Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2304/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli 2-1(112)-3532/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 20 il, 05 ay, 24 gün güzəştli şərtlərlə işlədiyini nəzərə alaraq əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh tərəfindən icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. 07.08.1978-ci ildən 31.08.1979-cu ilədək "xxxx"nin İstehsalat-Təmir müəssisəsində odadavamlı materiallar sexində fəlilə vəzifəsində işləmişdir. 31.08.1979-cu il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun əyani şöbəsinə daxil olaraq, 16.08.1984-cü ildə elektrik stansiyaları ixtisası üzrə tam kursu bitirmişdir. "xxxx"nin İstehsalat-Təmir müəssisəsində Odadavamlı materiallar sexi üzrə 10.09.1984-cü ildən 01.02.1985-ci ilədək usta köməkçisi, 01.01.1985-ci ildən 10.06.1996-cı ilədək usta, 10.06.1996-cı ildən 01.11.1999-cu ilədək baş usta, 01.11.1999-cu ildən 15.05.2002-ci ilədək rəis müavini vəzifələrində, 16.05.2002- ci ildən 15.04.2003-cü ilədək qazan avadanlıqlarının təmiri və sazlanması sexində böyük usta vəzifəsində, 15.04.2003-cü ildən 10.02.2004-cü ilədək X2 təmiri və quraşdırılması sexinə qazan avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsində, 01.04.2008-ci ildən 27.12.2008-ci ilədək "xxxx" MMC-də istehsalat sahəsinə quraşdırıcı vəzifəsində, 07.07.2015-ci ildən hal-hazıradək Heydər Əliyev adma Beynəlxalq Aeroportunda mühəndis vəzifəsində işləyir. 01.01.2006-cı il tarixinədək onun aldığı əyani təhsillə birlikdə iş stajı 25 il, 05 ay, 24 gün təşkil edir. Həmin 25 il, 05 ay, 24 gün əmək stajının 20 il, 05 ay, 24 günü ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. 07.08.1978-ci ildən 10.02.2004-cü il tarixinədək 20 il, 05, 24 gün işlədiyim odadavamlı materialla işləyən hörgüçü və avadanlığa xidmət edən çilingər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİİ bölməsinə əsasən 2140000a-15416 və 2140000a-18455 saylı şifrələrə uygun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İşlədiyi dövlər üzrə güzəştli pensiya üçün stajı 20 il, 05 ay, 24 gün təşkil edir. O, cavabdehə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün müraciət etsə də, imtina cavabı verilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı 03.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli 2-1(112)-3532/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.(hakim: P.Hüseynov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, iddiaçının xx.xx.1961-ci il təvəllüdlüdür, yəni 57 yaşı 01.07.2017-ci il tarixindən sonra tamam olmuşdur. Həmin tarixdən etibarən, “Əmək pensiyaları haqqında” Qanunun (“Qanun”) 9.1-ci maddəsi aşağıdakı redaksiyadadır: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. Qanunun 9.8-ci maddəsinə görə, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni qeyd olunan maddə yalnız yaş və staj məsələlərində əvvəlki qanunvericiliyin tələblərinin tətbiqinə imkan yaradır, digər məsələlərdə isə sığorta hadisəsinin baş verdiyi andakı qanunvericiliyin tələblərinə riayət olunur. Yəni iddiaçıya münasibətdə yaş və staj tələbləri 01.01.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41600,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30000,89 manat məbləğindədir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X4 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 57 yaşdan, yəni hüququnun yarandığı 03.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajına malik olması və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda nəzərdə tutulan sahə və peşələrdə işləməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsinin tələb edilməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququ həmin şəxslərin (kişilərin) 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaranır, yəni qeyd edilən şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər iki tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşdur. Bu isə həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil aldığı müddət, güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı da daxil olmaqla, işlədiyi bütün dövrlər nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 03.03.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus 19.07.1984-cü ildə verilmiş MB seriyalı 013463 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1979-cu ildə M.Əzizəyov adına X6 Ordenli Azərbaycan neft və kimya İnstitutuna daxil olmuş və 1984-cü ildə Elektrik Stansiyaları ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsində 07.08.1978-ci ildə hörgü sexinə birinci dərəcəli fəhlə qəbul edilmişdir, 01.04.1979-cu ildə həmin yerdə ikinci dərəcəli hörgüçü keçirilmişdir, 31.08.1979-cu ildə öz xahişi ilə işdən azad edilmişdir, 31.08.1979-cu ildə M.Əzizbəyov adına Az.neft-kimya institutunun əyani şöbəsinin birinci kurs tələbəsi qəbul edilmişdir, 16.08.1984-cü ildə İnstitutun əyani şöbəsini bitirmişdir, 10.09.1984-cü ildə Azbaşenerji istehsalat təmir müəssisəsinə gənc mütəxəssis kimi hörgü sexinə usta köməkçisi qəbul edilmişdir, 01.02.1985-ci idə həmin yerdə İİ qrup usta keçirilmişdir, 10.06.1996-cı ildə həmin yerdə İİ qrup böyük usta keçirilmişdir, 01.11.1999-cu ildə həmin sexdə rəis müavini vəzifəsinə keçirilmişdir, 15.05.2002-ci ildə öz xahişi ilə işdən azad edilmişdir, 16.05.2002-ci ildə "xxxx" ASC "xxxx" MMC-də qazan avadanlıqlarının təmiri və sazlanması sexinə böyük usta vəzifəsinə qəbul edilmişdir, 15.04.2003-cü ildə QİAT və Q sexinə qazan avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə keçirilmişdir, 10.02.2004-cü ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir, 01.04.2008-ci ildə "xxxx" MMC-də ştat cədvəlinə uyğun olaraq istehsalat sahəsinə quraşdırıcı vəzifəsinə təyin edilmişdir, 27.12.2008-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilmişdir, 07.07.2015-ci ildə "xxxx" QSC Hava Limanlarının istismarı Baş İdarəsi Heydər X1 Terminal 1 uçuşların elektrik işıq texnikası təminatı xidməti ilə elektrik avadanlığının texniki istismarı qovşağına elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə 5-ci dərəcə ilə qəbul edilmişdir, 09.10.2018-cı ildə başqa işəgötürənlə əmək müqaviləsi bağladığı ilə əlaqadar ləğv edilmişdir, 10.10.2018-ci il tarixli "xxxx" Aviaşirəti MMCnin “SHC” filialında xüsusi texnika və yerüstü xidmət avadanlığı üzrə departamentin Təmir və texniki qulluq xidmətinin Elektrik avadanlığın texniki təminatı sahəsinin aparıcı mühəndis-elektriki vəzifəsinə qəbul edilmişdir, 26.11.2019-cu ildə başqa işə götürməklə əmək müqaviləsi bağlandığı üçün əmək müqaviləsinə xitam verilmişdir, 27.11.2019-cu ildə "xxxx" Business Aviation” MMC-nin SHC filialında xüsusi texnika və yerüstü xidmət avadanlığı üzrə departamentin Təmir və texniki qulluq xidmətinin Elektrik avadanlığın texniki təminatı sahəsinin aparıcı mühəndis-elektriki vəzifəsinə qəbul edilmişdir, 01.02.2021-ci ildə başqa işə götürməklə əmək müqaviləsi bağlandığı üçün əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “AZENCO" ASC-nin 08.09.2020-ci il tarixli işin xarakteri haqqında arayışından görünür ki, xx.xx.1961-cı il təvəllüdlü İddiaçı aid Arxiv arayışı 21 iyun 1993-cii il tarixli 320 №-li Qərara uyğun araşdırılaraq təqdim edilir. İddiaçı 07.08.1978-ci ildə (əmr № 92-ok, 04.08.1978-ci il) “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Odadavamlı materiallar sexində 1-ci dərəcəli fəhlə peşəsinə işə qəbul edilib və 31.08.1979-cu ildə (əmr № 104-ok, 05.09.1979-cu il) Az. SSR Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinin 1-ci bəndinə (Ali Təhsil Müəssisəsinə daxil olduğuna görə öz xahişi ilə) əsasən işdən azad edilib. 10.09.1984-cü ildə (əmr №123-ok, 10.09.1984-cü il) “Azbaşenerji”nin İstehsalatTəmir müəssisəsinin Odadavamlı materiallar sexinə usta vəzifəsinə təyin edilib, 10.06.1996-cı ildə (əmr № 30-ş, 10.06.1996-cı il) həmin sexdə baş usta vəzifəsinə keçirilib, 01.11.1996-cı ildə (əmr № 68-ş, 01.11.1996-cı il) həmin sexdə rəis müavini vəzifəsinə keçirilib və 15.05.2002-ci ildə (əmr №26-ş, 15.05.2002-ci il) Az.Res. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilib. 16.05.2002-ci ildə (əmr № 10-kş, 16.05.2002-ci il) "xxxx" MMC-nin Qazan Avadanlıqlarının Təmiri və Sazlanması sexinə böyük usta vəzifəsinə təyin edilib, 15.04.2003-cü ildə (əmr № 50-kş, 15.04.2003-cü il) X2 Təmiri və Quraşdırılması sexinə Qazan avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə keçirilib və 10.02.2004-cü ildə (əmr №15-kş, 10.02.2004-cü il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən vəzifələr, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Az. Res-nın Nazirlər kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarının Xİİİ Fəslinin «Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı»nın 2 nömrəli siyahısının 2140000a-15416 saylı şifrəsinə uyğun olaraq odadavamlı materialla işləyən hörgüçülərin və 2 nömrəli siyahısının 2140000a18455 saylı şifrəsinə əsasən avadanlığa xidmət edən çilingərlərin işi bilavasitə xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 20 il, 05 ay, 24 gün təşkil edir. Məlumat üçün - “Azbaşenerji” nin 01.09.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. "xxxx"ASC-nin 23.01.2002-ci il tarixli 13 №- li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx"ASC-nin 12.02.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "xxxx"MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx"ASCnin 04.03.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx"MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. İş materiallarında olan Azərbaycan Respublikası “AZENCO" ASC-nin 05.04.2021-ci il tarixli işin xarakteri haqqında arayışından görünür ki, xx.xx.1961-cı il təvəllüdlü İddiaçı həqiqətən “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Odadavamlı materiallar sexində göstərilən peşələrdə işləmişdir. 07.08.1978-ci ildən 01.04.1979-cu ilədək 1-ci dərəcəli fəhlə (7 ay, 24 gün), 01.04.1979-cu ildən 31.08.1979-cu ilədək 2-ci dərəcəli fəhlə (5 ay), 10.09.1984-cü ildən 01.02.1985-ci ilədək usta köməkçisi (4 ay, 20 gün), 01.01.1985-ci ildən 10.06.1996-cı ilədək usta (11 il, 5 ay, 9 gün), 10.06.1996-cı ildən 01.11.1999-cu ilədək baş usta (3 il, 4 ay, 22 gün), 01.11.1999-cu ildən 15.05.2002-ci ilədək rəis müavini (2 il, 6 ay, 14 gün), 16.05.2002-ci ildən 15.04.2003-cü ilədək qazan avadanlıqlarının təmiri və sazlanması sexində böyük usta (10 ay, 29 gün), 15.04.2003-cü ildən 10.02.2004-cü ilədək X2 təmiri və quraşdırılması sexinə qazan avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər (9 ay 26 gün). Yuxarıda göstərilən peşələr, yəni 07.08.1978-ci ildən 01.04.1979-cu ilədək Odadavamlı materiallar sexində işlədiyi (7 ay 24 gün) 1-ci dərəcəli fəhlə, 01.04.1979-cu ildən 31.08.1979-cu ilədək Odadavamlı materiallar sexində işlədiyi (5 ay) 2-ci dərəcəli fəhlə, 10.09.1984-cü ildən 01.02.1985-ci ilədək Odadavamlı materiallar sexində işlədiyi (4 ay 21 gün) usta köməkçisi, 01.01.1985-ci ildən 10.06.1996-cı ilədək Odadavamlı materiallar sexində işlədiyi (11 il 5 ay 9 gün) usta, 10.06.1996-cı ildən 01.11.1999-cu ilədək Odadavamlı materiallar sexində işlədiyi (3 il 4 ay 22 gün) baş usta, 01.11.1999-cu ildən 15.05.2002-ci ilədək Odadavamlı materiallar sexində işlədiyi (2 il 6 ay 14 gün) rəis müavini və 16.05.2002-ci ildən 15.04.2003-cü ilədək işlədiyi (10 ay 29 gün) böyük usta peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın Xİİİ bölməsində Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatında şirf 2140000a-15416 odadavamlı materialla işləyənlərə, 15.04.2003-cü ildən 10.02.2004-cü ilədək işlədiyi (9 ay 24 gün) avadanlığa xidmət edən çilingər peşəsi isə şirf 2140000a-18455 qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 20 il, 05 ay, 24 gün təşkil edir. Məlumat üçün - “Azbaşenerji”nin 01.09.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılmışdır. "xxxx" ASC-nin 23.01.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat- Təmir müəsssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx"ASC-nin 12.02.2004-cü il tarixli AÜ 32 №-li əmrinə əsasən “Azerenerjixüsusitəmirsazlama müəssisəsi “MMC” Azerenerjixüsusitəmirsazlama” MMC adlandırmışdır. "xxxx" ASC-nin 04.03.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılmışdır. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323№-li sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının 30.11.2021-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30000,89 manat təşkil etdiyi və bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 03.03.2018-ci il tarixdə tamam olmuşdur və o, əmək kitabçasına əsasən 07.08.1978-ci il tarixdən 31.08.1979-cu il tarixə kimi “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsində fəhlə işləmiş (1 il 24 gün), 31.08.1979-cu il tarixdən 16.08.1984-cü il tarixə kimi Azərbaycan Neft və Kimya İnstitutunun əyani şöbəsində təhsil almış (4 il 11 ay 15 gün), 10.09.1984-cü il tarixdən 15.05.2002-ci il tarixə kimi Azbaşenerji istehsalat təmir müəssisəsində hörgü sexində usta köməkçisi, usta, həmin sexdə rəis müavini vəzifələrində işləmiş (17 il 8 ay 5 gün), 16.05.2002-ci il tarixdən 10.02.2004-cü il tarixə kimi "xxxx" ASC "xxxx" MMC-də qazan avadanlıqlarının təmiri və sazlanması sexinə böyük usta və QİAT və Q sexinə qazan avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşələrində işləmiş (1 il 8 ay 24 gün), 01.04.2008-ci il tarixdən 27.12.2008-ci il tarixə kimi "xxxx" MMC-də istehsalat sahəsinə quraşdırıcı vəzifəsində işləmiş, 07.07.2015-ci il tarixdən 09.10.2018-cı il tarixə kimi "xxxx" QSC Hava Limanlarının istismarı Baş İdarəsi Heydər X1 Terminal 1 uçuşların elektrik işıq texnikası təminatı xidməti ilə elektrik avadanlığının texniki istismarı qovşağına elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, 10.10.2018-ci il tarixdən 01.02.2021-ci il tarixə kimi "xxxx" Aviaşirəti MMC-nin “SHC” filialında xüsusi texnika və yerüstü xidmət avadanlığı üzrə departamentin Təmir və texniki qulluq xidmətinin Elektrik avadanlığın texniki təminatı sahəsinin aparıcı mühəndis elektriki peşələrində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil müddəti nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 il 5 ay 8 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçı 07.08.1978-ci ildə (əmr № 92-ok, 04.08.1978-ci il) “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Odadavamlı materiallar sexində 1-ci dərəcəli fəhlə peşəsinə işə qəbul edilib və 31.08. 1979cu ildə (əmr № 104-ok, 05.09.1979-cu il) Az. SSR Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinin 1-ci bəndinə (Ali Təhsil Müəssisəsinə daxil olduğuna görə öz xahişi ilə) əsasən işdən azad edilib. 10.09.1984-cü ildə (əmr №123-ok, 10.09.1984-cü il) “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Odadavamlı materiallar sexinə usta vəzifəsinə təyin edilib, 10.06.1996-cı ildə (əmr№ 30-ш, 10.06.1996-cı il) həmin sexdə baş usta vəzifəsinə keçirilib, 01.11.1996-cı ildə (əmr № 68- m, 01.11.1996-cı il) Həmin sexdə rəis müavini vəzifəsinə keçirilib və 15.05.2002-ci ildə (əmr№26-ş, 15.05.2002-ci il) Az.Res. Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilib. 16.05.2002-ci ildə (əmr № 10-kş, 16.05.2002-ci il) "xxxx" MMC-nin Qazan Avadanlıqlarının Təmiri və Sazlanması sexinə böyük usta vəzifəsinə təyin edilib, 15.04.2003-cü ildə (əmr № 50-kş, 15.04.2003-cü il) X2 Təmiri və Quraşdırılması sexinə Qazan avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə keçirilib və 10.02.2004-cü ildə (əmr №15-kş, 10.02.2004-cü il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən vəzifələr, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Az. Respublikasının Nazirlər kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarının Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf”nın 2 nömrəli siyahısının 2140000а —15416 saylı şifrəsinə uyğun olaraq odadavamlı materialla işləyən hörgüçülərin və 2 nömrəli siyahısının 2140000а —18455 saylı şifrəsinə əsasən avadanlığa xidmət edən çilingərlərin işi bilavasitə xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı 20 il, 05 ay, 24 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 20 il, 05 ay, 24 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu imtina əsası əsassızdır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması şərtlərini müəyyən edən 9-cu maddəsinin 9.8-ci bəndində qeyd edilir ki, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin araşdırılmış hallarından da bəllidir ki, iddiaçı 01.01.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 03.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli 2-1(112)-3532/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2304/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2304/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver