Məhkəmə qərarları › İş №2-1(103)-230/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-230/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-230/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4067/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Naxçıvan şəhərində doğulmuşdur. xx.xx.1972-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək stajı vardır. xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci tarixədək usta vəzifəsində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - b) rəhbərlər və mütəxəssislər - tikinti və quraşdırma işlərinin ustaları - 2290000b—23419), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri b) rəhbərlər və mütəxəssislər - tikinti və quraşdırma işlərinin ustaları) öz əksini tapmışdır. xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi və 20 ildən çox xüsusi stajı vardır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Filialın qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4067/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2020-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-4067/2021 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti imtina məktubunun məzmununa uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.1981 - xx.xx.1995-ci il tarixləri əhatə edən dövr ərzində "xxxx" səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı Quraşdırma İdarəsində işlədiyi dövrün, həmin idarənin 2009-cu ilə qədər DSMF-də qeydiyyatı aşkar edilmədiyindən sığorta stajı kimi qəbul edilməsi mümkünsüzdür. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəmənin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna istinadən qeyd olunmuşdur ki, iddiaçının ümumi və xüsusi iş stajına dair sənədlərin mötəbərliliyi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2- 1(103)-2488/2021 nömrəli qərarı ilə (sədrlik edən C.A.Yusifov; hakimlər H.Ü.Həmidov və E.E.Nağıyeva) qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4067/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-609/22 saylı, 06 may 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2-1(103)-2488/2021 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, iddiaçının kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin qərarında əksini tapmış müvafiq göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2013-cü il tarixindən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Göstərilən normaların məzmunundan görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 2 element mövcud olmalıdır: iddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması və xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 25 il ümumi iş stajının olması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı iddiaçının əmək kitabçasında xx.xx.1981 - xx.xx.1995-ci il tarixləri əhatə edən dövr ərzində "xxxx" səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı Quraşdırma İdarəsində işlədiyi dövrün, həmin idarənin 2009-cu ilə qədər DSMF-də qeydiyyatı aşkar edilmədiyindən sığorta stajı kimi qəbul edilməsinin mümkünsüz olmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-609/22 saylı, 06 may 2022-ci il tarixli qərarına əsasən kassasiya şikayətinə etirazında cavabdeh iddiaçının əmək kitabçasına istinadən onun xx.xx.1981-ci il tarixində X5 “Elektrikquraşdırma” Sahəsində usta vəzifəsinə qəbul edildiyini, lakin onun həmin müəssisədən işdən azad olunması barədə müvafiq qeydin olmadığını və sonrakı qeydin xx.xx.1995-ci ilə aid olduğunu göstərmişdir. Apellyasiya məhkəməsi tərəfindən bununla bağlı hərtərəfli araşdırma aparılmamış, iddiaçının 1981-1995-ci illərə aid əmək fəaliyyəti ilə bağlı qeyd olunan ziddiyyətli məqam araşdırılmamış, o cümlədən onun həmin dövrdə eyni zamanda həm "xxxx" Səhmdar Cəmiyyətinin “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli “Bakı Quraşdırma” İdarəsində, həm də X5 “Elektrikquraşdırma” Sahəsində işləməsinin mümkünlüyü ilə bağlı xüsusatları aydınlaşdırmamışdır. "xxxx" Səhmdar Cəmiyyətinin hansı vaxtdan fəaliyyətə başladığını, iddiaçının həmin müəssisədə işləyibişləmədiyini, əmək haqqı alıb-almadığını yoxlamamış, bununla bağlı müəssisəyə və aidiyyəti qurumlara müvafiq sorğularla müraciət etməmişdir. "xxxx" ASC-nin ləğv edilməsi məhkəməni iddiaçının həmin müəssisədə əmək fəaliyyətini araşdırmaq və belə hallarda Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda qeyd olunan şəkildə davranmaq öhdəliyindən azad edə bilməz. Nəzərə almaq lazımdır ki, "xxxx" Səhmdar Cəmiyyətinin “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli “Bakı Quraşdırma” İdarəsinin 2009-cu il tarixinə qədər DSMF-də sığortaolunan kimi qeydiyyatının aşkar olunmaması həmin müəssisənin fəaliyyət göstərmədiyi anlamına gəlmir. Həmçinin nəzərə alınmalıdır ki, müəssisənin qeydiyyatının aşkar olunmaması birmənalı şəkildə onun məcburi dövlət sığorta haqqını ödəmədiyinin sübutu sayıla və iddiaçının ziyanına təfsir oluna bilməz. Məhkəmənin qeyd edilən hallarla bağlı apardığı araşdırma onun iş üzrə gəldiyi qənaətin təsdiqi baxımından yetərli sayıla bilməz. Bundan əlavə, iş materiallara əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda X7 İdarəsinin 1977-1979-cu illər üzrə əmr kitablarının arxivə təhvil verilmədiyi üçün iddiaçının işə qəbul edilməsi haqda məlumatın aşkar edilmədiyi, 1977-1978-ci ilin sentyabr ayına qədər əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. Eyni zamanda, X7 İdarəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədlərinə əsasən, İddiaçı xx.xx.1981-ci il tarixli əmrlə işdən azad edilməsinin əmr kitablarında qeyd edildiyi 1978-ci ilin oktyabr ayında əmək haqqı cədvəlində iddiaçının adına rast gəlindiyi bildirilmiş, xx.xx.1981-ci il tarixli əmrlə X5 “Elektrikquraşdırma” Sahəsinə usta qəbul edildiyi, xx.xx.1991-ci il tarixli əmrə əsasən, adının əmr kitablarında maddi yardım alanların siyahısında olduğu göstərilmiş 1972, 1974, 1975, 1977-ci illərə dair əmr kitablarının arxivə təhvil verilmədiyi, əmr kitablarının və əmək haqqı cədvəllərinin 1991-ci ilə qədər olan dövrü əhatə etdiyi üçün iddiaçının işdən azad edilməsi haqda məlumat aşkar edilmədiyi bildirilmişdir. Ali Məhkəmənin qərarına əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının xx.xx.1981-xx.xx.1995-ci il tarixləri əhatə edən dövrdə "xxxx" Səhmdar Cəmiyyətinin “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli “Bakı Quraşdırma” İdarəsində və ya X5 “Elektrikquraşdırma” Sahəsində işlədiyi müəyyən edilməli, eləcə də onun X5 “Elektrikquraşdırma” Sahəsində işdən azad olunması barədə əmrin aşkar olunmamasına iddiaçının xx.xx.1981-ci il tarixli əmrlə X5 Quraşdırma Sahəsinə usta qəbul edildiyi və onun adının xx.xx.1991-ci il tarixli əmrə əsasən əmr kitablarında maddi yardım alanların siyahısında olduğu nəzərə alınmaqla qiymət verilməli idi. İddiaçının adının maddi yardım alanların siyahısında olması faktı onun xx.xx.1981-xx.xx.1995-ci il tarixləri əhatə edən dövrə aid əmək fəaliyyətinin sığorta stajına hesablanması ilə bağlı məsələnin həlli üçün (sığorta stajına hesablamaqla bağlı) yetərli və hərtərəfli araşdırmanın aparılmadığını göstərir. Bundan başqa, Ali Məhkəmənin adı çəkilən qərarında qeyd olunmuşdur ki, məhkəmə iddiaçının işlədiyi müəssisənin ləğvi ilə əlaqədar onun yeni müəssisəyə köçürülməsi ilə bağlı əmək kitabçasında xx.xx.1995-ci ilə aid aparılmış qeydlərə qiymət verərkən həmin müəssisələrin biri-birinə bağlılığını, yəni yeni yaradılan müəssisənin ləğv edilən müəssisənin bazasında yaradılıb-yaradılmadığını, müəssisələrə münasibətdə hüquqi varisliyin mövcud olub-olmadığını araşdırmamış, “Əmək Qanunları Məcəlləsi”nin 38-ci maddəsinin 1-ci hissəsinə ümumi istinadla kifayətlənmişdir. Həmçinin, "xxxx" Səhmdar Cəmiyyətinin və X5 “Elektrikquraşdırma” Sahəsinin biri-birinə təşkilati tabeçilik və funksional aidiyyətinin və bağlılığının olub-olmaması da müəyyən edilməlidir. İş üzrə obyektiv qərarın qəbulu baxımından həmin halların araşdırılması xüsusi əhəmiyyət daşıyır. Ali Məhkəmənin müvafiq göstərişlərinə əsasən müxtəlif dövlət orqanlarına sorğular verilmiş və həmin sorğulara: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin X11 Qeydiyyatı idarəsi tərəfindən verilən 15 fevral 2023-cü il tarixli cavabdan görünür ki, xx.xx.2005-ci il tarixdə (VÖEN **********) dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2019-cu il tarixdə ləğv edilərək X6in dövlət reyestrindən çıxarılmışdır. Dövlət reyestrində “Azpromelektromontaj” X8 Sahəsi adlı Kommersiya qurumu aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən 02 mart 2023-cü il tarixli cavabdan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin və X5 “Elektrikquraşdırma” Sahəsinin biri-birinə təşkilati tabeçilik və funksional aidiyyətinin və bağlılığının olub-olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində məlumat mövcud deyildir. Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində mövcud olan, "xxxx" Səhmdar Firmasının 1 nömrəli Bakı Mexaniki-Quraşdırma İdarəsinin özəlləşdirmə planından bəzi sənədlərin surətləri təqdim edilir. Təqdim olunan "xxxx" Səhmdar Cəmiyyəti 1-li Bakı Mexaniki – Quraşdırma idarəsi üzrə səhmləri satın almaq hüququ olan şəxslər haqqında 01 yanvar 1998-ci il vəziyyətinə görə əsas iş yeri həmin müəssisə sayılan işçilərin siyahısında İddiaçı da adı keçir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilən 02 mart 2023-cü il tarixli cavabdan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin və “Azpromelektromontaj” X8 Sahəsinin dövlət qeydiyyatı ilə bağlı nazirliyin X1 Arxivində heç bir məlumat tapılmadı. Belə ki, “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə altı ay müddətində 2008-ci il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarının və qeydiyyat sənədlərinin adını və sayını özündə əks etdirən mündəricat əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq aktla təhvil verilməsini təmin etmək tapşırılmışdır. Göstərilən tarixdən nazirlikdə qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı aparılır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. X3 tərəfindən 05 mart 1975-ci il tarixdə verilmiş 1197 qeydiyyat nömrəsi ilə qeydə alınmış YU seriyalı 004123 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1971-ci ildə X2 daxil olmuş və 1975-ci ildə həmin Texnikumu texnik-elektrik ixtisası üzrə tam kursu bitirmişdir. NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1972-ci il tarixli və xx.xx.1981-ci il tarixli əmək kitabçalarının təsdiq və tərcümə olunmuş surətlərində qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1972-ci ildə “Azproelektromontaj” Tresti 1 saylı X9 İİ dərəcəli elektrik–montajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1972-ci ildə tutduğu vəzifədən azad edilmişdir, xx.xx.1974-cü ildə İİ dərəcəli elektrik-montajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1975-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1977-ci ildə İİ dərəcəli elektrik-montajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1977-ci ildə Naxçıvan MSSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi X10 İdarəsində n/stansiyaları üzrə V dərəcəli böyük montyor vəzifəsinə qəbul olunmuş, xx.xx.1978-ci ildə Əzizbəyov nasos stansiyasına mühəndis elektrik vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1981-ci ildə Naxçıvan Təsərrüfathesablı “Elektrikquraşdırma” Sahəsində usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə "xxxx" səhmdar firmasının Naxçıvan Quraşdırma İdarəsinə iş ustası vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1997-ci ildən Naxçıvan MR Tikinti Quraşdırma Dövlət Şirkəti Elektrik və Tikinti Quraşdırma idarəsinə iş ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 13/787 №-li, xx.xx.2020-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinda mühafizə olunan X7 İdarəsinin sənədlərinə baxdıqda müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1981-ci il tarixli, 257 №li əmrlə işdən azad edilməsi əmr kitablarında göstərilmişdir. 1977-1979-cu ilə qədər əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən işə qəbul edilməsi haqda məlumat yoxdur. 1977-1978-ci ilin sentyabr ayına qədər əmək haqqı cədvəlləri Arxivə təhvil verilməyib. 1978-ci ilin oktyabr ayında əmək haqqı cədvəlində adına rast gəlindi. X5 Quraşdırma Sahəsinə xx.xx.1981-ci il tarixli, 45 №li əmrlə usta qəbul edilməsi, xx.xx.1991-ci il tarixli, 46 (a) №li əmrlə maddi yardım alanların siyahısında adının olması əmr kitablarında göstərilmişdir. 1972, 1974, 1975, 1977-ci illərə dair əmr kitabları Arxivə təhvil verilməyib. Əmr kitabları və əmək haqqı cədvəlləri 1991-ci ilə qədər olduğundan işdən azad edilməsi haqda məlumat yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin xx.xx.2010-cu il tarixədək olan redaksiyasında qeyd olunur: 10.1. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK /T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin xx.xx.2010-cu il tarixədək olan redaksiyasında qeyd olunur: 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, cavabdeh inzibati orqan özü yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamalı və nəzərə almalı, fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklər qoymamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin əsas dəlili iddiaçının əmək kitabçasında xx.xx.1981 - xx.xx.1995-ci il tarixləri əhatə edən dövr ərzində "xxxx" səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı Quraşdırma İdarəsində işlədiyi dövrün, həmin idarənin 2009-cu ilə qədər DSMF-də qeydiyyatı aşkar edilmədiyindən sığorta stajı kimi qəbul edilməsinin mümkünsüz olmasından ibarətdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında öz əksini tapmış göstərişlər nəzərə alınaraq müvafiq sorğulara alınan cavablara əsasən iddiaçının əmək kitabçasında xx.xx.1981 - xx.xx.1995-ci il tarixləri əhatə edən dövr ərzində "xxxx" səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı Quraşdırma İdarəsində işlədiyi müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2020-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4067/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar