Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-23/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi üçüncü şəxs qismində icraata cəlb edilməklə) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X6, Cavabdehin nümayəndələri X1 və X4, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X10, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-723/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Milli Gəlirlər Baş İdarəsinin **********656700 və **********60200 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi (bundan sonra - Milli Gəlirlər Baş İdarəsi) tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində VÖEN: ********** (bundan sonra “Nümayəndəlik”) kameral vergi yoxlaması aparılmışdır. Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********029800 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında Nümayəndəliyə 12 yanvar 2021-ci il tarixli məktub (bundan sonra “Kameral Məktubu”) göndərilmişdir. Kameral məktubda, Nümayəndəlik tərəfindən May 2020-ci ilin ƏDV bəyannaməsində **********4569 nömrəli yük gömrük bəyannaməsinə (“YGB”) əsasən əvəzləşdirilmiş 128,527.99 (yüz iyirmi səkkiz min beş yüz iyirmi yeddi manat doxsan doqquz qəpik) AZN məbləğində ƏDV və Noyabr 2020-ci ilin ƏDV bəyannaməsində **********5085 nömrəli YGB üzrə 385,570.80 (üç yüz səksən beş min beş yüz yetmiş manat səksən qəpik) AZN məbləğində əvəzləşdirilmiş ƏDV məbləğlərinin qeyd olunan X8ndə öz əksini tapmaması və həmin X8 üzrə ƏDV məbləğinin 0.0 AZN təşkil etməsi qeyd olunmuşdur. 19 yanvar 2021-ci il tarixində Nümayəndəlik Milli Gəlirlər Baş İdarəsinə Kameral Məktubuna cavab məktubu (bundan sonra “Cavab Məktubu”) göndərmişdir və X8, Bakı Baş Gömrük İdarəsi tərəfindən kəsilmiş hesab fakturaların (invoysların) sürəti və ƏDV ödənişini təsdiq edən sənədləri təqdim etmişdir. Buna baxmayaraq 09 fevral 2021-ci il tarixində Milli Gəlirlər Baş İdarəsi Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə **********656700 və **********60200 nömrəli qərarları qəbul etmişdir və 2020-ci ilin Noyabr ayının və 2020-ci ilin May ayının ƏDV bəyannamələri üzrə 128,528.99 AZN və 385,570.80 AZN əlavə ƏDV öhdəliyi hesablamışdır. Nümayəndəlik BUE Kazakhstan LTD şirkətindən müvəqqəti idxal gömrük rejimi altında **********4569 nömrəli yük gömrük bəyannaməyə (bundan sonra “YGB”) əsasən 6,426,360 (altı milyon dörd yüz iyirmi altı min üç yüz altmış) AZN və **********5085 nömrəli YGB-yə əsasən 6,426,180 (altı milyon dörd yüz iyirmi altı min yüz səksən) AZN dəyərində “Caspian Supporter” nişanlı Yedək-Təchizat gəmisi idxal edib. Qeyd olunan gəmiyə Azərbaycan Respublikasına idxalı anında gömrük rüsumlarından və vergilərindən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru tətbiq olunmuşdur. Nümayəndəlik gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin müddəalarına əsasən ödəniş aylarında müvafiq olaraq əvəzləşdirilmişdir. Nümayəndəlik, **********4569 nömrəli yük gömrük bəyannaməsi üzrə 128 528 (yüz iyirmi səkkiz min beş yüz iyirmi səkkiz) AZN məbləğində ƏDV və **********5085 nömrəli yük gömrük bəyannaməyə əsasən 385,570.80 (üç yüz səksən beş min beş yüz yetmiş manat səksən qəpik) AZN məbləğində ƏDV dövlət büdcəsinə ödəyib və bu fakt xx.xx.2020-ci il tarixli 002OCX********** nömrəli və xx.xx.2020-ci il tarixli XT0000379 nömrəli Ödəniş tapşırıqları ilə bir daha təsdiq edilir. Həmin sənədlər, məhz YGB-lər, Bakı Baş Gömrük İdarəsi tərəfindən kəsilmiş hesab fakturalar və ƏDV-nin ödənişini təsdiq edən ödəniş tapşırıqları Milli Gəlirlər Baş İdarəsinə də **********902500 kargüzarlıq nömrəsi altında 19 yanvar 2020-ci il tarixində göndərilmişdir. Lakin Milli Gəlirlər Baş İdarəsi Cavab Məktubunda göndərilən izahata və təqdim olunmuş sənədlərə məhəl qoymadan, 09 fevral 2021-ci il tarixində Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə **********656700 və **********60200 nömrəli qərarları (bundan sonra - “Qərarlar”) qəbul etmişdir və 2020-ci ilin noyabr ayının və 2020-ci ilin May ayının ƏDV bəyannamələri üzrə 128,528.7.99 (yüz iyirmi səkkiz min beş yüz iyirmi yeddi manat doxsan doqquz qəpik) AZN və 385,570.80 AZN (üç yüz səksən beş min beş yüz yetmiş manat səksən qəpik) əvəzləşdirilən ƏDV-ni ləğv edərək, əlavə ƏDV öhdəliyi hesablamışdır. Qərarlarda ƏDV-nin hesablanması üçün əsas, yenə də Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən **********4569 və **********5085 nömrəli X8 üzrə ƏDV məbləği 0.00 manat təşkil etdiyi qeyd olunur. X2 göstərilən izahatlarına və dəlillərinə Milli Gəlirlər Baş İdarəsi tərəfindən heç bir məhəl qoyulmamış və öz Qərarında həmin dəlillərə ümumiyyətlə münasibət bildirilməmişdir. Yuxarıda qeyd olunan faktiki və hüquqi halları nəzərə alaraq, ƏDV-nin ödənişi ilə bağlı Bakı Baş Gömrük İdarəsi tərəfindən kəsilmiş hesab fakturaların (invoysların) sürətinin, ƏDV ödənişini təsdiq edən ödəniş tapşırığının və invoysların Milli Gəlirlər Baş İdarəsinə təqdim olunması faktı Qərarların əsassız və qanunazidd olmasını təsdiq edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4911/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-723/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi inzibati iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2021-ci il tarixli **********656700 və **********60200 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı vergi ödəyicisi tərəfindən 2020-ci ilin may və noyabr ayları üçün təqdim edilmiş əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində müvəqqəti idxal rejimində malların saxlanması üzrə ödənilmiş məbləğlər üzrə gömrük bəyannamələri əvəzləşdirilməsi üçün bəyannamə məlumatlarına əlavə edilmişdir. Nəticədə vergi qanunvericiliyinin tələblərinə zidd olaraq may ayı üzrə 128527.99 manat, noyabr ayı üzrə 385570.80 manat artıq vəsait əvəzləşməyə təqdim edildiyindən vergi orqanı tərəfindən həmin əvəzləşmələr ləğv edilmiş və kameral vergi yoxlaması ilə ümumilikdə 514098.79 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı vergi ödəyicisi qanunvericiliyinin vergitutma ilə bağlı müddəalarını düzgün tətbiq etməmiş və əsassız olaraq vergi öhdəliyini azaltmışdır. Belə ki, Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 12.1 və 12.1.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və vergitutma elementi olan vergitutma obyekti müəyyən edilmiş olsun. ƏDV üzrə vergitutma obyektinin müəyyən edilməsinin əsasları Vergi Məcəlləsinn 159-cu maddəsi ilə müəyyən edilir. Belə ki, 159.1-ci maddəyə əsasən vergi tutulan idxal vergitutma obyektidir. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən Vergi Məcəlləsində nəzərdə tutulan ƏDV əvəzləşməsinin tətbiq olunması üçün həmin Məcəllənin müəyyən etdiyi şərtlər tam ödənilməlidir. Belə ki, ilk növbədə ƏDV üzrə vergitutma obyektinin yaranması müəyyən edilməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Beləliklə, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Eyni zamanda “malların idxalı” anlayışı Vergi Məcəlləsində müəyyən etməklə ƏDV-ni bütün hallarda idxala (azad edilən idxal istisna olmaqla) aid edir. Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir. Müvəqqəti idxal Gömrük Məcəlləsinin 192-194-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” ilə tənzimlənir. Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. 194.3-cü maddəsinə əsasən müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 7.5-ci bəndinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Qaydaların 7.8-ci bəndinə əsasən müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Qaydaların 7.9-cu bəndinə əsasən gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqəti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır. Qaydalara əsasən müvvəqəti rejimdə saxlanılan mallar sərbəst dövriyyəyə buraxıldıqda ödənilmiş aylıq məbləğlər hesablanmış gömrük rüsumları və vergilərdən çıxılır. Mallar sərbəst dövriyyəyə buraxılmayıb, təkrar ixrac edildikdə isə ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Ona görə də müvəqqəti idxal rejimində ödənilən məbləğlərin Vergi Məcəlləsində nəzərdə tutulan 18% dərəcə təşkil edən ƏDV ilə eyniləşdirilməsi qanunvericiliyə ziddir. Göründüyü kimi nə Gömrük Məcəlləsində, nə də müvafiq Qaydalarda müvəqqəti idxal rejimində saxlanılan mallar üçün ödənilməli məbləğlərin ƏDV olduğuna istinad edilmir. Əksinə, qanunvericilik bu ödənişlərin ödənilməli gömrük rüsumu və vergilərin 3% həddində müəyyən edilməsini vurğulayır. İddiaçı isə qanunvericiliyə zidd olaraq bu ödənişləri Vergi Məcəlləsində nəzərdə tutulan 18% dərəcə həddində müəyyən edilən ƏDV ilə eyniləşdirir. Qeyd edilənlərə əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara ödənilən aylıq ödəniş məbləğlərinin əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Eyni zamanda, müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 176.5-ci maddəsinə əsasən əvəzləşdirilə bilər. Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Göründüyü kimi qanunvericilik əvəzləşmə ilə bağlı bütün hallarda idxal münasibətlərinə şamil olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Vergi Məcəlləsinin 13.2.31. Malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi. Vergi Məcəlləsinin 20.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirir. Vergi Məcəlləsinin 20.6-cı maddəsinə əsasən bu Məcəllənin 20.5-ci maddəsində göstərilən orqanlar öz səlahiyyətləri daxilində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, digər qanunlara və onlara uyğun qəbul edilmiş qanunvericilik aktlarına əsasən fəaliyyət göstərirlər. Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Vergi Məcəlləsinin 173-cü maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Göstərilənləri və İnzibati Prosessual Məcəllənin 48-ci, Mülki Prosessual Məcəllənin 47.2-ci və 154-cü maddələrini əsas tutaraq xx.xx.2021-ci il tarixli **********656700 və **********660200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğvi barədə iddia ərizəsinin rədd edilməsi məhkəmədən xahiş edilir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə təqdim edilmiş iddiaya yazılı münasibətində bildirilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.56-cı maddəsinə əsasən vergilər dedikdə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər başa düşülür. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərindən biri də (224.1.2.) əlavə dəyər vergisidir. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 333-cü maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, dövlət rüsumu, əlavə dəyər vergisi, yol vergisi və aksizlər bu Məcəllədə və müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət büdcəsinə köçürülür. Müvəqqəti idxal xüsusi gömrük proseduru Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-194-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” ilə tənzimlənir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. Həmin Məcəllənin 194.3-cü maddəsinə əsasən müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 192.4-cü maddəsinə əsasən hazırlanmışdır və malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. Müvəqqəti idxal proseduru altında təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar yerləşdirilir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilərkən, müvafiq prosedur sahibi həmin mallar üçün ödənilməsi nəzərdə tutulan gömrük rüsumlarının və vergilərin tam ödənilməsini təmin etməlidir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi həmin malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verildikdə, gömrük orqanı tərəfindən bu Qaydalara uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 7.5-ci bəndinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğindən artıq olmamalıdır. Həmin Qaydaların 7.7-ci bəndinə əsasən aylıq ödənişlərin hesablanması müvəqqəti idxal olunan mallar gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Aylıq ödənişlər ödənilmə tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir. Həmin Qaydaların 7.8-ci bəndinə əsasən müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqəti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır. Həmin Qaydaların 7.10-cu bəndinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinə bərabər olduqda, həmin mallar Gömrük Məcəlləsinin 164.2.2-ci maddəsinin tələblərinə riayət edilməsi şərtilə sərbəst dövriyyə üçün buraxılmış mallar hesab olunur. Yuxarıda qeyd olunan Gömrük Məcəlləsinin müvafiq maddələrindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın müvafiq bəndlərindən göründüyü kimi iddiaçı tərəfindən aparılan ödənişlər malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar həyata keçirilən aylıq ödənişlərdir ki, bu da onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, yalnız müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildikdə ödənilmiş məbləğlər idxalda ödənilmiş ƏDV sayılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. Həmin Məcəllənin 20.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirir. Həmin Məcəllənin 20.6-cı maddəsinə əsasən bu Məcəllənin 20.5ci maddəsində göstərilən orqanlar öz səlahiyyətləri daxilində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, digər qanunlara və onlara uyğun qəbul edilmiş qanunvericilik aktlarına əsasən fəaliyyət göstərirlər. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən dövlət gömrük orqanları mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində bu Məcəllə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri həyata keçirirlər. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Göründüyü kimi müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Əlavə olaraq bildirilir ki, Vergi Məcəlləsinin 177.4-cü maddəsinə əsasən vergi tutulan idxal üzrə ƏDV bu Məcəlləyə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada gömrük orqanları tərəfindən hesablanır və alınır. Həmin Məcəllənin 180.1ci maddəsinə əsasən ƏDV-nin düzgün hesablanması və vaxtında büdcəyə ödənilməsi üçün, həmçinin bəyannamələrin vergi orqanlarına müəyyən edilmiş müddətlərdə verilməsi üçün vergi ödəyiciləri və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq, ƏDV-nin tutulması gömrük orqanlarının səlahiyyətinə aid olduqda isə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən vergitutmanın idarə edilməsi bu Məcəlləyə və Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq vergi orqanları və gömrük orqanları tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göstərilənlərin nəzərə alınması xahiş edilir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin iddia tələbinə dair təqdim etdiyi yazılı münasibətində bildirilmişdir ki, müvəqqəti idxal xüsusi gömrük proseduru Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-194cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” ilə tənzimlənir. Məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmiş Bakı Baş Gömrük İdarəsi öz funksiyalarını müvəqqəti idxal xüsusi gömrük proseduruna münasibətdə yuxarıda göstərilən qanunvericilik aktlarını və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiya qərarlarını və digər normativ hüquqi aktlarını rəhbər tutaraq yerinə yetirir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 3.1.34-cü bəndinə əsasən dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlar vermək, həmin Əsasnamənin 3.1.43-cü bəndinə əsasən informasiya və məsləhət təminatı işini təşkil etmək, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında müvafiq məlumatlar (arayışlar) təqdim etmək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəzifələrinə aid edilmişdir. Yuxarıda göstərilən Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun 2.1.1-ci bəndinə əsasən Bakı Baş Gömrük idarəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tərkibinə daxil olan qurumdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin də məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edildiyini nəzərə alaraq Bakı Baş Gömrük İdarəsinin mövqeyinin yuxarı gömrük orqanının mövqeyi ilə eyni olduğunun nəzərə alınması xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-723/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim Əhədova Aygün) ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qərardan mahiyyət etibarı ilə iddia ərizəsi ilə eyniyyət təşkil edən apellyasiya şikayəti vermiş, şikayətdə qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat: İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Bakı şəhəri 2-1(103)-283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbayan Respublikası Vergi Məcəlləsinin 175.10-cu maddəsinin 1-ci cümləsinin (əvvəlki redaksiya) həmin Məcəllənin 159.3-cü maddəsi, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 194.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük prosedur altında yerləşdirilməsi qaydaları”nın 7.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar olaraq həmin müraciətə baxılıb qurtaranadək hazırkı iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə edilmiş həmin müraciətinin Plenumun icraatına qəbul edilməsindən imtina edildiyindən, hazırkı iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi G.Sadiyeva ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsi və onunla eyniyyət təşkil edən apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri T.Əsgərova və Ş.Abdullayev ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi E.İsayev hazırkı mübahisənin həllini kollegiyanın mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi E.Əliyev hazırki mübahisənin həllini kollegiyanın mülahizəsinə buraxdığını bildirdi. Sübutların tədqiqi: İnzibati iş materiallarında olan: xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) hüquqi ünvanı AZ1005, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 69 olmaqla xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən **********4569 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixdə invoys dəyəri 21000000,00 gömrük dəyəri 35700000,00 statistik dəyər 21000000,00 dəyərində 1 ədəd yedək-təchizat (buksir) gəmisi İD 31 kodu ilə idxal edilərək müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmişdir. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən **********5085 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixdə invoys dəyəri 21000000,00 gömrük dəyəri 35700000,00 statistik dəyər 21000000,00 dəyərində 1 ədəd yedək-təchizat gəmisi İD 31 kodu ilə idxal edilərək müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmişdir. xx.xx.2020-ci il tarixli XT0000379 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Bakı Baş Gömrük İdarəsinə 385570,80 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli 002OCX********** nömrəli ödəniş tapşırığına əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Bakı Baş Gömrük İdarəsinə 128528,00 manat ödəniş edilmişdir. xx.xx.2021-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktuba əsasən Bəyannamə adı: Əlavə dəyər vergisi, Vergi dövrü: May 2020, Bəyannamənin, hesabatın növü: dəqiqləşmiş, 12 yanvar 2021 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: 1.Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşməyə təqdim edilmiş **********4569 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 128528.0 manat Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 0.0 manat təşkil etdiyi üçün -128528.0 manat kənarlaşma yaranmışdır. **********0032. 2.Əvəzləşmə üçün təqdim edilmiş **********4569 nömrəli yük gömrük bəyannaməsinin tarixi (YGBnin tarixi xx.xx.2020) hesabat dövründən fərqli dövr ola bilməz. **********0032. 3.Təqdim edilmiş bəyannamənin 310-cu idxalda ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş məbləğ və 311-ci idxalda ƏDV-dən azad olunan malların dəyəri sətirlərinin “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütunlarında 809148.97 manat məbləğin, hesabat dövrü ərzində tərəfinizdən idxal edilmiş mallar barədə Vergilər Nazirliyinin uçotbaza məlumatlarına əsasən müəyyən edilmiş ********.37 manat məbləğdən ********.40 manat az əks etdirildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur: Sənədlər: 1. Yük gömrük bəyannaməsinin surəti, həmin dövr üçün dəqiqləşdirilmiş bəyannaməsi; 2. Həmin dövr üçün dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsi. Bəyannamə adı: Əlavə dəyər vergisi, Vergi dövrü: Oktyabr 2020, Bəyannamənin, hesabatın növü: dəqiqləşmiş, 12 yanvar 2021 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: 1.Təqdim edilmiş bəyannamənin 4 nömrəli əlavəsinin 302.3.1-ci, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən malların ixracı üzrə aparılmış əməliyyatlar sətrində təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri 0,00 manat göstərilməsinə baxmayaraq, həmin dövr üçün Dövlət Gömrük Komitəsindən alınmış ixrac məbləğinin 18020.00 manat göstərilməsi nəticəsində -18020.00 manat məbləğində fərq yaranmışdır. 2.Təqdim edilmiş bəyannamənin 310-cu idxalda ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş məbləğ və 311-ci idxalda ƏDV-dən azad olunan malların dəyəri sətirlərinin “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütunlarında 83857.77 manat məbləğin, hesabat dövrü ərzində tərəfinizdən idxal edilmiş mallar barədə Vergilər Nazirliyinin uçotbaza məlumatlarına əsasən müəyyən edilmiş 1208526.88 manat məbləğdən 1124669.11 manat az əks etdirildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur: Sənədlər: 1. Həmin dövr üçün dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsi. Bəyannamə adı: Əlavə dəyər vergisi, Vergi dövrü: Noyabr 2020, Bəyannamənin, hesabatın növü: dəqiqləşmiş. 12 yanvar 2021 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: 1.Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşməyə təqdim edilmiş **********5085 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 385570.8 manat Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 0.0 manat təşkil etdiyi üçün -385570.8 manat kənarlaşma yaranmışdır. **********0349. 2.Təqdim edilmiş bəyannamənin 4 nömrəli əlavəsinin 302.3.1-ci, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən malların ixracı üzrə aparılmış əməliyyatlar sətrində təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri 0,00 manat göstərilməsinə baxmayaraq, həmin dövr üçün Dövlət Gömrük Komitəsindən alınmış ixrac məbləğinin 3910.00 manat göstərilməsi nəticəsində -3910.00 manat məbləğində fərq yaranmışdır. 3.Təqdim edilmiş bəyannamənin 310-cu idxalda ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş məbləğ və 311-ci idxalda ƏDV-dən azad olunan malların dəyəri sətirlərinin “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütunlarında 2171674.21 manat məbləğin, hesabat dövrü ərzində tərəfinizdən idxal edilmiş mallar barədə Vergilər Nazirliyinin uçot-baza məlumatlarına əsasən müəyyən edilmiş 1********.49 manat məbləğdən 1********.28 manat az əks etdirildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur: Sənədlər: 1. Yük gömrük bəyannaməsinin surəti, həmin dövr üçün dəqiqləşdirilmiş bəyannaməsi; 2. Həmin dövr üçün dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsi. Təqdim etdiyiniz bəyannamə, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur. Məktubla əlaqədar yaranacaq suallarla bağlı “Vergi ödəyicilərinə xidmət” şöbəsinə müraciət edə bilərsiniz. Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 fevral 2021-ci il tarixli **********656700 nömrəli qərarına əsasən 2020-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi üzrə təqdim edilmiş bəyannamə ilə - 434.675,91 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyəyn edilmiş vergi məbləği -49.105,11 manat, əlavə hesablanmış vergi məbləği 385.570,80 manat təşkil edir. Əsas: Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşməyə təqdim edilmiş **********5085 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 385 570.8 manat Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 0.0 manat təşkil etdiyi üçün - 385 570.8 manat kənarlaşma yaranmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 fevral 2021-ci il tarixli **********660200 nömrəli qərarına əsasən 2020-ci ilin may ayı üçün əlavə dəyər vergisi üzrə təqdim edilmiş bəyannamə ilə - 159.904,70 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği -31.376,71 manat, əlavə hesablanmış vergi məbləği 128.527,99 manat təşkil edir. Əsas: Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşməyə təqdim edilmiş **********4569 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 128 528.0 manat Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 0.0 manat təşkil etdiyi üçün - 128 528.0 manat kənarlaşma yaranmışdır. Əvəzləşmə üçün təqdim edilmiş **********4569 nömrəli yük gömrük bəyannaməsinin tarixi (YGB-nin tarixi xx.xx.2020) hesabat dövründən fərqli dövr ola bilməz. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2021-ci il tarixli, 1400-026/0xx-xx/005955 nömrəli məktubunda bildirilmişdir ki, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə verilməsi nəzərdə tutulan aylıq ödənişlərin məbləği, həmin malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edildiyi halda “sərbəst dövriyyaya buraxılışı üçün ödənilməli olan vergi” olaraq ƏDV nəzərdə tutulur. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən **********5469 və **********5085 sorğu nömrəli gğmrük bəyannamələri üzrə ödənilmiş aylıq ödənişlər (128528 man, 385570.8 man) ƏDV kimi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbayan Respublikası Vergi Məcəlləsinin 175.10-cu maddəsinin 1-ci cümləsinin (əvvəlki redaksiya) həmin Məcəllənin 159.3-cü maddəsi, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 194.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük prosedur altında yerləşdirilməsi qaydaları”nın 7.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə müraciəti üzrə xx.xx.2023-cü il tarixli qərardadı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 649/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı 2020-ci ilin may və noyabr ayları üçün təqdim edilmiş əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində müvəqqəti idxal gömrük proseduru altında idxal etdiyi mallara görə may ayı üzrə ödənilmiş 128527.99 manat, noyabr ayı üzrə 385570.80 manat vəsaiti əvəzləşdirilməsi üçün bəyannamə məlumatlarına əlavə etmiş, vergi orqanı tərəfindən həmin əvəzləşmələr ləğv edilmiş və kameral vergi yoxlaması ilə xx.xx.2021-ci il tarixli **********656700 və **********60200 nömrəli qərarlara əsasən ümumilikdə 514098.79 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi orqanının mövqeyinə görə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilən mallara görə ödənilmiş məbləğlər ƏDV təşkil etmir. Müvəqqəti idxal şəklində ölkə ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmir, həmin mallara görə ödənilən aylıq ödəniş məbləğlərinin əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. İddiaçının mövqeyinə görə müvəqqəti idxal xüsusi gömrük proseduru altında idxal edilmiş mallara Gömrük Məcəlləsində və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda nəzərdə tutulmuş qismən azadolma tətbiq olunmuş və Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə və Qaydaların 7.5-ci bəndinə əsasən malların müvəqqəti idxal xüsusi gömrük prosedur rejimi altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyə buraxılışı üçün ödənilməli olan ƏDV məbləğinin aylıq əsasda 3 (üç) faiz miqdarında məbləğ ƏDV-yə cəlb edilmişdir. ƏDV bəyannamələrinin məlumatlarında qeyd edilmiş məbləğlər müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ödənilmiş ƏDV məbləğləridir və iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş gömrük sənədlərindən və ödəniş sənədlərindən də görünür ki, iddiaçı tərəfindən vergi və gömrük qanunvericiliyinin tələblərinə əsasən bu ƏDV və gömrük rüsumları ödənilmişdir. Beləliklə, işin mübahisələndirilməyən halı iddiaçı tərəfindən gətirilmiş malların müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilməsidir. İşin mübahisələndirilən halı iddiaçı tərəfindən müvəqqəti idxal şəklində ölkə ərazisinə idxal olunmuş mala görə təqdim olunan ödəniş sənədlərinin ƏDV üzrə əvəzləşdirməyə əsas verən sənədlər olubolmamasıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 192.1-ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. 192.2-ci maddəsinə əsasən mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və aksizlərdən də azad edilirlər. 193.1-ci maddəsinə görə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır. 193.4-cü maddəsinə görə bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir. 194.1-ci maddəsinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. 194.2-ci maddəsinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. 194.3-cü maddəsinə əsasən müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci və 12.1.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və vergitutma elementi olan vergitutma obyekti müəyyən edilmiş olsun. Həmin Məcəllənin 153.1-ci maddəsinə görə əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Qeyd edilməlidir ki, Məcəllənin hər iki 159.1 və 159.3-cü maddələrinin müqayisəli təhlili onu deməyə əsas verir ki, ƏDV məqsədləri üçün vergitutma obyekti vergi tutulan idxalın bir hissəsi deyil, bütövlükdə idxalın məbləği sayılır. Bu baxımdan müvəqqəti idxal zamanı aylıq ödənişlər geniş mənada idxal zamanı ödənilən vergini nəzərdə tutmur, müvəqqəti gömrük proseduru ilə bağlı ödənilən 3 (üç) faiz miqdarında aylıq ödənişlər malların gömrük dəyərindən 18 faiz dərəcə ilə hesablanaraq ödənilməli olan ƏDV məbləği hesab edilmir. Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Həmin Məcəllənin 170-ci maddəsinə görə gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır. Yuxarıda adıçəkilən Qaydaların 1.4-cü bəndinə görə isə gömrük ərazisinə müvəqqəti idxal edilmiş mallardan təyinatı üzrə istifadəyə nəzarət həmin malların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən Gömrük Məcəlləsinə müvafiq qaydada həyata keçirilir. Göründüyü kimi malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxtdır. Müvəqqəti idxal rejimində saxlanılan mallar isə sərbəst dövriyyəyə buraxılmır, mallardan təyinatı üzrə istifadə bilavasitə gömrük orqanının nəzarəti ilə həyata keçirilir. Başqa sözlə, qeyd edilən maddədə nəzərdə tutulan ƏDV üzrə idxalın vaxtı müvəqqəti idxalın vaxtı ilə eyni deyildir. Məcəllənin 169.4-cü maddəsinə görə, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDVnin məbləğini əvəzləşdirmək hüququnu verən elektron vergi hesab fakturadır. Həmin Məcəllənin 175.1-ci maddəsinə görə, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDVnin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın: 7.1-ci bəndinə görə müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi həmin malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verildikdə, gömrük orqanı tərəfindən bu Qaydalara uyğun olaraq müəyyənləşdirilir. 7.5-ci bəndinə görə gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. 7.6-cı bəndinə görə gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğindən artıq olmamalıdır. 7.7-ci bəndinə əsasən aylıq ödənişlərin hesablanması müvəqqəti idxal olunan mallar gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Aylıq ödənişlər ödənilmə tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir. 7.8-ci bəndinə əsasən müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. 7.9-cu bəndinə əsasən gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqəti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır. 7.10-cu bəndinə görə gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinə bərabər olduqda, həmin mallar Gömrük Məcəlləsinin 164.2.2-ci maddəsinin tələblərinə riayət edilməsi şərtilə sərbəst dövriyyə üçün buraxılmış mallar hesab olunur. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçının müvəqqəti idxal rejimində ödənilən məbləğlərin Vergi Məcəlləsində nəzərdə tutulan 18% dərəcə təşkil edən ƏDV ilə eyniləşdirilməsi qanunvericiliyə ziddir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, bununla da müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan 3 % miqdarında aylıq ödənişlər malların gömrük dəyərindən 18 faiz dərəcə ilə hesablanaraq ödənilməli olan ƏDV məbləği hesab edilmədiyindən əvəzləşdirilmir. Yalnız müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğ Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən əvəzləşdirilə bilər. Bununla yanaşı məhkəmə onu da nəzərə alır ki, müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmasa da Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. İddiaçı tərəfin istinad etdiyi və məhkəmə sorğusu ilə gömrük orqanından daxil olmuş xx.xx.2021-ci il tarixli məktuba münasibətdə isə məhkəmə qeyd edir ki, qanunvericilikdə ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı münasibətlər Vergi Məcəlləsi ilə tənzimlənir, gömrük orqanının fəaliyyətini, gömrük sahəsində hüquq münasibətlərini tənzimləyən Gömrük Məcəlləsində isə ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı müddəa nəzərdə tutulmamış, bu səlahiyyət gömrük rəsmiləşməsini həyata keçirən gömrük orqanlarının səlahiyyətlərinə aid edilməmişdir. Vergi Məcəlləsinin 25-ci maddəsinə əsasən dövlət gömrük orqanları mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində bu Məcəllə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri həyata keçirirlər. Ödəniş sənədlərinin ƏDV əvəzləşdirilməsinə əsas verib-verməməsi isə Vergi Məcəlləsi ilə müəyyən edilir. Hazırkı işə baxılarkən İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Bakı şəhəri 2-1(103)-283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbayan Respublikası Vergi Məcəlləsinin 175.10-cu maddəsinin 1-ci cümləsinin (əvvəlki redaksiya) həmin Məcəllənin 159.3-cü maddəsi, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 194.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük prosedur altında yerləşdirilməsi qaydaları”nın 7.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar olaraq həmin müraciətə baxılıb qurtaranadək hazırkı iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə edilmiş həmin müraciətinin Plenumun icraatına qəbul edilməsindən imtina edildiyindən, hazırkı iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, müraciətdə göstərilən iş üzrə müvafiq münasibətləri tənzimləyən hüquq normalarının məzmununda qeyri-müəyyənlik olmadığından, həmin normaların hüquqi mahiyyəti və məzmunu, əsas hüquq və azadlıqları təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları rəhbər tutulmaqla işin faktiki hallarının, toplanmış sübutların tam və hərtərəfli analiz edilərək onlara hüquqi qiymət verilməsi ilə müvafiq nəticəyə gəlinə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-649/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında mövqeyi ondan ibarət olmuşdur ki, Vergi Məcəlləsinin 175-ci maddəsində (mübahisəli əməliyyatın aparıldığı vaxtda qüvvədə olan redaksiyası) müvəqqəti idxal rejimindəki mallara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı məsələ tənzimlənməsə də, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmədiyindən, başqa sözlə, vergi məqsədləri baxımından ƏDV-yə cəlb olunan əməliyyat (idxal) sayılmadığından onun əvəzləşdirilməsi də qanunauyğun deyildir. Beləliklə, Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2023-cü il tarixli qərardadını, eləcə də oxşar işlər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticə: Beləliklə, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-723/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-723/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-23/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-23/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver