlif formalı etiraf ərizələri yazmışdır. Hazırkı inzibati iş üzrə “xxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi xx xxxxxx 2018-ci il tarixdə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə ünvanlamış olduğu ərizəsində qeyd etmişdir ki, 2 saylı Bakı İnzibati –İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 saylı, xx xxx 2017-ci il tarixli qərarı ilə guya onun İddiaçı mülkiyyətinə verilmiş 300 kv.m. qeyri-yaşayış sahəsi ilə heç bir əlaqəsi yoxdur, odur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 saylı, xx xxx 2017-ci il tarixli qərarı ilə onun maraqlarına toxunmur. Digər tərəfdən, Səfərova Günel Şakur qızı ilə İddiaçı arasında gedən başqa məhkəmə mübahisəsi üzrə mülki işdə isə məşur etirafşünas “xxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi xx xxxxxx 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış olduğu etiraf məktubunda qeyd etmişdir ki, Səfərova Günel Şakur qızı müqavilə əsasında iddia etdiyi 125 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan 300 kv.m. sahəsinin tərkib hissəsidir və hazırda həmin hissə qanunsuz olaraq Səfərova Günel Şakur qızının istifadəsindədir. X2 180 dərəcə fikirlərində dəyişiklik edərək hansı işdə nə yazdığını unudaraq və fərqində olmadan Səfərova Günel Şakur qızına məxsus olan sahənin hazırkı mübahisə üzrə inzibati məhkəmədə baxılmış İddiaçı işinə aid olduğunu və hazırkı qərar ilə Səfərova Günel Şakur qızının hüquqlarının pozulduğunu bilavasitə etiraf etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 saylı, xx xxx 2018-ci il tarixli qərardadı ilə (hakim X.İmanov) Səfərova Günel Şakur qızının üçüncü şəxs qismində cəlb olunması ilə bağlı ərizəsi təmin olunmamışdır. Səfərova Günel Şakur qızı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx xxxx 2015-ci il tarixdə “ Alqı-satqı müqaviləsi “ əsasında alınmış mübahisə edilən Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 125 kv.mdən ibarət qeyri-yaşayış sahəsi xx xxxx 2017-ci il tarixdə cavabdeh “xxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilərinin, cəmiyyətin təsisçisi Maksim Zeynalovun və digər şəxslərin iştirakı ilə iddiaçıya təhvil verilmiş,həmin müddətdən etibarən mübahisə edilən qeyri-yaşayış sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuş, bundan sonra həmin qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılmaqla Səfərova Günel Şakur qızı tərəfindən təmir olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı ilə “xxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 300 kv.m-dən ibarət qeyriyaşayış sahəsinə dair xx xxxxxx 2009-cu il tarixli “Alqı-satqı Müqaviləsi” bağlanmışdır.”xxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi Maksim Zeynalov icra prosesində iştirak etməsinə baxmayaraq həmin qeyri-yaşayış sahəsinə dair başqa şəxslə müqavilə bağlanmasını və bu barədə icra xidmətinə bildirmir. Səfərova Günel Şakur qızı ilə “xxxxxxxxxxxxxxxxx” MMC arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış “Alqı-satqı” müqaviləsində göstərilən 125 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi İddiaçı “xxxxxxxxxxxxxxxxx” MMC arasında xx xxxxxx 2009-cu il tarixdə bağlanmış “Alqı-satqı” Müqaviləsində göstərilən 300 kv.m-dən qeyri-yaşayış sahəsi ilə eyni sahələrdir. Bu fakt Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində və “xxxxxxxxxxxxxxxxx” MMC-nin məhkəməyə müraciət etdiyi məktubunda təsdiqini tapır. Əgər hər iki müqavilə üzrə mübahisə edilən sahələr eynidirsə onda necə ola bilər ki, inzibati iş üzrə qəbul edilmiş qərar onun hüquqlarına toxunmur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X10, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2084/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə (hakimlər V.Məmmədov,S.Seyidova, A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 saylı iş üzrə xx xxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Səfərova Günel Şakur qızı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2084/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin müvafiq iş üzrə qəbul edilmiş qərardadının ləğv edilməsini və onun üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2244/2018 saylı iş üzrə, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər X.Məmmədov,İ.Dadaşov, R.Nəbizadə) Səfərova Günel Şakur qızının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2084/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarxili qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-512/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Səfərova Günel Şakur qızı hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-512/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan Səfərova Günel Şakur qızının cavabdehlər İddiaçı və xxxxxxxxxxxxxxxxx MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə bağlı 2(004)-175/2019 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. Digər iş üzrə iddiaçı Səfərova Günel Şakur qızı cavabdehlər İddiaçı və “xxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə “xxxxxxxxxxxxxxxxx” MMC arasında 27/02/09 nömrəli, xx.xx.2009-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Həmçinin, İddiaçı cavabdeh Səfərova Günel Şakur qızına qarşı “alqısatqı müqaviləsinin, maliyyə arayışının etibarsızlığı və qeyri yaşayış sahəsindən çıxarılma tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 125 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair Səfərova Günel Şakur qızı ilə “xxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsinin və xx.xx.2015-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması, cavabdehə məxsus olan əşyaların qeyri-yaşayış sahəsindən çıxarılması vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-175/2019 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 125 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsinə dair Səfərova Günel Şakur qızı ilə “xxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin və xx xxxx 2015-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 267.6 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsindən əşyalarının çıxarılması vəzifəsinin cavabdeh Səfərova Günel Şakur qızına həvalə edilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan ilk iddiaçı Səfərova Günel Şakur qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11357/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov, X.Cəmilova, İ.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş, iş xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə göndərilmişdir. (elektron məhkəmə sistemindən çıxarışa əsasən) İnzibati işin apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, Bakı şəhəri, Yeni Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m qeyri-yaşayış sahəsinin üzərinə əmlakın özgəninkiləşdirilməsinə dair qadağanın ləğv olunması barəsində qərardad qəbul edilməsini xahiş etsə də, sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahat verərək, qeyd edilən ərizəni müdafiə etmədiyini bildirmidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qayadada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs, eyni zamanda üçüncü şəxsin nümayəndəsi və vəkili X4 (Bakı şəhəri 4 saylı Vəkil Bürosu) məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qeyri yaşayış sahəsinin və Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 nömrəli binanın 2-ci korpusu 2-ci girişi 1-ci mərtəbədə yerləşən 100 kv.m. qeyri-yaşayış sahəsinin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, buna dair çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması olmuş və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi tam (hər iki qeyriyaşayış sahəsinə dair çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi) təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs Səfərova Günel Şakur qızı apellyasiya şikayətində onunla “xxxxxxxxxxxxxxxxx” MMC arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış “Alqı-satqı” müqaviləsində göstərilən 125 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi İddiaçı “xxxxxxxxxxxxxxxxx” MMC arasında xx xxxxxx 2009-cu il tarixdə bağlanmış “Alqı-satqı” Müqaviləsində göstərilən 300 kv.m-dən qeyri-yaşayış sahəsi ilə eyni sahələr olduğunu göstərərək, faktiki olaraq, birinci instansiya məhkəməsinin qərarının iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qeyri yaşayış sahəsinə dair çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində mübahisələndirsə də, yekun olaraq, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən üçüncü şəxsin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının (tam) ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -Bakı şəhər Xətai rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş xx xxxx 2014cü il tarixli, 2(011)-787/2014 saylı icra vərəqəsindən müəyyən olur ki, “xxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 26 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı sahibliyinə verilmişdir. - “xxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru X6 şəxsində İddiaçı arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 28/02/09 saylı müqavilədən müəyyən olunur ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1(bir) saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 300 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi alıcının mülkiyyətinə verilmişdir. - “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 28/02/09 saylı maliyyə arayışından müəyyən olunur ki, “xxxxxxxxxxxxxxxxx” MMC-nin Yeni Yasamal yaşayış massivində inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən 300 kv. m. qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən tamamilə ödənilmişdir. -DƏDRX-nin Bakı X10 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli, **********90, **********89 nömrəli cavab məktublarından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 26 saylı binanının 2-ci korpusu, 2-ci girişi, 1-ci mərtəbədə yerləşən 100 kv.m. qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə DƏDRX-nin Bakı X10ndə baxılmış,aparılmış araş-dırma zamanı ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10, 11 və 12.1-ci maddələrinə istinad edilərək, ərizənin təmin olunmasından imtina edilmişdir. - “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli etiraf ərizəsindən müəyyən olunur ki, “xxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçiləri A.Ə.Qədirov və M.A.Zeynalov Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 300 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə verilməsinə razılığını bildirmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindəBakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 26 saylı binanının 2-ci korpusu, 2-ci girişi, 1-ci mərtəbədə yerləşən 100 kv.m. qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi ilə əlaqədar iddiaçının ərizələrinin təmin olunmasından imtinanın əsasları qanun--vericilikdə müəy-yən edilmədiyindəniddia təmin edilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanu-nu--n 2.2-ci maddə-sinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qa-nun--la müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı da-şın-maz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri ola bilər. Həmin qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda (15.1.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı ( Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 139-1.1.6-cı maddəsinə görə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hər iki qeyri-yaşayış sahəsinə görə müqavilə üzrə müəyyən edilmiş pay haqqını tam ödəməsi işə əlavə edilmiş maliyyə arayışları və kassa mədaxil orderləri ilə tam təsdiq edilir. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 26 ünvanda inşa edilən yeksək mərtəbəli yaşayış binasının 2-ci korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə verilməsi barədə Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən xx xxxx 2014-cü il tarixli, 2(011)-787/2014 saylı məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə xx xxx 2014-cü il tarixdə qanuni qüvvəsinə minmiş və qətnamənin icrası üçün icra vərəqəsi verilmişdir. Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1(bir) saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 300 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsinin isə iddiaçının adına özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı mənziltikinti kooperativi funksiyasını yerinə yetirən “xxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçilərinin razılıqlarını təsdiq edən məhkəməyə ünvanladıqları etiraf ərizəsi işə əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırdıqdan sonra məcmu şəkildə qiymətləndirərək haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətində qeyd etdiyi əsaslar mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təkzib olunduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Səfərova Günel Şakur qızının apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(82)- 1864/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-23/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-23/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver