Məhkəmə qərarları › İş №2-1(103)-23/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-23/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-23/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən etibarsız hesab edilməsi və bağ sahəsinin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən etibarsız hesab edilməsi və bağ sahəsinin geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-95/2021 saylı 31 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatnın inkişafı və istismarı Birliyi Ləhiş ərazisindəki 6533 saylı bağın istifadəyə verilməsi haqqında 36365 saylı xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi 6533 saylı bağ sahəsi 10 il müddətinə olmaqla İddiaçı istifadəsinə verilmişdir. DZR seriyalı 317589 saylı xx.xx.2005-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ləhiş ərazisindəki 6533 saylı bağ sahəsinə görə İddiaçı tərəfindən 21240 manat məbləğində vəsait ödənilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyinin 1227 saylı xx.xx.2006-cı il tarixli məktubundan görünür ki, X2 və istismarı Birliyi Bakı şəhəri İcra Hakimiyyəti Aparatının 18/924 saylı xx.xx.1986-cı il tarixli və 6/333 saylı xx.xx.1988-ci il tarixli Qərarlarına əsasən İddiaçı icarəsində olan bağ sahəsində hasar tikməyə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının ““Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 818 saylı xx.xx.2000-ci il tarixli, 283 saylı xx.xx.2006-cı il tarixli və 301 saylı xx.xx.2006-cı il tarixli sərəncamlarında qismən dəyişiklik edilməsi haqqında” 284 saylı 20 iyun 2007-ci il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, X7 Qanunun İİ fəslinin 7-ci maddəsinin 1-ci bəndini, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 54 saylı müraciətini və Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/538 saylı razılıq məktubunu nəzərə alaraq, "xxxx" MMC üçün 30,0 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə, Bələdiyyənin mülkiyyətinə təhvil verilməsi və Bələdiyyəyə təhvil verilən ümumi torpaq sahəsinin 215,9612 ha müəyyən edilməsi, "xxxx" MMC-yə Kürdəxanı Bələdiyyəsi ilə müvafiq qaydada torpaq sahəsinin sənədləşdirilməsinin tapşırılması qərara alınmışdır. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 284 saylı 20 iyun 2007-ci il tarixli sərəncamının 36365 saylı bağa dair hissəsində etibarsız hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi tərəfindən bağın istifadəyə verilməsi haqqında 36365 saylı xx.xx.2005-ci il tarixli müqavilə ilə ona verilmiş Sabunçu rayon, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan 6533 saylı bağ sahəsinin ona qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, Sabunçu rayon, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan 6533 saylı bağ sahəsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi tərəfindən bağın istifadəyə verilməsi haqqında 36365 saylı, xx.xx.2005-ci il tarixli müqavilə ilə ona verilmişdir. X2 və İstismarı Birliyi tərəfindən ona verilmiş seriya DZR No 317589 saylı xx.xx.2005-ci il tarixli mədaxil qəbzindən də göründüyü kimi, Ləhiş 6533 saylı bağa görə onun tərəfindən müqavilə qiymətinin ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən iddiaçıya verilmiş 1227 saylı xx.xx.2006-cı il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti aparatının xx.xx.1986-cı il tarixli 18/924 saylı və xx.xx.1988-ci il tarixli 6/333 saylı Qərarı ilə icarəsindəki bağ sahəsinə hasar tikilməsinə icazə verilmişdir. Həmin bağ sahəsi üzərində plan-sxemin alınması ilə bağlı xx.xx.2008-ci il tarixində AR DƏDRX-in Bakı şəhər ərazi idarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2008-ci il tarixli xx/xx-6637 saylı ərizə ilə müraciətinə imtina verilərək ona bildirilmişdir ki, sözügedən ərazi yəni iddiaçının istifadəsində olan bağ sahəsi “Krokus" firmasının ərazisinə düşdüyü və mübahisəli olduğu üçün ölçü işləri aparılmamışdır. Belə olan halda, tərəfindən Ə-185 saylı xx.xx.2008-ci il tarixli ərizə ilə Sabunçu rayon İcra Hakimiyyəti aparatına müraciət edilmiş və həmin müraciətə Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş cavabda qeyd edilmişdir ki, iddiaçıya məxsus ərazi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 284 saylı xx.xx.2007-ci il tarixli sərəncamına əsasən sahibkarlıqla məşğul olmaq üçün "xxxx" firmasına icarəyə verilmişdir. Beləliklə, ona məxsus bağın yerləşdiyi ərazinin “Krokus" firmasına verilməsi və bu verilmənin məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsi öz danılmaz sübutunu tapmış olur. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti-planlaşdırma idarəsi tərəfindən verilmiş 18/03-8/2258 saylı xx.xx.2018-ci il tarixli məktubla ona bildirilmişdir ki, torpaqla bağlı yaranan mübahisəli məsələlər məhkəmə yolu ilə həll olunduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini məqsədə müvafiq hesab edirlər. Belə olan halda, 16 avqust 2018-ci il tarixində tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 284 saylı xx.xx.2007-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi və özünə məxsus 6533 saylı bağ sahəsinin geri qaytarılmasına dair müvafiq qərar qəbul edilməsinə dair müvafiq müraciət edilmiş, lakin həmin müraciətə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən cavab verilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-95/2021 saylı 31 mart 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə qərarını qanunsuz və ədalətsiz hesab edir. Ləhiş bağları ərazisində Krokus MMC tərəfindən müxtəlif fiziki şəxslərə məxsus torpaq sahələrinə müdaxilə edilməklə məşhur istirahət kompleksi tikilmişdir. Onun tərəfindən sözügedən bağ sahəsinə görə müqavilə qiymətinin ödənişi aparılmışdır. Onun icarəsindəki bağ sahəsinə hasar tikilməsinə icazə verilmişdir. Məhkəmə sübutlara qiymət vermə barədə vəzifəsini yerinə yetirməmişdir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin və 3-cü şəxs "xxxx" MMC-nin (əvvəlki "xxxx" MMC-nin) nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs "xxxx" MMC-nin (əvvəlki "xxxx" MMC-nin) nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırkı iş iddiaçının tələbi “müəyyən etmə və tanınma haqqında” iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Bu növ iddianın mümkün sayılması üçün iddiaçının hüquqi marağının mövcudluğu tələb olunur. Hazırki işdə iddiaçının hüquqi marağı Bağlar İdarəsi ilə bağlanmış müqavilə əsasında ona verilmiş torpaq sahəsinin rəsmiləşdirilməsinə yönəlib, bunun üçün cavabdeh inzibati orqanın qəbul etdiyi sərəncam onun hüququnun rəsmiləşdirilməsinə maneçilik törətdiyindən həmin sərəncamın onun torpağına aid hissədə etibarsız hesab olunmasını tələb edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağının mövcudluğu əsas verir ki, iddia mümkün sayılsın. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı tələbi “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 284 saylı 20 iyun 2007-ci il tarixli sərəncamının 36365 saylı bağa dair hissəsində etibarsız hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi tərəfindən bağın istifadəyə verilməsi haqqında 36365 saylı xx.xx.2005-ci il tarixli müqavilə ilə ona verilmiş Sabunçu rayon, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan 6533 saylı bağ sahəsinin ona qaytarılması” barədədir. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, iddiaçının tələbi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının 284 saylı 20 iyun 2007-ci il tarixli sərəncamının ona aid 36365 saylı bağa dair hissəsində etibarsız hesab edilməsi ilə bağlı olduğundan mübahisələndirdiyi sərəncamla 3-cü şəxsə ayrılmış torpaq sahəsinin bir hissəsinin məhz ona verilmiş bağ torpaq sahəsi ilə üst-üstə düşdüyünü sübuta yetirmək iddiaçının vəzifəsidir. İddiaçı iddiasının əsası kimi Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli və Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli məktublarına istinad edir. Belə ki, həmin məktubların məzmununa görə iddiaçının istifadəsində olan bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 284 saylı xx.xx.2007-ci il tarixli sərəncamına əsasən sahibkarlıqla məşğul olmaq üçün "xxxx" firmasına icarəyə verilmiş və mübahisəli olduğu üçün ölçü işləri aparılmamışdır. Lakin məhkəmə araşdırmaları nəticəsində məlum olmuşdu ki, iddiaçıya ayrılmış bağ torpaq sahəsinin cizgisi olmadığından onun yerini müəyyən etmək mümkün deyil, həmçinin iddiaçı ona ayrılmış bağ torpaq sahəsinin faktiki olaraq harada yerləşdiyini də göstərə bilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. İşə birinci instansiya qaydasında baxılarkən 2 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən və xx.xx.2005-ci il tarixli, 36365 saylı müqavilə ilə İddiaçı istifadəsinə verilmiş 6533 saylı bağ sahəsinin onun istifadəsinə verilən zaman Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 və İstismarı Birliyinin ərazisi hüdudları daxilində olub-olmadığı, həmçinin həmin torpaq sahəsinin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 284 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-yə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Kürdəxanı Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi məqsədilə iş üzə məhkəmə-tikinti ekspertizası təyin edilsə də, tədqiqat obyektinə dair əlavə məlumatların təqdim edilməməsi səbəbindən iş üzrə ekspertiza keçirilməsi mümkün olmamışdır. xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş İddiaçı xx.xx.2021-ci il tarixl ərizəsində sonuncu tərəfindən göstərilmişdi ki, mübahisəli bağ sahəsində tikinti inşa olunduğu və təzə yollar çəkildiyi üçün koordinatları pozulub və həmin ərazini göstərmək mümkün olmadığından məhkəmə tikinti ekspertizasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin **********28 No-li 13 yanvar 2021-ci il tarixli məktubuna əlavə olunmuş arayışda göstərilmişdi ki, yerli baxış keçirilməsi ilə əlaqədar İddiaçı ilə əlaqə saxlansa da, sonuncu Qax rayonunda olduğu və Bakı şəhərinə gələ bilməyəcəyini və gələ bilsə belə iddia etdiyi torpaq sahəsində əsaslı tikinti işlərinin aparılması səbəbindən ona ayrılmış bağ sahəsinin dəqiq yerini bilmədiyini bildirmişdir. Qeyd edilən səbəbdən GPS alət vasitəsilə çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Apellyasiya baxışı zamanı xx.xx.2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və eyni zamanda DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən iddiaçıya ayrılmış sözügedən 0,12 ha olan 6533 nömrəli bağ sahəsinin istifadəyə verilməsi ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlər, o cümlədən ayrıc aktı, plan-sxem və cizgi tələb olunmuşdur. Həmin məktuba cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, arxiv qovluğunda ayrıc aktı, plan sxem və cizgi aşkar edilməmiş, sahəyə dair yalnız sxematik xəritədən çıxarış məhkəməyə göndərilmişdir. Lakin bundan sonra da müvafiq mütəxəssis rəyi təqdim olunmadığı üçün Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina olunmuşdur. Bundan sonra iddiaçının naturada göstərdiyi torpaq sahəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sxematik xəritəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən və xx.xx.2005-ci il tarixli 36365 saylı müqavilə ilə onun istifadəsinə verilmiş 6533 saylı bağ sahəsi olub-olmadığının, həmin torpaq sahəsi iddiaçının istifadəsinə verilən zaman Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 və İstismarı Birliyinin ərazisi hüdudları daxilində olmasının, iddiaçının adı çəkilən müqavilə ilə istifadəsinə verilmiş və naturada göstərdiyi torpaq sahəsinin həm faktiki olaraq, həm də sxematik xəritəyə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 284 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-yə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Kürdəxanı Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubların məzmunundan görünür ki, vətəndaş bağ sahəsinin yerini tanımadığından, bağ sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, bağ sahəsinə dair arxiv cizgisi olmadığından, həmçinin bağların bölgüsünə dair sxematik xəritədə ölçülər və koordinatlar məlum olmadığından Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 6533 saylı bağ sahəsi ilə bağlı mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçı ona ayrılmış bağ torpaq sahəsinin plan-sxemini və cizgisini təqdim edə bilmədiyi üçün, bağların bölgüsünə dair sxematik xəritədə isə ölçülər və koordinatlar məlum olmadığından həmin bağ sahəsinin konkret olaraq "xxxx" MMC-nin (əvvəlki "xxxx" MMC-nin) ərazisinin hansı hissəsində yerləşdiyini, bununla da mübahisələndirdiyi sərəncamın onun hüquqlarına toxunub, torpağına düşən hissədə etibarsız hesab edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyindən bu hal hazırki vəziyyətdə onun iddiasının təmin olunmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati aktın mübahisələndirilən hissədə etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş hallar hazırki işdə mövcud olmadığından və həmin halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən iddiaçının həmin tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Odur ki, iddiaçının digər- bağ torpaq sahəsinin ona qaytarılması ilə bağlı iddia tələbi də əsassız olduğundan birinci instansiya məhkəməsi trəəfindən düzgün olaraq təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-95/2021 saylı 31 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-95/2021 saylı 31 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar