Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2302/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi tarixinin dəyişddirilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6173/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Agentliyin üzərinə əlilliyin tarixinin 24noyabr 2021-ci iltarixdən təyin edilməsi öhdəlyii müəyyən edən qərarın qəbul edilməsini xahiş etmişdir(İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Əvvəlki əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra müvafiq olaraq qeydiyyatda olduğu 19 nömrəli Bakı nömrəli Birləşmiş şəhər xəstəxanasına müraciət etmiş, ona müalicə alması bildirilmişdir Göndəriş əasında X4 10 gün müalicə almış, daha sonra,əlillik təyinatı üçün xəstəxana tərəfindən TSEK-ə 88 formalı verilmiş, lakin natamam doldurulma səbəbi ilə xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır. Göndərişin natapmam doldurulması xəstəxananı səhvi olmuşdur. Z.Əliyeva adına «Göz İnstitutunda tibbi rəyi əlavə tibbi rəyi əlavə olunmamış, daha sonra həmin xəstəxanada ona yenə də müalicə təyin olunaraq 14 gün stasionar müalicə almışdır. Həmin tibb müəsissəsi hər dəfə onun barəsində məlumatları yanlış və natamam doldurmuş nəticədə göndgriş geri qaytarılmışdır. TSEK tərəfindən də bu zaman hansı əlavə müalicələrin allınmalı olduğu göstərilməmişdir. Təxminən 1 il sonranəh növbəti göndərişdən sonra xx.xx.2022-ci il ona 2-ci dərəcə əlillik təyin olunmuşdur. Burada onun təqsiri, hərəkət və hərəkətsizliyi olmamışdır…» Cavabdeh iddia ərizəsinə etirazında «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.3-1-ci maddəsinə istinadən, iddiaçının əlilliyin təyinat tarixinin dəyişdirilməsi barədə tələbinin qanunsuz və əsassız olduğunu bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6173/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdırm ki: “...Birinci instansiya məhkəməsinin qərarı əsaassızdır. Belə ki,əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlarda onun əlil olmadığı qeyd olunub. Hər iki qərar tibb müəssisəsinin qüsurları üzündən iqəbul olunub.Həmin qəraparın özləri vaxtın uzadılmasına xidmət edib, yekun qərar hesabedilə bilməz. Yekun qərar xx.xx.2022-c iltarixdə qəbul olunub. Ona görə də hesab etmir ki,, əvvəlki Əlillk təyinatı süni şəkildə uzadılıb.Onun heç bir təqsiri və qanunsuz hərəkəti yoxdur. Xəstəliyinin sağalmaz olması aşkardır…" Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. «İnzibati icraat haqqında» Qanunun 64.1-ci maddəsinə əsasən İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İş materiallarından görünür ilk dəfə iddiaçıya 19 nömrəli Bakı nömrəli Birləşmiş şəhər xəstəxanasınasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında 1 il müddətinə əlillik dərəcəsi verilmiş, bundan sonra, 17 №-li şəhər Poliklinkasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında təkrrar 1 il müddətinə əlillik dərəcəsi təyin olunmuş, daha sonra, Bakı Lökbatan Tibb Mərkəzinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında yenidən ona 1 il müddətinə əlillik dərəcəsi verilmiş,xx.xx.2016-cıil tarixdə isə elektron təyinatla ona 5 il müddətinə əlillik təyin olunmuşdur Həmin 5 illik əlillik müddəti bitdiyində, Bakı Lövbatan Tibb Mərkəzinin göndərişi əsasında iddiaçının əlillik vəziyyəti Agentliyin TSEk tərəfindən qiysmətləndirildiyindəbu dəfə,, göndərişin natamam doldurulması səbəbi ilə ona əlillik təyin olunmasından imtina edilmiş, lakin sonuncu həmin qərardan şikayət verməmişdir. Onun müayinə və müalicəsi davam etmiş, X2 xx.xx.2022-ci il tarixli növbəti göndərişi əsasında cavabdeh orqanın Tibb sosial ekspert komissiyası tərəfindən qiymətləndirmə aparılmış,lakin bu dəfə onun əlavə müalicəyə ehtiyacıenın olması səbəbi ilə imtina qərarı qəbul olunmuş, iddiaçı həmin qərardan da şikayət verməmişdir. Bundan sonra, da iddiaçının növbəti müalicələri nəzərə alınmaqla, X3 xx.xx.2022-ci il tarixli növbəti göndərişi bu dəfə müsbət nəticə vermiş, cavabdehin müvafiq komissiyası tərəfindən aparılan qiymətləndirmə zamanı komissiyanın qərarına əsasən «OFP» meyarı ilə ona 65 faiz müddətsiz əlillik təyin olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən əvvəlki üç imtina qərarları mübahisələndirilməmiş, hər dəfə həmin imtina qərarları ilə razılaşaraq müayinə və müalicə yolunu getməkdə davam etmiş, yalnız sonuncu cəhdində istəyinə nail ola bilmiş,bundan sonra isə əvvəlki imtina qərarlarının qüvvədə olmasına bacmayaraq əlillik təyinatı tarixinin əvvələ çəkilməsini tələb etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 71.1-ci maddəsinin tələbinə görə maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh Agentiliyin Tibbi sosial ekspert komissiyasının imtina qərarları ləğv edilmədiyi, həmin qərarlar hələ də etirarlı olduğu bir halda iddiaçının əlillik tarixinin dəyişdirilərək ona xx.xx.2021-ci il tarixdən müddətsiz əlillik təyin edilməsi istisna olunur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, işin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla, əsaslı olaraq iddia rədd olunmuşdur. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə koollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan da iddiaçının apellyasiya şikayətinin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmayaraq məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6173/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6173/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2302/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2302/2024
04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver