Məhkəmə qərarları › İş №2-1(103)-230/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-230/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-230/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-156/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun 36/S nömrəli xx.xx.1988-ci il tarixli əmri ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun 36/S nömrəli xx.xx.1988-ci il tarixli əmrinə əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1987-ci il tarixli, 445 nömrəli və Azərbaycan SSR Dövlət Aqrosənayə Komitəsinin xx.xx.1987-ci il tarixli, 1411 nömrəli əmrinə əsaslanaraq Buzovna Tərəvəzçilik- Südçülük sovxozunun 36/S nömrəli xx.xx.1988-ci il tarixli əmri ilə Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmışdır. Azərbaycan Respublikası Prezidentini İşlər İdarəsinin X8nin 253 saylı, xx.xx.2020-ci il tarixli arayışından göründüyü kimi X8 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən İddiaçı xx.xx.1988-ci il tarixli 36/S nömrəli əmrində siyahıda adı 80- ci olan çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinin ölçüsü faktiki olaraq 0,0662 ha təşkil edir və məhkəmə mübahisəsi yoxdur. Torpaq sahəsi ayrılan gündən halhazıradək iddiaçının istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair iddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdehin məktubu ilə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından 4000 metr kənarda yerləşdiyi və Mərdəkan bağ massivinə aid olduğu əsas gətirilərək imtina edilmişdir. Hesab edir ki, cavabdehin müraciətindən imtinası qanunsuz və əsassızdır. Belə ki, həmin torpaq sahəsi Mərdəkan bağ massivinə aid deyil, məhz Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ərazisinə aiddir. Azərbaycan Respublikası Prezidentini İşlər İdarəsinin X8nin 253 saylı, xx.xx.2020-ci il tarixli arayışı ilə həmin faktlar öz əksini tapmışdır. Cavabdeh təşkilat ona məlum olmayan koordinatları tətbiq edərək, sahənin koordinat sistemində indiki yerindən 4000 metr kənarda yerləşdiyini iddia edir. Hesab edir ki, torpaqların koordinatlarının işlənməsi zamanı yanlışlığa yol verilmiş, onların faktiki naturada yerləşmə yeri və mövqeyi nəzərə alınmamışdır. Koordinat sistemi iddiaçıya torpaq ayrılan vaxtdan sonralar tətbiq edilmişdir. Cavabdeh onun hazırda sahibliyində olan torpaq sahəsinin faktiki yerləşmə yerinin hansısa şəxsin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarına uyğun gəlibgəlmədiyini də göstərə bilmir. Həmin torpaq sahəsinə qonşu olan torpaq sahələrinin hər biri eyni təşkilat tərəfindən ayrılmış və sahiblərinin mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından 4000.0 metr kənarda yerləşir və göstərilən sahə Mərdəkan bağ massivinə aiddir. Bu barədə vətəndaşa **********76 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-156/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik- Südçülük sovxozunun ayrıc aktından 4000.0 metr kənarda yerləşir və göstərilən sahə Mərdəkan bağ massivinə aiddir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları nəzərdən keçirir: - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8nin 253 saylı xx.xx.2020ci il tarixli arayışından görünür ki, iddiaçıya X8 (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 14 mart 1998- ci il tarixli 36/S nömrəli əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq səhəsindən fərdi yaşayış evinin tikilməsi üçün 0,06 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ölçüsü faktiki 0,0662 ha təşkil edir. Məhkəmə mübahisəsi yoxdur. Torpaq sahəsi təhvil verilərkən sxem təqdim edilmiş və iddiaçıya ayrılmış torpaq sahəsi 80 saylı kodla qeyd edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8nin 119 saylı xx.xx.2020ci il tarixli əmrindən çıxarışdan görünür ki, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə iddiaçıya 0,06 hektar hesabı ilə torpaq sahəsi ayrılmışdır. - Abşeron rayon İcra Hakimiyyəti Başçısının 24 iyun 1988-ci il tarixli, 88.04. №li sərəncamından çıxarışdan görünür ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozun işçisi İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmışdır. - Buzovna Tərəvəzçilk-Südçülük sovxozunun 36/C nömrəli, 14.İİİ.1988-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 09.Xİİ.1987-ci il tarixli, 445 nömrəli və Azərbaycan SSR Aqrosənaye Komitəsinin 29.Xİİ.1987-ci il 14İİ nömrəli əmrinə əsasən Buzovna Tərəvəzçilk-Südçülük Sovxozunun işçisi İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan SSR Abşeron rayon Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1988ci il tarixli, 1/1230 nömrəli arayışa əsasən İddiaçı həqiqətən Abşeron rayon İcraiyyə Komitəsinin 24 iyun 1988-ci il tarixli, 88.04 nömrəli qərarına əsasən fərdi ev tikdirmək üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Evin smeta dəyəri 19,29 min manatdır. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8nin FBO seriyalı, 079658 nömrəli X15 qəbzinə əsasən İddiaçı 03 sentyabr 2020-ci il tarixdə 10 manat xidmət haqqını ödəmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8nin FBL seriyalı, 041817 nömrəli Mədaxil qəbzinə əsasən İddiaçı 03 sentyabr 2020-ci il tarixdə 58 manat torpaq vergisini ödəmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən H-09 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə Abşeron rayon XDS İK-nin 24 iyun 1988-ci il tarixli, 88 saylı qərarın təsdiq edilmiş surəti göndərilmişdir. Abşeron rayon XDS İK-nin 24 iyun 1988-ci il tarixli, 88 saylı qərarın təsdiq edilmiş surətinə əsasən Buzovna TərəvəzçilkSüdçülük Sovxozunun fəhlə və qulluqçularının hər birinə fərdi mənzil tikdirmək üçün 0.06 ha torpaq sahəsinin verilməsi barədə sovxoz müdiriyyəti və həmkarlar təşkilatının 14 mart 1988-ci il tarixli qərarı təsdiq edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 089 nömrəli, 13 aprel 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssiəsi tərəfindən vətəndaş X13 Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci tarixli fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün 253 nömrəli 03 sentyabr 2020-ci il tarixli arayış təqdim olunmuşdur. Vətəndaş İddiaçı ARPİİ-nin X7 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən adına 0.06 ha heabı ilə torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinə dair təqdim olunmuş sənədlərin əsli bir nüsxədən tərtib olunaraq vətəndaşa təqdim olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli, **********73 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Buzovna Tərəvəzçilik- Südçülük ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Buzovna Tərəvəzçilk-Südçülük Sovxozunun fəhlə və qulluqçularının fəhlə və qulluqçularının fərdi ev tikdirməyə ehtiyyacı olanların siyahısının surətinə əsasən İddiaçı adı 80-ci nömrə ilə qeyd edilmişdir. - “X16 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəməyə göndərilmiş 120 nömrəli, 16 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşdiyini iddia etdiyi 0,06 ha torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir, Buzovna TərəvəzçilikSüdçülük sovxozuna aid deyil, Mərdəkan bağ massivinə aiddir. Sxemə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşdiyini 0,06 ha torpaq sahəsinin koordinatları: X – 428652; Y – 4479983. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli, **********77; 3-21-3- 30/2- 4077/2023 nömrəli məktubu ilə göndərilmiş mütəxəsis rəyinə əsasən bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.0655 ha təşkil edir. Faktiki olaraq göstərilən 0.0655 ha torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatlarını (X;Y) yazılı formada əlavə olunur: X – 428670.823, 428647.310, 428634.630, 428652.748, 428660.082, 428663.874; Y – 4479979.627, 4479966.261, 4479986.532, 4479998.403, 4479995.635, 4479991.996. İddia edilən torpaq sahəsi Mərdəkan bağlar massivinin ərazisi olmaqla Dövlət mülkiyyəti torpağıdır (60 nömrəsi ilə başlayan bağların yeri). Vahid elektron kadastr baza məlumatlarına əsasən İddiaçı iddia etdiyi torpaq sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin 09 dekabr 1987-ci il tarixli 445 nömrəli Qərarı ilə Buzovna Tərəvəzçilik-südçülük sovxozunun kollektivinə ayrılmış ayrıc aktından 4000 metr (4 km) kənarda, digər qəsəbənin (Mərdəkan qəsəbəsi) ərazisində, bağlar massivində yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Mərdəkan bağ massivində yerləşir. Qeyd olunan qərarla ayrılmış torpaq sahələri Buzovna qəsəbəsinə aid olmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş 29 mart 2023-cü il tarixli, 10/1247 nömrəli ekspert rəyinə müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********87 saylı mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsinin faktiki olaraq 0.0655 ha təşkil etdiyi müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********87 saylı mütəxəssis rəyinə əsasən, iddia edilən torpaq sahəsinin Mərdəkan bağlar massivinin ərazisi olmaqla Dövlət mülkiyyəti torpağı olduğu (60 nömrəsi ilə başlayan bağların yeri), vahid elektron kadastr baza məlumatlarında İddiaçı iddia etdiyi torpaq sahəsinin Azərbaycan SSR Nazirlər Sovetinin 09 dekabr 1987- ci il tarixli 445 nömrəli Qərarı ilə Buzovna Tərəvəzçilik-südçülük sovxozunun kollektivinə ayrılmış ayrıc aktından 4000 metr (4 km) kənarda, digər qəsəbənin (Mərdəkan qəsəbəsi) ərazisində, bağlar massivində yerləşdiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********87 saylı mütəxəssis rəyinə əsasən, vahid elektron kadastr baza məlumatlarında göstərilən torpaq sahəsinin Mərdəkan bağ massivində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan qərarla ayrılmış torpaq sahələri Buzovna qəsəbəsinə aid olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İnzibati işdən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1987-ci il tarixli, 445 nömrəli və Azərbaycan SSR Dövlət Aqrosənayə Komitəsinin xx.xx.1987-ci il tarixli, 1411 nömrəli əmrinə əsaslanaraq Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun 36/S nömrəli xx.xx.1988-ci il tarixli əmri ilə Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında, iddia tələbinə etirazında və apellyasiya şikayətində eyni hala istinad etməklə qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından 4000.0 metr kənarda yerləşir və göstərilən sahə Mərdəkan bağ massivinə aiddir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə AR Milli Arxiv İdarəsinə, Abşeron Rayon İcra Hakimiyyətinə, AR Prezidentinin İşlər İdarəsinə və Abşeron Rayon Dövlət Arxivinə eyni məzmunlu sorğular ünvanlanaraq, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktının İdarədə mövcud olub-olmaması barədə, əgər mövcuddursa, məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Abşeron RİH sorğuya cavab məktubunda ayrıc aktının RİH-də mövcud olmadığını, AR Prezidentinin İşlər İdarəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktının AR Prezidentinin İşlər İdarəsinin X1 saxlanılmadığını, AR Milli Arxiv İdarəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyini, Abşeron Rayon Dövlət X9-Südçülük Sovxozunun sənədlərinin fond olaraq saxlanılması üçün Abşeron Rayon Dövlət Arxivinə təhvil verilmədiyini bildirmişdir. Daha sonra cavabdeh inzibati orqana sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə Mərdəkan və Buzovna kolxozlarının birləşməsindən yaranmış Buzovna tərəvəzçilik-südçülük sovxozunun 1980-1990-cı illəri (o dövrdəki adı rəsmi sənədlərdə «Карта земли Апшеронсково района Бузовнинский овошной молоцный совхоз» olaraq qeyd olunurdu) əhatə edən xəritəsinin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, keçmiş sovxoz ərazilərinə dair xəritə məlumatlarının kağız nüsxələri 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılmır (elektron baza xəritəsinə uyğun olaraq istinad edilməkdədir). Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq İddiaçı tərəfindən naturada göstərilən ərazi yaxınlığında Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu tərəfindən verilmiş hüquqmüəyyənedici sənəd əsasında qeydiyyata alınmış torpaq sahələrinin olub-olmaması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, 1 saylı Bakı Ərazi İdarəsi sorğuya cavab məktubunda qeyd etmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi ətrafında və ya yaxınlığında X4 Sovxozunun sənədi ilə qeydiyyatdan keçmiş sahə aşkar edilməmişdir. Belə ki, torpaq sahəsi Xəzər rayonu, Mərdəkan qəsəbəsi bağ massivində yerləşir. Qeyd olunan sovxozun ərazisi faktiki iddia olunan sahədən xəritə üzərində düzünə ox üzrə 8-10 km aralı məsafədə yerləşməklə aidiyyəti yoxdur. İş materiallarında olan və apellyasiya instansiya məhkəməsində təqdim edilmiş müxtəlif şəxslərin adlarına olan çıxarışların verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərdən görünür ki, həmin çıxarışların verilməsinə əsas Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş torpaq sahəsinin istifadəyə verilməsinə dair müqavilələr və orderlər olmuşdur. Həmin sənədlərə baxış zamanı da müəyyən olunur ki, qeyd edilən hüquqmüəyyənedici sənədlərin tarixi daha sonrakı dövrə (1990-cı illərdən sonraya) aid olmuşdur. Həmçinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və Bakı şəhər İcra Hakimiyyətinə sorğular ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə Mərdəkan və Buzovna kolxozlarının birləşməsindən yaranmış Buzovna tərəvəzçilik-südçülük sovxozuna aid olan torpaq sahələrinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə verilməsi (qaytarılması) ilə bağlı hər hansı hüquqmüəyyəndici sənədlər İdarədə mövcuddursa həmin sənədlərin, verilən ərazilər barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, Milli Arxiv İdarəsi sorğuya cavab olaraq qeyd etmişdir ki, Buzovna tərəvəzçilik-südçülük sovxozunun, Azərbaycan Respublikası Bakı şəhər İHBA Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti sorğuya cavab olaraq qeyd etmişdir ki, Buzovna tərəvəzçilik-südçülük sovxozunun Bakı Şəhər İcra hakimiyyətinin Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə verilməsi barədə sənəd əldə edilməsi üçün verilən sərəncamın düzgün tarixi və nömrəsi baradə məlumat təqdim etdikdən sonra müraciətə yenidən baxıla bilər. Beləliklə, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edək kollegiya qeyd edir ki, yuxarıda sadalanmış sənədlərdən məlum olur ki, Buzovna Tərəvəzçilk-Südçülük Sovxozunun 36/C nömrəli, 14.İİİ.1988-ci il tarixli əmrinə əsasən Buzovna TərəvəzçilkSüdçülük sovxozunun işçisi olmuş İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmışdır. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh onun ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. İş üzrə alınmış ekspert rəyində elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından 4000.0 metr kənarda yerləşməsi və göstərilən sahənin Mərdəkan bağ massivinə aid olması qeyd edilsə də, həmin rəy hazırki iş üzrə mötəbər sübut hesab edilə bilməz. Belə ki, verilmiş sorğulara əsasən cavabdeh inzibati orqan tərəfindən keçmiş sovxoz ərazilərinə dair xəritə məlumatları məhkəməyə təqdim edilə bilməmiş, cavabdeh inzibati orqan yalnız özünün tərtib etdiyi elektron kadastr məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından 4000.0 metr kənarda yerləşməsi və göstərilən sahənin Mərdəkan bağ massivinə aid olması qənaətinə gəlmişdir. İşdə olan ekspert rəyində isə ekspert nəticəyə gələrkən işin nəticəsində birbaşa maraqlı olan cavabdeh inzibati orqanın tərtib etdiyi xx.xx.2023-cü il tarixli, **********87 saylı mütəxəssis rəyinə istinad etmişdir. Həmçinin kollegiya qeyd edir ki, daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair sənədləri cavabdehə təqdim etmişdir. Həmin hüquqmüəyyənedici sənədlər cavabdeh tərəfindən mübahisələndirilmir. X5-Südçülük sovxozunun 36/S nömrəli xx.xx.1988-ci il tarixli əmri ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış torpaq sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi sənəd isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırki məhkəmə araşdırması zamanı iddiaçının iddia olunan torpaqla bağlı mülkiyyət hüququnun yaranmasını təkzib edən hallar müəyyən edilməmiş və iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyinə xələl gətirən hər-hansı hal aşkar edilməmişdir. Kollegiya onu da qeyd edir ki, torpaqda hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) iddiaçının iradəsindən asılı olan hal deyil və torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə yerquruluşu qaydasında aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-156/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar